Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1536/2025 25.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi X3 25 oktyabr 1979-cu ildə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, nənəsi X9 1898-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, X11 ilə faktiki ailə münasibəti qurmuş və bu nikahdan Əsgər, Şəmil və Kamal adlı 3 övladı dünyaya gəlmişdir. Hazırda məhkəməyə təqdim etmək üçün müvafiq doğum haqqında Şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi mövcud olmasa belə, Leyla Şəfiyevaya məxsus pasportun birbaşa olaraq onun 1898-ci ildə anadan olması faktını təsdiq etdiyini nəzərə çatdırmaqla bərabər bəhsi keçən şəxsin 25 oktyabr 1979-cu il tarixdə, yaşadığı evdə vəfat etdiyini, mərhumun el adəti üzrə dəfn edildiyini, lakin daha sonra ailə üzvləri tərəfindən ölüm faktının rəsmi qeydə alınması və müvafiq ölüm haqqında şəhadətnamənin əldə olunması ilə bağlı müraciət edilmədiyini bəyan etmişdir. Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə etdiyi müraciətinə şifahi olaraq Dövlət Arxivində 1947-ci ilə qədər olan vətəndaşlıq vəziyyəti aktlarının saxlanıldığı. mərhum nənəsi 1979-cu ildə vəfat etdiyindən bu barədə qeydiyyatın qeydiyyat şöbəsində olacağı bildirildiyindən və Naxçıvan şəhər Nikah evindən alınmış arayışda isə mərhum barəsində "vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək ölüm akt qeydi aşkar olunmadığı yazıldığından, X3 vəfat etməsi faktının qeydiyyata alınması və ölüm haqqında şəhadətnamənin əldə edilməsi məqsədilə Naxçıvan şəhər Nikah evinə müraciət etmiş, nəticə olaraq Nikah evinin arxivində də bu barədə heç bir məlumat olmadığı bildirilməklə tibb müəssisəsinin ölüm haqqında tibbi şəhadətnaməsi tələb edilmişdir. X2 xəstəxanada deyil, məhz yaşadığı evdə rəhmətə getdiyini vurğulamaqla qeyd etmişdir ki, tələb olunan ölüm haqqında şəhadətnaməsinin Naxçıvan Muxtar Respublika X8 Şəxsi arxivində saxlanılmasının qeyri-mümükün olduğunu bildirmişdir. Mərhum nənəsi X3 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmət qərarına gəlmişdir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəsini müdafiə edərək ərizə ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına məlumat verilsə də, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmədə işə maraqlı şəxs Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Nənəsi 1898-ci il tarixdə dünyaya gəlib. Onlarla birgə yaşayıb. Nənəsi vəfat edərkən 17 yaşının olduğunu, hər şeyi xatırladığını el adəti üzrə yas mərasimi keçirildiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Nənəsi 1898-ci il tarixdə dünyaya gəlib. Onlarla birgə yaşayıb. 1979-cu ildə nənəsi vəfat edərkən 15 yaşının olduğunu, hər şeyi xatırladığını el adəti üzrə yas mərasimi yaşadıqları evdə keçirildiyini bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: xx.xx.1957-ci il tarixdə verilmiş XİV- ЛС 607306 nömrəli pasportun surətindən aydın olur ki, X9 1898-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan ŞPİ tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli səxsiyyət vəsiqəsinin surətindən xx.xx.1957-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Naxçıvan MR Naxçıvan Şəhər iCra Hakimiyyətinin 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 587 nömrəli xx.xx.2025-ci il tarixli arayışına əsasən X1 şəhəri, N.Naxçıvani küçəsi, döngə 4, ev 14 ünvanında qeydiyyatdadır. Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1347 nömrəli arayışdan aydın olur ki, X9 barəsində xx.xx.2025-ci il tarixədək bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan aydın olur ki, X3 25 oktyabr 1979-cu ildə öldüyünə dair qeydiyyat şöbəsinin arxivində heç bir məlumat tapılmamışdır. Heç bir sənəd təsdiq edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X3 25 oktyabr 1979-cu ildə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi oğlunun ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X3 25 oktyabr 1979-cu ildə Naxçıvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1536/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1536/2025
25.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver