Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1574/2025 09.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair ərizəsi üzrə QƏTNAMƏ (Açar sözlər: Birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına alqı-satqı müqaviləsi əsasında alınmış ünvan 1 ünvanında yerləşən, istifadədə olan 0.0411 ha torpaq sahəsi və üzərində yerləşən 144.01 kv.metr fərdi yaşayış evinin birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə pay hüququnun müəyyən olunması, Cavabdeh adına 12 noyabr 2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında alınmış "Changan" markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə satışından əldə etmiş olduğu pul vəsaitinin ½ hissəsinin, yəni 10000 manatın yarısı olan 5000 manatın, mediasiya xərci 50 (əlli) manat və iş üzrə ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir .
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 15 fevral 2008-ci il tarixində Naxçıvan şəhər VVADQ şöbəsində nikahlarını rəsmiləşdirib ailə qurmuşlar. Həmin nikahdan 2 nəfər övladları doğulub. Lakin aralarında olan nikah Naxçıvan şəhər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(078)-876/2024 saylı qətnaməsi ilə pozulmuşdur.
3. Nikahda olduqları müddətdə yəni 03 iyul 2023-cü il tarixdə Naxçıvan şəhər saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-166 nömrəli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında 0.0411 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 144.01 kv.metr olan fərdi yaşayış evini tam mülkiyyət hüququ üzrə əldə edib 03 iyul 2023-cü il tarixdə ********** qeydiyyat və **********44-10301 reyestr nömrə ilə Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəsmiləşdirib X13 adına çıxarışlar almışlar. Bundan başqa onlar birgə nikahda olduqları müddətdə 12 noyabr 2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında "Changan" markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmiş, lakin onların aralarında olan ailə münasibətləri pozulduğundan 2024-cü ilin yanvar ayından ayrı-ayrılıqda yaşamışdırlar. Ayrı yaşadıqları bu müddətdə cavabdeh X15 iddiaçının xəbəri və razılığı olmadan həmin avtomobili 28 mart 2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanında qeydiyyatda olan X3 10000 (on min) manata satmışdır. Avtomobilin satışından əldə etdiyi puldan iddiaçıya çatacaq ½ hissə olan 5000 manatı ona verməmişdir.
4. Artıq boşandıqları üçün birlikdə yaşamaqları mümkün olmadığından istəyir ki, birgə nikah dövründə Səməndin adına almış olduqları torpaq sahəsi və üzərində inşa olunmuş ev üzərində ½ pay hüququnun müəyyən olunması və avtomobilin satışından əldə etdiyi 10000 manatın yarısı olan 5000 manat alınıb ona ödənilsin. Lakin Səmənd bununla razılaşmır, ona görə də hesab edir ki, mübahisə yalnız məhkəmə qaydasında həll edilməlidir.
5. X4 Təşkilatına müraciət edilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etsə də aralarında heç bir müsbət nəticə alınmadığı üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.
6. İddiaçı iddia tələbinin hüquqi əsası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəlləsinin 152.1, 157.1, 225.1-ci maddələrinə, Ailə Məcəllənin 32 və 36-cı maddələrinə, "İnsan Hüquqlarının və X7 Haqqında" Avropa Konvensiyasının 15 aprel 2002-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya olunmuş 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
7. 17.11.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək bildirdi ki, tərəflər 15 fevral 2008-ci ildə ailə həyatı qurmuş və nikahlarından 2 övladları dünyaya gəlmişdir. Tərəflər arasında olan nikah Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. Tərəflər birgə nikahda olduqları müddətdə 31 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında 0.0411 ha həyətyanı torpaq sahəsi almış və üzərində ev tikmişdirlər. Bundan əlavə nikahda olduqları müddət ərzində 12 noyabr 2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında “Changan” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmiş, lakin tərəflər arasında olan nikah pozulmamışdan əvvəl yəni, tərəflər ayrı yaşadığı müddət ərzində cavabdeh həmin avtomobili Naxçıvan şəhər sakini X3 10000 manata sataraq vəsait əldə edilmişdir. Birgə nikah dövründə əldə edilmiş tikilidə ½ pay müəyyən olunması və satılmış avtomobildən 5000 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etdi.
8. 17.11.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında Cavabdeh bildirdi ki, nikah dövründə alqı-satqı müqaviləsi əsasında mülkiyyət əldə olunmuş, lakin onların heç birində iddiaçının maddi olaraq dəstəyi olmamışdır. Sadəcə olaraq Sahibə xanımın adı çəkilir. Həmin maşın Sahibə xanıma yox, başqa şəxsə satılmışdır. Birgə nikah dövründə əldə olunan daşınar və daşınmaz bölünə bilər, lakin buna etiraz edir. Maşının 5000 manatını istəyirsə ev satılsın və oradan 5000 manatı götürsün. Sadəcə qızıllar satılmışdır. Əslində maşını 8000 manata satmışdır. İddiaçıya da bildirmişdir ki, mülk satılsın oradan hər bir tərəfin pulu verilsin.
9. Məhkəmə baxış iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəni müdafiə etdi və bildirdi ki, evi sonradan inşa etmişdirlər. Cavabdehin atası tərəfindən cavabdehə torpaq hədiyyə edildiyindən həmin hissəni mübahisələndirmirlər. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı və Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş və gəlməməklərinin səbəbi barədə heç bir məlumat verməmişdirlər.
11. Məhkəmə işə İddiaçı və Cavabdeh iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Sübutların tədqiqi:
12. İş materiallarında olan Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş AZ-İİİ seriyalı 079133 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 14 mart 2014-cü ildə anadan olmuş, doğumu akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində 240 nömrə ilə qeydə alınmış, şəhadətnamənin atası qrafasında atasının Cavabdeh, anası qrafasında anasının İddiaçı olduğu qeyd olunmuşdur.
13. İş materiallarında olan Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 170305 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 21 iyun 2008-ci ildə anadan olmuş, doğumu akt qeydləri kitabında xx.xx.2008-ci il tarixində 296 nömrə ilə qeydə alınmış, şəhadətnamənin atası qrafasında atasının Cavabdeh, anası qrafasında anasının İddiaçı olduğu qeyd olunmuşdur.
14. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-876/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsində Cavabdeh ilə İddiaçı arasında 15 fevral 2008-ci il tarixdə Naxçıvan şəhər VVADQ şöbəsində bağlanmış 26 nömrəli nikahın pozulması qət edilmişdir.
15. İş materiallarında olan X5 ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 20 oktyabr 2025-ci il tarixli, MŞN/25-Q-01634 nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının davam etdirilməsinə razılıq verməmişdir.
16. İş materiallarında olan, 25 sentyabr 2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən, Naxçıvan şəhər, Qaraxanbəyli kəndi 2-ci küçə 33-də 0.132 ha torpaq sahəsində ümumi sahəsi 909.25 kv.m olan torpaq sahəsini X18 bağışlama müqaviləsi əsasında Cavabdeh bağışlamışdır.
17. İş materiallarında olan, 31 mart 2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.0411 ha olan torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 144.01 m2 olan fərdi yaşayış evi X14 tərəfindən Cavabdeh alqı-satqı müqaviləsi əsasında satılmışdır.
18. İş materiallarında olan Naxçıvan MR DİN X25 İdarəsinin Naxçıvan Şəhər Asan Vəkil Bürosuna ünvanlanmış 11 oktyabr 2025-ci il tarixli, 3-13-43-14/2-2414/2025 saylı məktubuna əsasən, ünvan 5 ünvanında qeydiyyatda Cavabdeh adına xx.xx.2011-ci il tarixdə həsrət körpüsü kiçik müəssisəsinin 404291 nömrəli hesab arayışı əsasında “Vaz 21074" markalı avtomobil qeydiyyata alınaraq **-CF-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2012-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında satılaraq ünvan 6 ünvanında qeydiyyatda X1 adına qeydiyyata alınmışdır. Cavabdeh adına xx.xx.2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında "Vaz 21074” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, xx.xx.2014-cü il tarixdə həmin dövlət qeydiyyat nişanı dəyişdirilərək **-CT-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2015-ci il tarixdе alqı-satqı müqaviləsi əsasında satılaraq Babək rayonu, Qoşadizə kənd sakini X6 adına qeydiyyata alınmışdır. Cavabdeh adına xx.xx.2016-cı il tarixdə həsrət körpüsü kiçik müəssisəsinin 728911 nömrəli hesab arayışı əsasında "Kia Rio" markalı avtomobil qeydiyyata alınaraq **-BE-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2018-ci tarixdə alqı-satqı müqaviləsi əsasında satılaraq Kəngərli rayonu, Qarabağlar kənd sakini X8 adına qeydiyyata alınmışdır. Cavabdeh adına xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında "Changan" markalı avtomobil qeydiyyata alınaraq **-BB-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında satılaraq ünvan 2 ünvanında qeydiyyatda olan X2 adına qeydiyyata alınmışdır.
19. İş materiallarında olan 28 mart 2024-cü il tarixli Nəqliyyat vasitənin alqı-satqı müqaviləsinə əsasən, “Changan” markalı avtomobil alqı-satqı müqaviləsi əsasında X2 adına qeydiyyata alınmışdır.
20. İş materiallarında olan, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət hüququ əsasında tam payla Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 16/21 nömrəli reyestr kitabının 3948 nömrəli vərəqəsində qeydiyyata alınmışdır.
21. İş materiallarında olan, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında tam payla Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 18/53 reyestr kitabının 10438 nömrəli vərəqəsində qeydiyyata alınmışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyası:
22. 13-cü maddənin İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 23.29-cu maddə İ hissəsi. Hər kəsin mülkiyyət hüququ vardır. 24.29-cu maddə İİ hissəsi. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 25.29-cu maddə İİİ hissəsi. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
26. Maddə 6.1.4. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır.
27. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
28. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
29. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.
30. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.
31. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
32. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
33. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
34. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) (32.2.1.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. (32.2.2.); Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. (32.3.)
35. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
36. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər
37. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
38. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024cü il tarixli Qərarı:
39. Qərarın 1.3-cü bəndi. Əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir.
40. Qərarın 2.1-ci bəndi. Ər-arvad arasında nikah müqaviləsi bağlanmayıbsa, yaxud belə müqavilədə ər-arvadın mülkiyyətinin rejimi müəyyən edilməyibsə, ər-arvadın əmlakının qanuni rejimi qüvvədə olur.
41. Qərarın 3.1-ci bəndi. Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31-37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır.
42. Qərarın 3.2-ci bəndi. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə əmlakın ərarvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəlləsinin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
43. Qərarın 3.3-cü bəndi. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir.
44. Qərarın 3.6-cı bəndi. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır.
45. Qərarın 3.7-ci bəndi. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır.
46. 7.6-cı bəndi. Ər-arvaddan birinin ümumi birgə mülkiyyətdə olan əşyaya sərəncam əqdini digərinin razılığı olmadan bağlaması, əşyanın daşınar və daşınmaz olmasından asılı olaraq mülki və ailə qanunvericiliyində müəyyən edilmiş şərtlərlə tələb olunan razılığın alınmaması əsası ilə etibarsız sayıla bilər.
47. 7.7-ci bəndi. Reyestrdə qeydə alınmalı olub-olmamasından asılı olmayaraq daşınar əşyalara sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən üçüncü şəxs vicdanlı olmasın. Belə ki, ərarvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.3 və Mülki Məcəllənin 222.3-cü maddələri). Əldə edənin müvafiq razılığın alınmadığını bildiyi və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi isə bunu iddia edən tərəfin üzərinə düşür. Bu qayda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əşya hüquqları istisna olmaqla, ər-arvadın ümumi əmlakına daxil olan digər hüquqlara (yaşayış binasının tərkib hissəsi üzərində pay hüququ, icarə hüququ və s.) onlardan birinin razılığı olmadan sərəncam verilməsi ilə bağlı mübahisələrə eynilə tətbiq olunur.
Tətbiq edilən prosessual hüquq normaları:
Mülki Prosessual Məcəllə
48. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
49. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
50. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
51. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
56. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.
57. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
62. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
63. Məhkəmə qeyd edir ki, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.
64. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı).
65. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.
66. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.
67. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
68. Məhkəmə ilk növbədə qeyd edir ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur.
69. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “12” mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə ümumi qayda ondan ibarətdir ki, mübahisə halında bütün əmlakın məhkəmə tərəfindən bölünməsi, ər-arvadın əmlakının qanuni rejiminin məcburi şəkildə ləğv edilməsidir. Yəni ər-arvadın əmlakı üzərində ümumilik məhkəmə qərarı ilə aradan qalxır və onların hər biri paylarına uyğun şəkildə aldıqları predmetlərə münasibətdə fərdi mülkiyyətçi vəziyyətinə keçirlər. Bununla belə, aşağıdakı istisna hallar məhkəmə tərəfindən nəzərə alınmalıdır. Tərəflər bölünmə deyil, yalnız paylarının müəyyən olunmasını tələb etdikdə bölgü aparılmır. Diqqət yetirilməlidir ki, bu tələb, ümumiyyətlə, ərarvadın əmlakının bölünməsi haqqında deyil, mübahisəli əmlak üzərindəki hüquqi vəziyyətin (məsələn, əşyanın birgə mülkiyyət olması) və pay nisbətinin təsbit edilməsi, beləliklə tərəflərin birgə mülkiyyətdən (qanuni rejimdən) paylı mülkiyyətə keçmələri barədə iddia sayılır. Belə iddia tərəflərdən biri bölgü tələb etmədiyi halda əhəmiyyət kəsb edir. Çünki ər (arvad) mübahisəli əmlakda yalnız payının tanınmasını tələb edərkən, arvad (ər) qarşılıqlı iddia irəli sürərək əmlakın bölünməsini tələb etdikdə, əmlakın paylı mülkiyyət rejiminə keçirilməsi yolverilməzdir. Bu halda qarşılıqlı iddia əsasında tərəflərin payları müəyyən edilməklə, qarşılıqlı iddia əsasında müvafiq bölgü aparılmalıdır.
70. Məhkəmə qeyd edir ki, iş üzrə sübutlardan müəyyən edilir ki, ünvan 1 ünvanında 0.0411 ha torpaq sahəsi və üzərində yerləşən, 144.01 kv.m fərdi yaşayış evi və “Changan” markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikahı dövründə qazanılmış əmlakdır. Cavabdeh tərəfindən həmin halın əksini təsdiq edən hər hansı sübut məhkəməyə tqdim edilməmişdir.
71. Belə olan halda məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən, istifadədə olan 0.0411 ha torpaq sahəsi və üzərində yerləşən, 144.01 kv.m fərdi yaşayış evi tərəflərin birgə nikahları dövründə əldə edilmiş əmlak hesab edilməklə hər birinin bərabər pay hüququ müəyyən edilməli, ½ hissə Cavabdeh mülkiyyətində saxlanılmaqla, ½ hissədə İddiaçı mülkiyyət hüququ müəyyən edilməlidir.
72. Məhkəmə həmçinin qeyd edir ki, “Changan” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikahı dövründə əldə edilmiş və iddiaçının azılığı olmadan cavabdeh tərəfindən özgəinkiləşdirilmişdir.
73. Məhkəmə hesab edir ki, Cavabdeh adına 12 noyabr 2018-ci il tarixdə alq-satqı müqaviləsi əsasında alınmış “Changan” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikahları dövründə əldə edilmiş əmlak hesab edilməklə, onun satışından əldə etmiş olduğu 10000 manatın yarısı 5000 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir.
74. MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.
75. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.
76. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 20 oktyabr 2025-ci il tarixli, MŞN/25-Q-01634 nömrəli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişdir və 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.
77. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
78. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı tərəfindən "xxxx" ASC-nə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat və xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.
79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia təmin edilsin. Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, istifadədə olan 0.0411 ha torpaq sahəsi və üzərində yerləşən, 144.01 kv.m fərdi yaşayış evi tərəflərin birgə nikahları dövründə əldə edilmiş əmlak hesab edilməklə hər birinin bərabər pay hüququ müəyyən edilsin, 1/2 hissə Cavabdeh mülkiyyətində saxlanılmaqla, ½ hissədə İddiaçı mülkiyyət hüququ müəyyən edilsin. Cavabdeh adına 12 noyabr 2018-ci il tarixdə alq-satqı müqaviləsi əsasında alınmış “Changan” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikahları dövründə əldə edilmiş əmlak hesab edilməklə satışından əldə etmiş olduğu 10000 manatın yarısı 5000 manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat mediasiya xərci xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 70 (yetmiş) manat və xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov.