Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1653/2024 16.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İşlərin bir icraatda birləşdirilməsi) Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İddiaçı və cavabdeh təşkilatın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər Elektrik Şəbəkəsinə qarşı işə bərpa və iş vaxtından artıq vaxt ərzində görülən işə görə əməkhaqqı tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Şəhər Elektrik Şəbəkəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin müddəalarını nəzərə almaqla onun tutduğu vəzifədən azad edilməyi barədə Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin 10 sentyabr 2024-cü il tarixli əmrinin ləğv edilməsi, iş vaxtından artıq vaxt ərzində görülən işə görə 4548 (dörd min beş yüz qırx səkkiz) manat əmək haqqının və 50 (əlli) manat müdiasiya xərcinin cavabdeh təşkilatdan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatdan məlum olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin icraatında İddiaçı cavabdeh Naxçıvan Şəhər Elektrik Şəbəkəsinə qarşı intizam tənbehinin ləğv edilməsi, 425 manat bayram pulunun və 50 manat mediasiya xərcinin ödənilməsi tələbinə dair 2(078)-1465/2024 nömrəli mülki iş vardır. Məhkəmə mülki işə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, baxılan hazırki mülki iş Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan 2(078)-1465/2024 nömrəli mülki işlə birləşdirilərək eyni icraat çərçivəsində baxılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halları nəzərdə tutmuşdur. Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə görə işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilməsi hallarından biri əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Elektron məhkəmə informasiya sistemindən aydın olur ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər Elektrik Şəbəkəsinə qarşı intizam tənbehinin ləğv edilməsi, 425 manat bayram pulunun və 50 manat mediasiya xərcinin ödənilməsi tələbinə dair 2(078)-1465/2024 nömrəli mülki iş vardır və iddia ərizəsi 04 oktyabr 2024-cü il tarixdə daxil olmaqla məhkəmə hazırlıq iclası 08 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Hazırki iddia tələbi 14 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdr. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə əmrin ləğv edilməsi əsası ilə məhz (078)-1465/2024 nömrəli mülk işdə müraciət edilmiş əmrlə birbaşa bağlılığı olduğundan hər iki işin bir icraatda baxılması məqsədəmüvafiqdir. Buna görə də məhkəmə İddiaçı cavabdeh Naxçıvan Şəhər Elektrik Şəbəkəsinə qarşı işə bərpa və iş vaxtından artıq vaxt ərzində görülən işə görə əməkhaqqı tələbinə dair 2(078)-1653/2024 nömrəli mülki iş Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Naxçıvan Şəhər Elektrik Şəbəkəsinə qarşı intizam tənbehinin ləğv edilməsi, 425 manat bayram pulunun və 50 manat mediasiya xərcinin ödənilməsi tələbinə dair 2(078)- 1465/2024 nömrəli mülki işlə birləşdirilərək eyni icraat daxilində baxmağı məqsədə müvafiq hesab edir. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə, qərarverdi: İddiaçı cavabdeh Naxçıvan Şəhər Elektrik Şəbəkəsinə qarşı işə bərpa və iş vaxtından artıq vaxt ərzində görülən işə görə əməkhaqqı tələbinə dair 2(078)-1653/2024 nömrəli mülki iş Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Naxçıvan Şəhər Elektrik Şəbəkəsinə qarşı intizam tənbehinin ləğv edilməsi, 425 manat bayram pulunun və 50 manat mediasiya xərcinin ödənilməsi tələbinə dair 2(078)-1465/2024 nömrəli mülki işlə birləşdirilərək eyni icraat daxilində baxılsın. Qərardaddan onun rəsmi verildiyi vaxtdan 10 gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. \ Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1653/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1653/2024
16.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver