Məhkəmə qərarları › İş №2(078)-1315/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1315/2025

27.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1315/2025 27.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X5 xx.xx.1988-ci il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq bildirmışdır ki, mərhum X9 onun anasıdır. xx.xx.1988-ci 1 tarixdə vəfat etmiş və Naxçıvan şəhər Qəbristanlığında dəfn olunmuşdur. Bununla bağlı Naxçıvan şəhər İcra Hakimiyyətinin vətəndaşlara dair dəfn xidməti bürosunun 12 dekabr 2024-cü il tarixli arayışı ilə öz təsdiqini tapır. Biz müvafiq dövlət orqanlarına müraciət edib mərhum anam X5 ölüm haqqında şəhadətnaməsini indiyədək almamışıq. Bu səbəbdən də anamın ölüm haqqında qeydi qeydiyyat şöbəsində aparılmamışdır. Mənim mərhum qardaşım X4 13 iyun 2024- il tarixdə vəfat etdikdən sonra onun işlədiyi iş yeri olan Naxçıvan Yaşıllaşdırma Xidmətində son haqq hesab ödənişi olan 1167 manat 45 qəpik pulun alınması üçün onun birinci dərəcəli vərəsələrin razılığının verilməsinə zərurət yaranır. Həmin vərəsələrdən mərhum anam X9 vəfat etdiyindən onun ölüm haqqında şəhadətnaməsitələb olunur ki, mərhum anamın ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmirəm. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşam. cü Naxçıvan şəhər Nikah Evinin 07 avqust 2025-ci il tarixli arayışına əsasən ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə "Vətəndaşlıq vəziyyəti aktlar" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 1988-2025-ci illər üzrə vətəndaşlıq vəziyyəti aktları üzrə 07 avqust 2025-ci il tarixədək yoxlama aparılmış və ölüm akt qeydinin aşkar olunmadığı bildirilmişdir. aşkar olunmadığı bildirilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin 19 dekabr 2024-cü il tarixli arayışına əsasən Naxçıvan MR vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 18 dekabr 2024-cü il tarixdək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və vətəndaşa aid ölüm haqqında akt qeydfi aşkar olunmamışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər Nikah evinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən X5 xx.xx.1988-ci il tarixdə öldüyünə dair Naxçıvan Şəhər Nikah evinin arxivində heç bir məlumatın tapılmadığını və ölüm faktının təsdiq olunması üçün müvafiq məhəkəməyə müraciət edilməsi qeyd olunmuşdur. Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X20 23 dekabr 2024-cü il tarixli arayışında X5 adına ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi göstərilir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi izahatında anasının ölüm kağızını vaxtında almadıqlarını, sonra məhkəməyə müraciət etməli olduğunu dediklərini, qardaşının dəfn müavinəti ilə bağlı anasının ölüm haqqında şəhadətnaməsi lazım olduğunu, anasının 1935-ci il təvəllüdlü olduğunu, 1988-ci ildə vəfat etdiyini bildirərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X13 ifadəsində Ərizəçi anasını tanıdığını, gördüyünü, vəfat etdiyini bildiyini, lakin qadının vəfat etdiyi zaman özünün yasda iştirak edə bilmədiyini, o zamanlar Ukraniyada Təhsil aldığını, lakin bu xəbəri o zaman ailəsindən eşitdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X10 ifadəsində Əfiyə xanımgillə yaxın qonşu olduğunu, gözünü açandan onlarla böyüdüyünü, uzun illərdir vəfat etdiyini, yas mərasiminin həyətlərində keçirildiyini bildirmişdir. Məhkəmə iclasında maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə rəsmi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Naxçıvan MR Ədliyyə Nazirliyindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba, əsasən, ərizəçinin xx.xx.2025-ci il tarixli müraciətinə əsasən bildirirlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8,5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqinda tibbi şəhadətnamə) təqdim edildikdə ölüm qeydiyyatı aparıla bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X6 xx.xx.1988-ci ildə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Bu səbəbdən sizə izah olunur ki, ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət edəsiniz. İş materiallarına əlavə edilmiş xx.xx.2001-ci il tarixli 080556 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X7 30 oktyabr 2001-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilən Naxçıvan MR Ədliyyə Nazirliyi xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, X2 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bü ün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və vətəndaşa aid ölüm haqqnda akt qeydi aşkar olunmamışdır. Naxçıvan Muxtar Respublikasının Səhiyyə nazirliyi Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli məktubunda Ərizəçi xx.xx.2024-cü il tarixdə müraciətinə əsasən bildirilir ki, "Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası" X20in təqdim etdiyi məlumata əsasən mərhum ananız Ərizəçiaya aid tibbi sənədlərin olmadığı bildirilmişdir. Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara dəfn xidməti bürosunun xx.xx.2024-cü il tarixli arayışında bildirilir ki, X11 1988-ci ildə Naxçıvan Şəhər qəbiristanlığında dəfn olunub. Naxçıvan Şəhər Məhkəməsinin sorğusuna cavab olaraq Naxçıvan MR Dövlət Arxiv İdarəsi xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, X6 barəsində Naxçıvan şəhər Nikah evinin arxivində ölüm haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları: Naxçıvan şəhər Nikah evi üzrə 1988-2025- cü-i ilədək olan dövr üzrə ölüm haqqında ilkin və bərpa akt qeydləri yoxlanılmışdır. "Vətəndaşlıq vəziyyəti akları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 673657 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 11 iyun 2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1965-ci il tarixli doğum haqqında şəhadətnaməyə əsasən Ərizəçi xx.xx.1965-ci ildə anadan olmuşdur. X1, anası X8r. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər Nikah Evinin xx.xx.2019-cu il tarixli çıxarışına əsasən X11 və X3 nikahları xx.xx.1957-ci il tarixdə bağlanılmışdır. Nikahdan sonra qadının soyadı Fətəliyeva Kişinin soyadı Fətəliyev olmuşdur. Mülki iş materiallarına əlavə edilmişdir. -Qəbirin fotoşəkilləri, -Ərizəçinin şəxsiyyət vəsiqəsinin surəti. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X6 28 mart 1988-ci il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi X6 ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X6 28 mart 1988-ci il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar