Məhkəmə qərarları › İş №2(078)-118/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-118/2025

08.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-118/2025 08.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı əşyaların götürülməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh istifadəsində olan ona məxsus əşyaların cavabdehdən alınaraq ona qaytarılması, həmçinin iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 50 (əlli) manat miqdarında dövlət rüsumunun və 300 (üç yüz) manat miqdarında vəkillə bağlanmış müqavilə xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Naxçıvan şəhər Məhkəməsinin 2(078)-84/(2017) saylı 10 may 2017-ci il tarixli qətnaməsilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər X5 və X2 qarşı kredit üzrə borcun qaytarılması və tutmanın ipotekaya qoyulmuş əşyaya yönəldilməsinə dair iddia tələbi qismən təmin olunmuş, tutmanın X5 məxsus ünvan 1 ünvanında 0.0431 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 144.06 kv.m. 65.91 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, sözügedən əmlakın açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi müəyyən olunmuşdur. İpoteka predmeti olan əmlak X5 məxsus olsa da həmin fərdi yaşayış evində onun anası İddiaçı və ailənin digər üzvləri yaşamışlar. Həmin evdə ona məxsus daşınar əşyalar olmuşdur. Bəzi əşyalar xx.xx.2023cü il tarixdə götürülsədə, digər hissəsi: mətbəx mebeli-2000 manat, pərdə üçün asılqanlar- 80 manat, jalüz-pərdə 100 manat, stol-50 manat, hələ də həmin fərdi yaşayış evində qalmaqdadır. Hazırda həmin evdə Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehlə əşyaların götürülməsi barədə danışıq apardıqdan sonra o etiraz etmədiyini iddiaçının özünəməxsus əşyaları götürə biləcəyini bildirdikdən sonra bir neçə əşya da iddiaçı tərəfindən götürülmüşdür. Mətbəx mebeli ilə bağlı cavabdehlə iddiaçı arasında razılıq əldə olunmadığından cavabdehin razılığı ilə onun da sökülərək götürülməsi barədə razılaşmışlar. Lakin cavabdeh daha sonra fikrini dəyişərək qalan əşyaları verməyəcəyini iddiaçıya bununla bağlı məhkəməyə müraciət etməyi bildirmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, evi alandan sonra cavabdehə xeyir-dua verdiyini, əşyalarını götürmək üçün gedən zaman cavabdehin birisigün gəlmələrini dediyini, cavabdehə istəyirsə əşyaların qalmasını bildirdiyini, cavabdehin əşyaların qalmasını istəmədiyini, mətbəx mebelini sökmək üçün adam gətirdiyi zaman cavabdehin şərait qurandan sonra gəlib götürməsini dediyini, yenidən evə gəldiyi zaman cavabdehin əşyaları vermədiyini və ona “istiyirsən get ver məhkəməyə” dediyini, ona belə etməməsini istəmədiyini, əşyalarını istədiyini, bir dənə mətbəxdə jalüz pərdə olduğunu, təxmini 8-9 ədəd asılqan olduğunu, köhnə stolun zirzəmidə olduğunu bildirmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən iddiaçının vəkili Vəkil izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə əmlakın boşadılması haqqında akt tərtib edilmişdir, cavabdehlə dəfələrlə əlaqə yaratmağa çalışdığını, danışıq olan zaman mətbəx mebelini bazar günü verəcəyini dediyini, daha sonra fikrini dəyişərək verməyəcəyini və ona da gedin verin məhkəməyə dediyini, əşyaların orda olmasını cavabdehin təsdiq etdiyini, hətta bir neçəsini iddia ərizəsi hazırlayan zaman götürdüklərini və onların adlarını iddia ərizəsində qeyd edilməmişdir. Məhkəmədən qanuni qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, evi Bankdan aldığını, ev alan zaman açarı onlara verərək evdən əşyalarını götürməyə iiddiaçıya mkan yaratdığını, mətbəx mebelinin qaldığını, stolu görmədiyini, zirzəmidə stolun olub-olmadığını bilmədiyini, jalüz pərdənin ev alanda evdə olduğunu, pərdə asılqanının ev alanda olduğunu, əşyaların onlara məxsus olmadığını bildiyini, evdəki bəzi əşyaları sataraq pulun iddiaçıya qaytardığını, aralarında razılaşma olduğunu, əşyaları daşımaqdan yorulduğunu, yataq otağı mebelinin satılan zaman alan şəxsin xalça və divanıda almaq istədiyini, onun X3 zəng vurub bildirdiyini, əşyaların köhnə olduqlarını, ev alanda mətbəx mebelinin olmasını, stolu bilmədiyini, iddiaçının oğlunun cavabdehə layiqli olmayan sözlər dediyini, 2024-cü ilin aprel ayı evi aldığını, 45000-46000 manata aldığını, mətbəx mebeli üçün pul verərək almaq istədiyini və daha sonra qiymətini qaldırdıqlarına görə almaq istəmədiyini bildirmişdir. O evi bankdan almışdır, ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən şahid X6 ifadəsində bildirmişdir ki, İddiaçı onun qayınanasıdır. O cavabdehə müraciət etmişdir. Bu gün cavabdehlə qonşudur. Cavabdeh qarajın açarını ona verdi, o da hissə-hissə əşyaları götürəcəyini düşünmüşdür. Bir neçə əşyanı götürmüşdür, sonra cavabdeh dedi ki, əşyaları verməyəcək. Əşyaları aparmaq üçün yeri olmadığından o əşyaları satmaq istəyirdi, cavabdeh də köməklik edəcəyini demişdir. Yataq otağı mebeli, divan, qaynanasının xalçası evdə idi, yataq otağı mebelinin satıldığını bilmişdir. Mətbəx mebeli yeni yığılmışdır. Yazılan əşyalar bu gün evdədir və qayınanasına məxsusdur. . Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işin faktiki və mübahisələndirilməyən hallarını tərəflərin izahatı ilə əlaqəli şəkildə təhlil edib hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 10 may 2017-ci il tarixli 2(078)-84/2017 nömrəli qətnaməsindən aydın olur ki, cavabdeh X1 4700.76 (dörd min yeddi yüz manat yetmiş altı qəpik) manat əsas borc, 20299.24 (iyirmi min iki yüz doxsan doqquz manat iyirmi dörd qəpik) manat gecikdirilmiş əsas borc, 7.84 (yeddi manat səksən dörd) manat faiz borcu, 4934.18 (dörd min doqquz yüz otuz dörd manat on səkkiz qəpik) manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 29942.02 (iyirmi min iki yüz doxsan doqquz manat iyirmi dörd qəpik) manat məbləğində kredit borcu, bu borcun tam icra edildiyi tarixədək hesablanacaq faiz və cərimə məbləğləri tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, borc məbləğinin cavabdeh X4 müştərək qaydada tutulması hissəsi əsassız olduğundan rədd olunması, tutulma ipoteka ilə yüklü edilmiş X5 məxsus olan Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi ünvanında 0.0431 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 144.06 kv.m ümumi, 78.15 kv.m yaşayış, 65.91 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş X5 məxsus olan Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi ünvanında 0.0431 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 144.06 kv.m ümumi, 78.15 kv.m yaşayış, 65.91 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evi açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcu ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, İpoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti 51500 (əlli bir min beş yüz) manat müəyyən edilməsi, İpoteka ilə yüklü edilmiş əmlakın qiymətləndirilməsi üçün aparılmış ekspertiza xərci olan 200 (iki yüz) manat cavabdehlərdən müştərək qaydada tutularaq “MRA İ.TD" MMC- -ə ödənilməsi (Bank hesabı: "xxxx" MMC, VÖEN:**********, H/h №AZ34AZEG********************, "xxxx" ASC, Kodu:505817, VÖEN:**********, müxbir hesab:AZ75NABZ********************, S.W.İ.F.T BİK:•AZEGAZ22), iddiaçı "xxxx" ASC-nin iddia qaldırılması üçün 31 oktyabr 2016-cı il arixdə 13 nömrəli ödəniş tapşırığı əsasında ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 10 (on) manat cavabdehlər X9 oglu və X1 alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 14 fevral 2018-ci il tarixli icra vərəqəsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 10 may 2017-ci il tarixli 2(078)-84/2017 nömrəli qətnaməsi qanuni qüvvəsini almışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Bölməsinin 19 fevral 2018-ci ildə icraata başlamaq haqqında qərarı ilə Naxçıvan Şəhər Məhkəməsinin 10 may 2017-ci il tarixli 2(078)-84/2017 nömrəli qətnaməsinin icrasına başlanılmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 565 nömrəli, xx.xx.2024-cü il tarixli arayışda İddiaçı N.ünvan 2 ünvanında yaşayır. Məhkəmə iddia tələbini təmin edərkən gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsaslanan həmin iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olmalı, 2) əşya cavabdehin sahibliyində olmalı və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu iddia təmin edilə bilər. Həmçinin nəzərə alınmalıdır ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əşyalarının iddia etdiyi sayda və növdə, eləcə də onların özünün mülkiyyətində olduğunu və tələb edilən anda cavabdehin sahibliyində olduğunu sübuta yetirməsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (Mahmudov Rusiyaya qarşı iş, 26 iyul 2007-ci il tarixli qərar). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki işin materialları və tərəflərin izahatları ilə elektron məhkəmə informasiya sistemindən cavabdehin əmlak məlumatları ilə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İddia tələbində qeyd edilən mətbəx mebeli, pərdə üçün asılqanlar, jaluz pərdə və stol İddiaçı məxsusdur və cavabdehin mülkiyyətində olan evdə qalmaqla cavabdehin istifadəsindədir. Bu isə iddiaçının öz əmlakı üzərində mülkiyyət hüququnu həyata keçirməsinə maneə olmaqla həmin əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququnu məhdudlaşdırmışdır. Belə olan halda mülkiyyətçinin əmlakına sahiblik, istifadə və sərəncam hüququnun əsassız məhdudlaşdırılması aradan qaldırılmaqla mülkiyyəti bərpa edilməsi və sözügedən əşyalar cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 38 (otuz səkkiz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı Cavabdeh qarşı əşyaların götürülməsi tələbinə dair iddiası təmin edilməli; -Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi ünvanında, 0.0431 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 144.06 kv.m. 65.91 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evininin mülkiyyətçisi olan Cavabdeh İddiaçı məxsus olan 1 ədəd mətbəxdə olan jalüz pərdə, 8 ədəd pərdə asılqanı, 1 ədəd stol, 1 ədəd mətbəx mebeli alınaraq İddiaçı qaytarılmalıdır. Eləcə də məhkəmə məsrəfləri həll edilməklə iddia təmin edildiyindən iddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2024-cü il tarixli, 10167 nömrəli ödənilmiş 38 (otuz səkkiz) manat miqdarında dövlət rüsumunun əvəzi və 300 (üç yüz) manat miqdarında vəkillə bağlanmış müqavilə xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq qətеtdi: İddiaçı İddiaçı Cavabdeh qarşı əşyaların götürülməsi tələbinə dair iddiası əsaslı olduğundan təmin edilsin. Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi ünvanında, 0.0431 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 144.06 kv.m. 65.91 kv.m köməkçi sahədən ibarət 16 nömrəli fərdi yaşayış evininin mülkiyyətçisi Cavabdeh İddiaçı məxsus olan 1 ədəd mətbəxdə olan jalüz pərdə, 8 ədəd pərdə asılqanı, 1 ədəd stol, 1 ədəd mətbəx mebeli alınaraq iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2024-cü il tarixli, 10167 nömrəli ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumunun əvəzi və hüquqi yardım müqaviləsinə görə 300 (üç yüz) manat vəkil xərcinin əvəzi Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar