Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1286/2023 08.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, M-00133 nömrə ilə qeydiyyatdan keçmiş mediator X5 iştirakı ilə Maraqlı şəxs nümayəndəsi X6 ilə aralarında bağlanmış 06 yanvar 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında ərizəçi qismində izahat verən Ərizəçi ərizəni müdafiə edərək, 2007-ci il tarixdən Maraqlı şəxsndə müxtəlif vəzifələrdə işlədiyini, 2019-cu il tarixdən Şahbuz rayon Qaz İdarəsində nəzarətçi-çilingər vəzifəsinə təyin olunduğunu, 20 iyul 2022-ci il tarixdən onu tutduğu vəzifədən azad etdiklərini, həmin vaxt onu hədələyərək ərizə yazmağa məcbur etdiklərini, uzun müddət Maraqlı şəxsndə heç bir nöqsanı olmadan işlədiyini, 2022-ci il tarixdə işdə heçbir nöqsanı olmadan qeyri-qanuni olaraq onu işdən azad etdiklərini, məsələnin həlli ilə bağlı mediasiya təşkilatına müraciət etdiyini, cavabdehlə aralarında barışıq sazişi imzalandığını, cavabdehin 31 iyul 2023-cü il tarixədək Şahbuz rayon Qaz İstismar İdarəsində və X12 MMC-də hər hansı bir müvafiq boşalan və vakant iş yerinə növbədənkənar işlə təmin edəcəyini öhdəsinə götürdüyünü, özünün isə işdə heç bir nöqsana yol verməyəcəyini və əmək intizamına ciddi əməl edəcəyini öhdəsinə götürdüyünü, lakin barışıq sazişinə əməl edilmədiyini, onu dəvət edib işlə təmin etmədiklərini, müqavilənin müddətindən keçməsinə baxmayaraq yenə də iş verilmədiyini, bunları nəzərə alaraq, M-00133 nömrə ilə qeydiyyatdan keçmiş mediator X5 iştirakı ilə Maraqlı şəxs nümayəndəsi X6 ilə aralarında bağlanmış 06 yanvar 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında maraqlı şəxsin nümayəndəsi qismində izahat verən X6, Ərizəçila barışıq sazişinin bağlandığını, sazişin əsasında 31 iyul 2023-cü il tarixədək vakant iş yerinə növbədənkənar işlə təmin olunacağının olduğunu, lakin vakant yer olmadığından Ərizəçi işlə təmin olunmadığını, hazırda vakant iş olan kimin işlə təmin olunacağını, bunların nəzər alınaraq qanuni qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: 0250963 nömrəli əmək kitabçasının surətinə əsasən, Ərizəçi 10 aprel 2007-ci il tarixdən 20 iyul 2022-ci il tarixədək Maraqlı şəxsndə müxtəlif vəzifələrdə işləmişdir. Ərizəçi ilə Maraqlı şəxs nümayəndəsi X6 arasında 06 yanvar 2023-cü il tarixdə Naxçıvan şəhər Mediasiya Təşkilatında bağlanmış B-1295 saylı barışıq sazişinə əsasən, Maraqlı şəxs Ərizəçi 31 iyul 2023-cü il tarixədək Şahbuz rayon Qaz İstismar İdarəsində və X12 MMC-də hər hansı bir müvafiq boşalan və vakant iş yerinə növbədənkənar işlə təmin edəcəyini öhdəsinə götürür. Ərizəçi əvvəl işlədiyi dövrdə buraxdığı nöqsanlara yol verməyəcəyini və əmək intizamına ciddi əməl edəcəyini Maraqlı şəxs qarşısında öhdəsinə götürür. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair mülki iş üzrə ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs nümayəndəsi X6 arasında 06 yanvar 2023-cü il tarixdə Naxçıvan şəhər Mediasiya Təşkilatında bağlanmış B-1295 saylı barışıq sazişi təsdiq edilməlidir. Həmin barışıq sazişinə əsasən, Maraqlı şəxs Ərizəçi 31 iyul 2023-cü il tarixədək Şahbuz rayon Qaz İstismar İdarəsində və X12 MMC-də hər hansı bir müvafiq boşalan və vakant iş yerinə növbədənkənar işlə təmin edəcəyini öhdəsinə götürür. Ərizəçi əvvəl işlədiyi dövrdə buraxdığı nöqsanlara yol verməyəcəyini və əmək intizamına ciddi əməl edəcəyini Maraqlı şəxs qarşısında öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə də barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Göstərilənləri və AzərbaycanRespublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair mülki iş üzrə ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs nümayəndəsi X6 arasında 06 yanvar 2023-cü il tarixdə Naxçıvan şəhər Mediasiya Təşkilatında bağlanmış B-1295 saylı barışıq sazişi təsdiq edilsin. Həmin barışıq sazişinə əsasən, Maraqlı şəxs Ərizəçi 31 iyul 2023-cü il tarixədək Şahbuz rayon Qaz İstismar İdarəsində və X12 MMC-də hər hansı bir müvafiq boşalan və vakant iş yerinə növbədənkənar işlə təmin edəcəyini öhdəsinə götürür. Ərizəçi əvvəl işlədiyi dövrdə buraxdığı nöqsanlara yol verməyəcəyini və əmək intizamına ciddi əməl edəcəyini Maraqlı şəxs qarşısında öhdəsinə götürür. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1286/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1286/2023
08.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver