Məhkəmə qərarları › İş №2(078)-1228/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1228/2024

10.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1228/2024 10.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi və ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşamış atası X1 28 noyabr 1980-ci ildə Naxçıvan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X4 ilə anası Hacıyeva (Adıgözəlova) Küşvər Heydər qızı nikahlarını rəsmi olaraq 27 avqust 1954-cü il tarixdə Naxçıvan şəhər VVAQ şöbəsində qeydiyyatdan keçiriblər. Onlar Naxçıvan şəhərində yaşayıblar. Atası 28 noyabr 1980-ci ildə yaşadığı Naxçıvan şəhəri, Nizami küçəsi ev 59da yerləşən 21 nömrəli mənzildə vəfat edib. O, vəfat etməmişdən əvvəl 4-5 il xəstə yatdı, sonra isə vəfat etdi. Atasını Naxçıvan şəhər Qəbiristanlığında dəfn edib, yasını yaşadığı mənzildə saxlamışlar. Atası vəfat edəndə ona ölüm haqqında şəhadətnamə almayıb. Atasının ölümündən keçən 40 ildən artıq bir müddətdə onun ölüm haqqında şəhadətnaməsi lazım olmayıb. Anası Hacıyeva (Adıgözəlova) Küşvər Heydər qızı 1993cü ildə vəfat edib. Onun adına Naxçıvan şəhəri, Nizami küçəsi ev 59-da yerləşən 21 nömrəli mənzili miras qalıb. Anasından qalan miras əmlakı vərəsələrdən birinin adma keçirmək istəyirlər. Bunun üçün atasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ölüm haqqında şəhadətnamənin Naxçıvan şəhər Nikah Evindən alınması üçün müvafiq sənədləri toplayıb Nikah Evinə təqdim etdikdə ona məhkəməyə müraciət etməli olduğu bildirilib. Mərhum atasının ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmət qərarına gəlmişdir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəsini müdafiə edərək ərizə ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən ərizəçinin vəkili Vəkil ərizəsini müdafiə edərək ərizəçi ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilsə də, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2024-cü il tarixdə məhkəmənin ünvanına məktub göndərərək işlərin çoxluğu ilə əlaqədar olaraq onun iştirakı olmadan baxılmasını və müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir Bunu nəzərə alan məhkəmə işə müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinın atası yaşlı idi, xəstələnmişdi və rəhmətə getdi. Yasında da iştirak edib. Səhv etmirsə 2 övladı var. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır. Ərizəçinın çox atası yaşlı idi, xəstələnmişdi və xəstəliyi ilə bağlı rəhmətə getdi. Məhkəmənin qiymətləndirməsi: Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 691 nömrəli arayışdan aydın olur ki, X4 barəsində xx.xx.2024-cü il tarixədək bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan aydın olur ki X1 28 noyabr 1980-ci ildə öldüyünə dair qeydiyyat şöbəsinin arxivində heç bir məlumat tapılmamışdır. Heç bir sənəd təsdiq edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Naxçıvan MR Səhiyyə Nazirliyi Z.Əliyeva adına Naxçıvan şəhər Poliklinikası phş tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışda qeyd olunmuşdur ki, 28 noyabr 1980ci ildə vəfat etmiş X2 ölüm haqqında şəhadətnamənin verilməsi haqqında Poliklinikada məlumat yoxdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 156 nömrəli arayışda qeyd olunmuşdur ki, mərhum X4 1980-ci ildə vəfat edib və Naxçıvan Şəhər Qəbirstanlığında aşağıda göstərilən qəbirlərin yanında dəfn edilmişdir, sol tərəfi X9 1032-1990, sağ tərəfi X3 1932-1980, ön tərəfi X7 1925-1993. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin, onun vəkilinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X1 28 noyabr 1980-ci ildə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi atasının ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X1 28 noyabr 1980-ci ildə Naxçıvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar