Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1600/2025 12.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi) Hаkim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X4 iclas kаtibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. Ərizəçi maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə qarşı ölüm faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu, Şıxəkəran kəndində doğulmuş 12 noyabr 1918-ci il təvəllüdlü X5 21dekabr 1995-ci il tarixdə vəfat etməsi və Naxçıvan MR Naxçıvan şəhəri, Tumbul kənd qəbiristanlığında dəfn olunmasına dair faktının (ölməsi faktının) müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum anası X13 12 noyabr 1918-ci il tarixdə Lənkəran rayonu, Şıxəkəran kəndində doğulub, 21 dekabr 1995-ci il tarixdə vəfat etmiş və Naxçıvan MR Naxçıvan şəhəri, Tumbul kənd Qəbiristanlığında dəfn olunmuşdur.
3. Lakin ölümündən sonra tərəflərindən Naxçıvan MR Naxçıvan şəhər (Qeydiyyat Şöbəsinə) Nikah Evinə müraciət edərək mərhum anası X5 ölümünü qeydə aldırmadıqlarına görə ölüm haqqında şəhadətnamə verilməmişdir. Hal-hazırda mərhum atası X14 miras qalmış evi vərəsəlik qaydasında adına rəsmiləşdirmək istəyir. Lakin bunun üçün mərhum anası X5 ölüm haqqında şəhadətnaməsi də ərizəçidən tələb olunur.
4. Bu Naxçıvan şəhəri, Tumbul kəndində tərtib olunmuş aktla təsdiq olunmuşdur ki, mərhum anası X13 21 dekabr 1995-ci il tarixdə vəfat etmiş Naxçıvan MR Naxçıvan şəhəri, Tumbul kənd Qəbiristanlığında dəfn olunmuşdur.
5. Ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Naxçıvan MR Səhiyyə Nazirliyinin Zərifə X18 Şəhər Poliklinikasına müraciət etmişdir. Lakin Naxçıvan MR Səhiyyə Nazirliyinin Zərifə X18 Şəhər Poliklinikasının 27 oktyabr 2025-ci il tarixli, 3-28-34-3/2-Ə- 132-xx-xx/2025 nömrəli tibbi yoxlama haqqında arayışına əsasən ona bildirildi ki, X1 X18 Şəhər Poliklinikasında müalicə olunmayıb və ölümü haqda məlumat yoxdur.
6. Mərhum anası X7 ölüm haqqında şəhadətnamə verilməsi üçün Naxçıvan MR Naxçıvan şəhər Nikah Evinə ünvanlandığı sorğuya 1995-2000-i illər üzrə "Vətəndaşlıq vəziyyəti aktları" Avtomatlaşdırılmış İnformasiya sistemi üzrə xx.xx.2025-ci ilədək bütün vətəndaşlıq aktları üzrə yoxlamalar aparılmışdır və ölüm akt qeydi aşkar edilmədiyindən 23 oktyabr 2025-ci il tarixli, 3-16-5/8-15-953/2025 nömrəli məktubuna cavab verilərək ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur.
7. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi. Anası rəhmətə gedən zaman Türkiyədə işləməyə gedib-gəldiyi üçün şəhadətnamə almağı unutmuşdur. Anasının dəfnində də iştirak etmişdir. Evin ən balaca uşağı olduğuna görə digər qardaşları şəhadətnamə almamışdır. Hal-hazırda atasından qalan ev üçün çıxarış almaq istəyir. Bunun üçün də ölüm haqqında şəhadətnamə almalıdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.
8. Maraqlı şəxs Naxçıvan şəhər Nikah evinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
9. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Sübutların tədqiqi:
10. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Naxçıvan Şəhər Nikah evi tərəfindən verilmiş çıxarışdan görünür ki, X24 və X13 xx.xx.1956-cı ildə rəsmi nikaha daxil olmuşlar və nikah 112 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir.
11. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Naxçıvan Şəhər Nikah evi tərəfindən verilmiş çıxarışdan görünür ki, Ərizəçi xx xxxxxx 1964-cü ildə anadan olmuş, doğumu akt qeydləri kitabında xx.xx.1964-cü il tarixində 66 nömrə ilə qeydə alınmış, şəhadətnamənin atası qrafasında atasının X24 anası qrafasında anasının X13 olduğu qeyd olunmuşdur.
12. İş materiallarında olan pasportdan görünür ki, ünvan 2 ünvanında olan fərdi yaşayış evi X17 adına qeydiyyata alınmışdır.
13. İş materiallarında olan, Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X24 18 iyun 1991-ci il tarixdə vəfat etmişdir. Bu fakt 01 iyul 1991-ci il tarixdə, 125 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir.
14. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş arayışa əsasən, X5 barəsində Naxçıvan şəhər Nikah evində ölüm haqqında akt qeydi aşkar olunmadı. Ölüm haqqında akt qeydi 1995-2000-ci illər üzrə yoxlanılmışdır. "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmışdır və ölüm akt qeydi aşkar olunmamışdır.
15. İş materiallarında olan, Naxçıvan şəhər Nikah evinin 23 oktyabr 2025-ci il tarixli, 3- 16-5/8-15-953/2025 saylı Ərizəçi ünvanlanmış məktubuna əsasən X5 xx.xx.1995-ci ildə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü qeyd edilməsi üçün tibb müəssisəsinin ölüm haqqında tibbi şəhadətnaməsi və ya ölüm faktını təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edilməlidir. Əks halda ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil.
16. İş materiallarında olan, Naxçıvan MR Səhiyyə Nazirliyi Zərifə X18 Şəhər Poliklinikasının 27 oktyabr 2025-ci il tarixli, 3-28-34-3/2-Ə-132-xx-xx/2025 saylı Ərizəçi ünvanlanmış məktubuna əsasən, X5 adına ölüm haqqında tibbi şəhadətnamənin verilib verilməməsi haqqında Zərifə X18 Şəhər Poliklinikası PHŞ-də məlumat yoxdur.
17. İş materiallarında olan, Naxçıvan MR Naxçıvan şəhəri Qaraçuq Bələdiyyəsinin 06 noyabr 2025-ci il tarixli, 155 saylı məktubuna əsasən X6 1918-ci ildə doğulub və 1995-ci ildə vəfat edib. O, Naxçıvan şəhər Tumbul kənd qəbiristanlığında dəfn edilib.
18. İş materiallarında olan Aktdan görünür ki, X8, X9, X10, X11 və X2 tərəfindən akt tərtib olunmuş və X5 21 dekabr 1995-ci il tarixdə vəfat etməsi və Naxçıvan şəhəri, Tumbul kənd qəbristanlığında dəfn olunmasını özü imzaları ilə təsdiq etmişdirlər.
19. 12.01.2026-cı il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki Ramazan qonşusudur onun anası 20-25 il olar ki, vəfat etmişdir. Yasında da iştirak etmişdir. Yas Naxçıvan şəhər, Əliqulu Qəmküsar məhəlləsində keçirilmişdir. Tumbulda dəfn olunmuşdur. Qonşu olaraq gediş-gəlişləri də vardır. Lakin vəfat etmə səbəbi yadında deyildir.
20. 12.01.2026-cı il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, 1995-ci ildə Əliyeva Xədicə vəfat etmiş və Tumbul qəbristanlığında dəfn olunmuşdur. Yas öz evlərində keçirilmişdir. Təcili tibbi yardımın çağırılıb-çağırılmaması yadında deyildir. Mərhum vəfat edən zaman yaşlı idi.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyası:
21. 60-cı maddənin İ hissəsi. Hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir.
22. 125-ci maddənin Vİİ hissəsi. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
23. Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir.
24. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.
25. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.
26. Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir.
27. Maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.
28. Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən
29. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarı:
30. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının” 1.2-ci bəndində qeyd olunmuşdur ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
31. Həmin qərarın 1.4-cü bəndində qeyd olunmuşdur ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.
32. Həmin qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
33. Həmin qərarın 4.1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
34. Həmin qərarın 9-cu bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 307. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və yа əmlаk hüquqlаrının əmələ gəlməsi, dəyişməsi, xitаm verilməsinin аsılı оlduğu fаktlаrı, о cümlədən də dоğumun, övlаdlığа götürmənin, nikаhın, bоşаnmаnın, ölümün qeyd edilmə fаktının müəyyən edilməsi bаrədə də işlərə bаxır.
41. Maddə 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
42. Maddə 307.2.8. məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir.
43. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
44. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
45. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Məhkəmənin mövqeyi:
46. Məhkəmə ərizəçini, şahidləri dinləyib, ərizənin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizəyə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir.
47. Məhkəmə ilk növbədə qeyd edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir.
48. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin anası X13 21 dekabr 1995-ci il tarixində Naxçıvan şəhəri, Tumbul kəndində vəfat etmişdir. Bu fakt şahid ifadələri və digər iş materialları ilə təsdiq olunur.
49. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin anası X13 21 dekabr 1995-ci il tarixində Naxçıvan şəhəri, Tumbul kəndində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir.
50. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
51. Avropa İnsan Hüquqları Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər.
52. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
54. Şərh оlunаnlаrа əsаsən və MPM-nin 216-220, 227, 233, 307-308, 311, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi:
Ərizə təmin edilsin. X5 21 dekabr 1995-ci il tarixində Naxçıvan şəhəri, Tumbul kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov