Məhkəmə qərarları › İş №2(078)-1557/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1557/2024

28.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1557/2024 28.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İddia ərizəsini icraata qəbul etməkdən imtina edilməsi haqqında) Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakın qəbul edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı nümayəndə vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçının müraciəti əsasında Naxçıvan Şəhər Məhkəməsinin 17 mart 2024-cü il tarixli, 2(078)-107/2023 nömrəli qətnaməsi ilə mirasın qəbul edilməsi müddəti uzadılmış, qətnamə əsasında İddiaçı vəkil və nümayəndəsi Vəkil 22 iyul 2023-cü il tarixdə notariat ofisinə ərizə ilə müraciət edərək miras əmlakı qəbul etdiyini bildirmiş və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Artıq miras əmlak notariat ofisinə müraciət edilərək formal olaraq qəbul edildiyindən faktiki qəbul edilməsi barədə müraciət edilməsi yolverilməzdir. Artıq iddia ərizəsinin məhkəmə icraatında baxılması yolverilməzdir. İddiaçının notariat orqanının hərəkət və hərəkətsizliyindən şikayətlə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə olunmuş sənədlər ona geri qaytarılmalıdır. İddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyindən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 21 oktyabr 2024-cü il tarixli, 22717 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakın qəbul edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsi və ona əlavə edilən sənədlər ona geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 21 oktyabr 2024-cü il tarixli, 22717 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar