Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-121/2025 13.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X18, X6, X13, X14 və X23 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və payının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, 22 yanvar 1983-cü il tarixdə vəfat etmiş atası X7 miras qalmış, Naxçıvan şəhəri, M.S.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən miras olaraq qəbul edilməsi faktının müəyyən olunması və miras əmlakda payının bütün miras kütləsinə şamil edilməklə payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, Naxçıvan şəhəri, M.S.ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mərhum atası X9 adına qeydiyyata alınmışdır. Mərhum atası xx.xx.1983-cü il tarixdə, anası isə xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Həmin fərdi yaşayış evi mərhum atasından ona miras qalmışdır. Mərhum atası X9 arvadı X19 (vəfat edib), oğlu Cavabdeh3, oğlu X24 (vəfat edib), X25 (oğlu), oğlu X20 (vəfat edib), oğlu X26, oğlu İddiaçı, oğlu X31 adlı vərəsələri vardır. X2 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir, onun X15 (vəfat edib), qızı Cavabdeh2, oğlu Cavabdeh1 adlı vərəsələri vardır. Miras qalan əmlakı faktiki olaraq o, qəbul etmişdir. Digər vərəsələr Cavabdeh3, X25, X27, X31 və X10 vərəsələri X30, Kazımov Mətanət mirasdan notarial qaydada imtina etmişdirlər. X24 26 aprel 1995-ci il tarixdə Kazaxstan Respublikasında vəfat etmişdir. X1 nikahları 27 iyul 1978-ci il tarixdə 191 sayla qeydə alınmışdır. Mərhum atasından qalan miras əmlaka özü sahiblik edir, bütün komunnal xərclərini o ödəyir. Qaz, elektrik və su kanalizasiya sənədləri onun adına qeydiyyat aparılmışdır. Bununla bağlı sübutlar təqdim olunacaq. Bununla bağlı Naxçıvan şəhər 3 saylı Notariat ofisinə müraciət etmişdir. Bildirilmişdir ki, “xx.xx.1983-ci il tarixdə vəfat etmiş atası X7 miras qalmış Naxçıvan şəhər M.S. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmisiniz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Müddət qurtardıqdan sonra digər vərəsələr razıdırlarsa miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Sizin sənədlərə baxıldıqda mirasın qəbulu üçün müəyyən edilmiş müddət buraxıldığından və vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət etməyiniz Sizdən xahiş olunur”. Cavabdehlər miras əmlakın onun adına keçməsinə razılıq vermirlər. İddiaçı 05 mart 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Naxçıvan Şəhər Məhkəməsində qaldırdığı Naxçıvan şəhəri, M.S.ünvan 1 ünvanında yerləşən torpaq sahəsini və yaşayış evini miras olaraq qəbul edilməsi faktının müəyyən olunması barədə iddia tələbini dəqiqləşdirərək tələbə Naxçıvan şəhəri, M.S.ünvan 1 ünvanında yerləşən torpaq sahəsini və yaşayış evini atası X9 ölümündən sonra özünün və anası X8 qəbul etməsi, anası X8 ölümündən sonra ondan qalan miras payın tərəfindən qəbul edilməklə miras əmlakda payının müəyyən olunması kimi baxılıb nəticə verilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-121/2025 nömrəli, 05 mart 2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə Naxçıvan şəhəri, M.S.ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və yaşayış evinin atası X9 ölümündən sonra İddiaçı və anası X8 qəbul etməsi, anası X8 ölümündən sonra ondan qalan miras payın İddiaçı tərəfindən qəbul edilməklə miras əmlakda İddiaçı payının müəyyən olunması həddində baxılması qərara alınmışdır. İddiaçı 05 mart 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək Naxçıvan Şəhər Məhkəməsində qaldırdığı iddia tələbi ilə bağlı X16 vərəsələri olan X16, X5, X11, X12 və X22 prosesə cavabdehlər qismində cəlb edilməsini məhkəmədən xahiş etdi. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-121/2025 nömrəli, 05 mart 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə X30, X17, X28, X25 və X31 cavabdeh qismində mülki işə cəlb edilməsi qərara alınmışdır. 13 may 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X18, X6, X13, X14 və X23 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iddiaçının və cavabdehlərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı 13 may 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəməyə müraciət edərək atasından miras qalmış əmlakın qəbul edilməsi və payının müəyyən olunmasını xahiş etdiyini, hazırda məhkəmədənkənar işi həll edəcəkləri üçün iddia tələbinin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X16, X5, X11, X12 və X22 iddia ərizəsinin baxılmamış saxlanılmasına dair hər hansı etirazıları daxil olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X18, X6, X13, X14 və X23 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qaldırılarkən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 21 oktyabr 2024-cü il tarixli, 30507 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X18, X6, X13, X14 və X23 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırılarkən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 21 oktyabr 2024-cü il tarixli, 30507 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-121/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-121/2025
13.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver