Məhkəmə qərarları › İş №2(078)-1622/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1622/2024

10.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1622/2024 10.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X11 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhum X8 xx.xx.1995-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq bildirmişdir ki, mərhum X13 onun atasıdır. O, 30 oktyabr 1995-ci il tarixdə Naxçıvan şəhərində vəfat etmiş və Naxçıvan şəhər Qəbirstanlığında dəfn olunmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosunun 04 sentyabr 2024-cü il tarixli, 202 nömrəli arayışına əsasən X13 1995-ci il tarixdə Naxçıvan şəhər Qəbristanlığında dəfn olunmuş, sol tərəfində mərhum X1, baş tərəfdə X9, ön tərəfdə X4 dəfn olunmağı qeyd olunmuşdur. Naxçıvan şəhər Nikah Evinin xx.xx.2024-cü il tarixli, 961 nömrəli arayışına əsasən ölüm akt qeydi 1995-2000-ci ilədək yoxlanılmış, ölüm akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X19 xx.xx.2024cü il tarixli arayışında X8 adına ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi göstərilir. Müvafiq dövlət orqanlarına müraciət edib onun ölüm haqqında şəhadətnaməsini indiyədək almamışlar. Bu səbəbdən də atasının ölüm haqqında qeydi qeydiyyat şöbəsində aparılmamışdır. X2 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Haliyədə adına olan ünvan 1 ünvanında yerləşən ev və torpaq sahəsisinin sənədləşdirilməsi üçün mərhum X2 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan vərəsəlik hüquqU haqqında şəhadətnaməni ala bilmir. Mərhum atası X13 30 oktyabr 1995-ci il tarixdə vəfat etdiyindən onun ölüm haqqında şəhadətnaməsini ala bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(078)-1622/2024 nömrəli qərardadı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan “Asan Xidmət” X10 maraqlı şəxs qismində cəlb olunmuşdur. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan “Asan Xidmət” X6 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ancaq Naxçıvan “Asan Xidmət” X5 rəisi Leyla Camalbəyova 07 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək 10 dekabr 2024-cü il tarixə, saat 09:15-ə təyin edilmiş Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə şöbədaxili işlərin çox olması səbəbindən Naxçıvan “Asan Xidmət” X5 nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə göndərdiyi ərizəni nəzərə alaraq maraqlı şəxs Naxçıvan “Asan Xidmət” X5 nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün saymışdır. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi izahatında X2 30 oktyabr 1995-ci il tarixdə öldüyünü, o vaxtlar onun ölümünün qeydə aldırılmadığını, qeydiyyat şöbəsinə müraciət etdiyini, anasının ölüm haqqında şəhadətnaməsinin verildiyini, atasının ölüm haqqında şəhadətnaməsinin verilmədiyini, miras əmlakı qəbul etmək üçün ölüm faktının müəyyən edilməli olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində X8 1995-ci ildə vəfat etdiyini, yas mərasimində iştirak etdiyini, qonşu kimi iştirak etdiyini, həyətdə çadır qurulduğunu, yas mərasiminin orada keçirildiyini, onun dəfnində də iştirak etdiyini, şəhər qəbiristanlığında dəfn edildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində X8 1995-ci ildə vəfat etdiyini, şəhər qəbiristanlığında dəfn edildiyini, onun dəfnində də iştirak etdiyini, yas mərasimində iştirak etdiyini və yas mərasiminin həyətdə keçirildiyini bildirdi. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qeyd olunan Qərarda nəzərdə tutulan halların araşdırılması üçün məhkəmə tərəfindən aşağıda sadalanan sübutlara istinad edilmişdir: İş materiallarında olan Naxçıvan şəhər zaks bürosu tərəfindən verilmiş 30 sentyabr 1961-ci il tarixli, A3 seriyalı, 088188 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 və X3 30 avqust 1961-ci il təvəllüdlü Ərizəçi adlı övladları doğulmuşdur. İş materiallarında olan Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 16 avqust 2024-cü il tarixli, 961 nömrəli arayışda qeyd olunmuşdur ki, X8 barəsində Naxçıvan şəhər Nikah Evində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydi müvafiq olaraq 1995-2000-ci ilədək yoxlanılmışdır. Ölüm haqqında bərpa akt qeydi 1995-2000-ci ilədək yoxlanılmışdır. İş materiallarında olan Naxçıvan “Asan Xidmət” X10 tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli, 3-16-5/8-15-1587/2024 nömrəli məktubdan görünür ki, X8 ölüm haqqında qeydiyyatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında ilkin qeydiyyatın aparılması üçün ölüm faktını təsdiq edən heç bir sənəd təqdim edilmədiyindən ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Bu səbəbdən də ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X19 13 sentyabr 2024-cü il tarixli, 56 nömrəli məktubuna əsasən, X8 ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsi haqqında Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxsində məlumat yoxdur. İş materiallarında olan Naxçıvan MR Dövlət Arxivinin 11 sentyabr 2024-cü il tarixli, 13/1338 nömrəli arxiv arayışına əsasən, X13 ilə Cəfərova (İsmayılova) Firuzə Süleyman qızının 1945-ci il tarixdə 33 nömrəli aktla nikaha daxil olmaları qeyd olunmuşdur. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidməti Bürosunun 04 sentyabr 2024-cü il tarixli, 202 nömrəli arayışına əsasən, X13 1995-ci il tarixdə Naxçıvan şəhər Qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Naxçıvan “Asan Xidmət” X5 05 noyabr 2024-cü il tarixli, 3730 nömrəli arayışına əsasən, X8 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə şəxsin ölməsi faktının qeydiyyatı üçün qanunvericilikdə göstərilmiş qaydalara əməl olunmamış, onun ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi olmadığından bu barədə tibbi şəhadətnamə tərtib olunmamış və hazırki mülki iş üzrə faktın təsdiq olunması ərizəçi üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, baş daşı üzərində “X13 1926- 1995” yazıları qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin mərhum atası 1926-cı il tarixdə doğulmuş X8 30 oktyabr 1995-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; -1926-cı ildə doğulmuş X8 30 oktyabr 1995-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilməli; -Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 1926-cı ildə doğulmuş X8 30 oktyabr 1995-ci il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar