Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1516/2024 20.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 04 aprel 1994-cü ildə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X5 30 yanvar 1994-cü ildə anadan olmuş, 4 aylığında xəstələnərək Naxçıvan şəhər Uşaq Xəstəxanasında müalicə olunmuş, lakin 04 aprel 1994-cü ildə həmin xəstəxanada vəfat etmişdir. Mərhum oğlu X7 şəhər Xətai məhəlləsindəki (köhnə Sovetabad) Qəbristanlıqda dəfn olunmuşdur. X1 ölüm haqqında şəhadətnaməsini almaq üçün Naxçıvan şəhər Nikah Evinə müraciət etmiş, lakin ona bildirmişlər ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən də ölüm faktının müəyyən edilməsi üçün müvafiq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. X2 barəsində ölüm haqqında tibbi şəhadətnamə almaq üçün Naxçıvan Şəhər Poliklinikasına müqaciət etmiş, lakin Poliklinikadan verilmiş xx.xx.2024-cü il tarixli, 66 nömrəli məktubda mərhum oğlunun barəsində ölüm haqqında tibbi şəhadətnamə verilməsinə dair heç bir məlumat tapılmadığı göstərilmişdir. Mərhum övladının ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmət qərarına gəlmişdir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəsini müdafiə edərək ərizə ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilsə də, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2024-cü il tarixdə məhkəmənin ünvanına məktub göndərərək işlərin çoxluğu ilə əlaqədar olaraq onun iştirakı olmadan baxılmasını və müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir Bunu nəzərə alan məhkəmə işə müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Ərizəçinın oğlu 1994-cü ilin yanvar ayı dünyaya gəlib. 4 aylıq olarkən temperaturu qalxmış, ərizəçi uşağı xəstəxanaya apararaq Naxçıvan şəhər Uşaq Xəstəxanasında müalicə etdirmiş, lakin uşaq 04 aprel 1994-cü ildə həmin xəstəxanada vəfat etmişdir. Məhkəmənin qiymətləndirməsi: xx.xx.1991-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, X6 ilə Hüseynova (Musayeva) Zərifə Əhliman qızı arasında həmin tarixdə nikah bağlamış və bu barədə 83 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X5 04 aprel 1994-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur, atası X6, anası Ərizəçidır. Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 23 nömrəli arayışdan aydın olur ki, X5 barəsində xx.xx.2024-cü il tarixədək bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan aydın olur ki, X2 04 aprel 1994-cü ildə öldüyünə dair qeydiyyat şöbəsinin arxivində heç bir məlumat tapılmamışdır. Heç bir sənəd təsdiq edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Naxçıvan MR Səhiyyə Nazirliyi Z.Əliyeva adına Naxçıvan şəhər Poliklinikası phş tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 66 nömrəli arayışda qeyd olunmuşdur ki, 04 aprel 1994-cü ildə vəfat etmiş X4 ölüm haqqında şəhadətnamənin verilməsi haqqında Poliklinikada məlumat yoxdur. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 872057 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 xx.xx.2021-ci il tarixdə bronxların və ağciyərin yuxarı payının xərçəngi diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabının 432-ci səhifəsində qeydiyyat aparılmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X2 04 aprel 1994-cü ildə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi oğlunun ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X2 04 aprel 1994-cü ildə Naxçıvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1516/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1516/2024
20.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver