Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-172/2025 30.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh, X11 və X18 payın müəyyən olunması tələbinə dair işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən payının müəyyən olunması tələbi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının razılığı ilə X19 və X25 cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında 0.025 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 39.6 kv.m təşkil edən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ona aiddir. Həmin mülkiyyət paylı mülkiyyət olmaqla X25, X19 və Cavabdeh mülkiyyətindədir. 1 saylı sahə inzibati idarəsinin 06 sentyabr 2024cü il tarixli 709 nömrəli arayışına əsasən Naxçıvan şəhəri, 9-cu küçə 4/10 nömrəli evdə yaşamış mərhumə X20 vərəsələri həyat yoldaşı X38-vəfat edib, X9 vəfat edib, X23 vəfat edib, qızı X25, X10 vəfat edib, X4, qızı X30, qızı İddiaçı və X7dur. Sözügedən əmlakda payları naturada bölünmədiyindən aralarında mübahisələr narazılıqlar olur. Bu səbəbdən payının müəyyən olunmasını istəyir. Məhkəmə baxışı iclasında İddiaçı izahatında iidiasını müdafiə edərək bildirmişdir ki, ona düşən payının müəyyən edilməsini istəyir ona bir pay düşür və qeyd edilənləri nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında iddianı qəbul edərək öz payını da İddiaçı verdiyini və bunun nəzərə alınmasını xahiş etdi. Cavabdeh X25 məhkəmə iclasında izahatında iddianı qəbul etdiyini, öz payını da İddiaçı verdiyini və bunun nəzərə alınmasını xahiş etdi. Cavabdeh X11 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, lakin notarial qaydada ərizə göndərərək səhhətində yaranmış problemlərlə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, onun iştirakı olmadan işə baxılmasını xahiş etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdeh X8 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının izahatını dinləyib, onları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il arili, ********** nömrəli çıxarış”ın surətindən məlum olmuşdur ki, ünvan 1 ünvanında əmlak İddiaçı, Cavabdeh, X14, X21, X15, X8 adlarına daşınmaz əmlakın dövlət reyestrində 18/56 nömrəli reyestr kitabının 11062 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.1975-ci il, 297102 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş ölüm haqqında qeydə, əsasən, Hüseynova (Kılıçarslan) Xanım Qəhrəman qızı xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasının Balıkesir şəhərində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında qeydə, əsasən, X34 30 mart 1993cü il tarixdə hipertoniya diaqnozu ilə Göyçay rayonunda vəfat etmişdir. Naxçıvan “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixli, 1397/2024 nömrəli cavab məktubuna, əsasən, İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında“ xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışa, əsasən, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında“ xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışa, əsasən, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli **********433 nömrəli ərizəyə, əsasən X5 şəhəri, İstiqlal küçəsi, ev 111, mənzil 23 ünvanında İddiaçı adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli **********429 nömrəli ərizəyə, əsasən X6 şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında İddiaçı adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli **********190 nömrəli ərizəyə, əsasən Cavabdeh ünvan 1 ünvanında İddiaçı adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli **********231 nömrəli ərizəyə, əsasən X1 şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında İddiaçı adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli **********643 nömrəli ərizəyə, əsasən X16 şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında İddiaçı adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli **********629 nömrəli ərizəyə, əsasən X2 şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında İddiaçı adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli **********431 nömrəli ərizəyə, əsasən X3 şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında İddiaçı adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Naxçıvan MR X46 İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına, əsasən, ünvan 1 ünvanının su sayğacı ödənişlərini İddiaçı tərəfindən ödənilmişdir. Naxçıvan MR Qaz İstismar Xidmətinin xx.xx.2024-cü il tarixli arayışına, əsasən, ünvan 1 ünvanının su sayğacı ödənişlərini İddiaçı tərəfindən ödənilmişdir. Naxçıvan MR Dövlət Enegetika Xidmətinin xx.xx.2024-cü il tarixli, 38 nömrəli arayışına, əsasən, ünvan 1 ünvanının su sayğacı ödənişlərini İddiaçı tərəfindən ödənilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 06 sentyabr 2024-cü il tarixli 709 nömrəli arayışına əsasən Naxçıvan şəhəri, 9-cu küçə 4/10 nömrəli evdə yaşamış mərhumə X20 vərəsələri aşağıdakılardır: -Həyat yoldaşı X38-vəfat edib, -X9 vəfat edib, -X23 vəfat edib, _Qızı X25 1951, -X10 vəfat edib, -X4-1955, -Qızı Cavabdeh-1957, -Qızı İddiaçı-1959, -X7-vəfat edib. Hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Mülki Məcəllənin 152.5-ci mаddəsinə əsаsən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər... İstər işin yuxarıda qeyd edilən faktiki hallarından, istərsə də yuxarıda qeyd edilən maddi hüquq normaları ilə işin faktiki hallarının təhlilindən məhkəmə bu qənaətə gəlir ki, mövcud sənədlərlə İddiaçı, cavabdehlər X25, X19 və Cavabdeh paylı mülkiyyətində torpaq sahəsinin olmasını təsdiq edir. Paylı mülkiyyətçi olaraq adları qeyd edilən X27 və X34 vəfat etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə qeyd edir ki, nə qədər ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmirsə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir (MM 140-cı maddə). Belə olan halda məhkəmə qüvvədə olan hüquqmüəyyənedici sənədlər əsasında iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsində payının müəyyən edilməsi barədə iddia tələbini uğurlu hesab edir və iddia tələbində qeyd edilənləri nəzərə alaraq iddiaçının payını-bütün mülkiyyətçilər nəzərə alınmaqla bərabər qaydada müəyyən edilməsini qanunvericiliyin norma və prinsiplərinə uyğun hesab edir. Nəticə: Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı, X25, X19 və Cavabdeh, X27 və X21 ümumi birgə mülkiyyəti sayılan ünvan 1 ünvanında yerləşən 39.6 kv.m fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsiində 1/6 hissə İddiaçı payı müəyyən edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia təmin edildiyindən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 30774 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər cavabdehlər Cavabdeh, X19 və X12 tutularaq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 39.6 kv.m fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsiində İddiaçı Qardaşxan qızının payının 1/6 hissə olması müəyyən edilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 30774 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər cavabdehlər Cavabdeh, X19 və X12 tutularaq İddiaçı qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-172/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-172/2025
30.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver