Məhkəmə qərarları › İş №2(078)-1545/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1545/2025

10.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1545/2025 10.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, İddiaçı X23, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehlər Cavabdeh4, Cavabdeh12, Cavabdeh14, X40 iştirakları ilə, İddiaçı X23 cavabdehlər Cavabdeh1, X41, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh17 və Cavabdeh8, Cavabdeh9. X71, Cavabdeh12, X78, Cavabdeh13, Cavabdeh14, X51 və Cavabdeh16 qarşı mirasın faktiki qəbulu və əmlakda payların müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı X48 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mərhum Cavabdeh5 Hüseyn oğlunun vəfatından sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36.65 kv.m olan fərdi yaşayış evindən ibarət mirasın mərhum X72 tərəfindən qəbul edilərək payının müəyyən olunması, onun ölümündən sonra isə onun tərəfindən faktiki qəbul edilərək payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X23 vəkili və nümayəndəsi Vəkil iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36.65 kv.m olan fərdi yaşayış evi və 0.1022 hektar torpaq sahəsi mərhum Cavabdeh5 Hüseyn oğlundan miras qalmışdır. Mərhum Cavabdeh5 Hüseyn oğlu 25 avqust 1982-ci ildə vəfat etmişdir. Onun aşağıdakı vərəsələri vardır: 1. X25, həyat yoldaşı, vəfat edib; 2. X61, vəfat edib; 3. X72, vəfat edib; 4. Cavabdeh1; 5. X73, vəfat edib; 6. X62, vəfat edib. Qeyd edir ki, mərhumə X25 xx.xx.1996cı il tarixdə, X61 xx.xx.1999-cu il tarixdə, X72 xx.xx.1999-cu il tarixdə, X73 xx.xx.2004-cü il tarixdə və X62 xx.xx.2016-cı il tarixdə vəfat etmişdirlər. X9 aşağıdakı vərəsələri vardır: 1. X48, həyat yoldaşı; 2. X41; 3. Cavabdeh3; 4. Насıyev Məhərrəm Sabir oğlu, vəfat edib. X5 aşağıdakı vərəsələri vardır: 1. Cavabdeh4, həyat yoldaşı; 2. Cavabdeh5; 3. Cavabdeh6; X6 aşağıdakı vərəsələri vardır: 1. X63, həyat yoldaşı; 2. Cavabdeh7; 3. Cavabdeh17; 4. Cavabdeh8; 5. Cavabdeh9; 6. X74, vəfat edib. X10 aşağıdakı vərəsələri vardır: 1. X35, həyat yoldaşı, vəfat edib; 2. X71; 3. Cavabdeh12; 4. X78; 5. Cavabdeh13; 6. Cavabdeh14;

7. X51; 8. Cavabdeh16; Qeyd edir ki, o mərhum X72 ilə 14 sentyabr 1970- ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36.65 kv.m olan fərdi yaşayış evi və 0.1022 hektar torpaq sahəsi mərhum atası Cavabdeh5 Hüseyn oğlundan mərhum həyat yoldaşı X52 miras qalmışdır. X9 ölümündən sonra isə həmin miras əmlakı o istifadə və idarə etmişdir. Hazırda övladları ilə birlikdə həmin evdə yaşayır. O miras əmlakı öz adına keçirmək üçün vərəsəlik şəhadətnaməsi almaq qərarına gəldikdən sonra bu məqsədlə Naxçıvan şəhər "Asan xidmət" Mərkəzində yerləşən notariat ofisinə müraciət etmişdir. Naxçıvan şəhər "Asan xidmət” Mərkəzinin notariat ofisinin xx.xx.2024-cü il tarixli, 196/2024 nömrəli məktubunda notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək bildirdi ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin Yerli İdarəsinin və ya mənzilistismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olmadıqda mirasın faktiki qəbulu və payların müəyyən edilməsi məhkəmə tərəfindən təyin olunur. Müvafiq məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Qeyd edir ki, vərəsələrdən heç biri qanunda nəzərdə tutulmuş müddətdə mirasın qəbulu üçün notariat ofisinə müraciət etməmişdir. Hazırda o həmin evin təsərrüfatını idarə edərək mirası qəbul etmişdir. Qeyd edir ki, miras qoyanın ölümündən, yəni mərhum Cavabdeh5 Hüseyn oğlunun vəfatından sonra həmin evdə mərhum həyat yoldaşı X72 biz ilə yaşamış, onun xx.xx.1999-cu il tarixdə ölümündən sonra isə həmin əmlakda o övladları ilə birlikdə yaşayaraq oranı idarə etməyə başlamışdır. Qeyd edir ki, neçə illərdir ki, Cavabdeh5 Hüseyn oğlunun digər vərəsələri ailə həyatı quraraq köçüb özlərinə aid mülklərində yaşayırlar. Bu illər ərzində həmin fərdi yaşayış evini heç kəs tərəfindən heç bir etiraz və narazılıq olmadan istifadə və idarə etmişdir. Qeyd edir ki, tələblə bağlı aşağıdakı şəxslər məhkəmədə şahid qisminde dindirilə bilərlər və onların məhkəməyə dəvət olunaraq şahid qismində dindirilməsini istəyir. İddiaçı tələbinin hüquqi əsaslandırmasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1146, 1243-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. Məhkəmə tərəfindən X44 və X36 cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclası zamanı izahat verən iş üzrə iddiaçı X48 iddianı müdafiə edərək verdiyi izahatında evin qayınatasından miras qaldığını, 1970-ci ildən o ailənin gəlini olduğunu, birlikdə qaldıqlarını, bugünkü günə qədər də o evdə qaldığını, 55 ildir orada yaşadığını, qayınatasının 1982-ci ildə, yoldaşının 1999-cu ildə rəhmətə getdiyini, qayınatasının vərəsələri Xatun, Fizuli, Sabirin, Rafiqin vəfat etdiyini, Həqiqətin yaşadığını, qayınatası vəfat etdikdə özünün orada yoldaşı ilə yaşadığını, Xatunun atası vəfat etdikdən əvvəl evlənib köçdüyünü, Həqiqətin evlənib getdiyini, Rafiqin qayınatası ilə 6 ay birlikdə qaldığını, qayınatasının Rafiqə Savedabadda torpaq aldığını, ev tikdiyini, öz atalıq borcunu yerinə yetirdiyini, qayınanası Mirvarinin qayınatasından sonra öldüyünü, evi qayınatasının aldığını, 1950-1951-ci illərdə aldığını, hal hazırda həyətdə 2 evin olduğunu birində özünün yaşadığını, evi sənədləşdirməyə narazılıq edənin Rafiqin övladları olduğunu, onlarla münasibətlərinin olmadıqlarını, geri qalan hərkəsin razı olduğunu, 1971ci ildən o həyətdə yaşadığını, Rafiqin evləndiyini, toyunu elədiklərini, 7-8 ay qayınanasıgillə yaşadıqlarını, 1-ci uşaqları olduqdan sonra uşaq 6-7 aylıq ikən köçüb getdiklərini, oğlu Məhərrəmin vəfat etdiyni, 13 il qabaq vəfat etdiyini, oğlunun evli olduğunu, ailəsinin indi onunla yaşadığını, oğlunun ölümündən sonra gəlininə və nəvələrinə özünün baxdığını, oğlu Məhərrəmin yoldaşının adının Çinarə olduğunu, bir nəvəsinin 7-ci sinifdə oxuduğunu, digər nəvəsinin keçən il evlənib gəlin köçdüyünü, iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı izahat verən iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, iddiaçının izahatına əlavəsi yoxdur. Lakin bildirmək istəyir ki, miras qoyanın vəfatından sonra Hacıyev Rafiq orada mirası qəbul etməmiş, mirasın qəbulu ilə bağlı heç bir addım atmamışdır, evin texniki pasportunda tikilinin tarixinin 1950-ci il olduğunu, bu barədə sənədi təqdim etdiyini, mirasın mərhumun oğlu Hüseyn tərəfindən qəbul edildiyini, Hüseynin ölümündən sonra oğlu Sabirin mirası qəbul etdiyini, iddiasının əsaslı olduğunu, məhkəmə araşdırılmasında Hacıyev Mirvarinin vəfat etdiyini, Xatunun vəfat etdiyini, payının olmadığını, Sabirin vəfat etdiyi zaman o evdə olduğunu yoldaşının mirası qəbul etdiyini, digər övladların o evdə yaşamadığını, mirasın qəbulunda iştirak etmədiklərini bildirərək, iddianı müdafiə etdiyini və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddiaya münasibət bildirərək qeyd etmişdir ki, özünün 1974-cü ildə ailə qurduğunu, atasının 1982-ci ildə vəfat etdiyini, özünün o zaman o evdə yaşamadığını, o zaman anasının sağ olduğunu, o evdə Fizulinin yaşadığını, Sabirin yaşadığını, Rübabənin yaşadığını, bacısı Xatunun həmin vaxt evli olduğunu, onun vəfat etdiyini, Mehparənin vəfatından 20 ildən çox keçdiyini, 1996-cı ildə vəfat etdiyini, anası vəfat etdikdə Sabirin sağ olduğunu, Fizulinin həmin evdə 2016-da vəfat etdiyini, 7-8 sot torpaq olduğunu, həyətdə 2 evin olduğunu, ayrı-ayrı yaşadıqlarını, bacılarının vəfat etdiyini, eyni gündə vəfat etdiyini, Rafiqin 1982-ci ildə Savedabadda yaşadığını, atasının torpaq alıb verdiyini, orada ev tikib yaşadığını, 2004-cü ildə oradakı evdə vəfat etdiyini, Hüseynin də Mirvari qızının da razı olduğunu, Xatunun övladlarının razı olduğunu, hərkəsin razı olduğunu, bildirmişdir. Məhkəmə baxış iclasında Cavabdeh1 izahatında özünün o evdən çıxdıqdan sonra atası, anası və Rübabənin yaşadığını, Rafiqin 1975-76-cı illərdə evləndiyini, 5-6 ay yaşadığını, Mələk adlı qızının olduğunu, atasının kalxozda işlədiyini, atasının Savedabaddan torpaq aldığını, torpağı artıq götürdüyünü, atasının Rafiqə qoy bacın Həqiqət sənə 1000 manat versin torpaqdan biraz ona ver dediyini, sonra Rafiqin razı olmadığını, atası vəfat etdikdə Sabir, Fizuli və anasının orada yaşadığını, özünün atasının 2-ci xanımdan olan yoldaşdan olan uşağı olduğunu, digər bacılarla ana tərəfdən ögey olduğunu, özünün doğma anasının Mirvari olmadığını, özünün bir tək uşaq olduğunu, Rafiqin ata-anası vəfat edəndə ayrı evdə yaşadığını, Xatunun ayrı yaşadığını, atasının vəfatından çox öncələr evlənib köçdüyünü, hal-hazırda Sabirə və Rübabənin o evdə yaşadığını, orta torpağın özünün olduğunu, Rafiqə verilmədiyini, atasının orta torpağı ona verdiyini, lakin orada heç nə tikmədiyini, bildirərək qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 izahatında bildirmişdir ki, Fizulinin yoldaşı olduğunu, özünün 1984-cü ildə gəlin gəldiyini, o zaman qayınatasının vəfat etdiyini, qaynanasının o evdə yaşadığını, Fizulinin 2 övladının olduğunu, 38 və 39 yaşları olduğunu, oğlunun və qızının ailəli olduğunu, yoldaşının 2016-cı ildə vəfat etdiyini, qızının 15 ildən çox olar evləndiyini, oğlunun da uşağının o zaman evli olduğunu, oğlunun toyunu Naxçıvanda etdiklərini, lakin indi Bakıda yaşadığını, özünün tək yaşadığını, özünün 1984cü ildə ora gəlin gəldiyi zaman Rafiqin qızlarının heç birinin orada olmadığını, yoldaşının Rafiqi axır günlərində evlərinə gətirdiyini, Rafiqin xəstə olduğunu, həkim gətirdiklərini, 10 gün ona xəstə halına baxdığını bildirərək qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh12 iddiaya münasibət bildirərək qeyd etmişdir ki, o zaman 3 torpaq olduğunu, atasının da yerinin olduğunu, özünün o evdə anadan olduğunu, 1981-ci ildə anadan olduğunu, atasının o zaman Kalxozdan pulsuz ev aldığını, atası Rafiqin ordan özünə torpaq aldığını, özünün ev tikdiyini, atasının rəhmətə getməsindən sonra Fizuli əmisinin onu çağırıb gəl atanızın yerində sizə torpaq verim dediyini, boş torpağın atasının torpağı olduğunu, orada ev tikilməməsinin səbəbinin o torpağın atası Rafiqin olduğunu, atasının özünün doğulmasından sonra 1985-ci illərdə o evdən çıxdığını, babasının vəfatının yadına gəldiyini, nənəsinin vəfatını xatırladığını, Mirvari nənəsinin bütün gün onlarda qaldığını, özünün 1985-ci ildən çıxdıqdan sonra bütün gün orada qaldıqlarını, orada böyüdüklərini, atasına kimsənin torpaq alıb vermədiklərini, kalxozun atasına torpaq verdiyini, xətaidəki evin atasının vəfatından sonra bacısının adında olduğunu, özünün şəhərdə doğulduğunu, o evdə yaşadığını, Respublika xəstəxanada doğulduğunu, babası öldükdə o evdə yaşadığını, nənəsi öldükdə öz evlərində yaşadıqlarını ata paylarını istədiklərini, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh14 iddiaya münasibət bildirərək qeyd etmişdir ki, 1991-ci il təvəllüd olduğunu, əmisinin çağırıb torpaq məsələsi ilə bağlı söz dediyini eşitdiyini, özünün o evdə doğulmadığını, nənəsinin onlara qonaq gəldiyini, bu gün o həyətdə əmisi yoldaşının yaşadığını, özünü bildi-biləli orada Rübabənin və Sabirənin yaşadığını, anasının onlara ora bizimdi lakin onlar imkan vermirlər dediklərini, uşaq vaxtından o evdə onların əkin əkib becərdiklərini, özlərinin o həyətdə heç nə əkmədiklərini, imkan verilmədiyini, bacılarının fikirləri ilə razı olduğunu, onlara düşən payı tələb etdiklərini, Günay və Yeganənin Bakıda yaşadığını, Lalənin Şahbuzda yaşadığını, paylarını istədiklərini bildirərək qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh11 iddiaya münasibət bildirərək qeyd etmişdir ki, özünün ağlı kəsəndən aşağı evdəki torpağın atasının olduğunu eşitdiyini, yola getmədiklərini, torpaq üstündə hamısının mübahisə etdiyini, atasının 2005-ci ildə əmisigildə vəfat etdiyini, imkanının yaxşı olmadığı üçün orada yaşadığını, xəstə olduğunu, iynə dərman elədiklərini, əmisinin özünün atasını evlərinə dəvət etdiyini, atasının 10 gün orada qaldığını, özünün də anasının da getdiyini, gediş-gəlişlərinin olduğunu, orta torpağın sənədinin olmadığını, valideyninin 1982-ci ildə babasının vəfat etdiyi zaman orada yaşadıqlarını, özünün Xətai məhəlləsində doğulduğunu, orada yaşadıqlarını, 1983-cü ildə anadan olduğunu, Mələyin və Günayın Xıncovda doğulduğunu, orada yaşadıqlarını, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X71 iddiaya münasibət bildirərək qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh7 iddiaya münasibət bildirərək qeyd etmişdir ki, əmlakda mübahisələrinin olmadığını, Rübabənin mirası qəbulunda etirazının olmadığını, ayrı evdə yaşadıqlarını, həmin vaxt onların olmadğını bildirərək qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh17 iddiaya münasibət bildirərək qeyd etmişdir ki, əmlakda mübahisələrinin olmadığını, Rübabənin mirası qəbulunda etirazının olmadığını, ayrı evdə yaşadıqlarını, həmin vaxt onların olmadğını bildirərək qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X45 ifadəsində o məhəlləyə 1970ci illərin sonunda gəlin gəldiyini, yaxın qonşu olduğunu, özünün o məhəlləyə gələndə o evdə Rübabənin, yoldaşının, qaynanasının yaşadığını, həyətdə 2 evin olduğunu, evlərin bir-birindən aralı olduğunu, 1 ci evin 3 otaqlı və şüşəbəndli ev olduğunu, digərinin 2 otaq kuxna və əl-damından ibarət olduğunu, özünün ora gəlin gəldiyi zaman Hüseyn kişinin, Mirvari xalanın və Xədicənin yaşadığını, uşaqların hamısının evlənib ərə gedib köçdüklərini, başqa kimsənin qalmadığını, Rübabə xanımın yoldaşı Sabirin də o evdə yaşadığını, Rübabənin əri ilə orada yaşadığını. 3 övladı olduğunu, Sabirənin də orada yaşadığını, Sabirənin Fizuli ilə evli olduğunu, o evdə başqa adamı görmədiyini, başqa övladların o evdə yaşamadığını, özünün Rafiqi görmədiyini, yalan deyə bilməyəcəyini, toyunu görmədiyini, Xatunu tanıdığını, Xatunun ondan qabaq ərə getdiyini, onu görmədiyini, Hüseyn kişinin yas mərasimini xatırladığını, Hüseyn kişinin 2 arvadı, oğlu Fizuli, onun yoldaşı Sabirə ilə birlikdə yaşadığını, 2-ci evdə Rübabə və Sabirin övladları ilə birlikdə yaşadığını, yas mərasiminin 1-ci evdə olduğunu, Həqiqətin ərə getdiyini, Rafiqin evləndikdən sonra getdiyini, bidlirmişdir Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində 1992-ci ildən orada yaşadığını, 1992-ci ildən qabaqdan məlumatının olmadığını, qonşuluqda Rübabə xanım və Sabirə xanımın yoldaşları ilə yaşadığını, özü 1992-ci ildə ora gəldikdən sonra o evdən kimsənin köçmədiyini, Həqiqətin artıq köçüb getdiyini, ara-sıra gəlib getdiyini, Rafiqi tanımadığını, Rafiqi görmədiyini, uşaqlarını da tanımadığını, Fizulinin vəfat etməsini xatırladığını, yasda iştirak etdiyini, onun övladları Hüseyn, qızı və yoldaşı Sabirənin orada yaşadığını, Mirvarinin vəfatında da iştirak etdiyini, o zaman da Fizuli və Rübabənin ailəsi ilə o həyətdə yaşadığını, Rafiqi görmədiyini, tanımadığını, Rafiqin uşaqlarını tanımadığını, yaslarda görmədiyini, onların sadəcə Günay bacılarını tanıdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər X41, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh9, Cavabdeh13, X51 və Cavabdeh16, cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X44 və X19 məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh5 tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə göndərilən xx.xx.2025-ci il tarixdə teleqram göndərilmişdir. Teleqramda bildirmişdir ki, mübahisəli əmlakdan heç bir tələbi yoxdur, ona çatacaq paydan iddiaçı X26 xeyrinə imtina edir. Əmlakın ona verilməsinə etiraz etmir, gələcəkdə də etiraz etməyəcəkdir. Cavabdeh X46 tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə göndərilən xx.xx.2025-ci il tarixli teleqramda bildirmişdir ki, ona çatacaq paydan iddiaçı X26 xeyrinə razılıq verir. Cavabdeh9 tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə göndərilən xx.xx.2025-ci il tarixdə teleqram göndərilmişdir. Teleqramda bildirmişdir ki, mübahisəli əmlakdan heç bir tələbi yoxdur, ona çatacaq paydan iddiaçı X26 xeyrinə imtina edir. Əmlakın ona verilməsinə etiraz etmir, gələcəkdə də etiraz etməyəcəkdir. Cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X44 tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə göndərilən xx.xx.2026-cı il tarixdə teleqram göndərilmişdir. Teleqramda bildirmişdir ki, mübahisəli əmlakdan heç bir tələbi yoxdur, ona çatacaq paydan iddiaçı X26 xeyrinə imtina edir. Əmlakın ona verilməsinə etiraz etmir, gələcəkdə də etiraz etməyəcəkdir. Cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X47 tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə göndərilən xx.xx.2026-cı il tarixdə teleqram göndərilmişdir. Teleqramda bildirmişdir ki, mübahisəli əmlakdan heç bir tələbi yoxdur, ona çatacaq paydan iddiaçı X26 xeyrinə imtina edir. Əmlakın ona verilməsinə etiraz etmir, gələcəkdə də etiraz etməyəcəkdir. Cavabdeh3 tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə göndərilən xx.xx.2026-cı il tarixdə teleqram göndərilmişdir. Teleqramda bildirmişdir ki, mübahisəli əmlakdan heç bir tələbi yoxdur, ona çatacaq paydan iddiaçı X26 xeyrinə imtina edir. Əmlakın ona verilməsinə etiraz etmir, gələcəkdə də etiraz etməyəcəkdir. Məhkəmə işə cavabdehlər X20, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh9, Cavabdeh13, X27 və Cavabdeh16, cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X21 və X15 iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, onları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş: Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən aydın olur ki, ünvan 2 ünvanında yerləşən 0.1022 ha torpaq sahəsində yerləşən, 36.65 kv.m yaşayış, sahəsindən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh5 Hüseyn oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 18/58 nömrəli reyestr kitabının 11341 nömrəli vərəqində, xx.xx.2024-cü il tarixdə **********55-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.1984-cü il tarixli 359425 nömrəli nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, X33, X53 arasında 29 noyabr 1984-cü il tarixdə nikah bağlanmışdır. Naxçıvan Şəhər Nikah Evi tərəfindən xx.xx.2025-ci il tarixli arayışdan aydın olur ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir. 1.Arvadı: İddiaçı (xx.xx.1950)

2. Qızı: Cavabdeh2 (xx.xx.1971)

3. Oğlu: Cavabdeh3 (xx.xx.1976)

4. Oğlu: X54 (xx.xx.1977) (VƏFAT EDİB) Naxçıvan Şəhər Nikah Evi tərəfindən xx.xx.2025-ci il tarixli arayışdan aydın olur ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir. 1.Arvadı: Cavabdeh4 (xx.xx.1962)

2. Oğlu: Cavabdeh5 (xx.xx.1986)

3. Qızı: Cavabdeh6 (xx.xx.1989) Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ 700269 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən aydın olur ki, X62 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, bu haqda 47 nömrəli akt qeydi tərtib olunmuşdur. Qeydiyyat şöbəsi tərəfindən 25 avqust 1982-ci il tarixdə verilmiş 318208 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən aydın olur ki, Cavabdeh5 Hüseyn oğlu 25 avqust 1982-ci il tarixdə vəfat etmiş, bu haqda 107 nömrəli akt qeydi tərtib olunmuşdur. Qeydiyyat şöbəsi tərəfindən 10 avqust 1977-ci il tarixdə verilmiş AZ-İİ 118669 nömrəli nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh5 Hüseyn oğlu ilə HuduCavabdeh6 Zilfüqar qızı ilə xx.xx.1977-ci il tarixdə nikah bağlamışdırlar, bu haqda 12 nömrəli akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışından aydın olur ki, X48 15 avqust 2005-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Qeydiyyat şöbəsi tərəfindən 25 oktyabr 1961-ci il tarixdə verilmiş 141471 nömrəli nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, X63 ilə X61 ilə xx.xx.1961-ci il tarixdə nikah bağlamışdırlar, bu haqda 199 nömrəli akt qeydi tərtib olunmuşdur. Naxçıvan Asan Xidmət mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli 196/2024 saylı məktubunda X32 bildirilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şərtsiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil- istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olmadıqda mirasın faktiki qəbulu və payların müəyyən edilməsi məhkəmə tərəfindən təyin olunur. Müvafiq məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh9 xx.xx.1959ci il tarixdə doğulmuşdur. X18, anası X37r. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh17 xx.xx.1964-cü il tarixdə doğulmuşdur. X18 oğlu, anası X37r. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh7, oğlu xx.xx.1962-ci il tarixdə doğulmuşdur. X18, anası X37r. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X55 xx.xx.1968-ci il tarixdə doğulmuşdur. X18, anası X37r. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X56 xx.xx.1941-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh5 Hüseyn oğlu, anası X16r. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin " İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti " publik hüquqi şəxsin Naxçıvan şəhər Sukanal idarəsi Naxçıvan Regional "ASAN xidmət” mərkəzi tərfindən verilən xx.xx.2025-ci il tarixli arayışa əsasən həqiqətən 12 oktyabr 2017-ci il tarixdə 21077 mexaniki tipli su sayğacı müqaviləsi X57 adına bağlanmışdır.Həmin tarixdən sukanalizasiya ödənişləri X58 tərəfindən ödənilir və sayğac göstəricisi 3536 m³-a kimi borc yoxdur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin " İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti " publik hüquqi şəxsin Naxçıvan şəhər Sukanal idarəsi Naxçıvan Regional "ASAN xidmət” mərkəzi tərfindən verilən xx.xx.2025-ci il tarixli arayışa əsasən 12 oktyabr 2017-ci il tarixdə 32064 mexaniki tipli su sayğacı müqaviləsi X64 adına bağlanmışdır. xx.xx.2016-ci il tarixində vəfat etmiş, həmin tarixdən sukanalizasiya ödənişləri həyat yoldaşı Cavabdeh4 tərəfindən ödənilir və sayğac göstəricisi 1196 m³-a kimi borc yoxdur. Naxçıvan Regional "ASAN xidmət" mərkəzi. Kommunal (Qaz) Xidməti tərfindən verilən xx.xx.2025-ci il tarixli arayışa əsasən qaz sayğacı G4 markalı smart tipli zavod nomrəsi (********) olan qaz alqı satqısı müqaviləsi xx.xx.2015-ci ildə X62 adına bağlanmış. xx.xx.2016-cü il tarixində vəfat etmişdir. Həmin ildən qaz, ödənişləri həyat yoldaşı Cavabdeh4 tərəfindən ödənilir.Abonent istehlak etdiyi təbii qazım həcminə görə 7938m3dak ödəniş etmiş hazırda sayğacın borcu yoxdur. Naxçıvan Regional "ASAN xidmət" mərkəzi. Kommunal (işıq) Xidməti tərfindən verilən xx.xx.2025-ci il tarixli arayışa əsasən həqiqətən xx.xx.2017-ci il tarixdə quraşdırılan sayğac nömrəsi 70362272 olan smart tipli elektrik sayğacın müqaviləsi Cavabdeh4 qızİ adına bağlanmışdır.Ödənişlər Cavabdeh4 adına ödənilir və son ödəniş xx.xx.2025-ci il tarixdə ödənilmişdir. Naxçıvan Regional "ASAN xidmət" mərkəzi. Kommunal (Qaz) Xidməti tərfindən verilən xx.xx.2025-ci il tarixli arayışa əsasən qaz sayğacı G4 markalı smart tipli zavod nomrəsi (********) olan qaz alqı satqısı müqaviləsi xx.xx.2015-ci ildə X44 adına bağlanmış və həmin ildən qaz ödənişləri Qaynanası X49 tərəfindən X44 adına ödənilir. Abonent istehlak etdiyi təbii qazın həcminə görə 20841m3-dak ödəniş etmişdir. Naxçıvan Regional "ASAN xidmət" mərkəzi. Kommunal (işıq) Xidməti tərfindən verilən xx.xx.2025-ci il tarixli arayışa əsasən ünvan 3 ünvanına xx.xx.2017-ci il tarixdə quraşdırılan sayğac nömrəsi 70362224 olan smart tipli elektrik sayğacın müqaviləsi X50 adına bağlanmışdır.Ödənişlər X24 adına ödənilir və son ödəniş xx.xx.2025-ci il tarixdə ödənilmişdir. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışa əsasən X72 xx.xx.1999-cu il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 09 avqust 2014-cü il tarixdə verilmiş arayışa əsasən X56 xx.xx.1999-cu il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 01 avqust 2014-cü il tarixdə verilmiş arayışa əsasən X73 xx.xx.2004-cü il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 09 avqust 2014-cü il tarixdə verilmiş arayışa əsasən X56 xx.xx.1999-cu il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 442 nömrəli, 24 iyul 2025-ci il tarixli arayışa əsasən, mərhum Qasımov Nağı R Cavabdeh5 Hüseyn oğlunun aşağıdakı vərəsələri var:

1. X28, arvadı vəfat edib;

2. X56, qızı vəfat edib;

3. X72, oğlu vəfat edib

4. Cavabdeh1, qızı 1951

5. X73, oğlu vəfat edib

6. X62, oğlu 1945 Naxçıvan Asan Xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025ci il tarixli 4071 saylı arayışa əsasən X54 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Ölüm haqqında xx.xx.2013-cü il tarixli 111 Noli akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi - Profuz qanaxma. Öldüyü yer Bakı şəhəri. Ölümün qeydə alındığı yer, AZ-İ 434461 nömrə ilə Naxçıvan şəhər nikah evində. Naxçıvan Asan Xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025ci il tarixli 4072 saylı arayışa əsasən X72 xx.xx.1999-cu ildə ölmüşdür. Ölüm haqqında xx.xx.1999-cu il tarixli 173 Nli akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi: Miokard infaktı Öldüyü yer: Naxçıvan MR, Naxçıvan şəhəri Ölümün qeydə alındığı yer: Naxçıvan şəhər nikah evi. Naxçıvan Asan Xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2024cü il tarixli 224 saylı arayışa əsasən X25 "10" oktyabr 1996-cı ildə ölmüşdür. Ölüm haqqında xx.xx.1996-cı il tarixli 300 Nli akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi: Ürəyin şişmə xəsdəliyi Öldüyü yer: Naxçıvan Şəhər Ölümün qeydə alındığı yer: Naxçıvan Şəhər Nikah evi. Naxçıvan Asan Xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025ci il tarixli 4075saylı arayışa əsasən X72 və X29 nikahları Nikah haqqında "14" sentyabr 1970-ci il tarixdə 175 №o-li akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Naxçıvan şəhər nikah evi, Nikah bağlandıqdan sonra ərə Hacıyev arvada Hacıyeva soyadı verilmişdir. İş materiallarına əlavə olunan Cavabdeh13 tərəfindən təqdim edilən yazılı izahatda bildirmişdir ki, Mən, Cavabdeh13, hazırkı iş üzrə aşağıdakı izahatı və mövqeyimi bildirirəm. X115 mübahisəli əmlakın yerləşdiyi ərazidə doğulmuş, böyümüş və uzun müddət yaşamışdır. Atam sağ olduğu dövrdə həmin yaşayış evinin tikintisində bilavasitə maddi və mənəvi vəsait sərf etmiş, evin ərsəyə gəlməsində fəal iştirak etmişdir. Bu səbəbdən o, həmin əmlak üzrə qanuni vərəsə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, vərəsənin övladları birinci növbə vərəsələr sayılır və bu hüquq birbaşa qanundan irəli galir. Bu baxımdan mən də ata xətti üzrə qanuni vərəsəyəm. Miras qoyan sağ olduğu dövrdə mübahisəli əmlakda ailə üzvü kimi uzun müddət yaşamışam və həmin yaşayış faktiki xarakter daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən, mirasın faktiki qəbulu vərəsəlik hüququnun yaranması üçün kifayət edir. Bu hal mənim tərəfimdən mirasın qəbul edildiyini təsdiq edir. Mülki Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras miras qoyanın vəfat etdiyi andan etibarən vərəsənin mülkiyyətinə keçir. Eyni zamanda bir neçə vərəsə olduqda miras bölüşdürülənədək paylı mülkiyyət hesab olunur və hər bir vərəsənin pay hüququ qorunur. Yuxarıda göstərilənləri nəzərə alaraq, tərəfimdən mirasın faktiki qəbul edildiyinin tanınmasıni, ata xətti lüzrə vərəsəlik hüququmun və miras əmlakında pay hüququmun müəyyən edilməsini xahiş edirəm. İş materiallarına əlavə olunan Cavabdeh15 tərəfindən təqdim edilən yazılı izahatda bildirmişdir ki, Man, Cavabdeh15, hazırkı iş üzrə mövqeyimi və izahatımı diqqətinizə çatdırıram. Bildirirəm ki, mübahisə predmetinə aid olan əmlak ailəmizin uzun illər yaşadığı və faktiki istifadə etdiyi yaşayış sahəsidir. Həmin əmlakın formalaşmasında ailə üzvləri kimi mənim də birbaşa iştirakım olmuş, yaşayışın davam etdirilməsi və saxlanılması üçün maddi və mənəvi töhfələr verilmişdir. Bu hal mirasın faktiki qəbul edildiyini təsdiq edir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən hüquqi əhəmiyyət daşıyır. Eyni zamanda bildirirəm ki, məhkəmə iclasında şəxsən iştirak edə bilməməyimin səbəbi azyaşlı övladımın səhhəti ilə bağlı yaranmış ciddi vəziyyətdir. Övladımın müalicə və nəzarətə ehtiyacт olduğundan, iclasda iştirak etməyim obyektiv olaraq mümkün olmamışdır. Bu halın üzrlü səbob kimi nəzərə alınmasını xahiş edirəm. Yuxarıda qeyd olunanları nəzərə alaraq, tərəfimdən mirasın faktiki qəbul edildiyinin tanınmasını, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarımın təmin olunmasını məhkəmədən xahiş edirəm. İş materiallarına əlavə olunan Cavabdeh13 tərəfindən təqdim edilən yazılı izahatda bildirmişdir ki, Mən, Cavabdeh13, iş üzrə cavabdelı olaraq, qarşıtərəf tərafindən taqdim edilmiş izahatlarda həqiqətə uyğun olmayan və təhrif edilmiş məlumatlara münasibət bildirirəm. Qarşı tərəf tərəfindən guya mərhum X59 ailə üzvləri tərəfindən baxılmadığı iddia edilir. Bu iddia əsassızdır və reallığı əks etdirmir. Əslində isə mərhum X73: doğulduğu ata evində böyümüş, lhəmin ünvandan hərbi xidmətə (əsgərliyə) yola salınmış, uzun müddət həmin evdə yaşamış və 3 övladımı məhz həmin ata evində böyütmüşdür. Sonrakı dövrlərdə mərhum ayrı yaşayış ünvanında yaşamışdır. Xəstələndiyi dövrda isa ailəsihəyat yoldaşı və övladları tərəfindən ona daim baxılmış, qayğı göstərilmişdir. Ailənin mərhuma baxmaması barədə irəli sürülən iddialar tamamilə yalandır. Mərhum həyatının son 3-4 gününü öz istəyi ilə doğulduğu ata evində keçirmişdir. Bu hal aile üzvlərinin ona baxmaması ilə əlaqədar olmayıb, mərhumun doğma ata evində olmaq ve son günlərini həmin məkanda yad etmək istəyi ilə bağlı olmuşdur. Həmin müddətde de aile üzvləri onunla əlaqədə olmuş və qayğı göstərmişdir. Bu faktların əksinə olaraq qarşı tərəfin təqdim etdiyi məlumatlar məlıkəməni çaşdırmağa yönəlmiş, reallığı əks etdirməyən iddialardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14 və 77-ci maddələrinə əsasən, məhkəməyə təqdim edilən məlumatlar dürüst və həqiqətə uyğun olmalıdır. Bilə-bilə təhrif edilmiş məlumatların verilməsi prosessual hüquqlardan sui-istifadə hesab olunur və hüquqi qiymət tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, qarşı tərəfin ailənin mərhuma baxmaması ilə bağh verdiyn asassız iddialarım rədd edilməsini, bu cür izahatların iş materiallarında etibarlı sübut kimi qəbul edilməməsini və qarşı tərəfin qüsurlu prosessual davranışına hüquqi qiymət verilmasini xahiş edirəm. Məhkəmə iddianı təmin edərkən gəldiyi nəticəni yuxarıda qeyd olunan işin faktiki halları ilə əlaqəli şəkildə əsaslandırmaqla iddia tələbinin mirasın qəbul edilməsi və payların müəyyən edilməsi tələbinin hər bir hissəsinə ayrı-ayrılıqda qiymət verir. Belə ki, iddiaçının tələbi miras əmlakın onun tərəfindən qəbul edilməklə payların müəyyən edilməsi tələbidir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən qeyd edir ki, aydınlaşdırılmalı halların birincisi sözügedən əmlakın ər-arvadın birgə nikahı dövründə əldə edilən əmlak olunolmaması məsələsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 101.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir (N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarları) Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərar). Mülki qanunvericilikdə vərəsəliyin açılması anı miras qoyan şəxsin ölümü ilə şərtləndirilmişdir. Miras qoyan Cavabdeh5 Hüseyn oğlu 25 avqust 1982-ci il tarixdə vəfat etmişdir. Belə olan halda hazırki tələb üzrə miras əmlaka münasibətdə 01 sentyabr 2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının qüvvədən düşmüş Mülki Məcəlləsinin 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 529-cu maddəsinə görə vərəsəliyin açıldığı yer miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirası yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 556-cı maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsə vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə şəhadətnamə verilməsinə dair ərizə verdikdə mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Həmin Məcəllənin 561-ci maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Həmin Məcəllənin 562-ci maddəsinə görə vərəsələrə miras hüququ haqqında şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə almaq istədiyini bildirən şəxslərdən əlavə digər vərəsələrin olmaması barədə məlumat olduqda da istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Məhkəmə qeyd edir ki, sözügedən əmlakın birgə nikah dövründə əldə edilməsi hüquqmüəyyənedici sənədlə öz təsdiqini tapmışdır. Belə ki, təqdim edilən daşınmaz əmlakın texniki pasportundan aydın olur ki, sözügedən əmlak 1950-ci il tarixdə inşa edilmişdir. Evlənmək haqqında 10 avqust 1977-ci il tarixdə verilmiş şəhadətnamə ilə aydın olur ki, mərhum Cavabdeh5 Hüseyn oğlu ilə XuduCavabdeh6 Zülfüqar qızı 1938-ci il tarixdə nikaha daxil olmuşlar. Həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə mərhum Cavabdeh5 Hüseyn oğlunun və X3 hər birinin ½ hissə mülkiyyət hüququnun müəyyən edilməsi iddia tələbindən kənara çıxılması hesab edilməməlidir. Ona görə ki, hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla miras əmlakın hüquqi taleyi ilə vərəslər arasında olan bütün məsələlərin bir iddia çərçivəsində həll edilməsi prosessual qənaət prinsipinə də uyğun hesab edilir. Eyni zamanda nəzərə alınmalıdır ki, bu icraat çərçivəsində daşınmaz əmlak üzərində bütün vərəsəlik bölgüsünün aparılması tərəflərin yenidən məhkəməyə müraciət etməsi imkanını aradan qaldırmaqla bütün mirasın bölüşdürülməsi həyata keçiriləcəkdir və bu hal iddia tələbindən kənara çıxma olaraq qiymətləndirilməməlidir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. 1968-ci ilə qədər qüvvədə olan Azərbaycan SSR-in 29 may 1928-ci il tarixli “Nikah, ailə və qəyyumluq haqqında! Qanunu (Məcəlləsi) 24-cü maddəsinə görə nikahdan əvvəl ər və arvada təəlluq edən (məxsus olan) əmval (əmlak) onların ayrı malı olub, qalır. Nikah dəvam etdiyi dövrdə qazanılmış əmval isə ər arvadın ortaqlı malı hesab olunur. Hansı birinə çatası hissə haqqında mübahisə zühur etdikdə məsələ məhkəmə qərarı üzrə həll olunur. Qeyd 1. Arvadın ev işlərini idarə etməkdəki və uşaqlara baxmağa zəhməti, əmval üzərinə hüquq törətmək barəsində kişinin həyat vəsaiti qazanmaq zəhmətinə bərabər tutulur. İşin araşdırılmış hallarından, iş materiallarında olan sənədlərdən və tərəflərin izahatlarından aydın olur ki, mərhum Cavabdeh5 Hüseyn oğlu 1982-ci ildə vəfat etdikdən sonra ondan qalan miras əmlakın kütləsi Naxçıvan şəhəri, Şəhriyar küçəsi döngə 4 ev 14 nömrəli daşınmaz əmlakın ½ hissəsini təşkil etmişdir və vəfatından sonra arvadı X25, övladları X62 və X8 əmlakda yaşamaqla mirası faktiki olaraq qəbul etmişlər. Belə ki, işin hallarından aydın olur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman mirası qəbul edən hər üç vərəsə vəfat etmiş, hazırda miras əmlakda iki vərəsənin ailəsi X9 arvadı iddiaçı X48 və X5 arvadı Cavabdeh4 yaşamaqdadırlar. Məhkəmə mərhum Cavabdeh5 Hüseyn oğlundan qalan miras əmlakda onu qəbul edən vərəsələrinin arvadı X25, övladları X12 və X42 hər birinin payının 1/6 hissə müəyyən edilməsini qanuni və əsaslı hesab edir. İşə baxılan zaman tərəflərin izahatları ilə miras qoyanın digər vərəsələri olan övladları mərhumlar X61, X43 və Cavabdeh1 mirası fatiki və formal olaraq qəbul etmələri işə baxılan zaman sübuta yetirilməmişdir. Bunun nəticəsində Naxçıvan şəhəri, Şəhriyar küçəsi döngə 4 ev 14 nömrəli daşınmaz əmlakda X3 ½ hissə öz mülkiyyəti və 1/6 hissə əri Cavabdeh5 Hüseyn oğlundan qalan miras əmlak olmaqla ümumi payının 2/3 hissə, digər vərəsələr X12 və X42 hər birinin payının 1/6 hissə olması nəzərə alınmalıdır. Eyni zamanda tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, X3 1996-cı il tarixdə vəfatından sonra sözügedən miras əmlakda övladları X72 və X62 ailə üzvləri ilə birlikdə yaşamaqla mirası faktiki olaraq qəbul etmişlər. X3 digər vərəsələri-övladları X61 və X1 anadan qalan mirası faktiki və ya formal olaraq qəbul etməsi işə baxılan zaman sübuta yetirilməmişdir. Bunun nəticəsində anadan-X2 qalan daşınmaz əmlakın 2/3 hissəsini təşkil edən miras əmlakda mərhumlar X42 və X33 hər birinin payı 1/3 hissə (2/3:2=1/3) müəyyən edilməlidir. İstər mərhum ata Cavabdeh5 Hüseyn oğlundan, istərsə də mərhum ana X11 miras qalan daşınmaz əmlakda mərhumlar X42 və X33 hər birinin payı 1/2 hissə (1/6+1/3=1/2) müəyyən edilməlidir. Məhkəmə eyni zamanda iddiaçı X23 tələbində öz payının müəyyən edilməsinə münasibətdə işin araşdırılmış hallarına əsasən qeyd edir ki, X48 əri X42 vəfatından sonra ondan qalan miras əmlakda yaşamaqla mirası qəbul etmişdir. Eyni zamanda iddiaçının izahatına əsasən sözügedən miras əmlakda X9 vəfatından sonra övladları X41, X79 və X38 yaşamış, mirası faktiki olaraq qəbul etmiş, X38 həmin miras əmlakda 2013-cü ildə vəfat etmiş, hazırda arvadı X44, övladları X36 və X30 yaşamaqda davam edirlər. Belə olan halda X7 miras qalan Naxçıvan şəhəri, Şəhriyar küçəsi döngə 4 ev 14 nömrəli daşınmaz əmlakın ½ hissəsində iddiaçı X23 payı 1/8 hissə (1/2 hissə pay 4 vərəsə arasında bərabər bölünməklə) müəyyən edilməlidir. Eyni zamanda digər vərəsələr X20, X60 və mərhum X17 hər birinin 1/8 hissə pay hüququ müəyyən edilməlidir. Bununla yanaşı X4 miras qalan daşınmaz əmlakın 1/8 hissəsi onun arvadı X44, övladları X36, X30 və anası iddiaçı X48 arasında bərabər bölünməklə hər birinin 1/32 hissə (1/8 hissə pay 4 vərəsə arasında bərabər bölünməklə) pay hüququ müəyyən edilməlidir. Bunun nəticəsində iddiaçı X23 daşınmaz əmlakda payı 1/8 hissə əri X7, 1/32 hissə mərhum oğlu X22 qalmaqla ümumilikdə 1/8+1/32=5/32 hissədə müəyyən edilməlidir. Eyni zamanda mərhum X31 miras qalan Naxçıvan şəhəri, Şəhriyar küçəsi döngə 4 ev 14 nömrəli daşınmaz əmlakın ½ hissəsində cavabdehlər Cavabdeh4 və Cavabdeh5 hər birinin payı ¼ hissədə (1/2 hissə miras əmlak 2 vərəsə arasında bərabər bölünməklə) müəyyən edilməlidir. Belə ki, tərəflərin izahatları ilə müəyyən edilir ki, miras qoyanın digər vərəsəsi Cavabdeh6 atasının vəfatından əvvəl ailə quraraq miras əmlakdan çıxmış, atasının vəfatından sonra mirası faktiki olaraq qəbul etməsi sübuta yetirilməmiş, formal qəbul etməsi barədə mötəbər sübut təqdim edilməmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, mərhum X25 10 oktyabr 1996-cı il tarixdə, X72 08 iyul 1999-cu il tarixdə vəfat etmişdir. Bu hissədə isə miras əmlakla bağlı hüquqi məsələlər qüvvədən düşmüş Mülki Məcəllənin yuxarıda sadalanan vərəsəlik hüquq normaları əsasında, mərhumlar X54 27 mart 2013-cü il tarixdə və X62 10 fevral 2016-cı il tarixdə vəfat etdiyindən onların mirasına dair hissədə qüvvədə olan mülki qanunvericiliyin vərəsəlik hüquq normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən vərəsəlik münasibətlərinin yaranmasında əsas kimi miras qoyanın vəsiyyəti qanun üzrə vərəsəlikdən daha üstün tutulur. Lakin miras qoyan vəsiyyətnamə qoymadığı halda, qanun üzrə vərəsəlik qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə cavabdehlərin miras qalan əmlakdan imtina etməsinə dair teleqram əsasında əlaqədar bildirir ki, mülki qanunvericilikdə müəyyən edilən mirasdan imtina üçün nəzərdə tutulan müddət ərzində verilmədiyindən onun heç bir əhəmiyyəti yoxdur. Məhkəmə miras şərikliyinə son qoyulması ilə nəticələnən məhkəmə aktı qəbul etməklə yekunda belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, ünvan 2 ünvanında yerləşən 0.1022 ha torpaq sahəsi və üzərində yerləşən, 36.65 kv.m fərdi daşınmaz əmlakın birgə nikah dövründə əldə edilən əmlak olması nəzərə alınmaqla mərhum Cavabdeh5 Hüseyn oğlundan qalan ½ hissəsinin mərhum X72 tərəfindən sağlığında faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməklə həmin əmlakda 1/6 hissə pay hüququ müəyyən edilməli, eləcə də mərhum Cavabdeh5 Hüseyn oğlundan miras qalan daşınmaz əmlakın arvadı mərhum X25, övladı X62 tərəfindən sağlıqlarında faktiki olaraq qəbul etmələri faktı müəyyən edildiyindən hər birinin 1/6 hissə pay hüququ müəyyən edilməli, X2 miras qalan sözügedən daşınmaz əmlakın 2/3 hissəsini təşkil edən miras əmlakda mərhumlar X42 və X33 hər birinin payı 1/3 hissə (2/3:2=1/3) müəyyən edilməli, istər mərhum ata Cavabdeh5 Hüseyn oğlundan, istərsə də mərhum ana X11 miras qalan daşınmaz əmlakda mərhumlar X42 və X33 hər birinin payı 1/2 hissə (1/6+1/3=1/2) müəyyən edilməli, X7 miras qalan Naxçıvan şəhəri, Şəhriyar küçəsi döngə 4 ev 14 nömrəli daşınmaz əmlakın ½ hissəsində iddiaçı X23 payı 1/8 hissə (1/2 hissə pay 4 vərəsə arasında bərabər bölünməklə) müəyyən edilməli, eyni zamanda digər vərəsələr X20, X60 və mərhum X17 hər birinin 1/8 hissə pay hüququ müəyyən edilməli, X4 miras qalan daşınmaz əmlakın 1/8 hissəsinin arvadı X44, övladları X36, X30 və anası iddiaçı X48 arasında bərabər bölünməklə hər birinin 1/32 hissə (1/8 hissə pay 4 vərəsə arasında bərabər bölünməklə) pay hüququ müəyyən edilməli, bunun nəticəsində iddiaçı X23 daşınmaz əmlakda payı 1/8 hissə əri X7, 1/32 hissə mərhum oğlu X22 miras qalan əmlak olmaqla ümumilikdə 1/8+1/32=5/32 hissədə pay hüququ müəyyən edilməli, həmçinin mərhum X31 miras qalan Naxçıvan şəhəri, Şəhriyar küçəsi döngə 4 ev 14 nömrəli daşınmaz əmlakın ½ hissəsində cavabdehlər Cavabdeh4 və Cavabdeh5 hər birinin payı ¼ hissədə (1/2 hissə miras əmlak 2 vərəsə arasında bərabər bölünməklə) müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı X48 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, X41, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh17 və Cavabdeh8, Cavabdeh9. X71, Cavabdeh12, X78, Cavabdeh13, Cavabdeh14, X51 və Cavabdeh16 müştərək qaydada tutularaq iddiaçı X32 qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən 0.1022 ha torpaq sahəsi və üzərində yerləşən, 36.65 kv.m fərdi daşınmaz əmlakın birgə nikah dövründə əldə edilən əmlak olması nəzərə alınmaqla mərhum Cavabdeh5 Hüseyn oğlundan miras qalan ½ hissəsinin mərhum X72 tərəfindən sağlığında faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməklə həmin əmlakda 1/6 hissə pay hüququ müəyyən edilsin. Eləcə də mərhum Cavabdeh5 Hüseyn oğlundan miras qalan ünvan 2 ünvanında yerləşən 0.1022 ha torpaq sahəsi və üzərində yerləşən, 36.65 kv.m fərdi daşınmaz əmlakın arvadı mərhum X25, övladı X62 tərəfindən sağlıqlarında faktiki olaraq qəbul etmələri faktı müəyyən edildiyindən hər birinin 1/6 hissə pay hüququ müəyyən edilsin. X2 miras qalan ünvan 2 ünvanında yerləşən 0.1022 ha torpaq sahəsi və üzərində yerləşən, 36.65 kv.m fərdi daşınmaz əmlakın 2/3 hissəsini təşkil edən miras əmlakda mərhumlar X42 və X33 hər birinin payı 1/3 hissə müəyyən edilsin. İstər mərhum ata Cavabdeh5 Hüseyn oğlundan, istərsə də mərhum ana X11 miras qalan ünvan 2 ünvanında yerləşən 0.1022 ha torpaq sahəsi və üzərində yerləşən, 36.65 kv.m fərdi daşınmaz əmlakda mərhumlar X42 və X33 hər birinin payı 1/2 hissə müəyyən edilsin. X7 miras qalan Naxçıvan şəhəri, Məmmədhüseyn Şəhriyar küçəsi döngə 4 ev 14 nömrəli daşınmaz əmlakın ½ hissəsində iddiaçı X23 payı 1/8 hissə müəyyən edilsin. Eyni zamanda X7 miras qalan Naxçıvan şəhəri, Məmmədhüseyn Şəhriyar küçəsi döngə 4 ev 14 nömrəli daşınmaz əmlakın ½ hissəsində digər vərəsələr X20, X60 və mərhum X17 hər birinin 1/8 hissə pay hüququ müəyyən edilsin. X4 miras qalan daşınmaz əmlakın 1/8 hissəsinin arvadı X44, övladları X36, X30 və anası iddiaçı X48 arasında bərabər bölünməklə hər birinin 1/32 hissə pay hüququ müəyyən edilsin. İddiaçı X23 Naxçıvan şəhəri, Məmmədhüseyn Şəhriyar küçəsi döngə 4 ev 14 nömrəli daşınmaz əmlakda payı 1/8 hissə əri X7, 1/32 hissə mərhum oğlu X22 miras qalan əmlak olmaqla ümumilikdə 5/32 hissədə pay hüququ müəyyən edilsin. Həmçinin mərhum X31 miras qalan Naxçıvan şəhəri, Məmmədhüseyn Şəhriyar küçəsi döngə 4 ev 14 nömrəli daşınmaz əmlakın ½ hissəsində cavabdehlər Cavabdeh4 və Cavabdeh5 hər birinin payı ¼ hissədə müəyyən edilsin. İddiaçı X48 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, X41, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh17 və Cavabdeh8, Cavabdeh9. X71, Cavabdeh12, X78, Cavabdeh13, Cavabdeh14, X51 və Cavabdeh16 müştərək qaydada tutularaq iddiaçı X32 qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar