Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1468/2025 10.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi) Hаkim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X10 iclas kаtibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. Ərizəçi maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə qarşı ölüm faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X2 xx.xx.2014-cü il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının (ölməsi faktının) müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum valideynləri X6 və X3 birgə nikahlarından xx.xx.1964-cü il təvəllüdlü mərhum bacısı X7 doğulmuşdur. Mərhum bacısı X7 xx.xx.2014-cü il tarixdə Naxçıvan şəhərində beyin xərçəngi səbəbindən ölmüş və Naxçıvan şəhəri, Xətai məhəlləsində qəbiristanlığında dəfn edilmişdir.
3. Təəssüf ki mərhum bacısı X7 öldükdən sonra hansı səbəbdənsə ona ölüm haqqında şəhadətnamə almamışlar. Qeyd edir ki, mərhum bacısının ölümünə dair şəhadətnamə əldə edilməsi üçün Naxçıvan şəhər Nikah evinə müraciət etsə də, adıçəkilən dövlət qurumundan xx.xx.2025-ci il tarixli 3-16- 5\8-15-644/2025 saylı məktublarla cavab verilmişdir ki, mərhumun ölümünü təsdiq edən (tibbi şəhadətnamə) heç bir təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil və bu faktın təsdiq olunması üçün məhkəməyə müraciət edə bilər.
4. Eyni zamanda mərhum bacısının ölümünə dair tibbi şəhadətnamə əldə edilməsi üçün Naxçıvan MR Səhiyyə Nazirliyi Z.Əliyeva adına Naxçıvan şəhər poliklinikasına müraciət etsə də, ona poliklinika tərəfindən xx.xx.2025-ci il tarixli 3-28-34-3\2-Z-24-xxxx/2025 saylı məktubla cavab verilmişdir ki, X2 adına ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi barədə Z.Əliyeva adına Naxçıvan şəhər poliklinikası PHŞ-də məlumat yoxdur. Ona görə də mərhum bacısı X2 xx.xx.2014-cü il tarixdə Naxçıvan şəhərində ölməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi zərurət yaranmışdır. Qeyd edir ki, mərhum bacısının ölümünə dair şəhadətnamənin verilməsi mülkiyyətlə bağlı notariatda vərəslik işlərinin aparılması, miras əmlakın rəsmiləşdirlməsi üçün zəruridir.
5. Ərizəçi ərizə tələbinin hüquqi əsası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Ailə Məcəlləsinin 159.1 və 193-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına, istinad edərək ərizəsinin təmin olunmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, bacısı 11 nömrəli məktəbdə rus dili müəlliməsi idi. Ailə qurandan sonra Rusiyaya getmiş orada xəstə olmuşdur. Yoldaşı buraya göndərmişdir. Ölüm kağızının ölüm pulu almaq üçün lazım olduğunu dediklərindən ölüm kağızını almamışdır. Evi adlarına keçirmək istəyəndə ölüm kağızının alınmalı olduğunu bilmişdirlər. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
7. Maraqlı şəxs Naxçıvan şəhər Nikah evi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
8. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Sübutların tədqiqi:
9. İş materiallarında olan Naxçıvan şəhəri Leninabad kənd soveti tərəfindən verilmiş A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxx 1968-ci ildə anadan olmuş, doğumu akt qeydləri kitabında xx.xx.1968-ci il tarixində 32 nömrə ilə qeydə alınmış, şəhadətnamənin atası qrafasında atasının X12, anasının X8 olduğu qeyd olunmuşdur.
10. İş materiallarında olan Naxçıvan şəhəri Leninabad kənd soveti tərəfindən verilmiş A3 seriyalı 592222 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 18 fevral 1964-cü ildə anadan olmuş, doğumu akt qeydləri kitabında xx.xx.1964-cü il tarixində 51 nömrə ilə qeydə alınmış, şəhadətnamənin atası qrafasında atasının X12, anasının X8 olduğu qeyd olunmuşdur.
11. İş materiallarında olan, xx.xx.2002-ci il tarixli, AZ 138285 nömrəli Ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2002-ci il tarixdə Naxçıvan şəhərində kəskin ürək çatışmalığından vəfat etmişdir. Ölüm haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə, 176 nömrə ilə qeyd edilmişdir.
12. İş materiallarında olan, 24 aprel 2013-cü il tarixli, 15821 inventar nömrəli, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Texniki Pasportuna əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X3 adına qeydiyyata alınmışdır.
13. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 165669 nömrəli Ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə Naxçıvan şəhərində ürək çatışmalığından vəfat etmişdir. Ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə, 503 nömrə ilə qeyd edilmişdir.
14. İş materiallarında olan, Azərbaycan Respublikası Naxçıvan MR Naxçıvan şəhər icra hakimiyyətinin vətəndaşların dəfn Xidməti Bürosunun 09 iyul 2025-ci il tarixli, 157 nömrəli Arayışına əsasən, X7 07 mart 2014-cü il tarixdə Naxçıvan şəhər qəbiristanlığında dəfn olunmuşdur.
15. İş materiallarında olan, 14 iyul 2025-ci il tarixli, 3-16-5/8-16-644/2025 nömrəli ünvan 2 ünvanında yaşayan Ərizəçi ünvanlanmış məktubdan görünür ki X4 xx.xx.2014-cü ildə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Bu səbəbdən də ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət etməsi bildirilmişdir.
16. İş materiallarında olan, 14 iyul 2025-ci il tarixli, 3-28-34-3/2-Z-24-xx-xx/2025 nömrəli Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası tərəfindən Naxçıvan şəhəri, Xətai döngə 34, ev 45 yaşayan Ərizəçi ünvanlanmış məktubdan görünür ki, X2 adına ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi haqqında da Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ-də məlumat yoxdur.
17. İş materiallarında olan, 14 iyul 2025-ci il tarixli, xx/xx-1104 saylı Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş arayışa əsasən, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır.
18. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, 22 nömrəli Notariat, qeydiyyat və reyestr şöbəsinin Arxiv bölməsi tərəfindən verilmiş arayışa əsasən, X7 barədə “X1 avtomatlaşdırılmış elektron informasiya sistemində” və nazirliyin “X1 Arxivində heç bir məlumat tapılmamışdır.
19. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, X7 2014-cü ildə vəfat etmişdir. Dəfnində iştirak etmişdir. Yas mərasim evdə olmuşdur. Təcili tibbi yardımın çağırıb-çağırılmaması ilə bağlı məlumatı olmamışdır.
20. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, X7 xəstəlikdən vəfat etmişdir. Yas mərasimində iştirak etmişdir. Dəfndə iştirak etmişdir. Xəstə olan vaxtlarda gedib görmüşdür. Vəfat edəndə tibbi yardımın çağırıb-çağırılmamsı ilə bağlı məlumatı olmamışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyası:
21. 60-cı maddənin İ hissəsi. Hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir.
22. 125-ci maddənin Vİİ hissəsi. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
23. Maddə 158.1. X1 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. X1 qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir.
24. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.
25. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.
26. Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir.
27. Maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.
28. Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən
29. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarı:
30. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının” 1.2-ci bəndində qeyd olunmuşdur ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
31. Həmin qərarın 1.4-cü bəndində qeyd olunmuşdur ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.
32. Həmin qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X1, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X1 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X1 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
33. Həmin qərarın 4.1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X1 dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
34. Həmin qərarın 9-cu bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 307. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və yа əmlаk hüquqlаrının əmələ gəlməsi, dəyişməsi, xitаm verilməsinin аsılı оlduğu fаktlаrı, о cümlədən də dоğumun, övlаdlığа götürmənin, nikаhın, bоşаnmаnın, ölümün qeyd edilmə fаktının müəyyən edilməsi bаrədə də işlərə bаxır.
41. Maddə 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
42. Maddə 307.2.8. məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir.
43. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
44. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
45. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Məhkəmənin mövqeyi:
46. Məhkəmə ərizəçini, şahidləri dinləyib, ərizənin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizəyə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir.
47. Məhkəmə ilk növbədə qeyd edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir.
48. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin bacısı X7 xx.xx.2014-cü il tarixində Naxçıvan şəhərində vəfat etmişdir. Bu fakt şahid ifadələri və digər iş materialları ilə təsdiq olunur.
49. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin bacısı X7 xx.xx.2014-cü il tarixində Naxçıvan şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir.
50. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
51. Avropa İnsan Hüquqları Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər.
52. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
54. Şərh оlunаnlаrа əsаsən və MPM-nin 216-220, 227, 233, 307-308, 311, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi:
Ərizə təmin edilsin. X2 xx.xx.2014-cü il tarixində Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov