Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1708/2023 24.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (Ərizənin qaytarılması barədə) Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Naxçıvan şəhər Nikah evinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, müəyyənetdim: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək mərhum qardaşları X1 1995-ci ildə, X2 isə 1997-ci ildə Naxçıvan şəhərində vəfat etmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli Plenum Qərarına görə Azərbaycan Respublikası MPM-nin 307.2.8ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 9.2-ci bəndinə görə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Ərizənin icraata qəbul edilməsinin mümkünlüyü yoxlanılarkən müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 150-ci və 152-ci maddələrinin tələblərinə əməl edilmədən verilmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.4-cü maddəsinə görə həmin kateqoriya işlər üzrə qanunla nəzərdə tutulmuşsa mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatlar ərizədə göstərilməli, 150.1.6-cı maddəsinə görə isə bu halı təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Ərizənin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, Ərizəçi1 tərəfindən məsələnin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydasına əməl edilməmişdir. Belə ki, Ərizəçi1 iş üzrə ərizəçi olaraq qeyd edildiyi və ərizəni imzaladığı halda digər ərizəçi qeydiyyat orqanına müraciət edib iki vəfat edən qardaşı barədə imtina məktubu almış, Ərizəçi1 tərəfindən bu hərəkətlər yerinə yetirilməmişdir. Buna görə də məhkəmə belə hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Çünki, Mülki Prosessual Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Sözügedən Məcəllənin 114.1 və 114.1.3-cü maddələrində həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, Ərizəçi2 tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixli 13231 nömrəli qəbzlə ödənilmiş 102 (bir yüz iki) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Naxçıvan şəhər Nikah evinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizəçi2 tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixli 13231 nömrəli qəbzlə ödənilmiş 102 (bir yüz iki) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizənin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1708/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1708/2023
24.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver