Məhkəmə qərarları › İş №2(078)-1180/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1180/2025

24.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1180/2025 24.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X19 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Məmmədova (İsmayılova) Lamiə Bayram qızına, Cavabdeh4 və Abbasova (İsmayılova) İlhamə Cəbi qızına qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Məmmədova (İsmayılova) Lamiə Bayram qızına, Cavabdeh4 və Abbasova (İsmayılova) İlhamə Cəbi qızına qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhum X4 miras qalan ünvan 1 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evinin onun vəfatından sonra mərhum X5 tərəfindən sağlığında faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və mərhum X2 vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evinin onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, babası X8 xx.xx.1958ci il tarixdə Naxçıvan Şəhərində vəfat etmişdir. X15 xx.xx.1992-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir. X5 isə 18 yanvar 2009-cu il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir. X4 ünvan 2 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evi miras olaraq qalmışdır. X6 əri X9 (xx.xx.1958-ci il tarixdə vəfat edib), qızı X25 (xx.xx.1951-ci il tarixdə vəfat edib), oğlu X24 (xx.xx.2009-cu il tarixdə vəfat edib) və X35 (xx.xx.2019-cu il tarixdə vəfat edib) adlı vərəsələri olub. X7 vəfatından sonra atası X1 şəhəri, Atatürk küçəsi, ev 37 B ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evinin sağlığında faktiki olaraq qəbul edib idarə etməyə başlamışdır. X2 vəfatından sonra isə həmin sözügedən mirası özü faktiki olaraq qəbul edərək idarə etməyə başlamışdır. Həmin müddətdən də orada qeydiyyatdadır və həmin ünvanda yaşayır. Orada abadlıq, quruculuq işləri aparmışdır. Lakin onu da qeyd etmək istəyir ki, mirası faktiki qəbul etsə də, miras hüquqlarını bu günədək dövlət qeydiyyatına sala bilmir. Mirasa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün 20 may 2025-ci il tarixdə Naxçıvan şəhər 3 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Lakin Naxçıvan şəhər 3 saylı Notariat Ofisinin 21 may 2025-ci il tarixli məktubunda mirasa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. X6 və X11 vəfat etmiş və hazırda sağ olan vərəsələri (maraqlı şəxslər) 26 dekabr 2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Belə ki vərəsələr mirası vaxtında qəbul etmək maraqları olmayıb. Bu da mirasdan imtinaya səbəb olur. İddiaçının vəkil və nümayəndəsi Vəkil 17 sentyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, məhkəməyə müraciət edərək mərhum X4 miras qalan ünvan 1 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evinin onun vəfatından sonra mərhum X5 tərəfindən sağlığında faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və mərhum X2 vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evinin onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini, hazırda həmin tələbin dəyişdirilməsi zərurəti yarandığını, ona görə də ərizəsinə mərhum X4 miras qalan ünvan 1 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evinin onun vəfatından sonra mərhum X5 tərəfindən sağlığında faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və payının müəyyən edilməsi və mərhum X2 vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evinin onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının təsdiq edilməsi və payının müəyyən edilməsi çərçivəsində baxılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1180/2025 nömrəli, 17 sentyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə iddiaçının mərhum X4 miras qalan ünvan 1 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evinin onun vəfatından sonra mərhum X5 tərəfindən sağlığında faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və payının müəyyən edilməsi və mərhum X2 vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evinin onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının təsdiq edilməsi və payının müəyyən edilməsi həddində baxılması qərara alınmışdır. İddiaçı 27 noyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə təqdim edərək, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum X4 miras qalan ünvan 3 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evinin, onun vəfatından sonra mərhum X5 tərəfindən sağlığında faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə və mərhum X2 vəfatından sonra ondan miras qalmış ünvan 3 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evinin onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, hazırda həmin tələbin dəyişdirilməsi zərurəti yarandığını, ona görə də iddia ərizəsinə mərhum X15na məxsus ünvan 3 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evini xx.xx.1992-ci il tarixdə vəfatından öncə sağlığında xx.xx.1988-ci il tarixdə Naxçıvan şəhər 2 saylı Dövlət Notariat Kontorunda verdiyi vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və payının müəyyən edilməsi, mərhum X4 miras qalan ünvan 3 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evindən mərhum X5 tərəfindən sağlığında qəbul edilməsi faktı tanınmaqla mirasda məcburi payın müəyyən edilməsi və mərhum X2 vəfatından sonra ünvan 3 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evindən ona çatası məcburi payın özü tərəfindən faktiki olaraq qəbul edilməsi faktının təsdiq edilməsi və həmin məcburi payda payının müəyyən edilməsi həddində baxılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1180/2025 nömrəli, 27 noyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə iddiaçının mərhum X15na məxsus ünvan 3 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evini xx.xx.1992-ci il tarixdə vəfatından öncə sağlığında xx.xx.1988-ci il tarixdə Naxçıvan şəhər 2 saylı Dövlət Notariat Kontorunda verdiyi vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və payının müəyyən edilməsi, mərhum X4 miras qalan ünvan 3 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evindən mərhum X5 tərəfindən sağlığında qəbul edilməsi faktı tanınmaqla mirasda məcburi payın müəyyən edilməsi və mərhum X2 vəfatından sonra ünvan 3 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evindən ona çatası məcburi payın özü tərəfindən faktiki olaraq qəbul edilməsi faktının təsdiq edilməsi və həmin məcburi payda payının müəyyən edilməsi həddində baxılması qərara alınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh4 və Abbasova (İsmayılova) İlhamə Cəbi qızına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehlər Cavabdeh4 və Abbasova (İsmayılova) İlhamə Cəbi qızının iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh Məmmədova (İsmayılova) Lamiə Bayram qızına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, 26 avqust 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək ailə üzvünün Qarabağ müharibəsi əlili olduğunu və səhhətində ciddi problemlər olduğundan ona şəxsi qayğı göstərdiyini, bu səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, bununla yanaşı, mirasın İddiaçı adına keçirilməsinə qəti şəkildə etiraz etdiyini, bu bölgünün ədalətli olmadığını və ona düşən payın tam nəzərə alınmadığını, mirasın bütün vərəsələr arasında qanunvericiliyə uyğun şəkildə, bərabər və obyektiv şəkildə bölünməli olduğunu, bu ərizənin iş materiallarına əlavə edilməsini və məhkəmə tərəfindən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla cavabdeh Məmmədova (İsmayılova) Lamiə Bayram qızının iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini mümkün hesab etmişdir. 24 dekabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdeh və cavabdeh Məmmədova (İsmayılova) Lamiə Bayram qızının nümayəndəsi Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə baxış iclasına gəlməmiş, 23 dekabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında işi ilə əlaqədar olaraq iştirak edə bilmədiyini, iclasda iştirak etməməyinin üzrlü səbəbdən olduğunu, eyni zamanda iddiaçı tərəfindən qaldırılmış mirasın faktiki qəbul edilməsi faktının müəyyən olunması tələbi ilə razı olmadığını və bu tələbə etiraz etdiyini, etirazının əsaslandırılması ilə bağlı əlavə izahat və sübutları məhkəməyə sonrakı mərhələdə təqdim etmək hüququnu saxladığını, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən bu ərizənin iş materiallarına əlavə olunmasını, etirazının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla cavabdeh və cavabdeh Məmmədova (İsmayılova) Lamiə Bayram qızının nümayəndəsi Cavabdeh2 iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında nənəsi öldükdən sonra özünün, anasının, atasının həmin evdə yaşadığını, həmçinin qardaşının, bacısının da, yəni atasının və onun ailəsinin həmin evdə yaşadığını, sonra atasının 2009-cu ildə öldüyünü, ondan sonra həmin evdə özünün yaşadığını, nənəsi öləndən sonra atasının və atasının ailəsinin, yəni özlərinin yaşadıqlarını, atası öləndən isə özünün yaşadığını, həmçinin qardaşı İlhamın yaşadığını, bacılarının ailə qurub getdiklərini, sonra bacısı Samirənin boşanıb gəldiyini və onlarla yaşadığını, Samirənin düz dediyini, bacısının atası öləndən sonra uşaqları ilə gəlib onlarla bir yerdə yaşadığını, qardaşının da yaşadığını, yəni atası öləndən sonra həmin evdə özünün, İlhamın və Samirənin yaşadığını, Almaz və İlhamənin əmisinin vərəsələri olduğunu, onların ərizə verdiklərini, mirasın özünün adına rəsmiləşdirilməsinə razı olduqlarını, Ülviyyənin ailə qurmadan vəfat etdiyini, vərəsəsi olmadığını, özünün torpaqda gözü olmadığını, sadəcə olaraq evin sənədini düzəltdirmək istədiyini, həmin evdə özünün, qardaşı İlhamın və bacısı Samirənin yaşadığını, nənəsinin ona vəsiyyətnamə qoyduğunu, atası öldükdən sonra özünün, qardaşı İlhamın və bacısı Samirənin yaşadığını, daha sonra bacısı Samirəyə ev tikdiklərini, Samirənin getdiyini, Lamiənin atası öləndən sonra həmin evdə yaşamadığını, orada qalmadığını, yəni evlənib çıxıb getdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkil və nümayəndəsi Vəkil izahatında iddiaçının babası X3 xx.xx.1958-ci il tarixdə, X7 xx.xx.1992-ci il tarixdə və X2 isə 18 yanvar 2009-cu il tarixdə Naxçıvan şəhərində vəfat etdiyini, X4 ünvan 2 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evinin miras olaraq qaldığını, 26 dekabr 2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsənin vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə biləcəyini, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyini, vərəsələrin mirası vaxtında qəbul etmək maraqları olmadığını, bunun da mirasdan imtinaya səbəb olduğunu, Lamiə və Samirədən başqa hamının imtina ərizələrinin olduğunu, hamının həmin evin Ramilin adına rəsmiləşdirilməsinə razı olduğunu, sadəcə olaraq bacıları Samirənin və Lamiənin razı olmadığını, mirası faktiki qəbul edənin Ramil olduğunu, onların da payı istəyirlərsə vaxtında müraciət etməli olduqlarını, bütün ödənişlərin Ramilin adına olduğunu, bütün kommunal ödənişləri Ramilin həyata keçirdiyini, məsələnin sadəcə həmin evdə yaşamaq olmadığını, faktiki olaraq qəbul etmək olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında 1992-ci ildə nənəsinin öldüyünü, özünün, atasının, anasının, bacılarının və qardaşının həmin evdə yaşadığını, əmisi Cəbinin həmin evdə yaşamadığını, onun öz evi olduğunu, öz evində yaşadığını, atasının 2009-cu ildə öldüyünü, o öləndən sonra həmin evdə özünün də yaşadığını, evli olduğunu, ailəsi ilə birgə həmin evdə yaşadığını, bacısı Samirənin də boşanıb gəldiyini, uşaqları ilə həmin evdə yaşadığını, qardaşı Ramilin də həmin evdə yaşadığını, özünün pay istəmədiyini, qardaşının qəbul etməsinə də etirazı olmadığını, razı olduğunu, qardaşı Ramilin qeyd etdiklərinin düz olduğunu, nənəsi öləndən sonra özünün, qardaşı Ramilin və bacısı Samirənin orada qaldığını, özünün pay istəmədiyini, qardaşı Ramilə qalmasını istədiyini, ancaq bacısının Samirəyə pay verildiyi təqdirdə özünə də pay verilməsini istədiyini, özünün də qardaşına verəcəyini, Ramilin çox əziyyət çəkdiyini, ona görə də Ramilə verilməsini istədiyini, miras əmlakın Ramil tərəfindən qəbul olunmasını istədiyini, bacısına pay verildiyi təqdirdə özünə də pay verilməsini istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh və cavabdeh Məmmədova (İsmayılova) Lamiə Bayram qızının nümayəndəsi Cavabdeh2 izahatında özünün nənəsi öldükdən sonra həmin evdə yaşadığını, 1996-cı ildə evlənib evdən çıxdığını, 2003-cü ildə boşandığını, həmin evə geri qayıtdığını, 2003-cü ildən də həmin evdə yaşadığını, atası öldükdən sonra da həmin evdə yaşadığını, ancaq üç ildir həmin evdə yaşamadığını, atası öləndə dediyi kimi həmin evdə yaşadığını, özündən başqa qardaşı Raminin ailəsi və uşaqları ilə həmin evdə yaşadığını, İlhamın da həmin evdə yaşadığını, 2009-cu ildə atası öləndən sonra həmin evdə özünün İlhamın bir də Ramilin yaşadığını, bacısının evli olduğunu, yəni Lamiənin evli olduğunu, atası öləndən sonra həmin evdə yaşamadığını, atası öldükdən sonra Lamiənin həmin evdə qalmadığını, özünün 2021-ci ilə qədər həmin evdə yaşadığını, öz razılığı ilə həmin evdən çıxmadığını, sadəcə çıxmağa məcbur qaldığını, Lamiənin də həmin evdə olan payını istədiyini, özünün də həmin evdə olan payını istədiyini, özünün Lamiənin nümayəndəsi olduğunu, evin, yəni atasından qalan miras əmlakın dörd uşaq arasında bölünməsini istədiyini, özünün də həmin evdə əziyyəti olduğunu, özü ilə bacısı Lamiənin pay istədiyini, atası öləndən sonra Lamiənin həmin evdə yaşamadığını, özünün nənəsinin qoyduğu vəsiyyətnamədən xəbəri olmadığını, nənəsi yaşayanda həmin evin bir otaq, bir koridordan ibarət olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X37 ifadəsində illərdir tərəflərlə qonşu olduqlarını, tərəflərin Püstə xalanın nəvələri olduqlarını, Püstə xalanın ölümünü xatırladığını, Püstə xala öləndən sonra həmin evdə onun oğlu Bayramın və onun ailəsinin yaşadığını, oğlu Cəbinin həmin evdə yaşamadığını, onun eyni həyətdə bir ev olduğunu, həmin evdə yaşadığını, Püstə xalanın evində yaşamadığını, Püstə xala öldükdən sonra Bayramın, onun yoldaşı Şərabanının, uşaqlarının həmin evdə yaşadığını, Bayram öldükdən sonra da Şərabanının öz uşaqları ilə həmin evdə yaşadığını, qızlarının evləndiyini, getdiklərini, oğlanlarının qaldığını, qızının qonaq kimi gəlib getdiyini xatırladığını, onu boşanıb gəlməyini bilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X42 ifadəsində özünün doğulandan elə həmin Atatürk küçəsində qaldığını, tərəflərlə qonşu olduqlarını, Püstə xalanı xatırladığını, o öləndən sonra onun oğlu Bayramın və uşaqlarının ailəsinin həmin evdə yaşadığını, Bayram öləndən sonra da həmin evdə uşaqlarının yaşadığını, Ramilin yaşadığını, bir də qardaşı İlhamın yaşadığını, bacılarından daim orada qalan birini görmədiyini bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, ünvan 1 ünvanında yerləşən 0.053 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 163.8 m2 olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə X31 mülkiyyətində olması, X6 oğlu X35 (vəfat edib), qızı X32 (vəfat edib) və oğlu X24 (vəfat edib) adlı vərəsələrinin olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan ünvan 1 ünvanında yerləşən 0.053 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 163.8 m2 olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə X31 adına daşınmaz əmlakın dövlət reyestrində 18/30 nömrəli reyestr kitabının 5835 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 12 may 2025-ci il tarixli arayışdan X6 oğlu X35 (xx.xx.1938) (vəfat edib), qızı X32 (xx.xx.1948) (vəfat edib) və oğlu X24 (xx.xx.1952) (vəfat edib) adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 12 may 2025-ci il tarixli arayışdan mərhum X11 arvadı X26 (xx.xx.1958), qızı Cavabdeh2 (xx.xx.1979), qızı Cavabdeh3 (xx.xx.1980), oğlu İddiaçı (xx.xx.1982), qızı X20 (xx.xx.1984) (vəfat edib) və oğlu Cavabdeh1 (xx.xx.1985) adlı vərəsələrinin olması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 29 sentyabr 2025-ci il tarixli arayışdan mərhum X10 X5 (vəfat edib), anası X26 (xx.xx.1958) (vəfat edib), bacısı Cavabdeh2 (xx.xx.1979), bacısı Cavabdeh3 (xx.xx.1980), qardaşı İddiaçı (xx.xx.1982) və qardaşı Cavabdeh1 (xx.xx.1985) adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 12 may 2025-ci il tarixli arayışdan mərhum X21 arvadı X43 (xx.xx.1934) (vəfat edib), qızı Cavabdeh4 (xx.xx.1968) və qızı Cavabdeh5 (xx.xx.1970) adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 13 may 2025-ci il tarixli çıxarışdan X26 ilə X24 arasında 17 oktyabr 1978-ci il tarixdə nikah bağlanması və həmin tarixdə bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 299 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 10 avqust 1982-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X16 və X11 birgə nikahlarından xx xxxx 1982-ci il tarixdə İddiaçı adlı övladlarının doğulması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 28 dekabr 1979-cu il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X16 və X11 birgə nikahlarından 03 avqust 1979-cu il tarixdə Cavabdeh2 adlı övladlarının doğulması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 03 oktyabr 1980-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X16 və X11 birgə nikahlarından xx xxxxxxxx 1980-ci il tarixdə X33 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 05 avqust 2025-ci il tarixli çıxarışdan X43 ilə X35 arasında 15 avqust 1988-ci il tarixdə nikah bağlanması və həmin tarixdə bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 281 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan X31 xx.xx.1992-ci il tarixdə ürəyin xroniki işemiya xəstəliyi səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 77 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X11 xx.xx.2009-cu il tarixdə miokard infarkt səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 58 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan X12 xx.xx.2018-ci il tarixdə mədəaltı vəzinin dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 94 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan X34 xx.xx.2017-ci il tarixdə xərçəng intoksikasiyası səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 106 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan X21 xx.xx.2019-cu il tarixdə işemik insult səbəbi ilə Bakı şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 289 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan X13 xx.xx.1951-ci il tarixdə polozin plevritay səbəbi ilə Şərur rayonunda vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1951-ci il tarixdə 02 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan X10 xx.xx.1984-cü il tarixdə naməlum etelogiyalı qastroit səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1984-cü il tarixdə 163 nömrə ilə qeyd aparılması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 30 sentyabr 2025-ci il tarixli arayışdan X14 nikah haqqında akt qeydi aşkar edilməməsi və öldüyü xx.xx.1951-ci il tarixədək subay olması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 29 sentyabr 2025-ci il tarixli arayışdan X10 nikah haqqında akt qeydi aşkar edilməməsi və subay olması aydın olur. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan şəhər 3 saylı Notariat Ofisi tərəfindən verilmiş 21 may 2025-ci il tarixli, 131 nömrəli cavab məktubundan görünür ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş mərhum X23 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsənin vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə biləcəyi, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi, sənədlərə baxıldıqda mirasın qəbulu üçün müəyyən edilmiş müddət buraxıldığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh5 tərəfindən verilmiş 26 may 2025-ci il tarixli ərizədə qeyd edilmişdir ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X7 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etməmişdir, etmir, etmək niyyətində deyil. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə uyğun olaraq mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmaması ona notarius tərəfindən izah edilmişdir. Ərizə özünün sözləri əsasında yazılmış və yazılanları öz imzası ilə təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş X49 tərəfindən verilmiş 27 may 2025-ci il tarixli ərizədə qeyd edilmişdir ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X7 ölümündən sonra onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etməmişdir, etmir, etmək niyyətində deyil. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə uyğun olaraq mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmaması ona notarius tərəfindən izah edilmişdir. Ərizə özünün sözləri əsasında yazılmış və yazılanları öz imzası ilə təsdiq edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 16 oktyabr 2025-ci il tarixli, 04/1436 nömrəli məktubdan görünür ki, X31 mülkiyyətində əvvəlki ünvanı ünvan 4 yerləşən, ümumi sahəsi 163,80 m2 təşkil edən fərdi yaşayış evinin ünvanı “Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsi” Dövlət Standartının (AZS 749-2013) tələblərinə uyğun olaraq dəyişdirilmiş və həmin fərdi yaşayış evinə ünvan 1 ünvanı verilmişdir. Naxçıvan Şəhər XDS İK-nin 17 may 1990-cı il tarixli 202 nömrəli qərarı ilə Naxçıvan şəhərində Kirov küçəsinin adı dəyişdirilərək Atatürk küçəsi adlandırılmışdır. İddiaçı mərhum X15na məxsus ünvan 6 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evini xx.xx.1992-ci il tarixdə vəfatından öncə sağlığında xx.xx.1988-ci il tarixdə Naxçıvan şəhər 2 saylı Dövlət Notariat Kontorunda verdiyi vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və payının müəyyən edilməsi, mərhum X4 miras qalan ünvan 3 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evindən mərhum X5 tərəfindən sağlığında qəbul edilməsi faktı tanınmaqla mirasda məcburi payın müəyyən edilməsi və mərhum X2 vəfatından sonra ünvan 3 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evindən ona çatası məcburi payın özü tərəfindən faktiki olaraq qəbul edilməsi faktının təsdiq edilməsi və həmin məcburi payda payının müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Məhkəmə iddiaçının mərhum X15na məxsus ünvan 1 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evini xx.xx.1992-ci il tarixdə vəfatından öncə sağlığında xx.xx.1988-ci il tarixdə Naxçıvan şəhər 2 saylı Dövlət Notariat Kontorunda verdiyi vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və payının müəyyən edilməsini və mərhum X4 miras qalan ünvan 6 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evindən mərhum X5 tərəfindən sağlığında qəbul edilməsi faktı tanınmaqla mirasda məcburi payın müəyyən edilməsini tələb etməsinə dair hissədə aşağıdakıları qeyd edir. İddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, X41 xx.xx.1992-ci il tarixdə ürəyin xroniki işemiya xəstəliyi səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 77 nömrə ilə qeyd aparılmışdır. Qeyd olunan hala əsasən iddiaçının X31 vəfatından sonra ondan qalmış miras əmlakın, yəni ünvan 1 ünvanında yerləşən 0.053 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 163.8 m2 olan fərdi yaşayış evinin vəsiyyətnamə üzrə qəbul edilməsi faktı müəyyən olunmaqla payının müəyyən edilməsi və X23 miras qalan ünvan 3 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evindən mərhum X5 tərəfindən sağlığında qəbul edilməsi faktı tanınmaqla mirasda məcburi payın müəyyən edilməsi tələbi miras qoyanın öldüyü vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən qanunvericilik normasının tələbini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X41 tərəfindən vəsiyyətnamə tərtib edildiyi müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 24 sentyabr 2025-ci il tarixli, 1552/2025 nömrəli məktubdan görünür ki, mərhum xx.xx.1992-ci ildə vəfat etmiş X41 tərəfindən Naxçıvan şəhər 2 saylı Dövlət Notariat Kontorunda xx.xx.1988-ci il tarixdə vəsiyyətnamələrin qeydiyyatı jurnalında qeyd edilmiş 21/06 nömrəli reyestrdə qeyd edilmiş vəsiyyətnamə tərtib və təsdiq edilmişdir. Vəsiyyətnamə qüvvədədir ləğv edilməmişdir. Qeyd edilən məktuba əlavə edilmiş vəsiyyətnamədə qeyd edilmişdir ki, “Mən aşağıda imza edən və Naxçıvan şəhəri, Kirov küçəsi 37 nömrəli evdə yaşayan X41 həmin vəsiyyətnamə ilə aşağıdakı qaydada sərəncam verirəm. X28 vəfat edəcəyim günə mənə məxsus olan bütün əmlakımı, o cümlədən Naxçıvan şəhəri Kirov küçəsi 37 nömrəli evdə yerləşən iki otaq, iki koridordan, bir göz şüşəbənddən ibarət mülkümü nəvəm İddiaçı vəsiyyət edirəm. Mən Azərbaycan SSR Müllki Məcəlləsinin 538-ci maddəsinə əsasən oğlum X17, oğlum X18, oğlum X27 vərəsəlik hüququndan məhrum edirəm. Mənə Azərbaycan SSR Mülki Məcəlləsinin 534-cü maddəsində məzmunu izah edildi. Vəsiyyətnamə iki nüsxədən ibarət tərtib edildi. Birinci nüsxəsi Naxçıvan şəhəri iki nömrəli dövlət notariat kontorasının işlərində saxlanıldı. İkinci nüsxəsi isə vəsiyyət edən X38 verildi. 02 yanvar 1988-ci ildə həmin vəsiyyətnamə mənim-Naxçıvan şəhər 2 nömrəli dövlət notariat kontorasının notariusu M.Hüseynova tərəfindən təsdiq edilmişdir”. Məhkəmə vəsiyyətnamədə tarixin “02 yanvar 1981-ci il” göstərilməsi ilə bağlı belə qeyd edir ki, istər həmin vəsiyyətnamədə vəsiyyətnamənin 02 yanvar 1988-ci ildə təsdiq edildiyinin qeyd edilməsi, istərsə də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət" Mərkəzində Notariat Ofisinin məktubunda X41 tərəfindən Naxçıvan şəhər 2 saylı Dövlət Notariat Kontorunda xx.xx.1988-ci il tarixdə vəsiyyətnamələrin qeydiyyatı jurnalında qeyd edilmiş vəsiyyətnamə tərtib edildiyinin qeyd edilməsi ilə vəsiyyətnamənin tarixinin vəsiyyətnamənin əvvəlində texniki səhvlik nəticəsində “02 yanvar 1988-ci il” əvəzində “02 yanvar 1981-ci il” olaraq qeyd edilməsi qənaətinə gəlməyə əsas verir. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional “Asan Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş məktubda həmin vəsiyyətnamənin ləğv edilmədiyi və qüvvədə olduğu qeyd edilmişdir. Bu isə o deməkdir ki, hazırkı vəziyyətdə vərəsəliyin vəsiyyət üzrə müəyyən edilmiş əsası tətbiq edilməlidir. 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 528-ci maddəsinə görə vərəsəlik miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 529-cu maddəsinə görə miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu vərəsəliyin açıldığı yer sayılır. Həmin Məcəllənin 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığını və məişət predmetləri istisna edilməklə qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən vəsiyyətnamədə qanun üzrə verəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirası yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 556-cı maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsə vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə şəhadətnamə verilməsinə dair ərizə verdikdə mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Həmin Məcəllənin 561-ci maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Həmin Məcəllənin 562-ci maddəsinə görə vərəsələrə miras hüququ haqqında şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə almaq istədiyini bildirən şəxslərdən əlavə digər vərəsələrin olmaması barədə məlumat olduqda da istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək, belə nəticəyə gəlir ki, X41 vəfatından öncə sağlığında xx.xx.1988-ci il tarixdə Naxçıvan şəhər 2 saylı Dövlət Notariat Kontorunda verdiyi vəsiyyətnamə üzrə öz miras əmlakını İddiaçı vəsiyyət etdiyindən hazırda iddiaçı həmin miras əmlakın faktiki olaraq özü tərəfindən qəbul edilməsi faktının və payının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Həmçinin iddiaçı mərhum X4 miras qalan ünvan 3 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evindən mərhum X5 tərəfindən sağlığında qəbul edilməsi faktı tanınmaqla mirasda məcburi payın müəyyən edilməsini də tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 530-cu maddəsinə əsasən miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar qanun üzrə vərəsələr sayılır. Həmin Məcəllənin 532-ci maddəsinin mahiyyətinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. İş materiallarından məlum olmuşdur ki, X35 (vəfat edib) və X24 (vəfat edib) X6 birinci növbə vərəsələri olmuşlar. Məhkəmə işin məhkəmədə araşdırılması zamanı X35 tərəfindən mirasın qəbul edilməsi halının aşkar edilməməsini, şahidlərin ifadələrini, həmçinin cavabdehlər Cavabdeh4 və Abbasova (İsmayılova) İlhamə Cəbi qızı tərəfindən notariat qaydasında verilmiş ərizələri nəzərə alır. 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 538-ci maddəsinə əsasən miras qoyanın yetkinlik yaşına çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri, (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar vəsiyyətnamənin məzmunundan asılı olmayaraq onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissəsindən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. Qeyd edilənləri ümumiləşdirərək, məhkəmə belə hesab edir ki, X31 vəfatından sonra ondan qalmış miras əmlakda, yəni ünvan 1 ünvanında yerləşən 0.053 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 163.8 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakda X11 1/3 hissədə (qanun üzrə vərəsəlik zamanı çatası payın 1/2 hissə olduğundan onun 2/3 hissəsi) məcburi payı müəyyən edilməlidir. Həmçinin ünvan 1 ünvanında yerləşən 0.053 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 163.8 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakda X11 1/3 hissədə məcburi payı müəyyən edilməli olduğundan, həmin miras əmlakda İddiaçı 2/3 hissədə payı müəyyən edilməlidir. İddiaçının İddiaçı digər tələbi olan mərhum X2 vəfatından sonra ünvan 3 ünvanda yerləşən 0.053 hektar torpaq sahəsindən ibarət, üzərində isə 163.80 kv metr inşa edilmiş fərdi yaşayış evindən ona çatası məcburi payın özü tərəfindən faktiki olaraq qəbul edilməsi faktının təsdiq edilməsi və həmin məcburi payda payının müəyyən edilməsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə belə hesab edir ki, miras əmlakda payın müəyyən olunması üçün ilkin olaraq miras əmlakın qəbul edilib-edilməməsi məsələsi araşdırılmalıdır. Məhkəmə mülki işin həmin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X24 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Buna görə də hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi X26, Cavabdeh2, Cavabdeh3, İddiaçı və Cavabdeh1 X11 qanun üzrə vərəsələridir. 26 dekabr 2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, X26, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum X11 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 1 ünvanında yerləşən 0.053 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 163.8 m2 olan fərdi yaşayış evində olan 1/3 hissədə payını mərhumun öldüyü gündən faktiki idarə etmiş, bununla da faktiki idarə etmək üsulu ilə mirası qəbul etmişlər. Həmçinin məhkəmə onu da qeyd edir ki, cavabdeh Məmmədova (İsmayılova) Lamiə Bayram qızı məhkəməyə ərizə göndərərək atasından qalan miras əmlakda payının müəyyən edilməsini istədiyi qeyd etsə də, həmin miras əmlakı formal üsulla və ya faktiki üsulla qəbul etdiyinə dair heç bir sübutu məhkəməyə təqdim etməmiş, hətta tərəflər və şahidlərlə yanaşı məhkəmə iclasında iştirak edən və nümayəndəsi olan digər Cavabdeh2 da izahatında Məmmədova (İsmayılova) Lamiə Bayram qızının atası öldükdən sonra həmin evdə yaşamadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə İddiaçı ünvan 1 ünvanında yerləşən 0.053 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 163.8 m2 olan fərdi yaşayış evində payının müəyyən olunmasını tələb etməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Məhkəmə belə hesab edir ki, mərhum X26, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum X11 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 1 ünvanında yerləşən 0.053 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 163.8 m2 olan fərdi yaşayış evində olan 1/3 hissədə payını qəbul etdiklərindən, həmin miras əmlakda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 paylarının müəyyən edilməsini tələb etdiklərindən, həmçinin iddiaçı miras əmlakda onların payının müəyyən edilməsinə etirazı olmadığını bildirdiyindən, onların hər birinin həmin paya bərabər hissədə, yəni mərhum X12 1/12, hissədə, İddiaçı 1/12 hissədə, cavabdehlər Cavabdeh1 1/12 hissədə və Cavabdeh2 1/12 hissədə payları müəyyən edilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, ünvan 1 ünvanında yerləşən 0.053 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 163.8 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakda İddiaçı 2/3 hissədə payı müəyyən edildiyindən, daşınmaz əmlakın vahidliyi prinsipinə əsasən ünvan 1 ünvanında yerləşən 0.053 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 163.8 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakda İddiaçı payı 3/4 (2/3+1/12) hissədə müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Məmmədova (İsmayılova) Lamiə Bayram qızı, Cavabdeh4 və Abbasova (İsmayılova) İlhamə Cəbi qızından müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -X6 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 1 ünvanında yerləşən 0.053 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 163.8 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın xx.xx.1988-ci il tarixdə Naxçıvan şəhər 2 saylı Dövlət Notariat Kontorunda verdiyi vəsiyyətnamə üzrə İddiaçı mirası qəbul etməsi faktı müəyyən edilməklə, həmin miras əmlakda İddiaçı 2/3 hissədə payı və X11 həmin mirasdan (ünvan 1 ünvanında yerləşən 0.053 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 163.8 m2 olan fərdi yaşayış evindən) məcburi payı qəbul etməsi faktı tanınmaqla həmin miras əmlakda 1/3 hissədə məcburi payı müəyyən edilməli; -İddiaçı mərhum X11 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 1 ünvanında yerləşən 0.053 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 163.8 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakda olan 1/3 hissədə payını qəbul etməsi faktı müəyyən edilməklə, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mərhum X12 hər birinin həmin paya bərabər hissədə, yəni İddiaçı 1/12 hissədə, Cavabdeh1 1/12 hissədə, Cavabdeh2 1/12 hissədə və mərhum X12 1/12 hissədə payları müəyyən edilməli; -ünvan 1 ünvanında yerləşən 0.053 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 163.8 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakda İddiaçı 2/3 hissədə payı müəyyən edildiyindən, daşınmaz əmlakın vahidliyi prinsipinə əsasən ünvan 1 ünvanında yerləşən 0.053 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 163.8 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakda İddiaçı 3/4 hissədə və Cavabdeh1 1/12 hissədə, Cavabdeh2 1/12 hissədə və mərhum X12 1/12 hissədə payları müəyyən edilməli; -iddia təmin edildiyindən İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Məmmədova (İsmayılova) Lamiə Bayram qızı, Cavabdeh4 və Abbasova (İsmayılova) İlhamə Cəbi qızından müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. X6 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 1 ünvanında yerləşən 0.053 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 163.8 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın xx.xx.1988-ci il tarixdə Naxçıvan şəhər 2 saylı Dövlət Notariat Kontorunda verdiyi vəsiyyətnamə üzrə İddiaçı mirası qəbul etməsi faktı müəyyən edilməklə, həmin miras əmlakda İddiaçı 2/3 hissədə payı və X11 həmin mirasdan (ünvan 1 ünvanında yerləşən 0.053 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 163.8 m2 olan fərdi yaşayış evindən) məcburi payı qəbul etməsi faktı tanınmaqla həmin miras əmlakda 1/3 hissədə məcburi payı müəyyən edilsin. İddiaçı mərhum X11 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni ünvan 1 ünvanında yerləşən 0.053 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 163.8 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakda olan 1/3 hissədə payını qəbul etməsi faktı müəyyən edilməklə, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mərhum X12 hər birinin həmin paya bərabər hissədə, yəni İddiaçı 1/12 hissədə, Cavabdeh1 1/12 hissədə, Cavabdeh2 1/12 hissədə və mərhum X12 1/12 hissədə payları müəyyən edilsin. ünvan 1 ünvanında yerləşən 0.053 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 163.8 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakda İddiaçı 2/3 hissədə payı müəyyən edildiyindən, daşınmaz əmlakın vahidliyi prinsipinə əsasən ünvan 1 ünvanında yerləşən 0.053 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 163.8 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakda İddiaçı 3/4 hissədə və Cavabdeh1 1/12 hissədə, Cavabdeh2 1/12 hissədə və mərhum X12 1/12 hissədə payları müəyyən edilsin. İddia təmin edildiyindən İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Məmmədova (İsmayılova) Lamiə Bayram qızı, Cavabdeh4 və Abbasova (İsmayılova) İlhamə Cəbi qızından müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar