Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-124/2025 08.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı-cavabdeh İddiaçı, iddiaçı-cavabdehin vəkili Vəkil, cavabdeh-iddiaçılar Cavabdeh1 və X8 və cavabdeh X17 iştirakları ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçılar Cavabdeh1 və X10 qarşı mirasın onun tərəfindən qəbul edilməsi və cavabdeh-iddiaçılar Cavabdeh1 və X8 iddiaçı-cavabdeh İddiaçı qarşı miras əmlakdan paylarının müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X37 xx.xx.2019-cıı il tarixdə vəfat edib, ölümündən sonra ünvan 1 ünvanında ev və torpaq sahəsi miras qalmışdır. Mərhum atası X26 ölümündən sonra mirası özü qəbul etmişdir, hazırda ünvan 1 ünvanında yaşayır. Mərhum atası X26 aşağıdakı vərəsələri var: 1. Həyat yoldaşı X18 vəfat edib; 2. X22; 3. Oğlu İddiaçı; 4. X13; 5. X14 vəfat edib; 6. X15. Mərhum bacısı X28 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, aşağıdakı vərəsələri var: 1. Həyat yoldaşı X19; 2. X4; 3. Oğlu Cavabdeh1. Mərhum atası X26 ölümündən sonra ünvan 1 ünvanında yerləşən mirası özü faktiki olaraq yaşayıb qəbul etmişdir. X12 və X27 miras əmlakdan ərizə yazaraq imtina etmişlər. Mərhum atası X26 ölümündən sonra mirası özü qəbul etməklə mirasın qəbulunu şərtsiz nümayiş etdirmişdir. Vərəsəlik şəhadətnaməsinin alınması üçün Naxçıvan şəhər 3 saylı Notariat Ofisinin notariusuna müraciət etmişdir. Naxçıvan şəhər 3 saylı Notariat Ofisinin notariusu 25 aprel 2024-cü il tarixli məktubunda vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Mülki iş üzrə cavabdehlər Cavabdeh1 və X16 məhkəmənin ünvanına xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi göndərərək İddiaçı tərəfindən cavabdehlər qismində onlara qarşı “mirasın onun tərəfindən qəbul edilməsi tələbi” barədə qaldırdığı iddianın əsassız olduğundan rədd olunması və “miras əmlakdan paylarının müəyyən olunması” tələbi barədə qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və X16 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışlar ki, iddiaçı-cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1 və X10 qarşı mirasın onun tərəfindən qəbul edilməsi tələbi barədə iddia qaldırmışdır. Həmin iddianı qəbul etməyərək qarşılıqlı iddia verirlər. İddia ərizəsində iddiaçı bildirir ki, mərhum atası X37 30 dekabr 2019-cu il tarixdə vəfat etdikdən sonra ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi miras qalmışdır. Mərhumun ölümündən sonra iddiaçının mirası qəbul etdiyini və hal-hazırda da həmin ünvanda yaşadığını bildirmişdir. X7 vərəsələrindən mərhumun həyat yoldaşı X11 və X1 vəfat ediyi, digər vərəsələrədən X38 və Cavabdeh4 ərizə ilə öz miras paylarından imtina etdiyi qeyd olunmuşdur. Digər vərəsə X29 isə hal-hazırda iddiaçı ilə birlikdə həmin ünvanda yaşayır. Anaları mərhum X28 xx.xx.2023-cü il tarixdə böyrək çatışmazlığı xəstəliyindən vəfat etmişdir. Anaları X3 xəstəliyi 2018-ci ildən davam edirdi. Tez-tez müalicə olunması üçün Türkiyə Respublikasına gedirdi və bir müddət orada qalıb əməliyyat olunmuşdur. Mərhum anaları X28 xəstə olsa da babalarından miras qalmış evə heç bir zaman mənəvi bağlılığını itirməmişdir. Lakin mərhum analarının xəstəliyi getdikcə kəskinləşdiyinə görə mərhum babaları X26 vəfatından sonra miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin vərəsə olaraq qanunla müəyyən olunmuş müddətdə qəbul edilməsi üçün hüquqi prosedurların aparılması imkanı olmamışdır. Hesab edirlər ki, İddiaçı mərhum babalarından qalan miras əmlakın bütünlüklə onun tərəfindən qəbul edilməsi tələbi ilə bağlı bu cür iddianı irəli sürməklə iddia tələbində göstərməsi onlara aydın olmur və qəbuledilməzdir. Buna görə də mərhum X1 vərəsələri olaraq mərhum babaları X23 miras qalan əmlaka mərhum anaları X24 çatası miras paydan paylarının müəyyən olunmasını istəyirlər. Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X10 qarşı mirası onun tərəfindən qəbul edilməsi tələbinə dair mülki iş üzrə cavabdehlər Cavabdeh1 və X16 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. 25 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı-cavabdeh İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ilkin iddia ərizəsində X7 ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi göstərilmiş, hazırda iddia tələbini dəqiqləşdirilməsi zərurətinin yarandığını bildirmiş və iddia tələbinə “X7 ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakda payının müəyyən olunması tələbi” çərçivəsində işə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli qərardadı ilə, iddiaçıcavabdeh İddiaçı cavabdeh-iddiaçılar Cavabdeh1 və X10 qarşı mirası onun tərəfindən qəbul edilməsi və cavabdeh-iddiaçılar Cavabdeh1 və X8 iddiaçı-cavabdeh İddiaçı qarşı miras əmlakdan paylarının müəyyən olunması tələbinə dair mülki iş üzrə iddiaçı-cavabdeh İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi nəzərə alınmaqla, ilkin iddia tələbinə “X26 ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakda payının müəyyən olunması” tələbi çərçivəsində baxılması qərara alınmışdır. X29, X38 və X27 iş üzrə cavabdeh qismində cəlb olunmuşlar. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdeh qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək bildirmişdir ki, mərhum atası öldükdən sonra miras əmlak qalmışdır. Özü həmin mirasa faktiki sahiblik etmişdir. Digər bacıqardaşları razılığını verib. Sabirə bacısı vəfat edib. Onun vərəsələri övladları vardır. Özü həmin evə faktiki sahiblik edir və mirası faktiki qəbul etmişdir. Hazırda Vəsilə bacısı onunla qalır. Sabirə bacısı 2023-cü ildə vəfat edib. Ailə qurandan sonra həmin evdən ayrılıb. Digər cavabdehlər Bakı şəhərində yaşayırlar. Onlar öz paylarını ona veriblər. İddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdehin vəkili qismində izahat verən Vəkil izahatında iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh-iddiaçı qismində izahat verən Cavabdeh1 qarşılıqlı iddianı müdafiə edərək, iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisə gedən torpaq sahəsi və əmlak babaları Bağırov Əkbərin mülkiyyətində olub. Babaları 30 dekabr 2019-cu il tarixdə ölüb. Həmin mülkiyyətdən bu günədək dayısı İddiaçı istifadə edib. X1 həmin müddətdə xəstəliyi ağırlaşdığından vərəsəlik şəhadətnaməsinin alınması üçün müraciət edə bilməmişlər. Dayısı tərəfindən əmlakın sənədləşdirilməsi ilə bağlı onlara müraciət olunmağına baxmayaraq buna etirazlarını bildirmişlər. Analarına münasibətdə paylarını istəyirlər. Anası 2023-cü ildə vəfat edib. Anası özünəməxsus əmlakda vəfat edib. Anası 1988-ci ildən həmin evdən çıxıb. Atası ilə anası 2016-cı ildə rəsmi qaydada boşanıblar. Anası ölən günə qədər ünvan 4 ünvanında yaşayıb. Vərəsəliklə bağlı notariusa müraciət etməyib. Anası öz səhhəti ilə bağlı müalicəsi üçün öz hesabına məzuniyyətdə olub. Qarşılıqlı iddianın təmin olunmasını, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh-iddiaçı qismində izahat verən X16 qarşılıqlı iddianı müdafiə edərək, iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisə gedən torpaq sahəsi və əmlak babaları Bağırov Əkbərin mülkiyyətində olub. Babaları 30 dekabr 2019-cu il tarixdə ölüb. Həmin mülkiyyətdən bu günədək dayısı İddiaçı istifadə edib. X1 həmin müddətdə xəstəliyi ağırlaşdığından vərəsəlik şəhadətnaməsinin alınması üçün müraciət edə bilməmişlər. Qarşılıqlı iddianın təmin olunmasını, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən X29 izahatında bildirmişdir ki, həmin miras əmlakda özü, qardaşı Rasim və ailə üzvləri yaşayıb. Digər bacıqardaşlarının ayrı evi olub. Sabirə bacısı xəstə olsa da atasıgilə gəlib-gedib. Ancaq davamlı olaraq qalmayıb. O evdə qardaşı Rasim və özü yaşayıb. O özünə çatası payını da digər bacı-qardaşları kimi qardaşı Rasimə vermişdir. Sabirənin övladları Samirlə Samirə nəyə görə bu cür iddia irəli sürüblər başa düşə bilmir. Heç bu cavabdehlər bir dəfə olsun gəlib babalarını sağlığında ziyarət ediblər? İndi nəyin iddiasını edirlər? Qanunauyğun qərar çıxarılmasını xahiş etdi. Cavabdeh X38 whatsapp vasitəsilə məhkəmə iclasına qoşulmuş, izahat verərək bildirmişdir ki, xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. X53 2005-ci ildə, atası Əkbər Bağırov isə 2019-cu ildə vəfat edib. Hazırda Bakı şəhəri Abşeron rayonu Fatimeyi qəsəbəsində yaşayır. 30-35 ildir ki, həmin həyətdən çıxmışdır. Özünə məxsus payını qardaşı Rasimə vermişdir. Bunu notariat qaydasında da təsdiqləmişdir. Çünki ata mülkünə həmişə Rasim baxıb qulluq edib. Sabirə bacısının ayrı evi olub. Müvafiq qərar verilməsini xahiş etdi. Cavabdeh X27 whatsapp vasitəsilə məhkəmə iclasına qoşulmuş, izahat verərək bildirmişdir ki, xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. X53 2005-ci ildə, atası Əkbər Bağırov isə 2019-cu ildə vəfat edib. Hazırda ünvan 5 ünvanında yaşayır. Neçə ildir ki, həmin həyətdən çıxmışdır. Özünəməxsus payını qardaşı Rasimə vermişdir. Bunu notariat qaydasında da təsdiqləmişdir. Çünki ata mülkünə həmişə Rasim baxıb qulluq edib. Sabirə bacısının ayrı evi olub. Atasının ölümündən sonra bacısı Sabirə ölüb. Atasının yasına Sabirə bacısı gəlib iştirak edibdir. Mərhum bacısının övladlarına demək istəyir ki, ayıbdır, bu iddialarından əl çəksinlər. Hamı bilir ki, həmin evdə həmişə Rasim ailə üzvləri ilə qalıb. Bir də bacısı Vəsilə yaşayır. Vəsilə də öz payını Rasimə verib. Müvafiq qərar verilməsini xahiş etdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X30 bildirmişdir ki, ərizəçi ilə qonşudur və ərizəçi onun əmisioğludur. İddiaçı atası öləndən sonra da ondan qabaq da həmin həyətdə yaşayıb. Vəsilə və Rasim ailəsi ilə yaşayırlar. Sabirənin evi ayrı olub. Sabirə o həyətdə yaşamayıb. Özü 2016-cı ilə qədər Bakı şəhərində olmuşdur. Tam hər şeyi xatırlamır. Samirənin və Samirin də o həyətə gəlib-getməyini tam xatırlamır. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına əlavə olunmuş: İE-195539 nömrəli evlənmə haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X37 ilə X25 arasında 16 noyabr 1953-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına "Bağırova" soyadı verilmişdir. AZ-İ seriyalı, 702130 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X37 30 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. AZ-İ seriyalı, 116692 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X21 26 aprel 2005-ci il tarixdə vəfat etmişdir. 06 mart 2024-cü il tarixli çıxarışa əsasən, X19 ilə X28 arasında 16 iyun 1988-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına "Bağırova" soyadı verilmişdir. AZ-İ seriyalı, 943940 nömrəli, 06 mart 2024-cü il tarixli çıxarışa əsasən, X28 13 may 2023-cü il tarixdə vəfat etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 20 iyul 2023-cü il tarixli, 893 nömrəli arayışa əsasən, X7 aşağıdakı vərəsələri vardır:
1. X2 vəfat edib;
2. X22 1954-cü il təvəllüdlü;
3. Oğlu İddiaçı 1956-cı il təvəllüdlü;
4. X13 1958-ci il təvəllüdlü;
5. X14 vəfat edib;
6. X15 1964-cü il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 17 may 2024-cü il tarixli, 02/122 nömrəli arayışa əsasən, X3 aşağıdakı vərəsələri vardır:
1. X9 1959-cu il təvəllüdlü;
2. Oğlu Cavabdeh1 1989-cu il təvəllüdlü;
3. X4 1993-cü il təvəllüdlü. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətinə əsasən, ünvan 1 ünvanında 0.0672 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 91.46 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X26 adına daşınmaz əmlakın dövlət reyestrində 18/56 nömrəli reyestr kitabının 10991 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********80-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023). 23 iyun 2023-cü il tarixli notarial təsdiqli ərizələrə əsasən, X38 və X27 mirasdan imtina etdiklərini bildirmişlər. Naxçıvan şəhər 3 saylı Notariat Ofisinin 25 aprel 2024-cü il tarixli, 100 nömrəli məktubuna əsasən, İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş 24 noyabr 2022-ci il tarixli Naxçıvan MR Tibbi Sosial Ekspert Komissiyasının qərarın surətinə əsasən, X20 ümumi xəstəlik səbəbindən orqanizm funksiyalarının 100% pozulmasına və əmək qabiliyyətsiz olduğuna görə əlilliyi müəyyən edilmişdir. Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsinin 28 oktyabr 2022-ci il tarixli epikrizinin surətinə əsasən, X28 xroniki böyrək çatışmazlığı səbəbindən 13 sentyabr 2022ci il tarixdən Naxçıvan MR Xəstəxanasında proqramlı hemodializə alınmışdır. 05 sentyabr 2022-ci il tarixli sənədə əsasən, X5 Universiteti Araşdırma Xəstəxanasında müayinə olunmuşdur. Cərrahi epikrizin surətinə əsasən, X5 Universiteti Araşdırma Xəstəxanasına sağ dizdə ağrı, hərəkət qısıtlılığı ilə 25 iyul 2022-ci il tarixdə daxil olmuş, 29 iyul 2022-ci il tarixdə çıxmışdır. 09 sentyabr 2019-cu il tarixli epikrizin surətinə əsasən, X5 Universiteti Araşdırma Xəstəxanasına 02 sentyabr 2019-cu il tarixdə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatlarını və toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77 və 88-ci maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə miras qoyan X26 vərəsələrinin mirasın faktiki və formal əsaslarla qəbul edib-etməmələrini iş materiallarında olan sübutlarla araşdırmışdır. Araşdırılmış sübutlarla, tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, X7 vəfatından sonra həmin miras əmlak iki vərəsə tərəfindən qəbul edilmişdir. İddiaçı və Cavabdeh5 ataları X26 vəfatından sonra həmin miras əmlakda yaşamaqla mirası faktiki qəbul etmiş, miras əmlakın idarəçiliyini həyata keçirmişlər. Digər vərəsələrin izahatlarından onların miras əmlakın nə formal, nə də faktiki olaraq qəbul etməmələri aydın olmuş, qarşılıqlı iddia üzrə cavabdehiddiaçıların izahatlarından mərhum analarının vəfatından sonra həmin əmlakın formal olaraq-notarial qaydada ərizə verməklə qəbul etməməsi aydın olmuş, faktiki olaraq miras əmlakı qəbul etməsi isə sübuta yetirilməmişdir. Cavabdehlər Cavabdeh5, X38 və Cavabdeh4 miras əmlak üzrə onlara çatası paydan imtina etdiklərini bildirmişlər. Məhkəmə bildirir ki, X38 və Cavabdeh4 ataları X23 miras qalan əmlakla bağlı mirasın qəbuluna yönəlmiş hər hansı hərəkət etmədiklərindən onların mirasdan imtinasının da heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, qəbul edilməyən mirasdan imtina mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Lakin Cavabdeh5 miras əmlakı qəbul etmiş, işə məhkəmə iclasında baxılarkən həmin mirasdan qardaşı İddiaçı xeyrinə imtina etdiyini bildirmişdir. Buna görə də Cavabdeh5 mirasdan imtinası nəzərə alınmaqla pay müəyyən edilməli, belə olan halda İddiaçı payı bütün miras kütləsi həcmində müəyyən edilməlidir. Mülki işin tədqiq olunan faktiki hallarından və mülki işə əlavə edilmiş sənədlərdən məlum olur ki, mərhum X23 qalmış miras əmlak onun ölümündən sonra vərəsələrdən oğlu İddiaçı tərəfindən daha öncə sadalanan hərəkətlər həyata keçirməklə faktiki qəbul olunmuşdur. Bu fakt iş üzrə izahatlar, şahid ifadəsi və iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır və mübahisə doğurmur. Belə ki, iş üzrə sübutlarla tam təsdiq olunur ki, mərhum X23 qalmış miras əmlak onun ölümündən sonra vərəsələrdən oğlu İddiaçı orada yaşamaqla mirası qəbul etmiş, mirası qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Eyni zamanda işə baxılarkən qarşılıqlı iddia üzrə cavabdeh-iddiaçıların bildirdikləri hallar öz təsdiqini tapmamış, miras əmlakın mərhum X28 tərəfindən qəbul edilməsinə dair mötəbər sübutlar təqdim edilməmişdir. Belə olan halda X3 mirası qəbul etməsi təsdiq olunmadığından onun vərəsələri-cavabdeh-iddiaçıların paylarının müəyyən edilməsi üçün heç bir hüquqi əsas yoxdur. X3 xəstəliyi olmasına dair qarşılıqlı iddia ərizəsində təqdim edilən sənədlər onun faktiki qaydada və formal şəkildə mirasın qəbul edilməsi üçün müvafiq hərəkətlər həyata keçirməsinə maneə yaratmaması tərəflərin izahatı ilə təsdiq edilir. Beləliklə, məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, X7 mülkiyyətində olan ünvan 1 ünvanında 0.0672 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 91.46 kv.m olan fərdi yaşayış evindən ibarət olan miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, payı bütün miras kütləsi həcmində müəyyən olunmalıdır. Cavabdehiddiaçılar Cavabdeh1 və X8 iddiaçı-cavabdeh İddiaçı qarşı miras əmlakdan paylarının müəyyən olunması tələbinə dair qarşılıqlı iddia isə rədd olunmalıdır. İddia tələbi təmin edildiyinə görə, iddiaçı-cavabdeh İddiaçı tərəfindən 28 oktyabr 2024-cü il tarixdə 1595 nömrəli qəbzlə "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh-iddiaçılar Cavabdeh1 və X6 alınaraq iddiaçıcavabdeh İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia tələbi rədd edildiyinə görə, 19 noyabr 2024-cü il tarixdə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdeh-iddiaçıların özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia təmin edilsin. X7 mülkiyyətində olan ünvan 1 ünvanında 0.0672 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 91.46 kv.m olan fərdi yaşayış evindən ibarət olan miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin və həmin miras əmlakda payı bütün miras kütləsi həcmində müəyyən olsun. Qarşılıqlı iddia əsassız olduğundan rədd olunsun. İddiaçı-cavabdeh İddiaçı tərəfindən 28 oktyabr 2024-cü il tarixdə 1595 nömrəli qəbzlə "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh-iddiaçılar Cavabdeh1 və X6 alınaraq iddiaçı-cavabdeh İddiaçı ödənilsin. Qarşılıqlı iddia verilərkən ödənilən dövlət rüsumu cavabdeh-iddiaçılara aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva.