Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1719/2023 04.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin məcburi icrasının təsdiq edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, H-1233 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 iştirakı ilə Maraqlı şəxs ilə 18 sentyabr 2023-cü il tarixdə imzalanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 12 oktyabr 2011-ci il tarixdə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, nikahlarından 28 aprel 2020-ci il təvəllüdlü X5 və 12 sentyabr 2021-ci il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən bir müddətdir ayrı yaşayırlar. O, uşaqların ananın yanında saxlanılması və aliment tələbi ilə mediasiya orqanına müraciət etmiş və 18 sentyabr 2023-cü il tarixdə onun, Maraqlı şəxs və mediator X1 iştirakı ilə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2-ci maddəsinin şərtinə əsasən Maraqlı şəxs 28 aprel 2020-ci il təvəllüdlü X5 və 12 sentyabr 2021-ci il təvəllüdlü X2 onun yanında saxlanılmasına və hər ayın sonu hər uşağa 150 (bir yüz əlli) manat olmaqla iki uşaq üçün ümumilikdə 300 (üç yüz) manat alimenti müvafiq bank kartı vasitəsilə ona ödənilməsinə dair öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs bu günə qədər götürdüyü öhdəliyi icra edilməmişdir. Ərizəçi məhkəmə baxışı iclasında ərizə ilə eyni məzmunlu izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə baxışı iclasında hərbçi olduğunu, aylıq 720 manat aliment aldığını, həqiqətən onunla Ərizəçi arasında saziş bağlandığını, alimentin onun əmək haqqı kartından tutula biləcəyini bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, 18 sentyabr 2023-cü il tarixdə mediasiya sessiyasında qəbul olunmuş barışıq sazişi ilə Ərizəçi, Maraqlı şəxs və mediator X1 iştirakı ilə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2-ci maddəsinin şərtinə əsasən Maraqlı şəxs 28 aprel 2020-ci il təvəllüdlü X3 və 12 sentyabr 2021-ci il təvəllüdlü X2 Ərizəçi yanında saxlanılması və hər ayın sonu hər uşağa 150 (bir yüz əlli) manat olmaqla iki uşaq üçün ümumilikdə 300 (üç yüz) manat alimenti müvafiq bank kartı vasitəsilə Ərizəçi ödənilməsinə dair öhdəlik götürmüşdür Həmin sazişin 2.2-ci bəndi ilə tərəflər razılaşmışlar ki, sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı 605633 nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, Maraqlı şəxs ilə Kərimova (Həşimova) Ülviyyə Vidadi qızı arasında həmin tarixdə nikah bağlanmış və bu barədə 377 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 463089 nömrəli, xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı 631262 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən məlum olmuşdur ki, Maraqlı şəxs ilə Ərizəçi nikahlarından 28 aprel 2020-ci il təvəllüdlü X5 və 12 sentyabr 2021-ci il təvəllüdlü X4 adlı övladları vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 18 sentyabr 2023-cü il tarixdə mediasiya sessiyasında qəbul olunmuş barışıq sazişi ilə Ərizəçi, Maraqlı şəxs və mediator X1 iştirakı ilə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2-ci maddəsinin şərtinə əsasən Maraqlı şəxs 28 aprel 2020-ci il təvəllüdlü X3 və 12 sentyabr 2021-ci il təvəllüdlü X2 Ərizəçi yanında saxlanılması və hər ayın sonu hər uşağa 150 (bir yüz əlli) manat olmaqla iki uşaq üçün ümumilikdə 300 (üç yüz) manat alimenti müvafiq bank kartı vasitəsilə Ərizəçi ödənilməsinə dair öhdəlik götürmüşdür. Ərizəçi qeyd edilən barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-cü maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə də məhkəmə hesab edir ki, barışıq sazişi qanunvericiliyin tələbinə uyğun olduğundan, barışıq sazişinin icra edilməsi müddəti keçdiyindən və ərizə təmin edilməli və 18 sentyabr 2023-cü il tarixli H-1233 nömrəli Barışıq Sazişi təsdiq edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış 18 sentyabr 2023-cü il tarixli H-1233 nömrəli Barışıq Sazişi təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1719/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1719/2023
04.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver