Məhkəmə qərarları › İş №2(078)-1529/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1529/2025

09.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1529/2025 09.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi) Hаkim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X11 iclas kаtibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. Ərizəçi maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə qarşı ölüm faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ermənistan SSR-nin Artaşat rayonunda yaşamış mərhum X6 01 noyabr 1956-cı il tarixdə Ermənistan SSR-nin Artaşat rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum X12 ərizəçinin babasıdır. Ərizəçinin babası mərhum X12 01 noyabr 1956-cı il tarixdə Ermənistan SSR-nin Artaşat rayonunda vəfat etmişdir. Ərizəçinin atası mərhum X7 anası X14 ilə birlikdə köçüb Azərbaycan SSR-yə gəlmiş və Naxçıvanda yaşamışdır. Ərizəçinin mərhum babası X12 Ermənistan SSR-nin Artaşat rayonunda vəfat etdiyindən onun ölüm haqqında şəhadətnaməsini indiyədək alınması mümkün olmamışdır. Ərizəçinin mərhum atası X7 19 avqust 2024-cü il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir. X2 miras qalmış avtomobil və Babək rayonu, Şəkərəbad kəndində yerləşən fərdi yaşayış evini sənədləşdirib vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün birinci dərəcəli vərəsələrdən onun atası X6 ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ərizəçi mərhum babası X6 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir və bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur.

3. Naxçıvan şəhər Nikah Evinin 04 sentyabr 2025-ci il tarixli, 1378 nömrəli arayışda "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 1956- 2025-ci illərdə bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydinin aşkar olunmadığı bildirilmişdir.

4. Naxçıvan şəhər Nikah Evinin 04 sentyabr 2025-ci il tarixli 3-16-5/8-15-787/2025 nömrəli imtina məktubunda ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən olunmasının zəruriliyi qeyd edilməklə müvafiq məhkəməyə müracət edilməsi izah olunmuşdur.

5. Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X17 29 sentyabr 2025-ci il tarixli məktubunda X6 01 noyabr 1956-cı il vəfat etməsi ilə bağlı adına ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi göstərilir.

6. Naxçıvan MR Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və reyestr şöbəsinin 06 oktyabr 2025-ci il tarixli məktubunda X6 01 noyabr 1956-cı il tarixdə vəfat etməsi ilə bağlı ölüm akt qeydinə dair heç bir məlmat tapılmamışdır.

7. Həmçinin Ərizəçi 2-ci dərəcə müharibə əlillidir.

8. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar.

9. Ərizəçi ərizə tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4.8, 4.1 və 9-cu bəndlərinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə etdi. Ərizəçinin babası 01 noyabr 1956-cı ildə Ermənistanın Artaşat kəndində vəfat etmişdir. Vəfat etdikdən sonra ərizəçinin atası və nənəsi Naxçıvan şəhərinə gəlmişdir. Babasının orada vəfat etməsi və onların Naxçıvana gəlməsi ilə bağlı şahidlərdə vardır. Ərizəçinin babasının Ermənistanın Artaşat rayonunda 01 noyabr 1956-cı il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

11. Maraqlı şəxs Naxçıvan şəhər Nikah evi və Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş Ərizəçi gəlməməsi barədə rəsmi məlumat verməmiş, maraqlı şəxs Naxçıvan şəhər Nikah evi isə ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

12. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Sübutların tədqiqi:

13. İş materiallarında olan, AZ-İİİ seriyalı 297298 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxx 1974-cü ildə anadan olmuş, doğumu akt qeydləri kitabında xx.xx.1975-ci il tarixində 264 nömrə ilə qeydə alınmış, şəhadətnamənin atası qrafasında atasının X7, anasının X3 olduğu qeyd olunmuşdur.

14. İş materiallarında olan, Naxçıvan ƏSMM tərəfindən verilmiş 086992 saylı Vəsiqədən görünür ki, Ərizəçi İİ qrup əlildir.

15. İş materiallarında olan, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, Naxçıvan MR, Babək rayonu, Şəkərabad kəndində mülkiyyətində olan 0.0615 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32.39 kv.m yaşayış, 9.26 kv.m qeyriyaşayış, 48.46 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 23/4 nömrəli reyestr kitabının 661 nömrəli vərəqində qeydiyyata alınmışdır.

16. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli Ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə, 287 nömrəli akt qeyd edilmişdir.

17. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-787/2024 saylı Naxçıvan Şəhər Nikah Evi tərəfindən Ərizəçi ünvanlanmış məktubda X8 ölüm haqqında şəhadətnaməsinin verilməsinə dair" ərizəsinə baxılmış, bildirilmişdir ki, ilkin ölüm haqqında akt qeydi ölümü təsdiq edən tibbi şəhadətnamə və ya məhkəmənin ölüm faktın müəyyən edən qətnaməsi əsasında tərtib edilir.

18. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş arayışa əsasən, X7 xx.xx.1949-cu ildə Ermənistan R.Qəmərli r. anadan olmuş, atası qrafasında atasının X12, anasının X14 olduğu qeyd olunmuşdur. Bu barədə xx.xx.2025-ci il tarixdə Naxçıvan şəhər Nikah evi tərəfindən 02 nömrəli bərpa akt qeydi tərtib olunmuşdur.

19. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş çıxarışa əsasən, X1 şəhərində vəfat etmişdir. Bu barədə ölüm kitabının xx.xx.1986-cı il tarixdə 39 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir.

20. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, 1378 saylı Naxçıvan şəhər Nikah evinin arayışında X12 barəsində Naxçıvan şəhər Nikah evində ölüm haqqında akt qeydi aşkar olunmamış, ölüm haqqında akt qeydi 1956-2025-ci illər üzrə yoxlanılmış, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır.

21. İş materiallarında olan, Naxçıvan MR Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının 29 sentyabr 2025-ci il tarixli, 3-28-34-3/2-141/2025 saylı Naxçıvan Şəhər Vəkil Bürosuna ünvanlanmış məktubuna əsasən, xx.xx.1956-ci ildə vəfat etmiş X6 adına ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi haqqında Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ-də məlumat yoxdur.

22. İş materiallarında olan, Naxçıvan MR Dövlət Arxiv İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-48-NDA/1-2-1566/2025 saylı Naxçıvan Şəhər Vəkil Bürosuna ünvanlanmış məktubuna əsasən, Ermənistan SSR-nin Artaşat rayonu üzrə ölüm haqqında akt qeydləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunmur.

23. İş materiallarında olan, Naxçıvan MR Ədliyyə Nazirliyinin 06 oktyabr 2025-ci il, 3- 16-33-4/2-1529/2025 saylı Naxçıvan Şəhər Vəkil Bürosuna ünvanlanmış məktubuna əsasən, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının arxivinə baxış keçirilmiş, X6 01 noyabr 1956-cı il tarixdə vəfat etməsi ilə bağlı tərtib olunmuş ölüm haqqında akt qeydinə dair heç bir məlumat tapılmamışdır.

24. İş materiallarında olan Naxçıvan MR, Naxçıvan şəhər İcra Hakimiyyəti vətəndaşlara Dəfn Xidməti bürosunun 10 oktyabr 2025-ci il tarixli, 07 saylı məktubunda, X6 Naxçıvan şəhər Qəbiristanlığında dəfn olunmadığı qeyd olunmuşdur.

25. 09.02.2026-cı il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Bənəniyarda onlar qonşu olmuşdur. Hidayət və anası Ermənistandan Naxçıvana gəlmiş, lakin atası gəlməmişdir. Sona xala və Hidayətlə Babək məhəlləsində də qonşu olmuşdurlar. Həmişə Sona xala ərinin vəfat etdiyini, lakin ölüm kağızı ala bilmədiklərini demişdir.

26. 09.02.2026-cı il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Cəfərov Hidayət onun yoldaşıdır. Bənəniyarda qonşu olmuşdurlar. Sona xalanın qardaşı Bənəniyara gətirmişdir ki, Ermənistanda tək qalmasınlar. Onlar gələn zaman babası vəfat etdiyindən anası və özü gəlmişdir. 22 il qaynanası ilə yaşamış və qaynanası bunları danışmışdır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyası:

27. 60-cı maddənin İ hissəsi. Hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir.

28. 125-ci maddənin Vİİ hissəsi. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

29. Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir.

30. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.

31. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.

32. Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir.

33. Maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

34. Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən

35. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarı:

36. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının” 1.2-ci bəndində qeyd olunmuşdur ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

37. Həmin qərarın 1.4-cü bəndində qeyd olunmuşdur ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.

38. Həmin qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

39. Həmin qərarın 4.1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

40. Həmin qərarın 9-cu bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

41. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 307. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və yа əmlаk hüquqlаrının əmələ gəlməsi, dəyişməsi, xitаm verilməsinin аsılı оlduğu fаktlаrı, о cümlədən də dоğumun, övlаdlığа götürmənin, nikаhın, bоşаnmаnın, ölümün qeyd edilmə fаktının müəyyən edilməsi bаrədə də işlərə bаxır.

47. Maddə 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

48. Maddə 307.2.8. məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir.

49. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

50. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

51. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

Məhkəmənin mövqeyi:

52. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsini, şahidləri dinləyib, ərizənin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizəyə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir.

53. Məhkəmə ilk növbədə qeyd edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir.

54. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin babası X6 01 noyabr 1956-cı il tarixində Ermənistan SSR-nin Artaşat rayonunda vəfat etmişdir. Bu fakt şahid ifadələri və digər iş materialları ilə təsdiq olunur.

55. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin babası X12 01 noyabr 1956-cı il tarixində Ermənistan SSR-nin Artaşat rayonunda ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir.

56. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

57. Avropa İnsan Hüquqları Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər.

58. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

60. Şərh оlunаnlаrа əsаsən və MPM-nin 216-220, 227, 233, 307-308, 311, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi:

Ərizə təmin edilsin. X6 01 noyabr 1956-cı il tarixində Ermənistan SSR-nin Artaşat rayonunda ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar