Məhkəmə qərarları › İş №2(078)-1482/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1482/2025

24.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1482/2025 24.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: ölüm faktının müəyyən edilməsi tələbi) Hаkim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X8 iclas kаtibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə qarşı ölüm faktının müəyyən olunmasına dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. Ərizəçi maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 20 noyabr 1988-ci il tarixdə Babək rayonu Cavidabad (indiki Naxçıvan şəhəri Bulqan kəndi) kəndində ölməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizəni onunla əsaslandırmışdır ki, nümayəndəsi olduğu Ərizəçi mərhum atası X7 02 yanvar 1913-cü il tarixdə doğulmuşdur. 20 noyabr 1988-ci ildə X18 rayonu Cavidabad kəndində (indiki Naxçıvan şəhəri Bulqan kəndində) rəhmətə getmiş və Bulqan kəndində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Təəssüf ki, həmin vaxtı hansı səbəbdənsə Vəliyev Nağdəli üçün ölüm haqqında şəhadətnamə əldə olunmamışdır.

3. Qeyd edir ki, mərhumun ölümünə dair şəhadətnamə əldə edilməsi üçün Naxçıvan şəhər Nikah evinə müraciət etsələr də, adıçəkilən dövlət qurumundan verilən xx.xx.2025-ci il tarixli 3-16-5/8-16-826/2025 saylı məktubun məzmununda göstərilir ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti üzrə məlumatlar və Naxçıvan şəhər Nikah Evinin arxivində məhz həmin şəxsin öldüyünə dair heç bir məlumat tapılmamışdır.

4. Eyni zamanda mərhumun ölümünə dair tibbi şəhadətnamə əldə edilməsi üçün Naxçıvan MR Səhiyyə Nazirliyi Z.Əliyeva adına Naxçıvan şəhər Poliklinikasına və Babək rayon Mərkəzi Xəstəxanasına müraciət etsələr də, poliklinika tərəfindən və xəstəxana tərəfindən verilən məktubla cavab verilmişdir ki, mərhum X2 ölümünü təsdiq edəcək hər hansı bir məlumat və ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi haqqında hər hansı bir məlumat yoxdur. Məhz bu səbəbdən də mərhum X2 20 noyabr 1988-ci il tarixdə, Babək rayonu Cavidabad (indiki Naxçıvan şəhəri Bulqan kəndi) kəndində ölməsi faktının müəyyən edilməsi zərurət yaranmışdır.

5. Qeyd edir ki, mərhumun ölümünə dair şəhadətnamənin verilməsi Ərizəçi mülkiyyətlə bağlı notariatda vərəsəlik işlərinin aparılması, miras əmlakın rəsmiləşdirlməsi işləri üçün zəruridir.

6. Ərizəçi iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1, 193-cü maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi Vəkil izahatında, ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, ölüm faktı onlardan asılı olmayan səbəblərdən əldə edilə bilməmişdir. Həmin şəxsin ölməsi ilə bağlı heç bir rəsmi məlumat əldə edilə bilməmişdir. Şəxsin qonşusu və qohum şahid qismində məhkəmə iclasına çağırılmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.

8. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş maraqlı şəxs Naxçıvan şəhər Nikah evi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

9. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

10. İş materiallarında olan Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 sentyabr 2025ci il tarixli, 3-16-5/8-69-492/2025 nömrəli Arayışdan görünür ki, X2 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 1944-xx.xx.2025-ci ilədək "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış X2 ölüm haqqında akt qeydi Babək rayon Qeydiyyat şöbəsində və Babək rayon qeydiyyat şöbəsinin arxivində aşkar edilmədiyi qeyd olunmuşdur.

11. İş materiallarında olan, Azərbaycan Respublikası Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti vətəndaşlara Dəfn Xidmət Bürosunun 01 oktyabr 2025-ci il tarixli, 07 nömrəli məktubuna əsasən, X1 şəhər Qəbiristanlığında dəfn olunmamışdır.

12. İş materiallarında olan, Qaraxanbəy kənd soveti tərəfindən verilmiş, xx.xx.1972-ci il tarixli, 340182 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi, xx.xx.1966-cı il tarixdə, Naxçıvan, Bulqan kəndində anadan olmuş, bu barədə doğum kitabında xx.xx.1972-cı il tarixdə 55 nömrə ilə qeydiyyat aparılmış, atası X7 və anası X9 qeyd olunmuşdur.

13. İş materiallarında olan, Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş,17 sentyabr 2025-ci il tarixli 3-16-5/8-16-826/2025 saylı Naxçıvan şəhər ASAN Vəkil Bürosuna ünvanlanmış məktubdan görünür ki, "Vətəndaşlıq vəziyyəti akları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti üzrə məlumatlar və Naxçıvan şəhər Nikah Evinin arxivində X2 öldüyünə dair heç bir məlumat tapılmamışdır.

14. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, 3-28-34-3/2-142/2025 nömrəli Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası tərəfindən Naxçıvan Şəhər Vəkil Bürosuna ünvanlanmış məktubdan görünür ki, xx.xx.1988-ci ildə vəfat etmiş X2 ölümünü təsdiq edəcək hər hansı bir məlumat yoxdur. Ölüm haqqında tibbi şəhadətnamənin verilibverilməməsi haqqında da Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ-də məlumat yoxdur.

15. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, 3-28-34-22/173/2025 nömrəli Babək rayon X11 X13 Şəhər Vəkil Bürosu vəkili Vəkil ünvanlanmış məktubundan görünür ki, Babək Rayon X11 hüquqi şəxsinin arxivində X2 ölümü haqqında hər hansı tibbi sənəd tapılmamışdır.

16. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, 3-16-33-4/2-1454/2025 saylı Naxçıvan MR Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Asan Vəkil Bürosuna ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində daxiledilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, X2 ölüm haqqında akt qeydinə dair heç bir məlumat tapılmamışdır.

17. İş materiallarında olan, 24 sentyabr 2025-ci il tarixli, 3-48-NDA/1-2-1538/2025 saylı Naxçıvan Şəhər Asan Vəkil Bürosuna ünvanlanmış məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsi Naxçıvan şəhəri üzrə 1988-ci ilə aid ölüm haqqında akt qeydi kitabları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilmir.

18. İş materiallarında olan, 06 avqust 2025-ci il tarixli, 3-48-NDA/2-2-V-1476-6/2025 saylı Naxçıvan MR Dövlət Arxivi tərəfindən Naxçıvan şəhər, Bulqan kənd sakini Ərizəçi ünvanlanmış məktubdan görünür ki, ünvan 8qında akt qeydi kitabında X7 ilə Vəliyeva (Kazımova) Bacıxanım Ağa qızının 1940-сı ildə, 11 nömrəli Aktla nikaha daxil olmaları qeyd olunmuşdur.

19. İş materiallarında olan 14 avqust 2025-ci il tarixli, 05/09İS/095977-25 saylı Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş arayışdan görünür ki, X3 ailə üzvlərində əri X7 qeyd olunmuşdur.

20. Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 194.19 kv.m olan fərdi yaşayış evi xx.xx.2025-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, daşınmaz əmlakın dövlət reyestrində 18/67 nömrəli reyestr kitabının 12925 nömrəli vərəqində, xüsusi mülkiyyət hüququ əsasında X9, Ərizəçi, X6 və X10 adına qeydiyyata alınmışdır.

21. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X15 izahatında bildirmişdir ki, mərhum onun qonşusu olmuşdur. Vəliyev Nağdəli vəfat edəndə qış ayları olmuş, Bulqan kənd qəbiristanlığında dəfn edilmişdir. Mərhum vəfat edəndə yaşlı olmuş, xəstəlikdən vəfat etmişdir. Vəfat edəndə xəstənxanaya aparılmamışdır.

22. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, X7 atasının xala oğlusudur. Həmçinin qonşudurlar. 20 noyabr 1988-ci il tarixdə vəfat etmişdir. Mərhum atası ilə də yaxın idilər. Dəfndə də iştirak etmişdir. Vəfat edəndə yaşlı idi. Yas öz həyətlərində olmuşdur. Bulqan qəbiristanlığında dəfn olunmuşdur.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyası:

23. 60-cı maddənin İ hissəsi. Hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir.

24. 125-ci maddənin Vİİ hissəsi. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

25. Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir.

26. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.

27. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.

28. Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir.

29. Maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

30. Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən

31. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarı:

32. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının” 1.2-ci bəndində qeyd olunmuşdur ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

33. Həmin qərarın 1.4-cü bəndində qeyd olunmuşdur ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.

34. Həmin qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

35. Həmin qərarın 4.1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

36. Həmin qərarın 9-cu bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 307. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və yа əmlаk hüquqlаrının əmələ gəlməsi, dəyişməsi, xitаm verilməsinin аsılı оlduğu fаktlаrı, о cümlədən də dоğumun, övlаdlığа götürmənin, nikаhın, bоşаnmаnın, ölümün qeyd edilmə fаktının müəyyən edilməsi bаrədə də işlərə bаxır.

43. Maddə 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

44. Maddə 307.2.8. məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir.

45. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

46. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

47. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi:

48. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsini, şahidləri dinləyib, ərizənin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizəyə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir.

49. Məhkəmə ilk növbədə qeyd edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir.

50. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin atası X7 xx.xx.1988ci il tarixində Babək rayonu, Cavidabad (indiki Naxçıvan şəhəri, Bulqan kəndi) kəndində vəfat etmişdir. Bu fakt şahid ifadələri və digər iş materialları ilə təsdiq olunur.

51. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin atası X7 xx.xx.1988-ci il tarixində Babək rayonu, Cavidabad (indiki Naxçıvan şəhəri, Bulqan kəndi) kəndində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir.

52. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

53. Avropa İnsan Hüquqları Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər.

54. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

56. Şərh оlunаnlаrа əsаsən və MPM-nin 216-220, 227, 233, 307-308, 311, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. X7 xx.xx.1988-ci il tarixdə Babək rayonu, Cavidabad (indiki Naxçıvan şəhəri, Bulqan kəndi) kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar