Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1413/2025 07.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X12, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı mirasın faktiki qəbulu və əmlakda payın müəyyən olunması tələbi üzrə QƏTNAMƏ (Açar sözlər: mirasın faktiki qəbulu və əmlakda payın müəyyən olunması tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X12, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı mirasın faktiki qəbulu və payın müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1, X24, Cavabdeh3 və X8, Cavabdeh4 və X4 qarşı mirasın faktiki qəbulu və əmlakda payın müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X5 vəfatından sonra ünvan 1 ünvanında 0.068 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 45.30 kv.m yaşayış, 15.50 kv.m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evindən ibarət mirasın mərhum X28 tərəfindən qəbul edilərək payının müəyyən olunması, onun ölümündən sonra isə iddiaçı tərəfindən faktiki qəbul edilərək payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 0.068 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 45.30 kv.m yaşayış, 15.50 kv.m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evi mərhum babası X2 mərhum atası X19 miras qalmışdır. Mərhum atası X13 xx.xx.2003-cü il tarixdə ölümündən sonra isə ona miras qalmışdır.
3. Mərhum babası X20 xx.xx.1975-ci il tarixdə vəfat etmişdir. Onun vərəsələri X14 (həyat yoldaşı, vəfat edib), X6, (vəfat edib), X15 (vəfat edib), X25, (vəfat edib), X28, (vəfat edib) X29, X21, (vəfat edib), X28 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir.
4. X13 vərəsələri X26 (həyat yoldaşı, vəfat edib), X30 (vəfat edib) İddiaçı, X24, X25 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
5. X9 vərəsləri Cavabdeh3, X8, Cavabdeh4, X10, X12, X16 xx.xx.1992-ci il tarixdə X30 xx.xx.2009-cu il tarixdə vəfat etmişdirlər.
6. Qeyd edir ki, ünvan 1 ünvanında 0.068 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 45.30 kv.m yaşayış, 15.50 kv.m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evi mərhum babası X2 mərhum atası X19 miras qalmışdır. Atasının vəfatından sonra isə həmin miras əmlak onun tərəfindən idarə olunaraq istifadə olunmuşdur. Hazırda övladları ilə birlikdə həmin evdə yaşayır.
7. Qeyd edir ki, vərəsələrdən heç biri qanunda nəzərdə tutulmuş müddətdə mirasın qəbulu üçün notariat ofisinə müraciət etməmişdir. Hazırda iddiaçı həmin evin təsərrüfatını idarə edərək mirası qəbul etmişdir. Qeyd edir ki, miras qoyanın ölümündən, yəni mərhum X5 vəfatından sonra həmin evdə mərhum X28 yaşamış, onun ölümündən sonra isə həmin əmlakda iddiaçı övladları ilə birlikdə yaşayaraq oranı idarə etməyə başlamışdır. Miras əmlakı öz adına keçirmək üçün vərəsəlik şəhadətnaməsi almaq qərarına gəldikdən sonra bu məqsədlə Naxçıvan şəhər “Asan xidmət” Mərkəzində yerləşən notariat ofisinə müraciət etmişdir. Naxçıvan şəhər "Asan xidmət" Mərkəzinin notariat ofisinin xx.xx.2025-ci il tarixli, 1492/2025 nömrəli məktubunda notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
8. Qeyd edir ki, neçə illərdir ki, X5 digər vərəsələri ailə həyatı quraraq köçüb özlərinə aid mülklərində yaşayırlar. Bu illər ərzində həmin fərdi yaşayış evini heç kəs tərəfindən heç bir etiraz və narazılıq olmadan istifadə və idarə edir.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145, 1146, 1243-cü maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq olunmuş "notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın” 99-cu bəndinə, "G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 18 iyul 2014-cü il tarixli Qərarına istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
10. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mirasın faktiki qəbulu və əmlakda payın müəyyən olunması tələbi üzrə Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh6 cavabdehlər qismində məhkəmə iclasına cəlb edilmələrini məhkəmədən xahiş etmişdir.
11. Məhkəmə tərəfindən üzrə Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh6 cavabdehlər qismində məhkəmə icraatına cəlb edilmişdir.
12. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, əmlak üzərində mübahisə yoxdur. 30 ilə yaxındır kommunal xərcləri onun tərəfindən ödənilir və orada yaşayır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, iddia tələblərinə heç bir etirazları yoxdur. Hər bir cavabdeh razıdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 bildirdi ki, iddia tələbini qəbul edir, heç bir etirazları yoxdur. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
15. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, X12, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 məhkəmə iclaslarına gəlməmiş və gəlməməklərinin səbəbi barədə heç bir məlumat verməmişdirlər.
16. Məhkəmə işə cavabdehlər Cavabdeh2, Cavabdeh3, X12, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Sübutların tədqiqi:
17. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X28 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə, 78 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır.
18. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X20 xx.xx.1975-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1976-cı il tarixdə, 02 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır.
19. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X25 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə, 142 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır.
20. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə, 59 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır.
21. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X26 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə, 192 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır.
22. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə, 225 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır.
23. İş materiallarında olan Naxçıvan şəhər VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 791176 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1972-ci ildə anadan olmuş, doğumu akt qeydləri kitabında xx.xx.1973-cü il tarixində 108 nömrə ilə qeydə alınmış, şəhadətnamənin atası qrafasında atasının X28, anasının X1 olduğu qeyd olunmuşdur.
24. İş materiallarında olan Naxçıvan şəhər 2 saylı nikah evi tərəfindən verilmiş 12 may 2025-ci il tarixli, 05/09İS/058465-25 saylı Arayışa əsasən 29 mart 2021-ci il tarixdə vəfat etmiş X9 ailə tərkibində Cavabdeh3, X8, Cavabdeh4, X10 və X12 qeyd olunmuşdur.
25. İş materiallarında olan Naxçıvan şəhər 2 saylı nikah evi tərəfindən verilmiş 12 may 2025-ci il tarixli, 05/09İS/058464-25 saylı Arayışa əsasən 19 iyun 2000-ci il tarixdə vəfat etmiş X3 ailə tərkibində X22, Cavabdeh8, Cavabdeh7 və Cavabdeh9 qeyd olunmuşdur.
26. İş materiallarında olan Naxçıvan şəhər 2 saylı nikah evi tərəfindən verilmiş 12 may 2025-ci il tarixli, 05/09İS/058466-25 saylı Arayışa əsasən xx.xx.1975-ci il tarixdə vəfat etmiş X5 ailə tərkibində X16, X6, X15, X17, X28, X29 və X21 qeyd olunmuşdur.
27. İş materiallarında olan Naxçıvan şəhər 2 saylı nikah evi tərəfindən verilmiş 12 may 2025-ci il tarixli, 05/09İS/058463-25 saylı Arayışa əsasən 18 fevral 2003-cü il tarixdə vəfat etmiş X13 ailə tərkibində X26, X30, İddiaçı və X24 qeyd olunmuşdur.
28. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, 648125 nömrəli çıxarışdan görünür ki, X17 xx.xx.1938-ci il tarixində anadan olmuş, xx.xx.1951-ci il tarixdə 765 nömrə ilə qeydə alınmış, şəhadətnamənin atası qrafasında atasının X20, anasının X18 olduğu qeyd olunmuşdur.
29. İş materiallarında olan Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X25 və Cavabdeh3 Musa qızı 13 may 1963-cü il tarixdə rəsmi nikah qeydiyyatdan keçməklə ailə həyatı qurmuşlar və bu nikah 53 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir.
30. İş materiallarında olan MH seriyalı, ******* saylı Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların X23 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən X5 adına N.Naxçıvani küçəsi, döngə 5-də mülkiyyətində olan 0.068 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına qeydiyyata alınmışdır.
31. İş materiallarında olan Naxçıvan şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanında olan mənzil X5 adına qeydiyyata alınmışdır.
32. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışlara əsasən Qaz, su və elektrik ödənişləri İddiaçı tərəfindən ödənişlər aparılmışdır.
33. İş materiallarında olan, Cavabdeh6 tərəfindən məhkəməyə ünvanlanmış 06 dekabr 2025-ci il tarixli teleqramdan görünür ki, mərhum X5 vəfatından sonra ünvan 3 ünvanında 0.068 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 45.30 kv-m yaşayış 15.50 kv-m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evindən ibarət mirasın mərhum X28 tərəfindən qəbul edilərək payının müəyyən olunması, onun ölümündən sonra isə İddiaçı tərəfində faktiki qəbul edilərək payın müəyyən olunmasına etirazı yoxdur.
34. İş materiallarında olan, 19 sentyabr 2012-ci il tarixli Naxçıvan şəhər Dövlət Notariat Kontorasına ünvanlanmış ərizəyə əsasən X6 mərhum atası X2 miras qalmış həyətyanı sahə, yaşayış evi və yardımçı tikililərin əmlakda olan payından imtina etmiş, həmin mülkdən vərəsəlik yolu ilə ona çatan paydan qardaşı X9 xeyrinə imtina etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyanın:
35. 29-cu maddənin İİİ hissəsi. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
36. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
37. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
38. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
39. Maddə 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.
40. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
41. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). (1159.1.1.) Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. (1159.1.2.) Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. (1159.1.3.) Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər (1159.1.4.) Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur (1159.1.5)
42. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
43. Maddə 1243.2. (köhnə redaksiyada) Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
44. Maddə 1243.3. (köhnə redaksiyada) Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
45. Maddə 1246. (köhnə redaksiyada) Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
46. Maddə 1255. (köhnə redaksiyada) Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
47. Maddə 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.
1964-cü il sentyabrın 11-də qəbul olunmuş və 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsi
48. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
49. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
50. Maddə 529. Vərəsəliyin açıldığı yer miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.
51. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
52. Maddə 556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə şəhadətnamə verilməsinə dair ərizə verdikdə mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir.
53. Maddə 561. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər.
54. Maddə 562. Vərəsələrə miras hüququ haqqında şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə almaq istədiyini bildirən şəxslərdən əlavə digər vərəsələrin olmaması barədə məlumat olduqda da istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər.
G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 18 iyul 2014-cü il tarixli Qərarı:
55. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyanın əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
56. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 57.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.4. Hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. Maddə 217.3. Qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır.
Məhkəmənin mövqeyi:
62. Məhkəmə iddiaçı və cavabdehləri dinləyib, iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır.
63. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə hüquqi qiymət verilməsi üçün ilk növbədə N.Naxçıvani küçəsi, döngə 5-də mülkiyyətində olan 0.068 ha torpaq sahəsində yerləşən X5 mülkiyyətində olan fərdi yaşayış evinin hansı vərsə tərəfindən qəbul edilməsi müəyyən edilməlidir.
64. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 3 ünvanında 0.068 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 45.30 kv-m yaşayış 15.50 kv-m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evi X5 xüsusi mülkiyyətində olmuş və X20 xx.xx.1975-ci il tarixdə vəfat etmişdir.
65. Məhkəmə hesab edir ki, X5 vəfatından sonra ondan qalan miras əmlaka vərəsəliklə bağlı münasibətlər 1964-cü il sentyabrın 11-də qəbul olunmuş və 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında tənzimlənməlidir.
66. Belə ki, 1964-cü il sentyabrın 11-də qəbul olunmuş və 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 556-cı maddəsinə əsasən Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
67. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 vəfatından sonra onun vərəsələri miras əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına müraciət etməmiş, beləliklə də mirasın qəbulunun formal üsulunu həyata keçirməmişər. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mərhum X5 vəfatından sonra ondan miras qalmış əmlakı vərəsəsi X28 tərəfindən faktiki olaraq qəbul edilmiş və onun təəfindən etirazsız qaydada idarə olunmuşdur.
68. X28 mirası faktiki qəbul etdiyindən və xx.xx.2003-cü il tarixdə vəfat etdiyindən, onun faktiki qəbul etdiyi əmlakın miras şəklində kimlərə keçməsi 2000-ci il sentyabrın 1-dən sonra qüvvədə olan Mülki Məcəllənin müddəaları əsasında müəyyən edilməlidir.
69. Belə ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, (köhnə redaksiyada) Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
70. Məhkəmə araşdırması zamanı X11 miras qalmış əmlakın notariat kontoruna müraciət edilməklə formal üsulla əldə edilməsi halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Lakin, məhkəmə araşdırması zamanı hazırki iddiaçının qeyd edilən əmlaka faktiki sahib çıxdığı və onu idarə etdiyi cavabdehlərin izahatı və iş üzrə sübutlarla öz təsdiqini tapır.
71. Məhkəmə qeyd edir ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir.
72. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən vərəsəlik münasibətlərinin yaranmasında əsas kimi miras qoyanın vəsiyyəti qanun üzrə vərəsəlikdən daha üstün tutulur. Lakin miras qoyan vəsiyyətnamə qoymadığı halda, qanun üzrə vərəsəlik qüvvədə olur.
73. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.
74. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu.
75. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
76. Məhkəmə hesab edir ki, vərəsələrdən heç biri mirası notarial yolla qəbul etməmiş, həmçinin, digər vərəsələr tərəfindən miras əmlak faktiki olaraq da qəbul edilməmişdir. Bu fakt vərəsələr tərəfindən məhkəməyə göndərilmiş teleqramlar və verilmiş izahatlarla da öz təsdiqini tapmışdır. X28 atasında qalan mirası faktiki olaraq qəul etmiş, onun vəfatından sonra isə hazırki İddiaçı mərhumun vəfatından sonra miras əmlakı faktiki qəbul edərək idarə etmişdir. Kommunal xərclərin ödənilməsi də bilavasitə iddiaçı tərəfindən həyata keçirilməkdədir.
77. Məhkəmə miras əmlakdan payın müəyyən olunması tələbinə hüquqi qiymət verərək aşağıdakı halların zəruriliyini qeyd edir.
78. Belə ki, işin yuxarıda şərh olunmuş hallarından aydın olduğu kimi mərhum X2 miras qalan ünvan 1 ünvanında 0.068 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 45.30 kv.m yaşayış, 15.50 kv.m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evinin iddiaçının payının hansı hissədə müəyyən edilməsi məsələsi araşdırılarkən miras qoyanın bütün vərəsələri tam araşdırılmalı və mirası qəbul etmiş şəxslərə münasibətdə paylar müəyyən edilməli, iddiaçının payı da həmçinin bu araşdırma nəticəsində müəyyənləşdirilməlidir.
79. Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
80. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Plenum Qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq miras əmlakla bağlı bütün məsələlərin aydınlaşdırılmasını zəruri hesab edir və qeyd edir ki, bu halın müəyyən edilməsi iddia tələbindən kənara çıxarılma olaraq qiymətləndirilməməlidir.
81. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s.
82. Digər vərəsələr miras əmlakın qəbul edilməsinə dair hər hansı sübut təqdim etməmişlər. Belə ki, miras qoyanın vəfatından sonra digər vərəsələr həmin miras əmlakın onlar tərəfindən qəbul edilməsini nəzərdə tutan hər hansı hərəkəti həyata keçirməmiş, eləcə də notariat orqanına miras əmlakın qəbul edilməsinə dair yazılı qaydada müraciət etməmişlər. Digər vərəsələr tərəfindən miras əmlakın qəbul edilməsi öz təsdiqini tapmadığından payın müəyyən edilməsində nəzərə alına bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin məhz miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə şərtləndirilmir, həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsə İddiaçı mərhum atasının vəfatından sonra mirasın qorunması üçün həyata keçirdiyi hərəkətləri məhkəmə tərəfindən həmin mirasın onun tərəfindən qorunması, mirasa sahiblik etməklə faktiki idarə etməsi kimi qiymətləndirilir və onun miras əmlakda payı digər vərəsələrin-cavabdehlərin miras əmlakı qəbul edib-etməməsi aydınlaşdırıldıqdan sonra müəyyən edilməlidir.
83. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ünvan 1 ünvanında 0.068 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 45.30 kv.m yaşayış, 15.50 kv.m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evindən ibarət mirasda tam payı müəyyən olunmalıdır.
84. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən "xxxx" ASC-nə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
qətetdi:
İddia təmin edilsin. X5 vəfatından sonra ünvan 1 ünvanında 0.068 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 45.30 kv.m yaşayış, 15.50 kv.m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evindən ibarət mirasın mərhum X28 tərəfindən qəbul edilməsi və onun ölümündən sonra isə İddiaçı tərəfindən qeyd edilən miras əmlakın faktiki qəbul edilməsi və həmin əmlakda tam payı müəyyən olunsun. İddiaçı tərəfindən "xxxx" ASC-nə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov