Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1444/2024 27.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhum övladları X1 05 mart 1983-cü il tarixdə və X3 19 yanvar 1985-ci il tarixdə Babək rayonu, Qoşadizə kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq bildirmişdir ki, mərhum 01 sentyabr 1982-ci il təvəllüdlü X8 və 22 iyul 1984-cü il təvəllüdlü X10 onun övladlarıdır. X8 05 mart 1983-cii il tarixdə və X10 19 yanvar 1985-ci il tarixdə doğuşdan bir neçə ay sonra xəstəlikdən vəfat etmişdirlər. Onlar Babək rayonu, Qoşadizə kənd qəbristanlığında dəfn olunmuşdurlar. Onlar xəstəlikdən ev şəraitində vəfat etmişdirlər, həmin vaxt ölüm haqqında şəhadətnamə alınmamışdır. Övladları vəfat edən zaman uşaq olduğundan və bu günədək xeyli müddət keçdiyindən onların dəfn olunduqları Qoşadizə kənd qəbristanlığında qəbir yerləri itmişdir və bu səbəbdən də qəbir baş daşlarının fotosunu çəkib ərizəyə əlavə etmək mümkün olmamışdır. Tərəflərindən mərhum X1 və X3 vəfatları və Qoşadizə kənd qəbristanlığında dəfn olunmaları barədə məlumat əldə etmək üçün rəsmi olaraq Babək rayon Qoşadizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə müraciət edilmiş və Babək rayon Qoşadizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 26 sentyabr 2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, mərhum X1 və X3 Babək şəhəri, Qoşadizə məhəlləsi qəbristanlığında dəfn olunmaları barədə nümayəndəlikdə heç bir məlumat yoxdur Naxçıvan şəhər Nikah Evinin xx.xx.2024-cü il tarixli çıxarışına əsasən mərhum X8 01 sentyabr 1982-ci il tarixdə və X10 isə 05 mart 1983cü il tarixdə Naxçıvan şəhərində anadan olmuşdurlar. Bu barədə doğum akt kitabında xx.xx.1982-ci il tarixdə 938-ci səhifədə və xx.xx.1984-cü il tarixdə 850-ci səhifədə qeydiyyat aparılmışdır. Naxçıvan şəhər Nikah Evinin xx.xx.2024-cü il tarixli, 1151 və 1152 nömrəli arayışında “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 1982-1986 və 1984-1988-ci illərdə bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Naxçıvan şəhər Nikah Evinin 16 sentyabr 2024-cü il tarixli 3-16-5/8-15-534/2024 və 3-16-5/8- 15-535/2024 nömrəli məktubunda X3 19 yanvar 1985-ci il tarixdə və X1 05 mart 1983-cü il tarixdə öldüklərinə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmadığı, ölüm haqqında qeydiyyatın aparılmasının mümkün olmadığı və ölüm faktının təsdiqi üçün məhkəməyə müracət edilməsi izah olunmuşdur. Babək rayon Qeydiyyat şöbəsinin 16 sentyabr 2024-cü il tarixli arayışlarında mərhum X1 və X3 “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ölüm haqqında qeyd aşkar olunmadığı bildirilmişdir. Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxsinin 17 sentyabr 2024-cü il tarixli, 56 nömrəli məktubunda X1 və X3 adına ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi göstərilir. Müvafiq dövlət orqanlarına müraciət edib onların ölüm haqqında şəhadətnaməsini indiyədək almamışdır. Bu səbəbdən də mərhum övladlarının ölüm haqqında qeydi qeydiyyat şöbəsində aparılmamışdır. X1 və X3 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Haliyədə mərhum həyat yoldaşı X5 adına olan ünvan 1 ünvanındakı mənzilin sənədləşdirilməsi üçün mərhum övladlarının ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan vərəsəlik hüquqi haqqında şəhadətnaməsini ala bilmir. Mərhum övladları X8 05 mart 1983-cü il tarixdə və X10 19 yanvar 1985-ci il tarixdə vəfat etdiyindən onların ölüm haqqında şəhadətnaməsini ala bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2(078)-1444/2024 nömrəli qərardadı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan şəhər Nikah Evi maraqlı şəxs qismində cəlb olunmuşdur. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə Ərizəçi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizəçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Babək rayon Qeydiyyat şöbəsinə və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan şəhər Nikah Evinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, maraqlı şəxslər tərəfindən məhkəməyə ərizə göndərilmiş ərizədə məhkəmə iclasında işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilmədiklərindən işə iştirakları olmadan baxılmasını və müvafiq qərar verilməsini xahiş etmişlər. Qeyd olunan ərizələri nəzərə alan məhkəmə Babək rayon Qeydiyyat şöbəsinin və Naxçıvan şəhər Nikah Evinin nümayəndələrinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün saymışdır. Məhkəmə iclası zamanı izahat verən ərizəçinin vəkili və nümayəndəsi Vəkil izahatında ərizəçinin ərindən miras əmlak qaldığını, miras əmlakı qəbul etmək üçün notariusa müraciət edən zaman 2 uşağının ölüm haqqında şəhadətnaməsini tələb etdiklərini, ərizəçinin uşaqlarının körpə vaxtı doğulduqdan bir neçə ay sonra xəstəlikdən ev şəraitində vəfat etdiklərini, uşaq olduqları üçün qəbir daşı olmadığını, qəbirin də yerinin itdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində Elmiranın onun qardaşının arvadı olduğunu, qardaşının keçən il vəfat etdiyini, qızlarının ikisinin öldüyünü, adlarının Gülnar və Günel olduğunu, Gülnarın 1983-cü ildə, Günelin isə 1985-ci ildə vəfat etdiyini, onları Qoşadizə kəndində dəfn edildiklərini, yas mərasimi keçirilmədiyini, özlərinin dəfn etdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində Elmiranın onun qardaşının arvadı olduğunu, onun qızlarının ikisinin öldüyünü, adlarının Gülnar və Günel olduğunu, Gülnarın 1983-cü ildə, Günelin isə 1985-ci ildə vəfat etdiyini, onları Qoşadizə kəndində dəfn edildiklərini, yas mərasimi keçirilmədiyini, özlərinin dəfn etdiklərini bildirdi. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qeyd olunan Qərarda nəzərdə tutulan halların araşdırılması üçün məhkəmə tərəfindən aşağıda sadalanan sübutlara istinad edilmişdir: İş materiallarında olan Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1151 nömrəli arayışda qeyd olunmuşdur ki, X3 barəsində Naxçıvan şəhər Nikah Evində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydi müvafiq olaraq 1984-1988-ci ilədək yoxlanılmışdır. Ölüm haqqında bərpa akt qeydi 1984-1988-ci ilədək yoxlanılmışdır. İş materiallarında olan Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1152 nömrəli arayışda qeyd olunmuşdur ki, X1 barəsində Naxçıvan şəhər Nikah Evində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydi müvafiq olaraq 1982-1986-cı ilədək yoxlanılmışdır. Ölüm haqqında bərpa akt qeydi 1982-1986-cı ilədək yoxlanılmışdır. İş materiallarında olan Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-535/2024 nömrəli məktubdan görünür ki, X1 xx.xx.1983-cü ildə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Bu səbəbdən də ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-534/2024 nömrəli məktubdan görünür ki, X3 xx.xx.1985-ci ildə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Bu səbəbdən də ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan Babək rayon İcra Hakimiyyəti Babək şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 26 sentyabr 2024-cü il tarixli, 1215 nömrəli cavab məktubuna əsasən, 02 sentyabr 1982-ci il təvəllüdlü X1 və 22 iyul 1984-cü il təvəllüdlü X3 vəfatları və Qoşadizə məhəlləsi qəbristanlığında dəfn olunmaları barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69.09 kv.m olan mənzil tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 12/17 nömrəli reyestr kitabının 3277 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********77-05101-093041, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2015). Naxçıvan MR Səhiyyə Nazirliyi Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxsinin 17 sentyabr 2024-cü il tarixli, 56 nömrəli məktubuna əsasən, X1 və X3 ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsi haqqında Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxsində məlumat yoxdur. İş materiallarında olan Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil- İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 615 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. Babək rayon Qeydiyyat şöbəsinin 16 sentyabr 2024-cü il tarixli, 3-16-5/8-69-388/2024 nömrəli arayışına əsasən, 01 sentyabr 1982-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş X1 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2024-cü ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X1 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Babək rayon Qeydiyyat şöbəsinin 16 sentyabr 2024-cü il tarixli, 3-16-5/8-69-389/2024 nömrəli arayışına əsasən, 22 iyul 1984-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuş X3 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2024-cü ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X3 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 16 sentyabr 2024-cü il tarixli çıxarışdan görünür ki, X8 01 sentyabr 1982-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Onun atası X11, anası Ərizəçidır. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 16 sentyabr 2024-cü il tarixli çıxarışdan görünür ki, X10 22 iyul 1984-cü il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Onun atası X11, anası Ərizəçidır. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli, AZ-İ seriyalı, 943838 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X11 03 aprel 2023-cü il tarixdə vəfat etmişdir. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 22 avqust 1975-ci il tarixli, İİ-JQ seriyalı, 319639 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən, X11 ilə X7 arasında 22 avqust 1975-ci il tarixdə Naxçıvan şəhər VVAQ şöbəsində nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına “Abdullayeva” soyadı verilmişdir. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə şəxsin ölməsi faktının qeydiyyatı üçün qanunvericilikdə göstərilmiş qaydalara əməl olunmamış, onun ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi olmadığından bu barədə tibbi şəhadətnamə tərtib olunmamış və hazırki mülki iş üzrə faktın təsdiq olunması ərizəçi üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin vəkili və nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin mərhum övladları 01 sentyabr 1982-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş X1 05 mart 1983-cü il tarixdə Babək rayonu, Qoşadizə kəndində və 22 iyul 1984-cü il tarixdə Naxçıvan şəhərində doğulmuş X3 19 yanvar 1985-ci il tarixdə Babək rayonu, Qoşadizə kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; - 01 sentyabr 1982-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş X1 05 mart 1983-cü il tarixdə Babək rayonu, Qoşadizə kəndində ölməsi faktı müəyyən edilməli; - 22 iyul 1984-cü il tarixdə Naxçıvan şəhərində doğulmuş X3 19 yanvar 1985-ci il tarixdə Babək rayonu, Qoşadizə kəndində ölməsi faktı müəyyən edilməli; -Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 01 sentyabr 1982-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş X1 05 mart 1983-cü il tarixdə Babək rayonu, Qoşadizə kəndində ölməsi faktı müəyyən edilsin. 22 iyul 1984-cü il tarixdə Naxçıvan şəhərində doğulmuş X3 19 yanvar 1985-ci il tarixdə Babək rayonu, Qoşadizə kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1444/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1444/2024
27.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver