Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1186/2021 11.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi və ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması-şəxsin ölmüş elan edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1924-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuş X4 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında ərizəçi qismində izahat verən Ərizəçi ərizəni müdafiə edərək, əmisinin X19 itkin düşdüyünü, lakin ölümü barədə heç bir məlumatının olmadığını, bununla əlaqədar Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Vəkil tərəfindən sorğu verildiyini, Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən cavabda Naxçıvan şəhərində qeydiyyatda olmuş 1924-cü il təvəllüdlü X4 20 iyul 1942-ci ildə X23 göndərildiyinin və 1943-cü ilin iyun ayında itkin düşdüyünün göstərildiyini, ünvan 1-nin mərhum X1 miras qaldığını, X5 onun atası olduğunu, Müslüm Şirməmməd oğlunun atasının X6, anasının isə X8 olduğunu, X2 X12 nənəsi olduğunu, onun 20 avqust 1963-cü ildə vəfat etdiyini, onun həyat yoldaşı X7 isə 24 mart 1952-ci il tarixdə vəfat etdiyini, atası X5 12 oktyabr 1976-cı il tarixdə vəfat etdiyini, Şərəbanıdan miras qalan yaşayış evində ailə üzvləri ilə birlikdə yaşadıqlarını, yəni mirası qəbul etdiklərini, mirası notariat qaydasında sənədləşdirə bilməməyinə səbəbin əmisi X4 müharibədə itkin düşməsi və ölümü barədə məlumatın olmaması olduğunu, əmisindən bu günə kimi xəbər ala bilmədiklərini, atasının sağlığında əmisinin axtarışı üçün müraciətlər etdiyini, lakin məlumat ala bilmədiyini, bunları nəzərə alaraq, 1924-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuş X4 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında ərizəçinin vəkili qismində izahat verən Vəkil ərizəni müdafiə etdiyini, əlavəsinin olmadığını, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X14, ərizəçinin qardaşı ilə quda olduqlarını, həmin ailə ilə qohum olandan X4 X23 getdiyini və itkin düşdüyünü eşitdiyini, həmin vaxtdan indiyədək ondan xəbər almadıqlarını bildirdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X15, ərizəçinin baldızı olduğunu, həmin ailəyə 1987-ci ildə gəlin gəldiyini, həmin vaxtdan X4 X23 getdiyini və itkin düşdüyünü eşitdiyini, həmin vaxtdan indiyədək ondan xəbər almadıqlarını bildirdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X22, ərizəçinin bacısının gəlini olduğunu, həmin ailəyə 2005-ci ildə gəlin gəldiyini, həmin vaxtdan X4 X23 getdiyini və itkin düşdüyünü eşitdiyini, həmin vaxtdan indiyədək ondan xəbər almadıqlarını bildirdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 450 nömrəli, 16 iyun 2021-ci il tarixli məktubuna əsasən, Naxçıvan şəhərində qeydiyyatda olmuş 1924-cü il təvəllüdlü X9 20 iyul 1942-ci ildə X23 göndərilmiş və 1943-cü ilin iyun ayında itkin düşmüşdür. İ-JQ seriyalı, 279037 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X10 24 mart 1952-ci il tarixdə vəfat etmişdir. İ-JQ seriyalı, 279034 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X8 20 avqust 1963-cü il tarixdə vəfat etmişdir. 384070 nömrəli, 19 aprel 2021-ci il tarixli çıxarışa əsasən, X11 12 oktyabr 1976-cı il tarixdə vəfat etmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.2 kv.m (torpaq sahəsinin ölçüsü 0.0203 ha) olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 18/43 nömrəli reyestr kitabının 8468 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********32-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 25.05.2021). Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 18 sentyabr 2021-ci il tarixli, 161 nömrəli məktuba əsasən, X4 ölüm haqqında şəhadətnaməsi olmadığına görə, Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MM-in 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, sübutlarla müəyyən olunur ki, Naxçıvan şəhərində qeydiyyatda olmuş 1924-cü il təvəllüdlü X9 20 iyul 1942-ci ildə X23 göndərilmiş və 1943-cü ilin iyun ayında itkin düşmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi X4 ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilməz. Yuxarıda göstərilənlər nəzərə alınmaqla və şəxsin vəfat etməsi faktının müəyyən edilməsi hüquqi əhəmiyyət daşıdığından, X4 ölməsi faktı məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə X4 1942-ci ildə X23 getməsini, 1943-cü ildə itkin düşməsini ölüm təhlükəsi törədən hadisədən həlak olduğunu güman etməyə əsas verən şərait kimi qiymətləndirir. Məhkəmə belə nəticəyə gəlir ki, 1924-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuş X9 ölmüş elan edilməklə, məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş səndələrin bərpası mümkün olmasın. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 1924-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuş X9 ölmüş elan edilsin. X4 ölüm günü məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün sayılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1186/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1186/2021
11.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver