Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1762/2025 11.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın faktiki qəbulu və əmlakda payın müəyyən olunması tələbi üzrə QƏTNAMƏ (Açar sözlər: mirasın faktiki qəbulu və əmlakda payın müəyyən olunması tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh və cavabdehin nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın faktiki qəbulu və payların müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın faktiki qəbulu və əmlakda payların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ölümündən sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0648 ha olan torpaq sahəsində ½ hissəsindən ibarət mirasın İddiaçı tərəfindən faktiki qəbul edilərək payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X8 ilə anası X7 1949-cu il tarixində ailə həyatı qurmuşlar, mərhum atası X8 28 iyun 1988-ci il tarixdə vəfat etmiş, mərhum anası X7 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0648 hektar torpaq sahəsinin ½ hissə X2ndan miras qalmışdır. X2 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.
3. X1 X8 (həyat yoldaşı, vəfat edib), Cavabdeh2, İddiaçı və Cavabdeh1 adlı vərəsələri vardır.
4. Qeyd edir ki, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən miras əmlak mərhum anası X3 miras qalmışdır. Həmin torpaq sahəsinin üzərində ev daşınmaz əmlakda qeydiyyata alınmasa da həmin torpaq sahəsinin üzərində ev inşa edilmiş və ailəliklə həmin evdə yaşamışlar. 1999-cu il tarixində Aqrar İslahat Komissiyasının qərarı əsasında iddiaçının və mərhum anasının adına torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə birlikdə yerləşir. İddiaçı mərhum anasının sağlığından yəni doğulan bir gündən həmin həyətdə davamlı olaraq qalıb yaşamış, qeyd olunan torpaq sahəsinin üzərində iki dənə ev inşa etmiş, lakin hələ müəyyən səbəblərdən daşınmaz əmlakda qeydiyyatdan keçirməmişdir. Bacıları Cavabdeh2, təxminən 1992-ci il tarixdə ailə həyatı qurmuş, digər bacısı Cavabdeh1 1998-ci il tarixdə ailə həyatı qurmuş və ər evinə getmişdir. Qeyd etmək istəyir ki, bacısı Cavabdeh1 ər evinə gedəndən sonra ər evində aqrar islahat komissiyasının qərarı ilə pay torpaq verlmişdir. Mərhum anası Lətifə Tağıyeva 2017-ci il tarixdə vəfat etmişdir. Anasının ölümündən sonra həmin miras əmlakı yalnız iddiaçı qəbul etmiş, başqa həmin evdə kimsə qalıb yaşamamış və mirasa sahiblik etməmişdir. İddiaçı ailəsi ilə birlikdə mərhum anası X3 miras qalmış Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən torpaq sahəsində yenidən ev tikmiş ailəsi və uşaqları ilə həmin evdə yaşayır, əlavə olaraq qeyd edir ki, ikinci evi oğlu üçün tikmişdir. Anasının ölümündən sonra bacıları həmin evdə qalıb yaşamamışdır.
5. Vərəsəlik şəhadətnaməsi almaq üçün Naxçıvan Şəhər 3 saylı notariat ofisinə müraciət etmişdir. Notariat ofisi xx.xx.2025-ci il tarixdə qərar qəbul edərək imtina etmişdir.
6. Qeyd edir ki, bacıları ailə həyatı quraraq köçüb özlərinə aid mülklərində yaşayırlar. Bu illər ərzində həmin fərdi yaşayış evini heç kəs tərəfindən heç bir etiraz və narazılıq olmadan istifadə və idarə etməmişdir.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145, 1146, 1243-cü maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq olunmuş "notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın” 99-cu bəndinə, "G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 18 iyul 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 9-cu maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, ½ hissə onun mülkiyyətindədir. Oğluna ev tikmişdir. Anasının vəfatından əvvəl bacıları orada yaşamamışdır. 1992-ci ildə Cavabdeh2, 1998-ci ildə Cavabdeh1 ailə həyatı qurmuş və evdən getmişdirlər. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdeh və digər cavabdehin nümayəndəsi Cavabdeh1 bildirdi ki, orada anadan olmuş, orada ailə həyatı qurub ərə getmişdir. 1998-ci ildə o evdən gəlin köçmüş və həmin evdə yaşamamışdır. Bacısı da 1992-ci ildə ailə həyatı qurandan sonra orada yaşamamışdır. 10 ildir həmin evə getmirlər. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
11. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir.
12. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Sübutların tədqiqi:
13. İş materiallarında olan 442907 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxx 1977-ci ildə anadan olmuş, doğumu akt qeydləri kitabında xx.xx.1977-ci il tarixində 52 nömrə ilə qeydə alınmış, şəhadətnamənin atası qrafasında atasının X8, anasının X5 olduğu qeyd olunmuşdur.
14. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 28 iyun 1988-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1988-ci il tarixdə, 15 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır.
15. İş materiallarında olan 281315 saylı evlilik haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 və X7 25 iyul 1974-cü il tarixdə nikaha daxil olmuş və bu nikah xx.xx.1974-cü il tarixdə 7 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir.
16. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 06 mart 2017-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə, 118 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır.
17. İş materiallarında olan Naxçıvan şəhər 2 saylı nikah evi tərəfindən verilmiş 28 noyabr 2025-ci il tarixli, 05/09İS/144301-25 saylı Arayışa əsasən 06 mart 2017-ci il tarixdə vəfat etmiş X4 ailə tərkibində İddiaçı, Cavabdeh2, İddiaçı və Cavabdeh1 qeyd olunmuşdur.
18. İş materiallarında olan Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən 0.0648 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır.
19. İş materiallarında olan, 28 noyabr 2025-ci il tarixli Notariat Hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərara əsasən, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən xx.xx.2017-ci il tarixdə vəfat etmiş, anası X3 miras qalmış ünvan 3 ünvanında fərdi yaşayış evinə və torpaq sahəsinə vərəsəliyin açılmasından imtina edilmişdir.
20. İş materiallarında olan, Naxçıvan şəhər ƏSMM-in 29 sentyabr 2009-cu il tarixli, 054979 saylı vəsiqəsindən görünür ki, İddiaçı 3-cü qrup əlliliyi vardır.
21. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirdi ki, əmi qızları və əmi oğlusu ilə birlikdə böyümüş, eyni həyətdə yaşamışdırlar. Cavabdeh1 ailə həyatı qurmuş və ailəsi ilə birlikdə yaşamışdırlar. Tağıyeva Lətifə 2017-ci ildə vəfat etmiş və onun vəfatından sonra da həmin evdə Qasım ailə üzvləri yaşamışdır. Əmi qızları analarının vəfatından sonra gəlibgetməmişdirlər. Əmi oğlusu evin təmirinə olan xərcləri ödəmişdir.
22. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, 13 ildir qonşudurlar. Tağıyeva Lətifə təxminən 2018-2019-cu ildə vəfat etmiş, həmin vaxtdan İddiaçı və ailəsi yaşamışdır. Bacılarının o evə gəldiyini görməmişdir. Evi təmir edən zaman X15 sağ idi. Həmin evə köçən zaman Könül xanımın gəlib-getdiyini görmüşdür. X17 vəfat edəndən sonra Qasımın bacılarının gəldiyini görməmişdir. Orada işləyən zaman ödənişi Qasım etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyanın:
23. 29-cu maddənin İİİ hissəsi. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
24. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
25. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
26. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
27. Maddə 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.
28. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
29. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). (1159.1.1.) Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. (1159.1.2.) Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. (1159.1.3.) Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər (1159.1.4.) Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur (1159.1.5)
30. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
31. Maddə 1243.2. (köhnə redaksiyada) Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
32. Maddə 1243.3. (köhnə redaksiyada) Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
33. Maddə 1246. (köhnə redaksiyada) Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
34. Maddə 1255. (köhnə redaksiyada) Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
35. Maddə 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.
G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 18 iyul 2014-cü il tarixli Qərarı:
36. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyanın əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 38.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.4. Hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 217.3. Qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır.
Məhkəmənin mövqeyi:
43. Məhkəmə iddiaçı və cavabdehi dinləyib, iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır.
44. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə hüquqi qiymət verilməsi üçün ilk növbədə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0648 ha torpaq sahəsində yerləşən ½ payla X4 mülkiyyətində olan fərdi yaşayış evinin hansı vərəsə tərəfindən qəbul edilməsi müəyyən edilməlidir.
45. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0648 ha torpaq sahəsində ½ hissə X4 xüsusi mülkiyyətində olmuş və X7 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.
46. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, (köhnə redaksiyada) Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
47. Məhkəmə araşdırması zamanı X3 miras qalmış əmlakın notariat kontoruna müraciət edilməklə formal üsulla əldə edilməsi halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Lakin, məhkəmə araşdırması zamanı hazırki iddiaçının qeyd edilən əmlaka faktiki sahib çıxdığı və onu idarə etdiyi şahidlərin izahatı və iş üzrə sübutlarla öz təsdiqini tapır.
48. Məhkəmə qeyd edir ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir.
49. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən vərəsəlik münasibətlərinin yaranmasında əsas kimi miras qoyanın vəsiyyəti qanun üzrə vərəsəlikdən daha üstün tutulur. Lakin miras qoyan vəsiyyətnamə qoymadığı halda, qanun üzrə vərəsəlik qüvvədə olur.
50. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.
51. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu.
52. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
53. Məhkəmə hesab edir ki, vərəsələrdən heç biri mirası notarial yolla qəbul etməmiş, həmçinin, digər vərəsələr tərəfindən miras əmlak faktiki olaraq da qəbul edilməmişdir. Bu fakt vərəsələr və şahidlər tərəfindən verilmiş izahatlarla da öz təsdiqini tapmışdır. İddiaçı mərhumun vəfatından sonra miras əmlakı faktiki qəbul edərək idarə etmişdir. Kommunal xərclərin ödənilməsi də bilavasitə iddiaçı tərəfindən həyata keçirilməkdədir.
54. Məhkəmə miras əmlakdan payın müəyyən olunması tələbinə hüquqi qiymət verərək aşağıdakı halların zəruriliyini qeyd edir.
55. Belə ki, işin yuxarıda şərh olunmuş hallarından aydın olduğu kimi X2ndan ½ hissədə miras qalan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0648 ha torpaq sahəsində iddiaçının payının hansı hissədə müəyyən edilməsi məsələsi araşdırılarkən miras qoyanın bütün vərəsələri tam araşdırılmalı və mirası qəbul etmiş şəxslərə münasibətdə paylar müəyyən edilməli, iddiaçının payı da həmçinin bu araşdırma nəticəsində müəyyənləşdirilməlidir.
56. Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
57. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Plenum Qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq miras əmlakla bağlı bütün məsələlərin aydınlaşdırılmasını zəruri hesab edir və qeyd edir ki, bu halın müəyyən edilməsi iddia tələbindən kənara çıxarılma olaraq qiymətləndirilməməlidir.
58. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s.
59. Digər vərəsələr miras əmlakın qəbul edilməsinə dair hər hansı sübut təqdim etməmişlər. Belə ki, miras qoyanın vəfatından sonra digər vərəsələr həmin miras əmlakın onlar tərəfindən qəbul edilməsini nəzərdə tutan hər hansı hərəkəti həyata keçirməmiş, eləcə də notariat orqanına miras əmlakın qəbul edilməsinə dair yazılı qaydada müraciət etməmişlər. Digər vərəsələr tərəfindən miras əmlakın qəbul edilməsi öz təsdiqini tapmadığından payın müəyyən edilməsində nəzərə alına bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin məhz miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə şərtləndirilmir, həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsə X11 mərhum anasının vəfatından sonra mirasın qorunması üçün həyata keçirdiyi hərəkətləri məhkəmə tərəfindən həmin mirasın onun tərəfindən qorunması, mirasa sahiblik etməklə faktiki idarə etməsi kimi qiymətləndirilir və onun miras əmlakda payı digər vərəsələrin-cavabdehlərin miras əmlakı qəbul edib-etməməsi aydınlaşdırıldıqdan sonra müəyyən edilməlidir.
60. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0648 ha olan torpaq sahəsindən ibarət mirasda ½ hissədə tam payı müəyyən olunmalıdır.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi: İddia təmin edilsin. X4 vəfatından sonra ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən ibarət miras əmlakın İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin və İddiaçı həmin əmlakın mərhumdan miras qalan ½ hissəsində tam payı müəyyən olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elekton Məhkəmə” İnformasiya Sistemində yaradılıan Elekton Kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov