Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1393/2025 13.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi və ərizəçinin vəkil və nümayəndəsi Vəkil, maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs9, Maraqlı şəxs13, Maraqlı şəxs12, X4, Maraqlı şəxs7, Maraqlı şəxs6 və Maraqlı şəxs5 iştirakları ilə, Ərizəçi mirasın faktiki qəbul edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhum atası X10 tərəfindən sağlığında atası Ərizəçi Cəfər oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0665 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 214.5 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evinin-miras əmlakın qəbulu faktının təsdiq olunması və Ərizəçi tərəfindən atası X10 tərəfindən sağlığında qəbul etdiyi (Ərizəçi Cəfər oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0665 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 214.5 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evi) qəbul etdiyi miras əmlakın qəbul edilməsi faktının təsdiq olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Mülki-Prosessual Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Mülki-Prosessual Məcəllənin 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Naxçıvan Şəhər Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, 2(078)-1393/2025 nömrəli qərardadı ilə Ərizəçi mirasın faktiki qəbul edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin, Maraqlı şəxs1, Maraqlı şəxs6zər Əli qızının, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, X2, Maraqlı şəxs9, Maraqlı şəxs10, X5, Maraqlı şəxs11, Maraqlı şəxs12, Maraqlı şəxs13 və X4 maraqlı şəxs qismində cəlb olunmaları qərara alınmışdır. Məhkəmə tərəfindən maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs6zər Əli qızına, Maraqlı şəxs4, Maraqlı şəxs8, X3, Maraqlı şəxs10, X6 və Maraqlı şəxs11 13 noyabr 2025-ci il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə mülkiprosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə hazırlıq iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs6zər Əli qızının, Maraqlı şəxs4, Maraqlı şəxs8, X2, Maraqlı şəxs10, X5 və Maraqlı şəxs11 iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə 13 noyabr 2025-ci il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə hazırlıq iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, mülki iş üzrə məhkəmə iclasında iş yükü ilə əlaqədar iştirak edə bilməyəcəklərini, bu səbəbdən də, onların iştirakı olmadan işə baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq ərizəni nəzərə alan məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Maraqlı şəxs3 hazırlıq iclası zamanı məhkəməyə izahat verərək izahatında sadəcə Kərimin atasından qalan mirasın sahibi olmadığını, Ərizəçi öz atasından qalan miras əmlakı qəbul edə biləcəyini, yəni ona düşən hissəni qəbul edə biləcəyini, özünə düşən payı istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs9 hazırlıq iclası zamanı məhkəməyə izahat verərək izahatında özünün atasına düşən payı istədiyini, babasının 1988-ci ildə öldüyünü, ondan qalan miras əmlakda bibisinin, atasının, Əlinin yaşadığını, atasının 1973-cü ildə evləndiyini, həmin evdə evləndiyini, ancaq bir müddət sonra həmin evdən çıxdığını, özünə düşən payı istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs13 hazırlıq iclası zamanı məhkəməyə izahat verərək izahatında özünün balaca vaxtı həmin miras əmlakda yaşadığını, orada olan daxmada qaldıqlarını, anasının boşandığını, babası öləndə də orada olduğunu, anasının da orada qaldığını, Rəhim, Kərim, xalası Laləzar, anası, özü və qardaşının orada yaşadığını, özünə düşən payı istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs12 hazırlıq iclası zamanı məhkəməyə izahat verərək izahatında atasının həmin miras əmlakda yaşadığını, atasına düşən payı istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs X7 hazırlıq iclası zamanı məhkəməyə izahat verərək izahatında bacısı Gülbənizin dediyi kimi özlərinin miras əmlakda olan daxmada yaşadıqlarını, 1999-cu ilə qədər orada yaşadığını, 1998-ci ilə qədər isə anasının orada yaşadığını, özünə düşən payı istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iş üzrə maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs9, Maraqlı şəxs13, Maraqlı şəxs12 və X4 məhkəmə iclası zamanı verdikləri izahatlarından görünür ki, hazırki iş üzrə tərəflər arasında hüquq haqqında mübahisə vardır və bu səbəbdən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.5-ci bəndinə əsasən, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.10-cu maddələrinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 10 sentyabr 2025-ci il tarixli, 26585 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Ərizəçilər Ərizəçi mirasın faktiki qəbul edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə verilərkən Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 10 sentyabr 2025-ci il tarixli, 26585 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1393/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1393/2025
13.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver