Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1117/2024 03.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Ərizəçi və ərizəçinin vəkili və nümayəndəsi X8 iştirakları ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhərində yaşamış mərhum X1 26 dekabr 1985-ci il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan şəhər Nikah Evi mülki iş üzrə maraqlı şəxs qismində cəlb olunmuş, maraqlı şəxsin nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin maraqlı şəxs məhkəməyə məktub göndərərək, məhkəmə iclasında işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilmədiklərini, iştirakları olmadan baxıb müvafiq qərar verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxış iclasında ərizəçi qismində izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, X3 1911-ci ildə anadan olub təxminən 1930-cu il tarixdə babası X10 ilə rəsmi olaraq nikaha daxil olmuşdur. X3 25 dekabr 1985-ci il tarixdə, babası X10 1948-ci il tarixdə vəfat etmişdir. Mərhum nənəsi X6 1985-ci il tarixdə Naxçıvan şəhər qəbirstanlığında dəfn olunmuşdur. Mərhum nənəsindən miras qalan əmlakı sənədləşdirmək üçün onun ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. X1 ölüm haqqında şəhadətnaməsini almaq üçün Naxçıvan şəhər Nikah Evinə müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, 10 iyul 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış, ölüm akt qeydi aşkar olunmamışdır. Mərhum nənəsi vəfat edərkən müvafiq dövlət orqanlarına müraciət edib onun ölüm haqqında şəhadətnaməsini almadıqları üçün ölüm qeydi qeydiyyat şöbəsində aparılmamışdır. Mərhum X1 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə baxış iclasında ərizəçinin vəkili və nümayəndəsi qismində izahat verən X14 ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X9 bildirmişdir ki, ərizəçi ilə qonşudur. Kubra Mustafayeva 1985-ci ildə vəfat edibdir. Həmin vaxt onun 35 yaşı olardı. Yaşlı qadın idi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X7 bildirmişdir ki, Kubra Mustafayeva onun qayınanası olubdur. Qayınanası yaşlı idi. Qocalıqdan vəfat edib. Qayınanasına o baxıbdır. Qulluq edibdir. Hazırda həmin evdə qızı, özü və nəvəsi yaşayır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə ərizə və ona əlavə edilən sənədləri, ərizəçinin, şahidlərin izahat və ifadələri ilə əlaqəli şəkildə yoxlayıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş: Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli, 795 nömrəli arayışa əsasən, X4 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində 11 iyul 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosunun 09 iyul 2024-cü il tarixli, 139 nömrəli arayışına əsasən, X5 1985-ci ildə Naxçıvan şəhər qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə izahatlara, şahidlərin ifadələrinə və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, sübutlarla müəyyən olunur ki, X5 1985-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmiş və Naxçıvan şəhər qəbirstanlığında dəfn olunmuşdur. X2 ölümü ilə bağlı müvafiq qeydiyyat şöbəsində qeydiyyat aparılmamış və ölüm şəhadətnaməsi alınmamışdır. Eyni zamanda, X4 ölümü haqqında həkim arayışı (şəhadətnaməsi) yoxdur. Ona görə də, ərizəçi X4 ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilməz. Yuxarıda göstərilənlər nəzərə alınmaqla və şəxsin vəfat etməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyət daşıdığından, X4 26 dekabr 1985-ci il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinin tələbinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş səndələrin bərpası mümkün olmasın. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X4 26 dekabr 1985-ci il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1117/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1117/2024
03.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver