Məhkəmə qərarları › İş №2(078)-1241/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1241/2023

01.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1241/2023 01.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: DikovaTürkanə Təvəkkül qızı nümayəndə vasitəsilə Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında 23 aprel 2023-cü ildə Naxçıvan şəhər Mediasiya Təşkilatında bağlanmış Q-447 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia ərizəsində, Maraqlı şəxs ilə 2015-ci ildə rəsmi nikah qeyd etdirərək evləndiklərini, birgə nikahdan bir övladı- 30 mart 2016-cı il təvəllüdlü X5 olduğunu, Maraqlı şəxs ilə yola getmədiklərindən Naxçıvan Şəhər Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulduğunu, həmin zaman bir uşağın saxlanılması üçün Maraqlı şəxs 170 manat alimentin alınıb ona verilməsinin müəyyən edildiyini, bu alimentlə uşağın saxlanılması mümkün olmadığından alimentin artırılması ilə bağlı X3 etdiyi müraciətə 23 aprel 2023-cü ildə baxılarkən Maraqlı şəxs hər ay uşağın saxlanılmasına 220 manat aliment ödəyəcəyi barədə söz verdiyindən onunla razılığa gəlindiyini və mediasiya təşkilatında barışıq sazişinin bağlandığını, həmin tarixdən sonra cavabdehin bir manat da olsun aliment ödəmədiyini, dəfələrlə telefon vasitəsilə alimenti tələb etsə də, qəti olaraq verməyəcəyini bildirdiyini, özünün Türkiyə Respublikasında ali təhsil aldığını, övladının da onun yanında özəl məktəblərdə oxuduğunu, onun maddi təlabatlarını ödəyə bilmədiyini, barışıq sazişinin könüllü icrası üçün '‘Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçdiyini, buna görə də, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsini istədiyini bildirmişdir. Ərizəçi və nümayəndəsi Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə iclası ərizəçinin və ərizəçinin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə iclası maraqlı şəxsin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə edilmiş: AZ-İİİ seriyalı, 534342 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən, iş üzrə tərəflərin 30 mart 2016-cı il tarixdə X8 adlı uşaqları doğulmuşdur. AZ-İ seriyalı, 221608 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən, Maraqlı şəxs ilə X4 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 114 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Dikova” soyadı verilmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə ilə Maraqlı şəxs arasında 23 aprel 2023-cü il tarixdə Naxçıvan şəhər Mediasiya Təşkilatında bağlanmış Q-447 saylı barışıq sazişinə əsasən, Maraqlı şəxs birgə nikahdan 30 mart 2016-cı ildə doğulmuş X1 üçün haliyyədə ödədiyi 170 manat məbləğində alimentin miqdarının 50 manat artırılaraq 220 manat məbləğinə çatdırılmasını və uşaq yetkinlik yaşına çatana kimi hər ay DikovaTürkanə Təvəkkül qızına 220 manat məbləğində aliment ödəyəcəyini öhdəsinə götürür. İlkin aliment ödənişinin aprel ayının 25-i 30-u arası aprel ayı üçün ödənilməsi razılığına gəlirlər. Sonrakı aliment ödənişlərinin isə hər ayın 25-dən 30-dək Ərizəçi təqdim edəcəyi bankomat kart hesabına köçürülməsi vasitəsilə ödənilməsi razılığına gəlirlər. Maraqlı şəxs birgə nikahdan 30 mart 2016-cı ildə doğulmuş X5 hərəkət sərbəstliyini təmin etməyi və o cümlədən Azərbaycan Respublikasının hüdudlarını Ərizəçi himayəsi və nəzarəti altında tərk etməsi üçün Ərizəçi uşaq 18 yaşına çatanadək birdəfəlik notarial qaydada təsdiq olunmuş müvafiq hüquqi sənədin verilməsini öhdəsinə götürür. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə ərizə təmin edilməli, Ərizəçi nümayəndəsi Nümayəndə ilə Maraqlı şəxs arasında 23 aprel 2023cü il tarixdə Naxçıvan şəhər Mediasiya Təşkilatında bağlanmış Q-447 saylı barışıq sazişi təsdiq edilməlidir. Ərizəçi nümayəndəsi Nümayəndə ilə Maraqlı şəxs arasında 23 aprel 2023-cü il tarixdə Naxçıvan şəhər Mediasiya Təşkilatında bağlanmış Q-447 saylı barışıq sazişinə əsasən, Maraqlı şəxs birgə nikahdan 30 mart 2016-cı ildə doğulmuş X1 üçün haliyyədə ödədiyi 170 manat məbləğində alimentin miqdarının 50 manat artırılaraq 220 manat məbləğinə çatdırılmasını və uşaq yetkinlik yaşına çatana kimi hər ay DikovaTürkanə Təvəkkül qızına 220 manat məbləğində aliment ödəyəcəyini öhdəsinə götürür. İlkin aliment ödənişinin aprel ayının 25-i 30-u arası aprel ayı üçün ödənilməsi razılığına gəlirlər. Sonrakı aliment ödənişlərinin isə hər ayın 25-dən 30-dək Ərizəçi təqdim edəcəyi bankomat kart hesabına köçürülməsi vasitəsilə ödənilməsi razılığına gəlirlər. Maraqlı şəxs birgə nikahdan 30 mart 2016-cı ildə doğulmuş X5 hərəkət sərbəstliyini təmin etməyi və o cümlədən Azərbaycan Respublikasının hüdudlarını DikovaTürkanə Təvəkkül qızının himayəsi və nəzarəti altında tərk etməsi üçün DikovaTürkanə Təvəkkül qızına uşaq 18 yaşına çatanadək birdəfəlik notarial qaydada təsdiq olunmuş müvafiq hüquqi sənədin verilməsini öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə də barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Göstərilənləri və AzərbaycanRespublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə ərizə təmin edilsin. Ərizəçi nümayəndəsi Nümayəndə ilə Maraqlı şəxs arasında 23 aprel 2023-cü il tarixdə Naxçıvan şəhər Mediasiya Təşkilatında bağlanmış Q-447 saylı barışıq sazişi təsdiq edilsin. Ərizəçi nümayəndəsi Nümayəndə ilə Maraqlı şəxs arasında 23 aprel 2023-cü il tarixdə Naxçıvan şəhər Mediasiya Təşkilatında bağlanmış Q-447 saylı barışıq sazişinə əsasən, Maraqlı şəxs birgə nikahdan 30 mart 2016-cı ildə doğulmuş X1 üçün haliyyədə ödədiyi 170 manat məbləğində alimentin miqdarının 50 manat artırılaraq 220 manat məbləğinə çatdırılmasını və uşaq yetkinlik yaşına çatana kimi hər ay Ərizəçi 220 manat məbləğində aliment ödəyəcəyini öhdəsinə götürür. İlkin aliment ödənişinin aprel ayının 25i 30-u arası aprel ayı üçün ödənilməsi razılığına gəlirlər. Sonrakı aliment ödənişlərinin isə hər ayın 25-dən 30-dək Ərizəçi təqdim edəcəyi bankomat kart hesabına köçürülməsi vasitəsilə ödənilməsi razılığına gəlirlər. Maraqlı şəxs birgə nikahdan 30 mart 2016-cı ildə doğulmuş X5 hərəkət sərbəstliyini təmin etməyi və o cümlədən Azərbaycan Respublikasının hüdudlarını DikovaTürkanə Təvəkkül qızının himayəsi və nəzarəti altında tərk etməsi üçün DikovaTürkanə Təvəkkül qızına uşaq 18 yaşına çatanadək birdəfəlik notarial qaydada təsdiq olunmuş müvafiq hüquqi sənədin verilməsini öhdəsinə götürür. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar