Məhkəmə qərarları › İş №2(078)-1110/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1110/2024

16.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1110/2024 16.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddia ərizəsinin qaytarılması haqqında Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı Naxçıvan MR Daxili İşlər Nazirliyinin X2 İdarəsinə qarşı 18 may 2024-cü il tarixdə ona qarşı tətbiq edilən 150 manat məbləğində cərimənin ləğv edilməsi, avtomobilinin cərimə meydançasına aparılmasının qanunsuzluğunun tanınması, cərimə ödənilmişsə, geri qaytarılmasının təmin edilməsi, hadisədə iştirak edən X2 əməkdaşlarının qanun pozuntuları ilə əlaqədar tədbir görülməsi, təqdim etdiyi şikayət ərizələrinə müvafiq cavabların verilməsi, vəziyyətin həlli tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Əliyev X1 MR Daxili İşlər Nazirliyinin X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 may 2024-cü il tarixdə ona qarşı tətbiq edilən 150 manat məbləğində cərimənin ləğv edilməsini, avtomobilinin cərimə meydançasına aparılmasının qanunsuzluğunun tanınmasını, cərimə ödənilmişsə, geri qaytarılmasının təmin edilməsini, hadisədə iştirak edən X2 əməkdaşlarının qanun pozuntuları ilə əlaqədar tədbir görülməsini, təqdim etdiyi şikayət ərizələrinə müvafiq cavabların verilməsini, vəziyyətin həllini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, İddiaçı inzibati qaydada şikayət ərizəsi ilə məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı izah olunmalıdır ki, onun iddia ərizəsi formasında verdiyi tələb reallıqda inizbati qərardan şikayətdir və bu şikayətini inzibati qaydada mübahisələndirə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2,152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı Naxçıvan MR Daxili İşlər Nazirliyinin X2 İdarəsinə qarşı 18 may 2024-cü il tarixdə ona qarşı tətbiq edilən 150 manat məbləğində cərimənin ləğv edilməsi, avtomobilinin cərimə meydançasına aparılmasının qanunsuzluğunun tanınması, cərimə ödənilmişsə, geri qaytarılmasının təmin edilməsi, hadisədə iştirak edən X2 əməkdaşlarının qanun pozuntuları ilə əlaqədar tədbir görülməsi, təqdim etdiyi şikayət ərizələrinə müvafiq cavabların verilməsi, vəziyyətin həlli tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar