Məhkəmə qərarları › İş №2(078)-1790/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1790/2025

18.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1790/2025 18.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X12 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkil və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh13, Cavabdeh4, Cavabdeh5, Cavabdeh14, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X13, Cavabdeh11 və Cavabdeh12 qarşı mirasın faktiki qəbulu və əmlakda payın müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh13, Cavabdeh4, Cavabdeh5, Cavabdeh14, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X13, Cavabdeh11 və Cavabdeh12 qarşı mirasın faktiki qəbulu və əmlakda payın müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhumə X14 və X2 vəfatından sonra Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən ümumi sahəsi 39.6 kv.m olan fərdi yaşayış evindən və 0.025 hektar torpaq sahəsindən ibarət mirasda X17 məxsus 1/6 payın və X6 məxsus 1/6 payın onun tərəfindən faktiki qəbul edilərək payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən ümumi sahəsi 39.6 kv.m olan fərdi yaşayış evi və 0.025 hektar torpaq sahəsi miras qalmışdır. O, Naxçıvan şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən ümumi sahəsi 39.6 kv.m olan fərdi yaşayış evi və 0.025 hektar torpaq sahəsində payının müəyyən olunmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)- 172/2025 nömrəli qətnaməsi ilə 1/6 hissə İddiaçı, 1/6 hissə Cavabdeh1, 1/6 hissə X14, 1/6 hissə X2, 1/6 hissə Cavabdeh2, 1/6 hissə isə Cavabdeh3 payı müəyyən olunmuşdur. Mərhum anası X26 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. X10 (vəfat edib), X18 (vəfat edib), X30 (vəfat edib), Cavabdeh1, X19 (vəfat edib), Cavabdeh2, Cavabdeh3, İddiaçı və X20 (vəfat edib) adlı vərəsələri vardır. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum bacısı Türkiyə Respublikasında türk vətəndaşı ilə ailə qurmuşdur. Lakin övladları olmamışdır. X33 (vəfat edib) adlı vərəsəsi olmuşdur. X30 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Onun Cavabdeh13 (həyat yoldaşı), Cavabdeh4, Cavabdeh5, Cavabdeh14, Cavabdeh6 və Cavabdeh7 adlı vərəsələri vardır. X20 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Onun Cavabdeh8 (həyat yoldaşı), Cavabdeh9, X27, Cavabdeh11 və Cavabdeh12 adlı vərəsələri vardır. X18 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. X11 (həyat yoldaşı, vəfat edib), X21 (vəfat edib) və X22 (vəfat edib) adlı vərəsələri vardır. Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən fərdi yaşayış evində hazırda özü yaşayır. Mərhum anası Nisəxanımdan və bacısı Xanımdan qalan 1/6 hissələr özü tərəfindən qəbul edilmişdir. Özünün anasından və bacısından qalan miras əmlakı öz adına keçirmək üçün vərəsəlik şəhadətnaməsi almaq qərarına gəldikdən sonra bu məqsədlə Naxçıvan şəhər "Asan xidmət" Mərkəzində yerləşən notariat ofisinə müraciət etmişdir. Naxçıvan şəhər “Asan xidmət” Mərkəzinin notariat ofisinin xx.xx.2025-ci il tarixli, 1626/2025 nömrəli məktubunda notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək bildirmişdir ki, miras qalmış fərdi yaşayış evinə dair vərəsəliyin açılması üçün qanunda nəzərdə tutulmuş müddət buraxıldığından imtina edilmişdir. Vərəsələrdən heç biri qanunda nəzərdə tutulmuş müddətdə mirasın qəbulu üçün notariat ofisinə müraciət etməmişdir. Hazırda həmin evin təsərrüfatını özü idarə edərək mirası qəbul etmişdir. Miras qoyanın ölümündən sonra həmin evdə özü yaşayaraq əmlakı idarə etməyə başlamışdır. Həmin evdə təmir tikinti işləri görmüşdür. Neçə illərdir ki, X14 digər vərəsələri ailə həyatı quraraq köçüb özlərinə aid mülklərində yaşayırlar. O, bu illər ərzində həmin fərdi yaşayış evini heç kəs tərəfindən heç bir etiraz və narazılıq olmadan istifadə və idarə etmişdir. Hazırda da həmin əmlakda yaşayır. Cavabdeh14 14 yanvar 2026-cı il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz göndərərək etirazda qeyd etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh13, Cavabdeh4, Cavabdeh5, Cavabdeh14, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və digərlərinə qarşı mirasın faktiki qəbulu və əmlakda payın müəyyən olunması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhumə X14 və X2 vəfatından sonra Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən ümumi sahəsi 39.6 kv.m olan fərdi yaşayış evindən və 0.025 hektar torpaq sahəsindən ibarət mirasda X17 məxsus 1/6 payın və X6 məxsus 1/6 payın tərəfindən faktiki qəbul edilərək payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən ümumi sahəsi 39.6 kv.m olan fərdi yaşayış evi və 0.025 hektar torpaq sahəsi miras qalmışdır. O, Naxçıvan şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən ümumi sahəsi 39.6 kv.m olan fərdi yaşayış evi və 0.025 hektar torpaq sahəsində payının müəyyən olunmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)-172/2025 nömrəli qətnaməsi ilə 1/6 hissə İddiaçı, 1/6 hissə Cavabdeh1, 1/6 hissə X14, 1/6 hissə X2, 1/6 hissə Cavabdeh2, 1/6 hissə isə Cavabdeh3 payı müəyyən olunmuşdur. Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən fərdi yaşayış evində hazırda özü yaşayır. Mərhum anası Nisəxanımdan və bacısı Xanımdan qalan 1/6 hissələr özü tərəfimdən qəbul edilmişdir. Anasından və bacısından qalan miras əmlakı öz adına keçirmək üçün vərəsəlik şəhadətnaməsi almaq qərarına gəldikdən sonra bu məqsədlə Naxçıvan şəhər "Asan xidmət" Mərkəzində yerləşən notariat ofisinə müraciət etmişdir. Naxçıvan şəhər “Asan xidmət” Mərkəzinin notariat ofisinin xx.xx.2025-ci il tarixli, 1626/2025 nömrəli məktubunda notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək bildirmişdir ki, miras qalmış fərdi yaşayış evinə dair vərəsəliyin açılması üçün qanunda nəzərdə tutulmuş müddət buraxıldığından imtina edilmişdir. Vərəsələrdən heç biri qanunda nəzərdə tutulmuş müddətdə mirasın qəbulu üçün notariat ofisinə müraciət etməmişdir. Hazırda həmin evin təsərrüfatını özü idarə edərək mirası qəbul etmişdir. Miras qoyanın ölümündən sonra həmin evdə özü yaşayaraq əmlakı idarə etməyə başlamışdır. Həmin evdə təmir tikinti işləri görmüşdür. Neçə illərdir ki, X14 digər vərəsələri ailə həyatı quraraq köçüb özlərinə aid mülklərində yaşayırlar. O, bu illər ərzində həmin fərdi yaşayış evini heç kəs tərəfindən heç bir etiraz və narazılıq olmadan istifadə və idarə etmişdir. Hazırda da həmin əmlakda yaşayır. Hesab edir ki, iddiaçının iddia tələbləri əsassız və qanunsuz oduğundan qəbul edilməzdir. Qeyd edilənlərə əsaslanaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh13, Cavabdeh4, Cavabdeh5, Cavabdeh14, Cavabdeh6 və Cavabdeh7 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehlər Cavabdeh13, Cavabdeh4, Cavabdeh5, Cavabdeh14, Cavabdeh6 və Cavabdeh7 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2, Cavabdeh8, X13 və Cavabdeh12 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, lakin məhkəməyə aşağıda qeyd olunan ərizələri göndərmişlər. Cavabdeh2 06 yanvar 2026-cı il tarixli ərizəsində xx.xx.1993-ci il tarixdə vəfat etmiş X14 və xx.xx.2021-ci il tarixdə vəfat etmiş Kılıçarslan (Hüseynova) Xanım Qəhrəman qızının vəfatından sonra Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən ümumi sahəsi 39.6 kv.m olan fərdi yaşayış evindən və 0.025 ha torpaq sahəsindən ibarət mirasda X17 məxsus 1/6 payın və X6 məxsus 1/6 payın İddiaçı tərəfindən faktiki qəbul edilərək payının müəyyən olunmasına heç bir etirazı olmadığını qeyd etmişdir. Hüseynova (Hümbətova) Gülsüm Ağaxan qızı 30 yanvar 2026-cı il tarixli ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində (xx.xx.2023-cü il tarixdən əvvəlki redaksiyada) nəzərdə tutulmuş müddət ərzində xx.xx.1993-cü il tarixdə vəfat etmiş X7 və xx.xx.2021-ci il tarixdə vəfat etmiş Kılıçarslan (Hüseynova) Xanım Qəhrəman qızından harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış və istənilən əsaslarla (irsi transmissiya, təmsilçilik və s.) ona çatası miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirmədiyini, miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmədiyini, onu vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı olmadığını qeyd etmişdir. Cavabdeh8 31 yanvar 2026-cı il tarixli ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində (xx.xx.2023-cü il tarixdən əvvəlki redaksiyada) nəzərdə tutulmuş müddət ərzində xx.xx.1993-cü il tarixdə vəfat etmiş X7 və xx.xx.2021-ci il tarixdə vəfat etmiş Kılıçarslan (Hüseynova) Xanım Qəhrəman qızından harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış və istənilən əsaslarla (irsi transmissiya, təmsilçilik və s.) ona çatası miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirmədiyini, miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmədiyini, onu vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı olmadığını qeyd etmişdir. Cavabdeh12 31 yanvar 2026-cı il tarixli ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində (xx.xx.2023-cü il tarixdən əvvəlki redaksiyada) nəzərdə tutulmuş müddət ərzində xx.xx.1993-cü il tarixdə vəfat etmiş X7 və xx.xx.2021-ci il tarixdə vəfat etmiş Kılıçarslan (Hüseynova) Xanım Qəhrəman qızından harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış və istənilən əsaslarla (irsi transmissiya, təmsilçilik və s.) ona çatası miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirmədiyini, miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmədiyini, onu vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı olmadığını qeyd etmişdir. Məhkəmə cavabdehlər Cavabdeh2, Cavabdeh8, X8 və Cavabdeh12 məhkəməyə göndərdikləri ərizələri nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh9 və Cavabdeh11 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxış iclasına gəlməmiş və məhkəmə baxış iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh9 və Cavabdeh11 iştirakları olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən evdə özündən başqa heç kimin yaşamadığını, sadəcə özünün yaşadığını, qardaşları Ağa, Ağaxan və Salmana anasının sağlığında torpaq sahəsi verdiyini, orada yaşadıqlarını, evlərinin yanaşı olduğunu, əvvəl eyni ünvan daxilində olduğunu, sonradan ayrıldığını, özünün yaşadığı ünvanın ünvan 1nının isə ünvan 2ylar müəyyən olunarkən də qardaşlarının payının müəyyən edilmədiyini, çünki onların öz evləri olduğunu, bacıları və anası arasında miras əmlakın bölündüyünü, hazırda da anasından və bacısından miras qalmış paylarının özü tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini və payının müəyyən edilməsini istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkil və nümayəndəsi Vəkil izahatında Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 39.6 m2 olan fərdi yaşayış evində İddiaçı, Cavabdeh1, X14, X2, Cavabdeh2 və Cavabdeh3 hər birinin 1/6 hissədə paylarının müəyyən edildiyini, bunun əsasında çıxarış alındığını, X14 və X2 vəfat etdiyini, onların paylarının miras kimi qaldığını, onlar vəfat etdikdən sonra həmin evdə iddiaçının yaşadığını, iddiaçının istifadəsində olduğunu, məhkəməyə etiraz ərizəsi göndərən Cavabdeh14 iddiaçının qardaşı X23 vərəsəsi olduğunu, çıxarışda onun ümumiyyətlə adı da olmadığını, məhkəmə qətnaməsi əsasında çıxarışın verildiyini, məhkəmə qətnaməsinin cavabdehin vərəsəsi olduğu şəxs tərəfindən miras əmlakın qəbul edilmədiyini təsdiq edən sənəd olduğunu, mərhum X14 və X2 vəfatından sonra Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən mirasda X17 məxsus 1/6 payın və X6 məxsus 1/6 payın iddiaçı tərəfindən faktiki qəbul edilərək payının müəyyən olunmasını istədiklərini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 14 yanvar 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında özünün 1967-ci ildə evlənib həmin evdən çıxdığını, əmlakda özünün də 1/6 hissə payının olduğunu, anası X14 və bacısı X2 vəfatından sonra Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən mirasda X17 məxsus 1/6 payın və X6 məxsus 1/6 payın iddiaçı tərəfindən faktiki qəbul edilərək payının müəyyən olunmasına etirazı olmadığını, özünün heç nə istəmədiyini bildirmişdir. 14 yanvar 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh9 izahatında X14 və X2 vəfatından sonra Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən mirasda X17 məxsus 1/6 payın və X6 məxsus 1/6 payın iddiaçı tərəfindən faktiki qəbul edilərək payının müəyyən olunmasına etirazı olmadığını, özünün atasının sağlığında atasına əmlak verildiyini, heç bir tələbi olmadığını bildirmişdir. 14 yanvar 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh11 izahatında X14 və X2 vəfatından sonra Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən mirasda X17 məxsus 1/6 payın və X6 məxsus 1/6 payın iddiaçı tərəfindən faktiki qəbul edilərək payının müəyyən olunmasına etirazı olmadığını, heç bir tələbi olmadığını bildirmişdir. 14 yanvar 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında anası X14 və bacısı X2 vəfatından sonra Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən mirasda X17 məxsus 1/6 payın və X6 məxsus 1/6 payın iddiaçı tərəfindən faktiki qəbul edilərək payının müəyyən olunmasına etirazı olmadığını, özünün heç nə istəmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X28 ifadəsində Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən evdə İddiaçı yaşadığını, hər zaman orada İddiaçı yaşadığını, həmin evi onun düzəltdiyini, onun əziyyət çəkdiyini, həmin evdə başqa heç kimi görmədiyini, Xanımın evlənib Türkiyəyə getdiyini, sonra da orada vəfat etdiyini, həmin evdə indi də Esmiranın yaşadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X32 ifadəsində Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən evdə İddiaçı yaşadığını, Nisəxanımın sağlığında oğlanlarına həyəti bölüb verdiyini, lakin Nisəxanımın öz evində onun sağlığında da, o öldükdən sonra da Esmiranın yaşadığını, həmin evdə başqa heç kimi görmədiyini, Xanımın evlənib Türkiyəyə getdiyini, sonra da orada vəfat etdiyini, həmin evdə indi də Esmiranın yaşadığını bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən 0.025 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 39.6 m2 olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə 1/6 hissədə İddiaçı, 1/6 hissədə Cavabdeh1, 1/6 hissədə X14, 1/6 hissədə X2, 1/6 hissədə Cavabdeh2 və 1/6 hissədə isə Cavabdeh3 mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X52 tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən 0.025 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 39.6 m2 fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə 1/6 hissədə İddiaçı, 1/6 hissədə Cavabdeh1, 1/6 hissədə X14, 1/6 hissədə X2, 1/6 hissədə Cavabdeh2 və 1/6 hissədə isə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 18/56 nömrəli reyestr kitabının 11062 nömrəli qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 09 iyul 2025-ci il tarixli çıxarışdan X29 ilə X26 arasında xx.xx.1955-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində nikahın bağlanması, həmin tarixdə bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 44 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Zaks bürosu tərəfindən verilmiş 18 avqust 1966-cı il tarixli, A3 seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X29 və X9 birgə nikahından 01 aprel 1949-cu il tarixdə X18 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 09 iyul 2025-ci il tarixli, 263382 nömrəli çıxarışdan X29 və X9 birgə nikahından 01 yanvar 1953-cü il tarixdə X30 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 09 iyul 2025-ci il tarixli, 515890 nömrəli çıxarışdan X29 və X9 birgə nikahından 01 yanvar 1954-cü il tarixdə X19 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 28 fevral 1975-ci il tarixli, İİİ-JQ seriyalı, 297102 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X29 və X9 birgə nikahından xx xxxxxx 1959-cu il tarixdə İddiaçı adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 09 iyul 2025-ci il tarixli, 088120 nömrəli çıxarışdan X29 və X9 birgə nikahından 03 avqust 1961-ci il tarixdə X20 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 03 iyun 2025-ci il tarixli çıxarışdan X14 xx.xx.1993-cü il tarixdə hipertoniya xəstəliyi səbəbi ilə Göyçay rayonu, Yekəxana kəndində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 76 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 03 oktyabr 2025-ci il tarixli çıxarışdan X3 xx.xx.1993-cü il tarixdə kəskin miokard infarktı səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 75 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 03 iyun 2025-ci il tarixli çıxarışdan X4 xx.xx.2004-cü il tarixdə kəskin ağciyər vərəmi səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 375 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 01 oktyabr 2025-ci il tarixli çıxarışdan X23 xx.xx.2005-ci il tarixdə hipertokik kriz səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 383 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Baş Konsulluğu tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli çıxarışın tərcümə olunmuş surətindən X2 xx.xx.2021-ci il tarixdə Balıkesir əyaləti, Altıeylül rayonunda vəfat etməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 654 nömrəli arayışdan X9 əri X29 (vəfat edib), oğlu X18 (vəfat edib), oğlu X30 (vəfat edib), qızı Cavabdeh1, qızı X19 (vəfat edib), qızı Cavabdeh2, qızı Cavabdeh3, qızı İddiaçı və oğlu X20 (vəfat edib) adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 706 nömrəli arayışdan X2 atası X29 (vəfat edib), anası X24 (vəfat edib), qardaşı X18 (vəfat edib), qardaşı X30 (vəfat edib), bacısı Cavabdeh1, bacısı Cavabdeh2, bacısı Cavabdeh3, bacısı İddiaçı və qardaşı X20 (vəfat edib) adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 705 nömrəli arayışdan X23 atası X29 (vəfat edib), anası X24 (vəfat edib), arvadı Cavabdeh13, oğlu Cavabdeh4, oğlu Cavabdeh5, oğlu Cavabdeh14, oğlu Cavabdeh6 və qızı Cavabdeh7 adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 707 nömrəli arayışdan X3 atası X29 (vəfat edib), anası X24 (vəfat edib), arvadı Cavabdeh8, oğlu Cavabdeh9, qızı X27, oğlu Cavabdeh11 və oğlu Cavabdeh12 adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 708 nömrəli arayışdan X4 atası X29 (vəfat edib), anası X24 (vəfat edib), arvadı X31 (vəfat edib), oğlu X21 (vəfat edib) və oğlu X22 (vəfat edib) adlı vərəsələrinin olması aydın olur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 07 oktyabr 2025-ci il tarixli notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərardan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı 06 oktyabr 2025-ci il tarixli ərizəsinə əsasən, 15 mart 1993-cü il tarixdə vəfat etmiş, anası X5 miras qalmış Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanda yerləşən 0.025 ha olan fərdi yaşayış evinə dair vərəsəliyin açılması üçün qanunda nəzərdə tutulmuş müddət buraxıldığından imtina edilmişdir. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 385 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-172/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən 39.6 kv.m fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsində İddiaçı Qardaşxan qızının payının 1/6 hissə olması müəyyən edilmişdir. İddiaçı miras qalmış Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən 0.025 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 39.6 m2 olan fərdi yaşayış evinin mərhum anası X17 məxsus 1/6 hissədə payını və mərhum bacısı X6 məxsus 1/6 hissədə payının onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini və payının müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə belə hesab edir ki, miras əmlakda payın müəyyən olunması üçün ilkin olaraq miras əmlakın qəbul edilib-edilməməsi məsələsi araşdırılmalıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. İddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 03 iyun 2025-ci il tarixli çıxarışdan görünür ki, X26 xx.xx.1993-cü il tarixdə hipertoniya xəstəliyi səbəbi ilə Göyçay rayonu, Yekəxana kəndində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 76 nömrə ilə qeyd aparılmışdır. Qeyd olunan hala əsasən iddiaçının mərhum anası X14 Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən 0.025 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 39.6 m2 olan fərdi yaşayış evində olan 1/6 hissədə payından ibarət miras əmlakı faktiki olaraq qəbul etməyi faktının müəyyən edilməsi tələbi miras qoyanın öldüyü vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən qanunvericilik normasının tələbini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. İşin məhkəmədə araşdırılması zamanı miras qoyan X26 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Bu isə o deməkdir ki, hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 529-cu maddəsinə görə miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu vərəsəliyin açıldığı yer sayılır. Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 530-cu maddəsinə əsasən miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar qanun üzrə vərəsələr sayılır. Həmin Məcəllənin 532-ci maddəsinin mahiyyətinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Qeyd olunan normaların tələbindən də göründüyü kimi X18, X30, Cavabdeh1, X19, Cavabdeh2, Cavabdeh3, İddiaçı və X20 mərhum X14 birinci növbə vərəsələridir. Qanunvericiliyin tələbindən də göründüyü kimi İddiaçı X14 birinci növbə vərəsəsi olduğundan, həmçinin digər vərəsələr ondan miras qalmış əmlakı qəbul etmədiklərindən, İddiaçı həmin miras əmlakı vərəsə qismində qəbul edə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan iddianı qaldırmağa subyektiv hüququ vardır. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən maddi hüquq normasından görünür ki, Azərbaycan Respublikasının qüvvədən düşən mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal–faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı mərhum X14 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən 0.025 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 39.6 m2 olan fərdi yaşayış evində olan 1/6 hissədə payını qeyri-formal üsulla qəbul etmişdir. Yəni o, mirasa həm faktiki sahiblik etməklə, həm də onu faktiki idarə etməklə qəbul edib. Məhkəmə qeyd olunan nəticəyə gələrkən işin məhkəmədə araşdırılması zamanı cavabdehlər tərəfindən mirasın qəbul edilməsi halının aşkar edilməməsini, şahidlərin ifadələrini, cavabdehlər Cavabdeh2, Cavabdeh8, X25 və Cavabdeh12 tərəfindən məhkəməyə göndərilmiş ərizələrdə X14 miras əmlakda olan 1/6 hissədə payının İddiaçı tərəfindən qəbul edilməsinə heç bir etirazları olmadığını qeyd etmələrini də nəzərə alır. İddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Baş Konsulluğu tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli çıxarışın tərcümə olunmuş surətindən görünür ki, X19 xx.xx.2021-ci il tarixdə Balıkesir əyaləti, Altıeylül rayonunda vəfat etmişdir. Qeyd olunan hala əsasən ərizəçinin X1nın Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən 0.025 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 39.6 m2 olan fərdi yaşayış evində olan 1/6 hissədə payından ibarət miras əmlakı faktiki olaraq qəbul etməyi faktının müəyyən edilməsi tələbi miras qoyanın öldüyü vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən qanunvericilik normasının tələbini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi 01 sentyabr 2000-ci il tarixindən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X19 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Buna görə də hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İddiaçı X1nın birinci növbə vərəsələridir. Qanunvericiliyin tələbindən də göründüyü kimi İddiaçı X2 birinci növbə vərəsəsi olduğundan, həmçinin digər vərəsələr ondan miras qalmış əmlakı qəbul etmədiklərindən, İddiaçı həmin miras əmlakı vərəsə qismində qəbul edə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan iddianı qaldırmağa subyektiv hüququ vardır. 26 dekabr 2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı X1nın vəfatından sonra ondan qalmış miras əmlakı, yəni Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən 0.025 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 39.6 m2 olan fərdi yaşayış evində olan 1/6 hissədə payını qeyri-formal üsulla qəbul etmişdir. Yəni o, mirasa həm faktiki sahiblik etməklə, həm də onu faktiki idarə etməklə qəbul edib. Məhkəmə qeyd olunan nəticəyə gələrkən işin məhkəmədə araşdırılması zamanı cavabdehlər tərəfindən mirasın qəbul edilməsi halının aşkar edilməməsini, şahidlərin ifadələrini, cavabdehlər Cavabdeh2, Cavabdeh8, X25 və Cavabdeh12 tərəfindən məhkəməyə göndərilmiş ərizələrdə X2 miras əmlakda olan 1/6 hissədə payının İddiaçı tərəfindən qəbul edilməsinə heç bir etirazları olmadığını qeyd etmələrini də nəzərə alır. X23 vərəsəsi olan Cavabdeh14 məhkəməyə etiraz ərizəsi göndərərək iddia tələbinin rədd edilməsini xahiş etsə də, etiraz ərizəsində heç bir əsaslandırma aparmamış, iddia tələbinin əsassız olduğuna dair heç bir fakt qeyd etməmiş, etiraza heç bir sübut əlavə etməmiş, sadəcə iddia ərizəsində göstərilənləri və bir sıra qanunvericilik normalarını sadalamaqla kifayətlənmiş və iddia tələbinin əsassız olduğunu qeyd etmiş, lakin hansı səbəbdən iddia tələbinin əsassız olması qənaətinə gəldiyinə dair belə heç bir fakt göstərməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, o, həmin miras əmlakı faktiki olaraq qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə İddiaçı Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən 0.025 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 39.6 m2 fərdi yaşayış evində payları müəyyən olunmuş X14 1/6 hissədə və X2 1/6 hissədə paylarında payının müəyyən olunmasını tələb etməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Məhkəmə belə hesab edir ki, İddiaçı mərhum X14 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 39.6 m2 fərdi yaşayış evində olan 1/6 hissədə payını və X1nın vəfatından sonra ondan qalmış miras əmlakı, yəni Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 39.6 m2 fərdi yaşayış evində olan 1/6 hissədə payını qəbul etdiyindən hazırda iddiaçı payının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə belə hesab edir ki, X14 vəfatından sonra ondan qalmış miras əmlakda, yəni Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 39.6 m2 fərdi yaşayış evində olan 1/6 hissədə payından İddiaçı tam hissədə payı müəyyən edilməli və X2 vəfatından sonra ondan qalmış miras əmlakda, yəni Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 39.6 m2 fərdi yaşayış evində olan 1/6 hissədə payından İddiaçı tam hissədə payı müəyyən edilməlidir. Çünki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hər iki miras qoyanın miras əmlakı yalnız İddiaçı tərəfindən qəbul edilmişdir ona görə də həmin miras əmlakda yalnız onun payı müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, daşınmaz əmlakın vahidliyi prinsipinə əsasən İddiaçı Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 39.6 m2 fərdi yaşayış evinə payı ümumilikdə göstərilməli və İddiaçı payı müəyyən edilərkən iş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X52 tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən 0.025 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 39.6 m2 fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə 1/6 hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması da nəzərə alınmalıdır. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə hesab edir ki, İddiaçı Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 39.6 m2 fərdi yaşayış evində 1/2 (1/6+1/6+1/6=3/6) hissə payı müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh13, Cavabdeh4, Cavabdeh5, Cavabdeh14, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X25, Cavabdeh11 və Cavabdeh12 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -İddiaçı mərhum X14 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 39.6 m2 fərdi yaşayış evində olan 1/6 hissədə payını və X1nın vəfatından sonra ondan qalmış miras əmlakı, yəni Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 39.6 m2 fərdi yaşayış evində olan 1/6 hissədə payını qəbul etməsi faktı müəyyən edilməklə İddiaçı Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 39.6 m2 fərdi yaşayış evində 1/2 hissə payı müəyyən edilməli; -iddia təmin edildiyindən iddia qaldırılarkən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh13, Cavabdeh4, Cavabdeh5, Cavabdeh14, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X25, Cavabdeh11 və Cavabdeh12 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı mərhum X14 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 39.6 m2 fərdi yaşayış evində olan 1/6 hissədə payını və X1nın vəfatından sonra ondan qalmış miras əmlakı, yəni Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 39.6 m2 fərdi yaşayış evində olan 1/6 hissədə payını qəbul etməsi faktı müəyyən edilməklə İddiaçı Naxçıvan şəhəri, 9-cu küçə, döngə 4, ev 10 ünvanında yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 39.6 m2 fərdi yaşayış evində 1/2 hissə payı müəyyən edilsin. İddia təmin edildiyindən iddia qaldırılarkən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh13, Cavabdeh4, Cavabdeh5, Cavabdeh14, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X25, Cavabdeh11 və Cavabdeh12 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar