Məhkəmə qərarları › İş №2(078)-12/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-12/2025

28.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-12/2025 28.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı3 vəkili və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı payların ayrılması və payın naturada bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı payların ayrılması və payın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 miras qalmış Naxçıvan şəhəri, 6-cı küçə, döngə 3 ünvanında yerləşən 2C fərdi yaşayış evinə payların naturada ayrılması və Mercedes Benz D minik markalı, ** BE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddianı əsaslandıraraq iddia ərizəsində qeyd etmişlər ki, Naxçıvan şəhər, 6-cı küçə, döngə 3 ünvanında yerləşən 2C nömrəli fərdi yaşayış evi X4 mülkiyyətində olmuşdur. Əsgərov Şirzad xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X6 Sevda Həsən qızı (arvadı), İddiaçı1 (oğlu), İddiaçı2 (oğlu), İddiaçı3 (qızı) adlı vərəsələri vardır. Naxçıvan “Asan Xidmət” notariat ofisinin 25 noyabr 2023-cü il tarixli Məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı3dır (AA*******, xx.xx.2021-Naxçıvan MR PQMİ ŞV bölməsi, FİN:xxxxxxx, d/t: xx.xx.1987), ünvan 3 ünvanında qeydiyyatda olan oğlu İddiaçı1dur (AA*******, xx.xx.2023 Asan 5. FİN:xxxxxxx, d/t:xx.xx.1978), ünvan 2 ünvanında qeydiyyatda olan oğlu İddiaçı2dur (AA0601 157, xx.xx.2019-NAXÇİVAN ŞPİ QVSV bölməsi, FİN:xxxxxxx, d/t xx.xx.1976) və onlar miras əmlakdan hər biri 1/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR DƏTMDX tərəfindən xx.xx.2023 tarixdə X5 verilmiş **********06-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 67.5 kv.m olan fərdi yaşayış evindən Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD531132 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB1240221J015990, mühərrikin nömrəsi **********7530 və buraxılış ili 1993-cü il olan MERCEDES BENZ D MİNİK markalı, 75BE034 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023 tarixli qeydiyyat nömrəsi **********KQ93301 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İddiaçı1 vəkili və nümayəndəsi Vəkil, iddiaçılar İddiaçı2 və İddiaçı3 10 yanvar 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə Naxçıvan Şəhər Məhkəməsində Cavabdeh qarşı qaldırdıqları Mercedes Benz D minik markalı, ** BE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə payların müəyyən olunması tələbi ilə bağlı ərizəni geri götürdüklərini, həmin hissədə ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(078)-12/2025 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı payların ayrılması və payın naturada bölünməsi tələbinə dair iddia ərizəsi Mercedes Benz D minik markalı, ** BE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə payların müəyyən olunmasının tələb edilməsinə dair hissədə baxılmamış saxlanılması qərara alınmışdır. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı1 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçılar İddiaçı2 və İddiaçı3 vəkili və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil İddiaçı1 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçılar İddiaçı2 və İddiaçı3 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, lakin İddiaçı2 06 yanvar 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək iddiaçılar İddiaçı1, İddiaçı3 və o, İddiaçı2 Cavabdeh qarşı payların ayrılması və payın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiklərini, iddianı müdafiə etdiyini, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin İddiaçı3 06 yanvar 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək iddiaçılar İddiaçı1, İddiaçı2 və o, İddiaçı3 Cavabdeh qarşı payların ayrılması və payın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiklərini, iddianı müdafiə etdiyini, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəməyə göndərdikləri ərizələri nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı3 vəkili və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil izahatında iddianı müdafiə etdiyini, X2 miras qalmış Naxçıvan şəhəri, 6-cı küçə, döngə 3 ünvanında yerləşən 2C nömrəli fərdi yaşayış evinə payların naturada ayrılması barədə qətnamə qəbul edilməsini istədiklərini, ekspert rəyində payların naturada ayrılmasının mümkün olmadığının qeyd edildiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında iddiaçılara neçə illər ərzində özünün baxdığını, öz uşağından ayırmadığını, indi ona qarşı iddia qaldırdıqlarını, iddiaçılardan bu hərəkəti gözləmədiyini, neçə illər atalarına da, özlərinə də özünün baxdığını, onların üzərində nə qədər əziyyəti olduğunu, heç ataları xəstə olanda maraqlanmadıqlarını, yas mərasimində belə xərc çəkmədiklərini, evə də heç bir xərc çəkmədiklərini, 28 ildir həmin evə əmək qoyduğunu, Əliabadda iddiaçıya ev tikdirdiyini, avtomobil aldığını, ataları xəstəxanada olarkən bir dəfə olsun gəlmədiklərini, maraqlanmadıqlarını, özünün keçən il həmin evə 12000 manat xərc çəkdiyini, bunu bütün qonşuların da gördüyünü, atalarına da 15500 manat xərc çəkdiyini, əgər bölünməlidirsə bu xərclərin da bölünməli olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, Naxçıvan şəhəri, 6-cı küçə, döngə 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsinin İddiaçı1, 1/8 hissəsinin İddiaçı2, 1/8 hissəsinin İddiaçı3 və 5/8 hissəsinin Cavabdeh adına qeydiyyata alınması işin mübahisəsiz hallarıdır. Həmin halların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -İddia ərizəsinə əlavə olunmuş Naxçıvan “Asan Xidmət” notariat ofisinin 25 noyabr 2023-cü il tarixli Məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 vərəsələri ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı3dır (AA*******, xx.xx.2021-Naxçıvan MR PQMİ ŞV bölməsi, FİN:xxxxxxx, d/t: xx.xx.1987), ünvan 3 ünvanında qeydiyyatda olan oğlu İddiaçı1dur (AA*******, xx.xx.2023 Asan 5. FİN:xxxxxxx, d/t:xx.xx.1978), ünvan 2 ünvanında qeydiyyatda olan oğlu İddiaçı2dur (AA0601 157, xx.xx.2019-NAXÇİVAN ŞPİ QVSV bölməsi, FİN:xxxxxxx, d/t xx.xx.1976) və onlar miras əmlakdan hər biri 1/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR DƏTMDX tərəfindən xx.xx.2023 tarixdə X5 verilmiş **********06-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 67.5 kv.m olan fərdi yaşayış evindən Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD531132 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB1240221J015990, mühərrikin nömrəsi **********7530 və buraxılış ili 1993-cü il olan MERCEDES BENZ D MİNİK markalı, 75BE034 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023 tarixli qeydiyyat nömrəsi **********KQ93301 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. -İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Naxçıvan şəhəri, 6-cı küçə, döngə 3 ünvanında 0.0427 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 67.5 m2 olan fərdi yaşayış evinin 1/8 hissəsi İddiaçı1, 1/8 hissəsi İddiaçı2, 1/8 hissəsi İddiaçı3 və 5/8 hissəsi Cavabdeh adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış və bu daşınmaz əmlakın dövlət reyestrində 18/56 nömrəli reyestr kitabının 11022 nömrəli vərəqində qeydiyyata alınmışdır. -iddia ərizəsinə əlavə olunmuş Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı, 299005 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbi ilə Bakı şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 337 nömrə ilə qeyd aparılmışdır. -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 04 may 1978-ci il tarixli, V-ЖГ seriyalı, 443031 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 və X3 birgə nikahından xx xxxx 1978-ci il təvəllüdlü İddiaçı1 adlı övladları doğulmuşdur. -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli, AZ-İV seriyalı, 786842 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 və X3 birgə nikahından xx xxxx 1976-cı il təvəllüdlü İddiaçı2 adlı övladları doğulmuşdur. Hazırda iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Naxçıvan şəhəri, 6-cı küçə, döngə 3 ünvanında İddiaçı1 mülkiyyətində olan 1/8 hissədə payının, İddiaçı2 mülkiyyətində olan 1/8 hissədə payının və İddiaçı3 mülkiyyətində olan 1/8 hissədə payının naturada ayrılmasını tələb etmələri isə mülki işin mübahisəli halıdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin mübahisəli halının həlli baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2024-cü il tarixli, 1499 nömrəli məhkəmə-tikinti texniki ekspertizasının rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0.0427 ha torpaq sahəsi və onun üzərində yerləşən 67.5 kv.m fərdi yaşayış evindən İddiaçı1, İddiaçı2 və İddiaçı3 1/8 hissə paylarının naturada təcrid olunmuş qaydada bölünərək verilməsi İnşaat Norma və Qaydaları 22.08.01.89-un (СНиП 2.08.01.89-un «Жилые здания») 1.1., 2.2., 2.4., 2.9. bəndlərində və metodik vəsaitin (Məmmədov M.N. «Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodları» Bakı-2008) tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində deyilir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göstərilənlərə əsaslanaraq və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin, tərəflər ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlaka sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə mübahisəli əmlakın iddiaçıların paylarına müvafiq olaraq naturada ayrılması da mümkün deyildir. İddiaçılar əmlakda olan paylarının naturada ayrılmasını tələb etmişlər ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur ki, bu tələbi təmin etmək mümkün deyil. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia rədd edildiyindən İddiaçı2 tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz manat) manat miqdarında dövlət rüsumu İddiaçı2 özünə aid edilməlidir. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia rədd edilməli olduğundan məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı payların naturada ayrılması tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı2 özünə aid edilməli; -məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı payların naturada ayrılması tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı2 özünə aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar