Məhkəmə qərarları › İş №2(078)-181/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-181/2025

07.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-181/2025 07.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 və cavabdeh və digər Cavabdeh3 nümayəndəsi X6 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X12, X8 və Cavabdeh3 qarşı mirasın faktiki qəbulu və həmin miras əmlakda payın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X12, X8 və Cavabdeh3 qarşı mirasın faktiki qəbulu və həmin miras əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhum anaları X13 miras qalmış Naxçıvan şəhəri, X36 küçəsi, ev 3B (ünvan dəyişikliyindən əvvəl çıxarış üzrə ünvan 2 0,1275 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 91.76 m2 yaşayış, 36.41 m2 yardımçı sahədən ibarət daşınmaz əmlakın (fərdi yaşayış evinin) onlar (İddiaçı1 və İddiaçı2) tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və bütün miras kütləsinə münasibətdə onların (İddiaçı1 və İddiaçı2) payının bərabər (1/2) hissədə müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı əsaslandıraraq iddia ərizəsində qeyd etmişlər ki, mərhum anaları X25 xx.xx.2018-ci ildə vəfat etmişdir. Mərhum analarından Naxçıvan şəhəri, X36 küçəsi, ev 3B (ünvan dəyişikliyindən əvvəl çıxarış üzrə ünvan 31275 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 91.76 kv.m yaşayış, 36.41 kv.m yardımçı sahədən ibarət daşınmaz əmlak (fərdi yaşayış evi) miras olaraq qalmışdır. Mərhum analarının X15 (həyat yoldaşı, xx.xx.1996-cı ildə vəfat edib), Cavabdeh3, X16, X9 (xx.xx.1995-ci ildə vəfat edib), X19 (xx.xx.1997-ci ildə vəfat edib), X20, İddiaçı1 və İddiaçı2 adlı 8 vərəsəsi olmuşdur. Vərəsələrdən mərhum ataları X15, qardaşları X9 və X19 miras qoyanın, yəni analarının sağlığında nikahda olmadan vəfat etmişdirlər. Digər vərəsələr bacıları Cavabdeh3 və X16 isə analarının sağlığında ailə quraraq həyat yoldaşlarının evinə köçmüşlər, miras açıldığı vaxt daimi olaraq ailələri ilə birlikdə yaşamışlar və hal-hazırda da yaşayırlar. X1 isə anasının sağlığında 1987-ci ildə SSRİ dövründə Rusiyaya köçərək orada məskunlaşaraq yaşamış və işləmişdir. Hal-hazırda da Rusiya Federasiyası vətəndaşı olaraq orada yaşamaqdadır. X29 anası vəfat edərkən 1 günlük gəlmiş yas mərasimində iştirak etdikdən dərhal sonra yenidən Rusiya Federasiyasına qayıtmışdır. Qayıtdıqdan sonra Rasimlə əlaqələri kəsilmiş və bu günədək də ondan heç bir xəbər yoxdur. Onlar - İddiaçı1 və İddiaçı2 isə mərhum analarının sağlığından onunla birlikdə qeyd olunan miras əmlakda yaşamış və anasının vəfatından sonra hal-hazırda da yaşamaqda davam edirlər. İstər mərhum anası Leylan İmanovanın sağlığında, istərsə də onun vəfatından sonra da onlar həmin miras əmlakda (evdə) yaşamaqla, idarə və sahiblik etməklə miras əmlakı faktiki olaraq qəbul etmişlər. Hal-hazırda da miras qoyanın vəfatından sonra bütün kommunal ödənişləri onlar ödəyir, həmin miras əmlaka onlar sahiblik edir və əmlaka dair bütün sənədlər və açarlar da özlərindədir. Mərhum anasından miras qalan əmlaka dair vərəsə olaraq notariat orqanında məhkəmədənkənar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəsələr də, notariat orqanı şəhadətnamənin verilməsindən imtina etmişdir. Rusiya Federasiyasında yaşayan qardaşı Cavabdeh1 hazırkı iddia ərizələrindən əvvəl işə xüsusi icraat qaydasında baxılarkən məhkəməyə teleqram vuraraq mirasın tək ikisi tərəfindən qəbul etmələrinə etiraz etmişdir (teleqramın əsli xüsusi icraat qaydasında baxilan işin materiallarına əlavə olunmuşdur). Bu səbəbdən də onların mirasın faktiki qəbulu ilə bağlı ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə etdikləri müraciətləri, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-535/2024 nömrəli qərardadı ilə hüquq haqqında mübahisə yarandığından ərizələri baxılmamış saxlanılmış və iddia icraatı qaydasında iddia qaldırmaq hüquqları onlara izah edilmişdir. Ona görə də iddia icraatı qaydasında məhkəməyə müraciət etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 11 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, cavabdehlər Cavabdeh3, X8 və X12 qarşı məhkəməyə müraciət edərək mirasın faktiki qəbulu və həmin miras əmlakda payın müəyyən edilməsini məhkəmədən xahiş etdiklərini, iddia tələbində mirasın faktiki qəbulu ilə bağlı əvvəllər xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etdiklərini və həmin müraciətləri ilə bağlı müvafiq qərardad da qəbul edildiyini, bu səbəbdən də iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yarandığını, iddia tələbinə mərhum anaları X13 miras qalmış Naxçıvan şəhəri, X36 küçəsi, ev 3B (ünvan dəyişikliyindən əvvəl çıxarış üzrə ünvan 2 0,1275 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 91.76 m2 yaşayış, 36.41 m2 yardımçı sahədən ibarət daşınmaz əmlakın (fərdi yaşayış evinin) onlar (İddiaçı1 və İddiaçı2) tərəfindən qəbul edilməklə, bütün miras kütləsinə münasibətdə onların (İddiaçı1 və İddiaçı2) payının bərabər (1/2) hissədə müəyyən olunması barədə qətnamə qəbul edilməsini çərçivəsində baxılmasını məhkəmədən xahiş etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2(078)-181/2025 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə mərhum anaları X13 miras qalmış Naxçıvan şəhəri, X36 küçəsi, ev 3B (ünvan dəyişikliyindən əvvəl çıxarış üzrə ünvan 2 0,1275 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 91.76 m2 yaşayış, 36.41 m2 yardımçı sahədən ibarət daşınmaz əmlakın (fərdi yaşayış evinin) onlar (İddiaçı1 və İddiaçı2) tərəfindən qəbul edilməklə, bütün miras kütləsinə münasibətdə onların (İddiaçı1 və İddiaçı2) payının bərabər (1/2) hissədə müəyyən olunması həddində baxılması qərara alınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdeh və digər Cavabdeh3 nümayəndəsi X6 Cavabdeh3 iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh X12 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə 18 fevral 2025-ci il tarixdə teleqram göndərərək anası X17 vəfatından sonra heç bir dövlət qurumuna daşınmaz əmlak iddiası ilə əlaqəli müraciət etmədiyini, qardaşları İddiaçı1 və İddiaçı2 tərəfindən qaldırılan daşınmaz əmlak iddiası haqqında məlumatı olduğunu və üç qardaş arasında bölünməsinə heç bir etirazı olmadığını qeyd etmişdir. Məhkəmə cavabdeh X10 məhkəməyə göndərdiyi teleqramı nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdeh X10 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında doğulduğu gündən Naxçıvan şəhəri, X36 küçəsi, ev 3B ünvanında yerləşən evdə yaşadığını, həmin evin atasının anası və atasından qaldığını, atası vəfat etdikdən sonra özlərinin bacı-qardaşları ilə razılıq verərək evi anasının adına rəsmiləşdirdiklərini, özünün 18 il Rusiya Federasiyasında yaşadığını, 1990-cı ildə əsgərlikdən gəldikdən sonra Rusiyaya getdiyini, təxminən 2007-2009-cu illərdə Azərbaycan Respublikasına qayıtdığını, burada həmin evdə anası ilə birlikdə 11 il yaşadığını, anasının 2018-ci ildə vəfat etdiyini, 1 ev olduğunu, sadəcə olaraq giriş-çıxışları fərqli olduğunu, hal-hazırda özünün tək o evdə yaşadığını, qardaşı Məhərrəmin isə ailəsi ilə birlikdə həmin evdə yaşadığını, həmin evdə özlərindən başqa heç kimin yaşamadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında İddiaçı2 bildirdiklərinin doğru olduğunu, özünün doğulduğu gündən Naxçıvan şəhəri, X36 küçəsi, ev 3B ünvanında yerləşən evdə yaşadığını, heç yerə getmədiyini, hər zaman atası ilə anasının yanında yaşadığını, evləndikdən sonra da həmin evdə yaşadığını, 31 ildir evli olduğunu, həmin evdə özünün və ailəsinin və qardaşı İddiaçı2 yaşadığını, anası vəfat etdiyi vaxt da qardaşı Rasimin səhər gəlib axşam getdiyini, 1 günlük gəldiyini, qardaşı Rasimin mirası qəbul etmədiyini, bacılarının da evlənib getdiklərini, həmin evdə yaşamadıqlarını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh və digər Cavabdeh3 nümayəndəsi X16 izahatında atası vəfat etdikdən sonra Naxçıvan şəhəri, X36 küçəsi, ev 3B ünvanında yerləşən daşınmaz əmlakın anasının adına rəsmiləşdirildiyini, buna özlərinin razılıq verdiklərini, anasının 2018-ci ildə vəfat etdiyini, həmin evdə qardaşları Nazim və Məhərrəmin yaşadığını, Məhərrəmin ailəsi ilə birlikdə, Nazimin isə tək yaşadığını, 1 ev olduğunu, sadəcə giriş-çıxışlarının fərqli olduğunu, başqa heç birinin o evdə yaşamadığını, hal-hazırda da həmin evdə qardaşları Nazim və Məhərrəmin yaşadığını, özünün də nümayəndəsi olduğu bacısı Cavabdeh3 da anasından miras qalmış əmlakın qardaşları İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsinə razı olduqlarını, heç bir etirazları olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində X25 vəfat etdikdən sonra Naxçıvan şəhəri, X36 küçəsi, ev 3B ünvanında yerləşən evdə İddiaçı1 və İddiaçı2 yaşadıqlarını, Nazimin həmin evdə tək yaşadığını, Məhərrəmin isə ailəsi ilə birlikdə yaşadığını, Gözəl və Çiçəyin evli olduğunu, həmin evdə yaşamadıqlarını, hal-hazırda da həmin evdə İddiaçı1 və İddiaçı2 yaşadıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində özünün əvvəllər Məhərrəmgillə qonşu olduğunu, Məhərrəmlə eyni məktəbdə oxuduqlarını, münasibətləri olduğunu, özünün 2013-cü ildə Babək rayon, Didivar kəndinə köçdüyünü, Məhərrəmin anası X17 yas mərasimində iştirak etdiyini, o vəfat etdikdən sonra Naxçıvan şəhəri, X36 küçəsi, ev 3B ünvanında İddiaçı1 və İddiaçı2 yaşadığını, hal-hazırda da onların yaşadığını bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, Naxçıvan şəhəri, X36 küçəsi, ev 3B ünvanında yerləşən 0.1275 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 128.17 m2, yaşayış sahəsi 91.76 m2, yardımçı sahəsi 36.41 m2 olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə X17 mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan Naxçıvan şəhəri, V.Qasımov küçəsi, ev 35 ünvanında yerləşən 0.1275 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 128.17 m2, yaşayış sahəsi 91.76 m2, yardımçı sahəsi 36.41 m2 olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə X17 adına daşınmaz əmlakın dövlət reyestrində 18/20 nömrəli reyestr kitabının 3746 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2861 nömrəli arayışdan X17 əri X15 (vəfat edib), qızı Cavabdeh3, qızı X16, oğlu X9 (vəfat edib), oğlu X19 (vəfat edib), oğlu X20, oğlu İddiaçı1 və oğlu İddiaçı2 adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 07 iyun 2024-cü il tarixli çıxarışdan X25 və X7 birgə nikahından xx xxx 1953-cü il tarixdə Cavabdeh3 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Artaşat rayon zaks şöbəsi tərəfindən verilmiş 25 iyun 1975-ci il tarixli, İİ-CЛ seriyalı, 062710 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X21 və X7 birgə nikahından xx xxxx 1958-ci il tarixdə X16 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən təkrar verilmiş 26 mart 1985-ci il tarixli, 433182 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X21 və X7 birgə nikahından xx xxxxx 1968-ci il tarixdə İddiaçı1 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən təkrar verilmiş 05 sentyabr 2013-cü il tarixli, AZ-İİ seriyalı, 859694 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X21 və X7 birgə nikahından xx xxxx 1970-ci il tarixdə İddiaçı2 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və X18 Qeydiyyatı Bürosu tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X7 xx.xx.1996-cı il tarixdə kəskin miokard infarkt səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1996-cı il tarixdə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ seriyalı, 598122 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X17 xx.xx.2018-ci il tarixdə ürəyin sklerotik xəstəliyi səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 261 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 672753 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X3 xx.xx.1995-ci il tarixdə məlum olmayan səbəbdən Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 184 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 672754 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X11 xx.xx.1997-ci il tarixdə məlum olmayan səbəbdən Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 185 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X4 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılması və nikah haqqında akt qeydi aşkar edilməməsi, X3 öldüyü xx.xx.1995-ci il tarixədək subay olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X14 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılması və nikah haqqında akt qeydi aşkar edilməməsi, X11 öldüyü xx.xx.1997-ci il tarixədək subay olması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 518 nömrəli arayışdan İddiaçı1 ünvan 4 ünvanında qeydiyyatda olması; İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Şəhər 3 saylı Notariat ofisi tərəfindən verilmiş 05 sentyabr 2024cü il tarixli, 221 nömrəli cavab məktubundan görünür ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2018-ci il tarixdə vəfat etmiş anaları X13 miras qalmış Naxçıvan şəhəri, V.Qasımov küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bildiyi, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi, sənədlərə baxıldıqda mirasın qəbulu üçün müəyyən edilmiş müddət buraxıldığından və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün tələb olunan sənədlər ofisə təqdim olunmadığından məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh3 və X16 tərəfindən 12 sentyabr 2023-cü il tarixdə verilmiş ərizədə anaları X17 xx.xx.2018-ci il tarixində öldüyü, tərəflərindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən altı aylıq müddətin ötürüldüyü, yəni buraxıldığı, anasının ölümündən sonra mirasın nədən ifadə edilməsindən asılı olmayaraq qəbul etmədikləri və buna görə də öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək niyyətində olmadıqları, mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət məqsədləri olmadığı, mirasdan imtina barədə ərizənin ləğv edilə bilmədiyi və ya geri götürülə bilmədiyi, əgər miras payından imtina edirlərsə (həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə) bütün miras əmlakdan imtina etdiklərinin məlum olduğu qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X35 tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli, 121 nömrəli arayışdan görünür ki, X2 mülkiyyətində olan Naxçıvan şəhəri, X36 küçəsində yerləşən 3B nömrəli fərdi yaşayış evinin əvvəlki ünvanı ünvan 6ki ünvanı isə Ş.İ.ünvan 7ikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X35 tərəfindən verilmiş 15 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə Naxçıvan şəhər 3-cü DNK-da qeydiyyata alınan 2V/01-63 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X17 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 09 oktyabr 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 12 iyul 1996-cı ildə vəfat etmiş X7 əmlakına vərəsəsi Naxçıvan şəhəri, Ş.İ.Xətai küçəsi, ev 3-də qeydiyyatda olan həyat yoldaşı X22r. Şəhadətnamə verilən miras əmlak Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat tarixi xx.xx.2014-cü il qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********64-10301 və MH №0037788 nömrəli çıxarışa əsasən Naxçıvan şəhəri, V.Qasımov küçəsi, ev 35 ünvanında ümumi sahəsi 0.1275 ha torpaq sahəsi üzərində yerləşən beş otaqlı, 91.76 kv. metr yaşayış sahəsi 36.41 kv. metr köməkçi sahəsi olan evdən ibarətdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum anaları X13 miras qalmış Naxçıvan şəhəri, X36 küçəsi, ev 3B (ünvan dəyişikliyindən əvvəl çıxarış üzrə ünvan 2 0,1275 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 91.76 m2 yaşayış, 36.41 m2 yardımçı sahədən ibarət daşınmaz əmlakın İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməklə, bütün miras kütləsinə münasibətdə İddiaçı1 və İddiaçı2 payının bərabər (1/2) hissədə müəyyən olunmasını tələb etmələri isə mülki işin mübahisəli halıdır. Məhkəmə belə hesab edir ki, miras əmlakda payın müəyyən olunması üçün ilkin olaraq miras əmlakın qəbul edilib-edilməməsi məsələsi araşdırılmalıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X25 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Buna görə də hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi X15, qızı Cavabdeh3, X16, X9, X19, X20, İddiaçı1 və İddiaçı2 X17 qanun üzrə vərəsələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı1 və İddiaçı2 X2 vəfatından sonra ondan qalmış miras əmlakı mərhumun öldüyü gündən faktiki idarə etmiş, bununla da faktiki idarə etmək üsulu ilə mirası qəbul etmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən işin məhkəmədə araşdırılması zamanı cavabdehlər tərəfindən mirasın qəbul edilməsi halının aşkar edilməməsini, şahidlərin ifadələrini, cavabdeh və digər Cavabdeh3 nümayəndəsi X6 izahatında anası X13 qalmış miras əmlakın İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsinə və payların müəyyən olunmasına özünün və nümayəndəsi olduğu digər cavabdehin heç bir etirazı olmadığını qeyd etməsini nəzərə alır. X2 digər vərəsəsi olan X20 məhkəməyə teleqram göndərərək mirasın üç qardaş arasında bölünməsini istədiyini qeyd etsə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, o, həmin miras əmlakı faktiki olaraq qəbul etməmişdir. Hətta özü bilavasitə məhkəməyə göndərdiyi teleqramda anası X17 vəfatından sonra heç bir dövlət qurumuna daşınmaz əmlak iddiası ilə əlaqəli müraciət etmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 Naxçıvan şəhəri, X36 küçəsi, ev 3B (ünvan dəyişikliyindən əvvəl çıxarış üzrə ünvan 10rləşən 0.1275 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış sahəsi 91.76 m2 və yardımçı sahəsi 36.41 m2 olmaqla ümumi sahəsi 128.17 m2 olan fərdi yaşayış evində paylarının müəyyən olunmasını tələb etmələri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Məhkəmə belə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 X2 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni Naxçıvan şəhəri, X36 küçəsi, ev 3B (ünvan dəyişikliyindən əvvəl çıxarış üzrə ünvan 10rləşən 0.1275 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış sahəsi 91.76 m2 və yardımçı sahəsi 36.41 m2 olmaqla ümumi sahəsi 128.17 m2 olan fərdi yaşayış evini qəbul etdiyindən hazırda iddiaçılar paylarının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə hesab edir ki, X17 vəfatından sonra ondan qalmış miras əmlakda, yəni Naxçıvan şəhəri, X36 küçəsi, ev 3B (ünvan dəyişikliyindən əvvəl çıxarış üzrə ünvan 10rləşən 0.1275 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış sahəsi 91.76 m2 və yardımçı sahəsi 36.41 m2 olmaqla ümumi sahəsi 128.17 m2 olan fərdi yaşayış evində iddiaçılar İddiaçı1 və İddiaçı2 bərabər hissədə, yəni İddiaçı1 1/2 hissədə payı və İddiaçı2 1/2 hissədə payı müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan İddiaçı2 tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər X20, X16 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -İddiaçı1 və İddiaçı2 X2 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni Naxçıvan şəhəri, X36 küçəsi, ev 3B (ünvan dəyişikliyindən əvvəl çıxarış üzrə ünvan 10rləşən 0.1275 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış sahəsi 91.76 m2 və yardımçı sahəsi 36.41 m2 olmaqla ümumi sahəsi 128.17 m2 olan fərdi yaşayış evini qəbul etməsi faktı müəyyən edilməklə İddiaçı1 və İddiaçı2 Naxçıvan şəhəri, X36 küçəsi, ev 3B (ünvan dəyişikliyindən əvvəl çıxarış üzrə ünvan 10rləşən 0.1275 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış sahəsi 91.76 m2 və yardımçı sahəsi 36.41 m2 olmaqla ümumi sahəsi 128.17 m2 olan fərdi yaşayış evində bərabər hissədə, yəni İddiaçı1 1/2 hissədə payı və İddiaçı2 1/2 hissədə payı müəyyən edilməli; -iddia təmin edildiyindən İddiaçı2 tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər X20, X16 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı2 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı1 və İddiaçı2 X2 vəfatından sonra ondan qalmış miras əmlakı, yəni Naxçıvan şəhəri, X36 küçəsi, ev 3B (ünvan dəyişikliyindən əvvəl çıxarış üzrə ünvan 10rləşən 0.1275 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış sahəsi 91.76 m2 və yardımçı sahəsi 36.41 m2 olmaqla ümumi sahəsi 128.17 m2 olan fərdi yaşayış evini qəbul etmələri faktı müəyyən edilməklə İddiaçı1 və İddiaçı2 Naxçıvan şəhəri, X36 küçəsi, ev 3B (ünvan dəyişikliyindən əvvəl çıxarış üzrə ünvan 10rləşən 0.1275 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış sahəsi 91.76 m2 və yardımçı sahəsi 36.41 m2 olmaqla ümumi sahəsi 128.17 m2 olan fərdi yaşayış evində bərabər hissədə, yəni İddiaçı1 1/2 hissədə payı və İddiaçı2 1/2 hissədə payı müəyyən edilsin. İddia təmin edildiyindən İddiaçı2 tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər X20, X16 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar