Məhkəmə qərarları › İş №2(078)-1551/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1551/2023

28.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1551/2023 28.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum babası X2 1979-cu ildə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini dəqiqləşdirərək babası X2 22 sentyabr 1979-cu ildə vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəsini müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil mərhum babası X2 adına qeydiyyatdadır. Bunu arxiv arayışları təsdiq edir. Həmin miras əmlak babasından məhrum atası X3 miras qalmışdır. Atası sağlığında və onun ölümündən sonra da həmin əmlakda onlar yaşayır. Mərhum babası 1979-cu il tarixdə vəfat etmişdir. O, Naxçıvan şəhər qəbirstanlığmda dəfn olunmuşdur. Onun vərəsələri olan övladları da vəfat etmişdir. Mərhum atası X9 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Babasının ölüm haqqında şəhadətnaməsi olmadığından ondan miras qalan əmlaka texniki pasport və hüququların dövlət qeydiyyatından çıxarış ala bilmir. Mirası faktiki qəbul etsə də miras hüquqlarını həyata keçirə bilmir. Mərhum babası X2 ölüm akt qeyddindən çıxarışını almaq üçün Maraqlı şəxsnə müraciət etdiyində bildirilmişdir ki, xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış, ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan şəhər dəfn Xidməti bürosunun arayışında qeyd olunmuşdur ki, X2 qəbir daşının sol tərəfində X17, sağ tərəfində X10, baş tərəfində X14, ön tərəfində isə X6 dəfn olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilsə də, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Bunu nəzərə alan məhkəmə işə müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşu olmuşdur. Həm də ərizəçinin dayısının yoldaşıdır. O Mütəllim kişini xatırlamır. Amma eşitmişdir ki, həmin həyətdə yaşayırdı. ərizəçinin anası Mülayim xanım onun baldızıdır. Mütəllim kişinin xəstə olduğunu və baldızının ona qulluq etdiyini eşidib. Məhkəmə iclasında dindirilmiş şahid X18 ifadəsində göstərmişdir ki, ərizəçi oğludur. Ev qayınnatası Mütəllim kişinin adına olub. O həmin evə ailə qurub gəlib. Mütəllim kişi xəstə idi. Ona özü qulluq edib. O həmin evə gələndə 40-a yaxın yaşı vardı. Mütəllim kişi iflic idi. Həyat yoldaşı (qaynanası) isə o həmin evə gəlməmişdən öncə rəhmətə getmişdi. Qaynatasının 2 qızı və 2 oğlu vardı. Hər iki qızı rəhmətə gedib. Qaynı isə əlildir, hər iki ayağı yoxdur. Məhkəmənin qiymətləndirməsi: Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan aydın olur ki, X12 ilə X19 arasında xx.xx.1960-cı il tarixdə nikah bağlamış və bu barədə 14 nömrəli akt qeydi icra edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan aydın olur ki, X9 ilə Babayeva (Hüseynova) Mülayim Lətif qızı arasında xx.xx.1974-cü il tarixdə nikah bağlamış və bu barədə 276 nömrəli akt qeydi icra edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan aydın olur ki, X19 xx.xx.1967-ci il tarixdə ürəyin infarktı diaqnozu ilə vəfat etmişdir və bu barədə xx.xx.1967-ci il tarixdə 204 nömrəli akt qeydi icra edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan aydın olur ki, X15 xx.xx.1985-ci il tarixdə ürək əzələsinin infarktı diaqnozu ilə vəfat etmişdir və bu barədə xx.xx.1985-ci il tarixdə 122 nömrəli akt qeydi icra edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan aydın olur ki, X13 xx.xx.1997-ci il tarixdə şəkərli diabet diaqnozu ilə vəfat etmişdir və bu barədə xx.xx.1997-ci il tarixdə 206 nömrəli akt qeydi icra edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan aydın olur ki, X9 xx.xx.1998-ci il tarixdə beyin iflici diaqnozu ilə vəfat etmişdir və bu barədə xx.xx.1998-ci il tarixdə 20 nömrəli akt qeydi icra edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan aydın olur ki, X4 xx.xx.2015-ci il tarixdə beyinə qansızma diaqnozu ilə vəfat etmişdir və bu barədə xx.xx.2015-ci il tarixdə 39 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosu tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 174 nömrəli arayışda qeyd olunmuşdur ki, mərhum X1 Şəhər Qəbirstanlığında aşağıda göstərilən qəbirlərin yanında dəfn edilmişdir. sol tərəfi X16 1892-1985, sağ tərəfi X10 1949-1979, baş tərəf X14 1913-1971, ön tərəfi X7 1893- 1979. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 594 nömrəli arayışdan aydın olur ki, X12 barəsində xx.xx.2023-cü il tarixədək bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 52 nömrəli məktuba əsasən 1979-cu ildə Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ-də arxiv olmadığı üçün X5 ölüm şəhadətnaməsinin verilməsi haqqında məlumat yoxdur. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan aydın olur ki X2 1979-cu ildə öldüyünə air qeydiyyat şöbəsinin arxivində heç bir məlumat tapılmamışdır. Heç bir sənəd təsdiq edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X2 22 sentyabr 1979-cu ildə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi babasının ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X2 22 sentyabr 1979-cu ildə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar