Məhkəmə qərarları › İş №2(078)-1682/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1682/2023

27.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1682/2023 27.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçinın Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23 355-25 maddələrinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə uyğun olaraq tərəflər arasında bağlanılmış 07 mart 2023-cü il tarixli A-307 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, "Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətində satış bölməsinin ekspeditor-sürücüsü kimi fəaliyyət göstərmiş Maraqlı şəxs tərəfindən Cəmiyyətdə istehsal olunan məhsulların pərakəndə satışı istiqamətində Cəmiyyətə 22632,65 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi məqsədilə vətəndaşa dəfələrlə şifahi və yazılı müraciət olunmasına baxmayaraq vəsaitin ödənilməsi təmin edilməmişdir. Cari ilin mart ayı ərzində məsələnin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş və "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən laraflər arasında 07 mart 2023-cü il tarixli A-307 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Cəmiyyətin mexanik-elektriki Maraqlı şəxs tərəfindən Cəmiyyətə olan 22632,65 manat borcun 01 aprel 2023-cü il tarixdən etibarən hər ayın birindən otuzunadək 400 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin ötən müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişinin müddəaları pozularaq Cəmiyyətə ödənişin aparılması təmin olunmamışdır. Məsələnin hüquqi istiqamətdə həlli məqsədilə Cəmiyyət tərəfindən “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun 34-cü maddəsinə əsasən könüllü ödənişin aparılması məqsədilə vətəndaşa 11 iyul 2023-cü il tarixli 12 saylı müraciət göndərilmişdir. Ötən müddət ərzində Cəmiyyət tərəfindən qanunvericiliyə uyğun tədbirlərin görülməsinə baxmayaraq vəsaitin ödənilməsi istiqamətində müsbət nəticə əldə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1 -ci maddəsinə iasasən "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Ərizəçi nümayəndəsi X4 məhkəmə baxışı iclasında ərizə ilə eyni məzmunlu izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, 07 mart 2023-cü il tarixdə mediasiya sessiyasında qəbul olunmuş A-307 nömrəli barışıq sazişi ilə Tərəf “Araz 3“ MMC-də satış bölməsinin ekspeditor-sürücü vəzifəsində işləyən Maraqlı şəxs topdan satış müəssisəsində istehsal olunan məhsulların satışı istiqamətində yaranan 22632.65 azn (iyirmi iki min altı yüz otuz iki manat altmış beş qəpik) xx.xx.2023-cü il tarixindən etibarən hər ayın 1-dən 30-dək400 manat olmaqla ödəməyi öz öhdəsinə götürməyi tərəflə razılaşdılar. Ödəmədiyi təqdirdə hüquqi yollarla məhkəmədə mübahisələndiriləcəkdir. Həmin sazişə görə tərəflər razılaşmışlar ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır, tazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun rmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 11 iyun 2020-ci il tarixli 61 nömrəli əmri ilə Maraqlı şəxs Ərizəçi satış bölməsinə ekspeditor-sürücü vəzifəsinə təyin olunmuş və həmin tarixdə onunla əmək müqaviləsi bağlanmışdır. Cəmiyyətin 03 oktyabr 2022-ci il tarixli 24 nömrəli əmri ilə Maraqlı şəxs həmin tarixdən Cəmiyyətin inqibator və ətlik-yumurtalıq istiqamətli quşçuluq bölməsinə operator vəzifəsinə keçirilmişdir. Cəmiyyətin 03 aprel 2023-cü il tarixli 10 nömrəli əmri ilə Maraqlı şəxs həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilərək əmək müqaviləsinə xitam verilmişdir. 11 iyul 2023-cü il tarixdə “Araz 3“ MMC tərəfindən Maraqlı şəxs borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 07 mart 2023-cü il tarixdə mediasiya sessiyasında qəbul olunmuş barışıq sazişi ilə Ərizəçi nümayəndəsi X2, Maraqlı şəxs və mediator X3 iştirakı ilə A-307 nömrəli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən Tərəf “Araz 3“ MMC-də satış bölməsinin ekspeditor-sürücü vəzifəsində işləyən Maraqlı şəxs topdan satış müəssisəsində istehsal olunan məhsulların satışı istiqamətində yaranan 22632.65 azn (iyirmi iki min altı yüz otuz iki manat altmış beş qəpik) xx.xx.2023-cü il tarixindən etibarən hər ayın 1-dən 30-dək400 manat olmaqla ödəməyi öz öhdəsinə götürməyi tərəflə razılaşdılar. Ərizəçi qeyd edilən barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-cü maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə də məhkəmə hesab edir ki, barışıq sazişi qanunvericiliyin tələbinə uyğun olduğundan, barışıq sazişinin icra edilməsi müddəti keçdiyindən və ərizə təmin edilməli və 07 mart 2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi nümayəndəsi X4 ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış 07 mart 2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar