Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1739/2024 02.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı cavabdeh Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin rəhbərliyinə qarşı 153 saylı əmrin ləğv edilməsi, işə bərpa, 30 saat dərs saatının bərpası, işləmədiyi 3 ay ərzində 3180 (üç min yüz səksən) manat əmək haqqının ödənilməsi, keçirdiyi mənəvi sarsıntılara görə 10000 (on min) manat mənəvi zərərin ödənilməsi, qanunsuz vakansiyanın ləğv olunması, dərs saatının qanunsuz olaraq kəsildiyi 2 il ərzində ona dəymiş maddi ziyanın, yəni qanunsuz olaraq azalmış 8 saatın pulunun hesablanaraq ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin rəhbərliyinə qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan şəhər İ.Səfərli adına 1 nömrəli tam orta məktəbin 3 oktyabr 2024-cü il tarixli 153 saylı onun fiziki tərbiyə fənni üzrə müəllim vəzifəsindən azad edilməyi haqqında olan əmrin ləğv edilməsi və əvvəlki işinə və 30 saat dərs saatlarının bərpa olunması, işsiz qaldığı müddətdə mənəvi sarsıntılar keçirməyi ilə bağlı ona dəymiş 10000 (on min) manat mənəvi ziyanın ödənilməsi, Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbinin rəhbərliyi tərəfindən fiziki tərbiyə fənni üzrə çıxarılmış qanunsuz vakansiyanın ləğv olunması, dərs saatının qanunsuz olaraq kəsildiyi 3 ay ərzində ona dəymiş 3180 (üç min yüz səksən) manatın və bu günə qədər maddi ziyanın hesablanaraq ödənilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması, dərs saatının qanunsuz olaraq kəsildiyi 2 il ərzində ona dəymiş maddi ziyanın, yəni qanunsuz olaraq azalmış 8 saat dərs saatının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə ilk olaraq onu qeyd edir ki, iddiaçı cavabdeh qismində qeyri-müəyyən şəxs göstərməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı tərəfindən iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa riayət edilmədən verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2 və 149.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinə əlavə edilmiş 15 noyabr 2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda Naxçıvan şəhər İ.Səfərli adına 1 nömrəli tam orta məktəbin 3 oktyabr 2024-cü il tarixli, 153 saylı onun fiziki tərbiyə fənni üzrə müəllim vəzifəsindən azad edilməyi haqqında olan əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması, eləcə də azaldılmış dərs saatlarının bərpa olunması, dərs saatların azaldılması nəticəsində ona dəyən 10000 manat maddi ziyanın ödənilməsi ilə bağlı olan mübahisə üzrə mediasiyaya müraciət edildiyi qeyd edilmiş, həmin tələb üzrə də mediasiyada iştirak edilməməsi səbəbindən arayış verilmişdir. Lakin iddiaçının iddia ərizəsinin xahiş hissəsindən də göründüyü kimi iddiaçı həmçinin 30 saat dərs saatlarının bərpa olunması, işsiz qaldığı müddətdə mənəvi sarsıntılar keçirməyi ilə bağlı ona dəymiş 10000 (on min) manat mənəvi ziyanın ödənilməsi, Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbinin rəhbərliyi tərəfindən fiziki tərbiyə fənni üzrə çıxarılmış qanunsuz vakansiyanın ləğv olunması, dərs saatının qanunsuz olaraq kəsildiyi 3 ay ərzində ona dəymiş 3180 (üç min yüz səksən) manatın və bu günə qədər maddi ziyanın hesablanaraq ödənilməsi, dərs saatının qanunsuz olaraq kəsildiyi 2 il ərzində ona dəymiş maddi ziyanın, yəni qanunsuz olaraq azalmış 8 saat dərs saatının hesablanaraq ödənilməsi tələblərini də irəli sürmüş, ancaq iddia ərizəsinə 30 saat dərs saatlarının bərpa olunması, işsiz qaldığı müddətdə mənəvi sarsıntılar keçirməyi ilə bağlı ona dəymiş 10000 (on min) manat mənəvi ziyanın ödənilməsi, Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbinin rəhbərliyi tərəfindən fiziki tərbiyə fənni üzrə çıxarılmış qanunsuz vakansiyanın ləğv olunması, dərs saatının qanunsuz olaraq kəsildiyi 3 ay ərzində ona dəymiş 3180 (üç min yüz səksən) manatın və bu günə qədər maddi ziyanın hesablanaraq ödənilməsi, dərs saatının qanunsuz olaraq kəsildiyi 2 il ərzində ona dəymiş maddi ziyanın, yəni qanunsuz olaraq azalmış 8 saat dərs saatının hesablanaraq ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təsdiq edən sənəd əlavə olunmamışdır. İddia tələbindən də göründüyü kimi hazırki mübahisə əmək münasibətlərindən irəli gələn mübahisədir ona görə də tərəflər həmin tələblə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməlidirlər. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş 19 may 2023cü il tarixli barışıq sazişində 2020-ci ildə məktəb rəhbərliyinin vakansiya çıxarması nəticəsində 8 saat dərs yükünün azalması, həmin vakansiyanın ləğv olunması, itirdiyi 8 saat dərs saatının bərpa olunması, ona dəymiş maddi ziyanın qaytarılması tələbi ilə bağlı olan mübahisə üzrə mediasiyaya müraciət edildiyi qeyd edilmiş, həmin tələb üzrə də mediasiyada barışıq sazişi bağlanmışdır. İddia ərizəsinin məzmunundan da görünür ki, həmin mübahisə üzrə tərəflər arasında barışıq sazişi bağlandıqdan və barışıq sazişinin şərtlərinə əməl edildikdən sonra işçi və işə götürən arasında olan əmək münasibətləri yenidən pozulmuşdur. Buna görə də tərəflər barışıq sazişinin bağlanmasından sonra yaranan həmin tələblər üzrə də məhkəməyə müraciət etməzdən əvvəl yenidən mediasiya prosesində iştirak etməlidirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-1-ci maddələrinə müvafiq olaraq, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin rəhbərliyinə qarşı 153 saylı əmrin ləğv edilməsi, işə bərpa, 30 saat dərs saatının bərpası, işləmədiyi 3 ay ərzində 3180 (üç min yüz səksən) manat əmək haqqının ödənilməsi, keçirdiyi mənəvi sarsıntılara görə 10000 (on min) manat mənəvi zərərin ödənilməsi, qanunsuz vakansiyanın ləğv olunması, dərs saatının qanunsuz olaraq kəsildiyi 2 il ərzində ona dəymiş maddi ziyanın, yəni qanunsuz olaraq azalmış 8 saatın pulunun hesablanaraq ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 26 noyabr 2024-cü il tarixli, 7628 nömrəli qəbzlə ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdeh Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin rəhbərliyinə qarşı 153 saylı əmrin ləğv edilməsi, işə bərpa, 30 saat dərs saatının bərpası, işləmədiyi 3 ay ərzində 3180 (üç min yüz səksən) manat əmək haqqının ödənilməsi, keçirdiyi mənəvi sarsıntılara görə 10000 (on min) manat mənəvi zərərin ödənilməsi, qanunsuz vakansiyanın ləğv olunması, dərs saatının qanunsuz olaraq kəsildiyi 2 il ərzində ona dəymiş maddi ziyanın, yəni qanunsuz olaraq azalmış 8 saatın pulunun hesablanaraq ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 26 noyabr 2024-cü il tarixli, 7628 nömrəli qəbzlə ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1739/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1739/2024
02.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver