Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-209/2025 29.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə1, iddiaçının vəkili və nümayəndəsi Vəkil1 və cavabdeh təşkilat Cavabdeh direktoru Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdehə qarşı Naxçıvan şəhəri İ.Səfərli adına 1 saylı tam orta məktəbin 03 oktyabr 2024-cü il tarixli 153 saylı əmrin ləğv olunması, onun əvvəlki fiziki tərbiyə fənni üzrə müəllim vəzifəsinə bərpa edilməsi, eləcə də azadılmış dərs saatlarının bərpa olunması, dərs saatlarının azalması nəticəsində ona dəyən 10000 (on min) manat maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhər İ.Səfərli adına 1 nömrəli tam orta məktəbin 3 oktyabr 2024-cü il tarixli 153 saylı onun fiziki tərbiyə fənni üzrə müəllim vəzifəsindən azad edilməyi haqqında olan əmrin ləğv edilməsi və əvvəlki işinə bərpa olunması, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 121 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması, dərs saatlarının azadılması nəticəsində ona dəyən 1000 manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 19 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini dəqiqləşdirərək texniki səhvliyin nəzərə alınmaqla dərs saatlarının azadılması nəticəsində 10000 (on min) manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini və bu barədə ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh fiziki tərbiyə fənnini tədris etmişdir. 2020-ci ilin sentyabr ayında fiziki tərbiyə fənni üzrə dərsin 28 saatını tədris etmişdir. 2020-ci ilin aprel ayının 20-22-də məktəbin hərbi rəhbəri Coşqun Əliyev işdən qanunsuz olaraq çıxarıldığına görə məhkəmədə işə bərpa olunması ilə bağlı iddia qaldırmış və işinə həmin ilin may ayında bərpa olunmuşdur. Qanunsuz işdən çıxarılmaqla bağlı məhkəmədə mülki mübahisə olduğu halda qeyd olunan məktəbin direktoru qanunsuz olaraq vakant yer çıxarmış və işə yeni müəllim götürülmüşdür. Sonra isə məhkəmə qərarı ilə Coşqun Əliyev öz işinə bərpa olunmuşdur. Nəticədə məktəbin direktorunun fiziki tərbiyə fənni üzrə qanunsuz vakant yer çıxarması səbəbindən onun tədris etdiyi dərs saatı 28 saatdan 20 saata düşmüş və nəticədə 8 saat azalmışdır. Bunun da nəticəsində ona maddi ziyan dəymişdir. Məktəb rəhbərliyinə və Naxçıvan Şəhər Təhsil Şöbəsinə dəfələrlə kəsilən 8 saat dərsinin qaytarılması ilə bağlı müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Sonradan məhkəməyə müraciətdən əvvəl işin mediasiyada həlli üçün tərəfindən mediasiyaya müraciət edilmiş, mediasiya prosesində olarkən Cavabdeh nümayəndəsi adından Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri X23 xx.xx.2023-cü il tarixdə Naxçıvan Mediasiya təşkilatında keçirilən mediasiya prosesində iştirak edərək yuxarıda qeyd etdiyi buraxdıqları səhvi Barışıq Sazişi ilə düzəltməyi öhdələrinə götürmüşdür. Həqiqətən də həmin Barışıq Sazişi ilə qanunsuz olaraq vakansiya çıxarılmaları nəticəsində əlindən alınmış dərs saatları (8 saat) yenidən özünə qaytarılmışdır. Bu halın özü onu göstərir ki, onun dərs saatları məktəbin rəhbərliyi tərəfindən qanunsuz olaraq əlindən alınmışdır. Əks halda qanuni olaraq dərs saatları azaldılmış olsaydı, Cavabdeh nümayəndəsi olaraq X23 dərs saatlarının bərpa olunması ilə bağlı üzərinə öhdəlik götürməzdi. Hal-hazırda da bu ilin yeni tədris ilində (2024-2025) Cavabdeh rəhbərliyi tərəfindən dərs saatları fiziki tərbiyə fənni üzrə qanunsuz olaraq çıxardıqları vakansiya səbəbindən azalaraq 20 saata salınmışdır. Səbəb olaraq da qeyd olunan Barışıq Sazişinin qüvvədən düşdüyünü göstərirlər. Hansı ki, Barışıq Sazişində şərtlərin qüvvədən düşməsi ilə bağlı heç bir müddəa yoxdur. Buradan da görünür ki, Cavabdeh direktoru onunla 2022-ci ildən davam etdirdiyi qərəzli hərəkətlərindən əl çəkməmiş, onu maddi çətinliklərlə sıxışdıraraq məktəbdən uzaqlaşdırmaq üçün məktəbdə tədris etdiyi fiziki tərbiyə fənni üzrə qanunsuz olaraq çıxardığı vakansiyanı qanuniləşdirmək istəyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilməsi əsaslandırıb guya o kobud pozuntu törətmişdir. Bu səbəbdən də 3 oktyabr 2024-cü il tarixli 153 saylı əmrlə qanunsuz olaraq işdən çıxartmışlar. Əslində bu belə deyil. Həqiqəti danışdığına görə məktəb direktoru Nümayəndə3 vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bir bəhanə ilə onu işdən çıxarmışdır. Səbəb olaraq göstərmişdir ki, işə 20 gün gəlməmisən. Onun da işə getməmə səbəbi isə məktəb direktoru Nümayəndə3 səlahiyyət həddini aşaraq onu 18 sentyabr 2024-cü il tarixdə öz otağına qatıb döyərək xəsarət yetirmişdir və üzündə cırmaq izləri olduğuna görə ictimaiyyətə görə evdən çıxa bilmirdi. Bu fakt video görüntüdə öz əksini tapıb. Eləcə də, bununla bağlı həmin vaxt halı pisləşdiyinə görə həmin gün Babək rayon X34 şöbəsi də gəlib ona tibbi yardım göstərmişdir. Həmçinin bununla bağlı müvafiq instansiya orqanlarına müraciət etmişdir. X15 müraciət etmişdir. Cavabdehə təklif göndərmişdir. Lakin qarşı tərəf mübahisəni həll etmək üçün danışıqlara gəlməmişdir. Qeyd etmək istəyir ki, xx.xx.2024-cü il tarixində işəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs müəssisənin mülkiyyətçisi müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş intizam pozuntularından hər hansı biri tətbiq edilmədən məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ç maddəsi ilə əmək funksiyasınaa xitam verilmişdir. Qeyd etmək istəyir ki, xx.xx.2024-cü il tarixində Cavabdeh rəhbərliyi qanunsuz hərəkətləri ilə onu Əmək məcəlləsinin 70-ci maddənin ç" bəndi ilə xitam vermişdir. Qanunsuzdur ona görə ki, Naxçıvan MR Həmkarlar İttifaqının qərarı olmalıdır. Yəni məktəb rəhbərliyi təqdimat verməlidir. Naxçıvan MR Həmkarlar İttifaqı isə razılaşıb qərar verməlidir. İşlədiyi müddətdə heç bir intizam pozuntusu etməmiş və intizam məsuliyyətinə cəlb olunmamışdır. Ona bu günə kimi rəsmi xəbərdarıq da olunmayıb. Onun işdən çıxarılmağı tam qanunsuz və qanunu pozmaqla hərəkətlər aparılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Cavabdeh rəhbərliyinin 153 saylı, onun fiziki tərbiyə fənni üzrə müəllim vəzifəsindən azad edilməsi haqqında olan əmrin ləğv edilməsi və əvvəlki işinə bərpa olunması, dərs saatlarının azadılması nəticəsində ona dəyən 10000 manat maddi ziyanın hesablanaraq ödənilməsini istəyir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, məktəb direktorunun təqdim etdiyi sənədlər yalandır. Sentyabr ayının 2-də o imtahanda olmuşdur hüquq fakültəsinə ikinci ali təhsil üçün imtahan idi, bu barədə ərizə yazmışdır, direktor məktəbdə yox idi, katibəyə vermişdi, əldən vermişdir. Sentyabr ayının 3 və 4-də məktəbdə olmuşdur, sentyabr ayının 4-də prokurorluğa çağırılmışdır və getmişdir. Sentyabr ayının 16-da məktəbdə olmuşdur. Sentyabr ayının 18-də məktəbdə insident olub. Cədvəl üzrə dərsdən qalmamışdır. Dövlət orqanı çağırıb getmişdir. Dərsdə olmadığı bütün günlərdə qəbulda olmuşdur. Neyləməliydi? Getməməliydi?. Ayın 18-də Şəhər Təhsil Şöbəsinin müdiri Təhminə müəllimə o deyibdir ki, işə gəlmə, məndən xəbər gözlə. O da xəbər gözləmişdir. Ona görə Təhminə müəllimə burada iştirak etməlidir. Əgər sentyabr ayının 13-də ona dərs saatı əmrlə verilibsə onun sentyabr ayının 16-də Nazirliyə, şəhər təhsil şöbəsinə, məktəbə dərs saatının 6 saat olması ilə bağlı müraciətlərinə hələ də cavab verilməmişdir. Ərizə yazıbsa ərizəyə cavab verilməlidir. Onu nə vaxt çağırıblarsa o vaxt prokurorluğa getmişdir. Sentyabr ayının 18-dən məktəbə getmir. Sentyabr ayının 16na kimi o orqanlara şikayətlə bağlı getmişdir. İnsident ayın 18 olsa da o müəllimənin korrupsiya cinayəti ilə bağlı çoxdan müvafiq orqanlara şikayət etmişdir. Bununla bağlı onu çağırırdılar. İddia tələbinin əsaslı olduğundan təmin edilməsini xahiş edir. Müəllim andında olan imza ona aid deyil. Saxta imzadır. Mətbuatda bunu qeyd işıqlandıracaq. Dərs bölgülərinin tarixi xx.xx.2024-cü ildir. Oktyabr ayının 3-də məktub gəlib baxmışdır ki, qanunsuz işdən azad edilmişdir. Ayın 16-sı şəxsən məktəbdə olmuşdur. Ayın 16-sı rəsmi məktubla müraciət etmişdir. Bu prosessual qaydanı ona hüquqşünas Qurban Məmmədov demişdir. Əl kağızı ilə yazmışdır və qəbzlər də ondadır. Həmin ərizələri Nazirliyə, şəhər təhsil şöbəsinə və direktora yazmışdır. Bu işlə bağlı nəinki bu məhkəmə, Avropa insan haqları məhkəməsinə qədər gedib çıxacaq. Bu direktorun saxtakarlığına son veriləcək. O prokurorluğa müraciət etmişdir ki, məktəb direktorunun vəzifə səlahiyyətindən sui-istifadə halları araşdırılsın. Onsuz da qərarı qəbul edən orqanın qərarından da şikayət etmişdir. Baxılacaqdır. Vəkilin dedikləri ilə bağlı bildirir ki, orada rüşvət vermə ola bilməz, çünki o özü keçdiyi dərslərə görə pul verməyib, keçmədiyi dərsləri ona yazıblar, həmin pulu veribdir. Orada hansı rüşvətdən söhbət gedir? Cibindən pul vermək rüşvət sayılır. O dövlət büdcəsini mənimsəmədir. Vəkil hədə-qorxu gəlir və bununla bağlı o müraciətlərini edəcəkdir. Vəkil2 bildirmək istəyir ki, guya həmin karta köçürülən pullar dərs saatları azaldılıb deyə yaranıb. Tamamilə yalandır. Sübuta yetirsin. Ayın 16-sı ərizə vermişdir ki, onu işdən azad etsin. Niyə qərəzli şəkildə onu xx.xx.2024-cü il tarixdə işdən azad etmişdir. Ona həmkarların iclası ilə bağlı heç bir məlumat verilməyib. Telefon işlətməmişdir deyə xəbəri olmayıb. Niyə bu iclaslar barədə məlumatı yoxdur? 2020-ci ildə 28 saat dərs yükü olubdur. Sonra əlavə müəllim işə götürülüb və ondan 6 saat, digər müəllimdən də 6 saat götürülüb həmin müəllimə verilib. Onda 22 saat dərs yükü qalıbdır. 6 saatı qanunsuz vakansiya ilə gələn Surə müəllimə veriblər. Barışıq sazişində bir illik müddət yoxdur. Ovni müəllimin qəbulunda olubdur. O deyib ki, daimi əmr veribdir, müəllim qanunsuz gəlib, sonra yenidən qaytarılıbdır. 2024-cü ildə 26 saat dərsi olması məhkəmədə aydınlaşdırılmışdır. Bununla da bağlı heç bir rəsmi sənəd yoxdur. Sənədlərdə Təhsil Şöbəsinin müdiri Əliyev Babanın məktubu var, o bildirir ki, məktəb direktorunun xəbəri olmayıb ki, müəllim məhkəmə qərarı ilə işə qayıdır, ona görə qanunsuz vakansiya çıxarıbdır. O həm məktəbə, həm təhsil şöbəsinə qarşı iddia qaldırmışdı, barışıq sazişini təhsil şöbəsinin müdiri imzalayıb. Köhnə məktəb direktorunu çağırdılar, 3 nömrəli məktəbdə müəllimə işləyirdi. Orada Yusif müəllim onlardan tələb etdi, onlar da üzərlərinə götürdülər. X18 idi. Varisi var gəlsin, təhsil şöbəsinin müdiri getdisə təhsil şöbəsi dağılmayıbdır. Həmin vaxt ona deyildi ki, vakansiyanı təhsil şöbəsi verib, o da təhsil şöbəsini cavabdeh vermişdir. Məktəb direktoru dedi ki, işdən çıxıbdır, səlahiyyət onda deyil. Ona görə təhsil şöbəsinin müdiri imzaladı. Yoxsa o hər ikisini qoymuşdu.Orada da müddət yoxdu. Vardırsa yəqin onun gözündən qaçıb, ya da Qurban bəyin gözündən qaçıb. Təhsil şöbəsində müəllimlə müddətsiz əmək müqaviləsi bağlanır. Müddətli deyil. Əgər xəbərdarlıq olubsa ona göndərilən məktub, cavabı hardadır? Ona xəbərdarlıq göndərilməyib, bu barədə məlumat verilməyib, onun vəkili məktəb rəhbərliyinə müraciət edib və sorğu verib ki, intizam məsuliyyətinə cəlb olunub ya olunmayıb. Gay deyib intizam məsuliyyətinə cəlb olunmayıb, xəbərdarlıq olunub. Gah deyib ki, əmək müfəttişliyindədir sənəd, gah deyilb ki, yoldaşındadır, xəbərdarlığı təqdim etməyib. O həmin sənədin işə əlavə edilməsinin qəti əlehinədir, necə lazımdır işıqladıracaq, ona elan olunmayan saxta sənəddir, nəyə lazımdır ki o? Direktor deyir ki, vəkil ayın 19-da məktəbə gəlib, yalan deyir, ayın 11 onun övladı Babəkdə qeydiyyatdan keçib. Cəlil müəllimi o vəkili olaraq səlahiyyətli nümayəndəsi olaraq yollamışdır ki, uşağının sənədini versin. Uşaq təhsildən yayınır, bir gündə 5 dəfə də 10 dəfə də gəlməli idi. Barışıq sazişində qeyd edilmişdir ki, həmin sazişin şərtlərini kim pozarsa xərcləri o ödəyəcəkdir. Ona görə də sazişin şərtlərini qarşı tərəf pozduğundan mediasiya xərci 160 manat, vəkil xərci tutulub ona ödənilməlidir. 39 nəfərin iştirakı protokolda göstərilir, ancaq adlı siyahıyı yoxdur, imzası yoxdur. Həmkarların təsis edilməsi barədə protokolda adları qeyd olunan Cəmiyev Qərənfil, Nəbiyeva Nəzakət kimdir onlar şahid kimi gəlməlidir, o məktəbdə ola-ola necə həmin iclasda iştirak etməyib, necə imza etməyib. İşinə bərpa olunmalıdır, əmr əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır, ona vurulmuş ziyan ödənilməlidir. Məhkəmə iclası zamanı izahat verən iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, təqdim edilən sənədlərdə heç həmkarlarla bağlı sənədləşmə də düzgün olmayıb. Həmkarlar müəllimənin işdən çıxma prosesini Təhsil Şöbəsinin qarşısında qaldırmalı idi. Təhsil Şöbəsi işdən çıxarma ilə bağlı Təhsil Nazirliyi qarşısında məsələni qaldırmalı idi. Daha sonra da direktor öz səlahiyyətlərini sonda etməli idi. Ümumiyyətlə Səriyyənin işdə çıxarılması sənədləşmə tamamilə səhv və yalandır. Əgər direktor hər şeyi həll edəcəksə təhsil şöbəsi, həmkarlar niyə lazımdır?. Asudə müəllimə bilmir ki, heç direktorluğu etdiyi məktəbin adı İslam Səfərliyinin adını daşıyır, bu gün 12 fevral 2025-ci il hansı ki, mühüm qeyd edilən gündür, heç direktorun məlumatı belə yoxdur. Burada məktəbin möhürü həmkarların sənədinə vurulur. Həmkarların möhürü deyil. Məktəbin ilk həmkarlar təşkilatı olur. Həmkarlara aid olan sənəddə məktəb müdirinin möhürü ola bilməz. Həmkarlar ittifaqı müstəqil bir təşkilatdır. 39 adamın həmkarlarda adı var. Ancaq 1 nəfərin imzası yoxdur. Bəs necə möhür vurulub təsdiqlənib?. Məktəb direktoru həmkarların qərarına möhür vurub təsdiq edə bilməz. Direktor dövlətin pulunu mənimsəmişdir. Bu dövlət büdcəsini mənimsəmə deyil bəs nədir?. Onsuz da bu hallar araşdırılacaq. Məktəbdə pedaqoji şuranın keçirilmə qaydaları var, dərs ilinin əvvəlində, dərs ilinin sonunda. Pedaqoji şura keçirilməzdən bir həftə əvvəl elan vurulur. Pedaqoji şurada bütün müəllimlərin iştirakı vacibdir. Siyahı tutulur, hamısına bir-bir qol çəkdirilir. Mühüm məsələlər olanda təhsil şöbəsinin nümayəndəsinin iştirakı ilə növbədənkənar keçirilə bilər. Həmkarların iclası o vaxt keçirilir ki, orada 50 pilus bir olsun. 4 nəfərlə həmkarlar keçirilmir. Bir protokoldan iki çıxarış olmaz, eyni tarixli, eyni məzmunlu. Tam saxtadır. İşdən çıxmaqla bağlı teleqramı həm şəhərə, həm Şıxmahmuda göndərib. Xəbərdarlığı da göndərərdi, niyə göndərmirdi? Məktəb direktorunun məktəbdə həmkarlar təşkil etməsi qanunsuzdur. Muxtar respublika ərazisində yaşayırlar. Səriyyə müəlliməni şəhər təhsil şöbəsinin müəllimi vəzifəsindən azad edilməsi barədə əmri verməyə direktorun səlahiyyəti çatmır. Bu əmri təhsil şöbəsinin müdiri verir və təhsil nazirliyi ilə razılaşdırılır. 1 müəllimin 1 saat dərsini alıb başqa müəllimə verəndə direktor əmr yazır tabelin arxasına tikir ayın günündən asılı olaraq onun əmək haqqına ödənilir. Ancaq bu direktor kimi istəyir onun dərsini yazır, onu istədiyi sinifə göndərir, elə şey ola bilməz, bu qanun pozuntusudur. Mart ayının 1-də həmkarların təsis iclası keçirilir, protokol tərtib edilir, rəsmi qaydada qeydiyyatdan keçmək üçün müraciət edilir, möhür verilir, künc ştampı verilir, lakin heç biri olmayıb. Həmkarların sədri gələcək, sual verəcək, bundan sonra neçə iclas keçirilib, necə qeydiyyatı aparılıb. Əgər qeydiyyatdan keçməyibsə necə iclas keçirib necə protokol tərtib edib. Həmkarlar azad, müstəqil təşkilatdır. Müəllimənin işdən azad edilməsi qanunsuzdur, işinə bərpa edilməlidir. Məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, Səriyyə müəllimə Universiteti qırmızı fərqlənmə diplomu ilə bitirib. Heç bir qüsuru olmayıb. Şagirdlərinə və məktəb ictimaiyyətinə yaxşı nümunə olub. Təhminə xanım qeyd edib ki, Nazirlikdən məni məktəbə göndəriblər ki, Asudə müəllimənin basıb gözünü çıxardım. Dövlətin büdcəsini yeyib-talayıb. 26 saat dərs və sinif rəhbərliyi olan Səriyyə sonra ərizə verib ki, verdiyiniz 6 saat məni qane etmir. Rəsmi məktub yazılıb. Həmin ərizə iş materiallarına əlavə edilib. Bu əgər səhvdirsə 1 dəfə, 2 dəfə, 3 dəfə olar. Bu ölkənin çətin bir anında dövlət büdcəsini mənimsəmək nə deməkdir?. Səriyyə xanımın ixtisası olmayan dərsləri yazır Səriyyə müəllimənin adına sonra da ayın axırda bank kartı vasitəsilə özünə köçürür. O dəfələrlə qızına deyirdi ki, get direktora söylə belə şeylər etməsin. Ancaq qızı işlədiyi üçün heç nə demirdi. Məhkəmə iclası zamanı izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 izahatında bildirmişdir ki, o SD disk təqdim edir. Məktəbdə iddiaçı Səriyyə xanıma qarşı döyülmə anı, xüsusi qərardad çıxarıma ilə bağlı vəsatət, ərizə və ödəniş qəbzləri təqdim edir. O demək deyil ki, cinayət işi başlayıb rədd edilibsə burada cinayət tərkibi yoxdur. Əllərində sübutlar var ki, bu adam aybaay onun kartına pul yükləyib. Bu aksiomadır, sübuta ehtiyac yoxdur. Yükləyib, özü çox da gözəl bilir. Cinayət bitdi artıq. Prokurorluq nə cür cinayət işi başlayıb rədd edib onu deyə bilmir. Amma fakt olaraq bu adam rüşvət alıb. Nəzərə çatdırır ki, məktəb direktorunun əməlində dörd cinayətin tərkibi var. Vəzifədən suiistifadə etmə, vəzifə səlahiyyətlərini aşma, ictimai yerdə xuliqanlıq hərəkətləri etmə, dördüncü də rüşvət alma. Kifayət qədər rüşvət alma ilə bağlı sübutlar var və xahiş edir ki, hüquqi qiymət verilsin. Tamamilə saxtakarlıq var. Qərəzli münasibətlər var. Dərs saatlarının azaldılması, qapının kilidini özbaşına dəyişməsi, döyülüb, təhqir edilməsi Səriyyə xanımın hüquqları pozulub. Heç bir rəsmi xəbərdarlıq edilmədən iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə çıxartmaq ancaq prinsiplə bağlıdır. Sorğu ilə bağlı fikir bildirir ki, məktəb rəhbərliyinə müraciət edib və sorğu verib ki, intizam məsuliyyətinə cəlb olunub ya olunmayıb. Yazılmışdı ki, intizam məsuliyyətinə cəlb olunmayıb, xəbərdarlıq olunub. O da dedi ki, müəllimə xəbərdarlığı təqdim edin. Təbii ki, xəbərdarlığı verə bilmədi. Gah dedi ki, əmək müfəttişliyindədir, o da dedi ki, eybi yox sorğu verib alar, sonra dedi ki, yoldaşındadır, o da dedi müəllimə axı xəbərdarlıq yoldaşında ola bilməz, yoldaşın burada işləmir, dedi verib surətini çıxarsın. O da dedi ki, niyə məktəbdə surət çıxaran yoxdu ki, surəti çıxsın. Təbii ki, həmin gün onu vermədilər. Sorğunu şəxsən müəlliməyə təqdim etmişdir. Lakin o rəsmi sənəd kimi qəbul etmədi, dedi yazılı müraciət etməlisiniz. Daha sonra Təhsil Nazirliyinə müraciət etdi. Təhsil nazirliyinin nümayəndəsi Tahir Həsənov onu qəbul etdi, həmin məktubu onlara göstərdi və sənədin arxasında Nazirliyin nümayəndəsi qeyd etdi ki, rəsmi sənəddir qəbul edilməlidir, sonra müəllimə həmin məktubu qəbul etdi. Müəllimənin işdən azad edilməsi tam qanunsuzdur, qərəzlidir və əmr ləğv edilməlidir, müəllimə işinə bərpa edilməlidir və ona dəymiş ziyan ödənilməlidir. Məhkəmə baxışı iclasında Cavabdeh direktoru Nümayəndə3 izahatında bildirmişdir ki, son haqq hesabı işdən çıxan zaman iddiaçıya göndərmişlər. İddiaçının şəxsi işi məktəbdədir. İddiaçı işdən çıxma ilə bağlı məktəbə heç bir ərizə verməyib. Hətta sentyabrın 16 Bilik günü Səriyyə müəllimə işdə olmayıb. Öz rəhbərlik etdiyi sinifin şagirdlərinə belə psixoloq rəhbərlik edib. Məktəb müəllimləri məktəbdən kənara hara gedirlərsə ərizə verirlər. Lakin Səriyyə müəllimə ərizə verməyib. Üzvlər 54 nəfər müəllim, 17 nəfər texniki işçidir. Həmkarlar tərəfindən iclas keçirilib. Məktəbdə yaradılan həmkarların sədri və müavini həmkarların qərarı ilə seçilib. Barışıq sazişindən məlumatı var idi. Orada iştirak edən məktəb direktoru ondan əvvəlki direktor olubdur. Dərs saatlarının bölünməsi məktəb rəhbərliyinin səlahiyyətindədir, bu bölgüdə təhsil şöbəsinin iştirakı yoxdur. Mübahisəli məsələlər yaranarsa təhsil şöbəsinin və ya təhsil nazirliyinin əməkdaşı gəlib müdaxilə edə bilər. Dərs yükünün artması, azalması məktəb rəhbərliyinin üzərində olur, bunun da səbəbi siniflərin açılıb-bağlanması ilə bağlıdır. Siniflərin açılıbbağlanması zamanı təhsil şöbəsinə təqdimat göndərilir. Onlar da gəlib yerində müəyyənləşdirir. Siniflər bağlanarkən dərs saatı azalır, hansı ki, 2022-ci ildən siniflərdə bağlanmalar olubdur. Şagird sayı aşağı olduğu üçün. 30 sentyabr tarixində pedoqoji şuranın iclası keçirilibdir, qərarı olubdur. Qərarda yazılıb ki, işə gəlmədiyi üçün Səriyyə müəllimə xəbərdarlıq elan edilsin. İntizam pozuntusudur, lakin xəbərdarlıq intizam tənbehi deyil. Məktəbin pedaqoji şurasının protokol kitabı vardır və orada qeyd olunubdur. 30 sentyabrda bir neçə məsələ var idi, ona görə növbədənkənar iclas keçirilmişdir. Biri də müəllimənin işə gəlməmə məsələsi idi. Müəllimənin xəbərdarlığı, iclasla bağlı məlumat elanlar lövhəsinə vurulmuşdu. İddiaçının vəkili əlində sorğu gətirib dərhal sənədləri tələb edirdi. Sorğusunda pedaqoji şuranın qərarı yox idi. Sadəcə deyirdi ki, hansısa intizam məsuliyyətinə cəlb edilib ya yox. O da bildirmişdir ki, pedaqoji şuranın qərarı ilə xəbərdarlıq edilib. Cəlil bəyə bildirmişdir ki, sənədləri iş yerinə Asan Vəkil Bürosuna göndərəcək. O isə deyirdi ki, o sənədləri indi alacaq. O isə bildirirdi ki, bunun üçün müraciətə baxılma müddəti ərzində sənədlər göndəriləcək, o nə əmək müfəttişliyi, nə yoldaşında olmasını bildirməmişdir. Məktəbdə hər kəs həmkarların üzvüdür, 5 nəfər Komitə üzvüdür. İddia müddətinin tətbiqinə dair ərizəsinin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında izahat verən cavabdeh təşkilat Naxçıvan şəhər İ.Səfərli adına 1 nömrəli tam orta məktəbin direktoru Nümayəndə3 vəkili Vəkil2 izahatında bildirmişdir ki, verilmiş vəsatətə münasibət bildirirək hesab edir ki, əsassızdır. Bu vəsatətin mövzusu tərəflər arasında olan cinayət və xüsusi ittiham qaydasında proseslərdə müzakirə edilir. Hələ də tərəflər arasında bir neçə məhz bununla bağlı məhkəmə iclasları davam edir. Bu həmkarlar protokolu sədrin seçilməsi ilə bağlıdır. Heç bir məktəbdə əsli ilə düzdür möhürü yoxdur. Həmkarlar ittifaqının da möhürü vardır, lakin məktəb həmkarların möhürü yoxdur. Könüllülük prinsipi əsasında həmkarlar ittifaqı müəsisə daxilində yaradıla bilər. Hörmətli məhkəmə! İddiaçı tərəf dayanmadan hədəqorxu tipli cümlələrlə çıxış edir. Hesab edir ki, bu cür sözlərə ehtiyac yoxdur. Əlavə olaraq Naxçıvan MR Prokurorluğunda cinayət işinin başlanması ilə bağlı rədd qərarını da məhkəməyə təqdim edir. Direktorun qanunsuz hərəkətləri və ya onun haqqında şikayətdə olan bütün hallar öz təsdiqini tapmamış və əməldə cinayət tərkibi olmamışdır. Bu barədə də qərar qəbul edilmişdir. Onlar vəkildir, kimisə nə iləsə ittiham edirsə sübuta söykənməlidir, dedikləri hər bir söz sübut olunmalıdır. Əgər sübut olunmasa Asudə xanımdan xahiş edəcək hörmətli vəkil haqqında xüsusi ittiham qaydasında məhkəməyə şikayət etsin. Çünki bu şər və böhtandan başqa bir şey deyil. Əmək Məcəlləsinin 19-cu maddəsinə görə məktəbdə həmkarlar təşkilatının yaradılması qanunsuz deyil. Məhkəmə baxışı iclasında mütəxəssis Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi X17 izahatında 2020-ci ildən dərs saaatının 28 saatdan endirilməsi ilə əlaqədar müqayisənin hesablanılıb çıxarılmasının məktubla tələb olunduğunu, onlar hər il üzrə bütün dərs yüklərini çıxardıqlarını, 2020-ci ildə müəllimənin 24 saatı, 2021-ci ildə 22 saatı, 2022-ci ildə 26 saatı, sonra 30 saatı ən sonda isə 26 saat dərs verildiyini, stavka ilə hesablandığını, müəllimənin dərs yükü stavkasının onun aldığı 10 faizə, onun rəhbərliyinə və sair nüansların üst-üstə toplandığını, ondan sonra əmək haqqının hesablanıb çıxarıldığını, hesablanan əmək haqqının günə görə bölündüyünü, ümum təhsil məktəblərində, sentyabr ayının biri və on beşi arası ötən tədris ili ilə 16 sentyabrdan sonra isə yeni tədris ili ilə dərs yükü verildiyini, 30 saat dərs yükü üçün əmək haqqı stavka üzərindən çıxarıldığını, 1 stavka dərs yükünün 18 saatla hesablandığını, 785 manat stavkasıdırsa bunun 18-ə bölündüyünü, dərs saatın neçə saatdırsa 30 saatdırsa 30 a 24 saatdırsa 24 ə vurulduğunu, əlavə müəllimənin sertifikasiyadan keçdiyi faizə görə hesablanması aparıldığını, balına görə 10 faiz və ya 35 faiz əlavə olunduğunu, müəllimənin dərs yükü 2020-ci ildə 22 saat, sonra qalxıb 26 saat, 30 saat, 28 saat və ən sonda 26 saat olduğunu, cədvəldə müəllimənin hər ay 24 saatla aldığı əmək haqqı və 28 saatla artıq bu qədər olduğunu cədvəldə illərə uyğun olduğunu, 2022-ci ilin yeni tədris ilində 26 saat olduğunu, mənfi yazılma səbəbi 30 saatla hesablandığı lakin müəllimənin tələbinin 28 saatla olmasına görə 2023-2024-cü illərin 30 saatla hesablandığını, 2023- 2024-cü illərdə 28 saatla olan fərqləri çıxanda 30-la hesabladıqlarını, şöbədə həmkarların sədri Ceyran müəllimə olduğunu, onda olan sənədlərin nə olduğunu bilmədiyini, lakin onları çıxarıb təqdim edə biləcəyini, sinif komplektinə uyğun olaraq dərs yükü yarandığını, 10 sinifə qədər 0.5 stavka 10 sinifdən 20 sinifə qədər 1 stavka, 20 sinifdən 30 sinifə qədər 2 stavka ilə məşğələlərin ödənişinin hesablandığını, bunun məqsədi ümumtəhsil məktəblərində məşğələlərə, tədbirlərə idman dərsi üzrə uşaqlar hazırlaşdırıldığını, bunun üçün əmək haqqının aldığını və artıq onların prosesinin orada bitdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X4 ifadəsində Səriyyə müəllimənin hər il bütün müəllimlərlə birgə dərs saatı ilə təmin olduğunu, bu il artıq dərs saatı istədiyini, ibtidai siniflərdən də dərs saatı istədiyini, buna da ibtidai sinif müəllimlərinin razılıq vermədiyini, çünki bir ibtidai sinif müəllimi olaraq onun informatika və ingilis dilindən başqa bütün dərsləri tədris etmək hüququ olduğunu, amma yenə də müəyyən səbəblərdən hər kəsin çörək yemə haqqı olduğunu, hər kəsin evinə pul aparma haqqı olduğunu, buna görə hər kəsin özünün hüquqları olsa belə dərs tələb etmədiyini, müəllimənin də ibtidai siniflərə dərs demək istədiyini, dərs saatının artıq olmasını istədiyini onların da razı olmadıqlarını, iclasların olduğunu bu məsələlərin ortaya qoyulduğunu, Səriyyə müəllimənin heç bir iclasda iştirak etmədiyini, dərs bölgüsündə iştirak etmədiyini, ümumiyyətlə dərsə gəlmədiyini, bu məsələlərin pedeqoji şurada ortaya qoyulduğunu, təhsil şöbəsinə də xəbər verildiyini, iclasın gündəliyinin Səriyyə müəllimənin işdən azad olunması ilə bağlı olduğunu, Həmidə müəllimənin də iştirak etdiyini, iclasda Asudə müəllimənin də, dərs hissə müdirinin də iştirak etdiyini, digər müəllim kollektivi də iştirak etdiyini, iclasın məktəbin 1-ci mərtəbəsində müəllimlər otağında keçirildiyi, özünün hər iki iclasda iştirak etdiyini, oktyabr ayında həmkarlar iclasının keçirildiyini, saat təxminən 1-dən sonra keçirildiyini, dərsdən sonra keçirildiyini, pedeqoji şuranın sentyabrın sonu, həmkarların isə oktyabrın əvvəli olduğunu, müəllimlərin vatsapp qrupu olduğunu, direktorun və dərs hissə müdirisinin iştirak etdiyini, dərs hissə müdirinin həm məktəbdə elan lövhəsində elan yerləşdirdiyini, həm də Whatsapp qrupunda məlumat verdiyini, təxminən 2-3 müəllimdən savayı hər kəsin iclasda olduğunu, iclasda Həmidə müəllimənin də iştirak etdiyini, təhsil şöbəsinin əməkdaşı olduğunu, həmkarların iclasında iştirak etdiyini, Cəmilə müəllimənin, Asudə müəllimənin iclasda danışdığını, həmkarların iclasında Səriyyə müəllimə ilə bağlı problemlər ortaya qoyulduğunu, müəllimlərə sual verildiyini, Səriyyə müəlliməni dərsdə görüb-görmədiklərini soruşulduğunu, Səriyyə müəlliməyə dərs bölgüsündə 26 saat dərs verildiyini, lakin dərslərdə iştirak etmədiyini, Səriyyə müəllimənin işdən azad olunması ilə bağlı danışıq olduğunu, sentyabr ayında evində ağır xəstəsi olduğunu və artıq vəfat etdiyini, bu zamanda belə dərslərə gəldiyini, iclaslarda da iştirak etdiyini, vacib bir məsələ olmadığı təqdirdə iclasdan qalmadıqlarını, nə olur-olsun iştirak etdiklərini, hətta iclasda ayaq üstə duran müəllimlərin olduğunu, özünün belə pəncərənin qarşısında dayandığını, müəllimlərin çox olduğunu, dərsin bitmədiyini lakin məktəbdə şagirdlərin olduğunu, ibtidai siniflərin dərsinin bitdiyini, həmkarların iclasının axırında onlardan da soruşulduğunu, Fatma müəllimənin Səriyyə müəllimənin işdən azad olunması qərarının oxunduğunu, qərarı Fatma müəllimənin oxuduğunu, iclaslar barədə məktəbdə elan lövhəsinin olduğunu, 2-3 gün qabaq elanın vurulduğunu, Whatsapp qrupunda Səriyyə müəllimənin olub-olmadığını dəqiq bilmədiyini, Səriyyə müəllimənin nömrəsinin onda olmadığını, Fatma müəllimənin iclasda mesajı göstərdiyini, mesajın mavi rəng olduğunu cavablandırılmadığını dediyini, Səriyyə müəllimənin bu il dərsdə iştirak etmədiyini, işə gəlmədiyini, iclasda ona Səriyyə müəllimənin dərsə gəlməməsinin səbəbi barədə sual verildiyini, o da bilmədiyini dediyini, iclas olan günü iclasın saat 12-dən sonra olduğunu, özünün şəxsən iclas barədə Səriyyə müəlliməyə məlumat vermədiyini, mesajın göndərildiyini, elanın verildiyini, özünün 2 ilə yaxındır ki Səriyyə müəllimə ilə danışmadığını, inciklikləri olduğunu, özünün də Səriyyə müəllimə ilə başqa heç bir münaqişəsinin, probleminin olmadığını, pis zamanlarında yanında olduğunu, iclasda demək olar ki, müəllimələrin hamısının iştirak etdiyini, bəlkə 2-3 müəllimənin olmadığını, iclasda açılışı Asudə müəllimənin etdiyini, Həmidə və Cəmilə müəllimənin də danışdığını, gündəliyə çıxarılan məsələlərin deyildikdən sonra iclasa çıxarıldığını, əsas problemin müəllimin dərsdə iştirak etməməsi olduğunu, Səriyyə müəllimənin müəllimə layiq olmayan davranışlar etdiyini, verilən saatdan artıq saat tələb edərkən digər yoldaşları da düşünməli olduğunu, nə olursa olsun bir ailə, bir kollektiv olduqlarını, mədəni və sakit olaraq deyə biləcəyini, Asudə müəllimə də onu, o da Asudə müəlliməni başa düşə biləcəyini, lakin bunu tiktokda canlı açaraq, sosial şəbəkədə hallandıraraq etməməli olduğunu, dərsdə iştirak etmədiyini, keçən il dərs saatı istədiyi zaman ibtidailərin buna razı olmadığını, Səriyyə müəllimənin də ibtidailəri burda sürüyərəm dediyini, dərs bölgüsündə ibtidailərin dərsini istədiyini, ibtidai sinif müəlliməsi sinifində bütün dərsləri tədris edə biləcəyini, bədən tərbiyəsinin də buna daxil olduğunu, bədən tərbiyəsi dərsi demək özünün də ixtiyarı oluğunu, özünün də tək ailə başçısı olduğunu tək övlad böyütdüyünü, heç bir tərəfi müdafiə etmədiyini, Səriyyənin dərs istədikdə onun hüququnu qorumadığını, dərs keçmək onun da haqqı olduğunu, dərs bölgüsündə Səriyyə müəllimənin ibtidai siniflərin dərsini istədiyini onların da razı olmadığını, Səriyyə müəllimənin də ibtidailəri sürüyərəm dediyini, dərsi onun verməli olmadığını ondan dərs istənilməyəcəyini, iclasın saatını dəqiq olaraq deyə bilmədiyini saat 12-1 dən sonra olduğunu, günorta olduğunu, pedeqoji şuranın qərarının sədri, katibi imzaladığını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X19 ifadəsində sentyabr ayında pedeqoji şuranın olduğunu, şurada da Səriyyə müəllimənin bir aydır işə gəlməməsini müzakirəyə çıxardıqlarını, oktyabr ayında həmkarların iclasında iştirak etdiklərini, həmkarların iclasının günün birinci yarısında olduğunu, saat 1-ə qədər onun dərsdə olduğunu, iclasın da saat 1-ə qədər müddətdə olduğunu, neçə nəfər iştirak etdiyini bilmədiyini, müəllimlər otağında olduğunu, orada dəyirmi uzunsov masa olduğunu, təxminən 50-60 stul olduğunu, 50-dən az olmadığını, iclasda məktəb direktorunun da iştirak etdiyini, Cəmilə müəllimənin hər iki iclasda olduğunu, Asudə müəllimənin də həmkarlar iclasında olduğunu, iclasda birinci Asudə müəllimə ümumi müzakirəni ortaya qoyduğunu, sonra Səfurə müəllimənin çıxış etdiyini, həmkarlarda gündəlikdə olan müzakirə Səriyyə müəllimə ilə bağlı olduğunu, Asudə müəllimənin Səriyyə müəllimənin evinə göndərdiyi xəbərdarlıq məktublarını göstərdiyini, iclasın nə qədər çəkdiyini bilmədiyini, pedeqoji şurada məktubları göstərdiklərini, müəlliməyə məktublar göndərildiyini, Fatma müəllimənin mesaj da yazdığını, o mesajı göstərdiklərini, mesaja cavab verilmədiyini, müzakirədə müəlliməyə zəng edildiyində telefonları açmadığını, məktublar göndərildiyini bildirdiklərini, Səriyyə müəllimənin icazəsiz işdən qaldığını, heç bir yerə məlumat vermədiyini, özünün sinif rəhbəri olduğunu, onun sinifinə Səriyyə müəllimənin bədən tərbiyə dərsi keçdiyini, Səriyyə müəllimənin dərsinin boş olduğunu, boş dərslərdə özünün və Surə müəllimənin, Coşqun müəllimin dərsi əvəz etdiyini, ümumiyyətlə Səriyyə müəllimənin sentyabr ayının 15-dən dərs başladığından bəri sentyabrın sonunadək dərsdə olmadığını, avqust ayında onlarla oturduğunu, dərs başlayanda Səriyyə müəlliməni görmədiklərini, iclasda söhbətin müəllimənin neçə vaxtdır icazəsiz qaldığını, hətta müəllimənin yaxın olduğu şəxslərdən Səriyyə müəllimədən xəbər olub olmamasını, dərsdə olmamasının səbəbini bilib bilməməsini bəlkə xəstə olduğunu və ya başqa problem olub-olmadığını soruşduqlarını, onlar da bilmədiklərini, dərsdə iştirak etməyə-etməyə məktəbə gəlməyini görmədiyini, işinə xitam verilməyinə və heç kəsin çörəyinə bayis ola bilməyəcəyini, işdən çıxarılma səbəbinin sentyabr ayının 15-dən dərsə gəlmədiyini, bu məsələdən hər yerin, təhsil şöbəsinin xəbərinin olduğunu, iştirak etmədiyi üçün müəllimənin cəzalandırıldığını, iclasda direktor Xəyalə müəllimə və Əfruz müəllimədən Səriyyə müəllimənin gəlməmə səbəbini soruşduqlarını, onların da bilmədiklərini, bu məsələnin pedeqoji şurada da olduğunu, pedeqoji şurada ilk məsələ oktyabr ayından dərnəklərin başlanması ilə başladığını, sonra Səriyyə müəllimənin bir aydır işə gəlməməsinin müzakirə edildiyini, həmkarlarda da tək müzakirənin Səriyyə müəllimənin işə gəlməməsi olduğunu, dərnəklərin müzakirə olunmadığını, iclası kimin açdığını xatırlamadığını, Səfurə müəllimənin müəllimlərə müraciət etdiyini, Səriyyə müəllimənin gəlməməsinin səbəbini soruşduğunu, onların da bilmədiklərini dediklərini, Fatma müəllimədən soruşduqlarını, onun da mesaj yazdığını dediyini, ona cavab vermədiyini, zənglərinə baxmadığını dediyini, bu müzakirənin olduğunu, o iclasda da Asudə xanımın iştirak etdiyini, iclası onun təşkil etdiyini, sonuncu iclasın oktyabrın 3-ü keçirildiyini, saatı yalandan deyə bilmədiyini, həmkarların hüquqlarını bilmədiyini, bu mövzuda müstəqil olduğunu, səhvliyi olduqda dövlətin onun işinə qarışa biləcəyini, müstəqil olmasının mövzudan asılı olduğunu, Asudən müəlliməni 2-3 ildir tanıdığını, Səriyyə müəlliməni uzun illərdir tanıdığını, kimsənin hüququnu pozmadığını, poçtla göndərilən məktublar olduğunu, həmkarlar komitəsinin məktub göndərdiyini, Səriyyə müəlliməyə özünün zəng etmədiyini, digər müəllimələrin zəng etdiyini açmadığını bildiyini, iclaslar olduqda məktəb qrupuna iclasın saatı yazıldığını, dərsinin bitdiyində evə gedib sonra iclasa gəldiyini, iclasda həmkarlarda Səfurə müəllimənin çıxış etdiyini məktublar göndərildiyini dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində həmkarlar komitəsinin katibi olduğunu, sentyabrın 30-da pedeqoji şura keçirildiyini, həm də pedeqoji şuranın katibi olduğunu, iclasda Səriyyə müəllimənin işə gəlməməsi məsələsi qaldırıldığını, növbədən kənar iclas keçirildiyini, oktyabr ayının 3-də həmkarlar təşkilatının iclasının keçirildiyini, orada da onun katib olduğunu, Səriyyə müəlliməyə mesaj göndərdiyini, ona iclasın keçiriləcəyini, iştirakının vacib olduğunu dediyini, Səriyyə müəllimənin mesajı oxuyub ona cavab vermədiyini, iclasda iştirak etmədiyini, təhsil şöbəsindən Həmidə xanımın da iştirak etdiyini, Səriyyə xanımın işə gəlməməsi məsələsinin qaldırıldığını və Səriyyə müəllimənin işdən azad olunması haqqında məsələyə baxıldığını, təşkilatın sədrinin Səfurə Hüseynova olduğunu, müəllimələrdən Asudə və Cəmilə müəllimənin iştirak etmədiyini, Cəmilə müəllimənin dərs hissə müdiri olduğunu, iclasın günün ikinci yarısında keçirildiyini, dərsdən sonra saat 3-ün yarısı iclasa başladığını və Həmidə müəllimənin də gəlib iştirak etdiyini, müəllimlər otağında keçirildiyini, bir iki müəllimdən başqa hər kəsin iştirak etdiyini, gündəliyi onun açdığını, sədrinin Səfurə Hüseynova olduğunu, katib o olduğu üçün gündəliyi onun açdiğını, gündəlikdə məsələnin Səriyyə müəllimənin işə gəlməməsi olduğunu, Səriyyə müəllimənin məktəbə gəlmədiyi barədə ona müraciət etdiyini, ona iclasın keçiriləcəyini, iştirakının vacib olduğunu dediyini, pedeqoji şuradan ona materialların gəldiyini, qərarın olduğunu, pedaqoji şuranın qərarının məktəb rəhbəri təsdiqlədiyini, digər materialların olubolmadığını bilmədiyini, müəllimənin dərsdə və məktəbdə iştirak etmədiyini, pedeqoji şurada da müzakirəsinin olduğunu sonra da həmkarlara gəldiyini, katib olaraq da onun iclası apardığı, başqa söz-söhbətin olmadığını, Səriyyə müəlimənin həmişə məktəbdə olduğunu, lakin o müddətdə olmadığını, iclas barədə mesajı Whatsapp üzərindən göndərdiyini, müəllimənin oxuduğunu, göy xətt düşdüyünü, özünün də məktəbdə işlədiyini, Səriyyə müəllimənin o müddətdə sentyabr ayının 15-dən bəri dərs açılandan bəri dərsdə olmadığını, başqa bir şey bilmədiyini, bilmədiyi şeyi deyə bilməyəcəyini, ona arayış gəldiyini, Səriyyə müəllimənin dərsə gəlmədiyi pedeqoji şurada da iclasa çıxarıldığını, onların da müzakirəyə çıxardığını, oranın katibi olduğunu başqa bir şey bilmədiyini, ona Səriyyə müəllimənin dərsə gəlməməsi barədə təqdimat gəldiyini, onların da iclas keçirdiyini, iclas barədə rəsmi qaydada yox telefonla xəbər verdiyini, iclas zalında 40-45 müəllimin iştirak etdiyini, 5 nəfər komitə üzvü olduğunu, Asudə və Cəmilə müəllimədən savayı 3-4 müəllimənin iştirak etmədiyini, Səriyyə müəlliməni 20 ildir tanıdığını, onun heç bir qəsd-qərəzi olmadığını, ilk dəfə məhkəməyə gəldiyini, bu yaşına qədər məhkəmə tanımadığını, hakim qabağına çıxmadığını, işçinin tərəfində olduğunu, töhmət və ya şiddətli töhmət verilib-verilməyəcəyini bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri işlədiyini, Səriyyə müəllimənin işə gəlmədiyinə görə aktlaşdırıldığını, işə getmədiyini, zənglərə cavab vermədiyini, müəllimə ilə özünün danışdığını, müəllimənin qorxduğunu söylədiyini, təhdid edildiyini söylədiyini, bu səbəbdən işə getməyəcəyini dediyini, direktorun da qanuni olaraq işə getmədiyi günləri aktlaşdırdığını, keçən dəfə də bildirdi ki, müəllimənin əli və qolu cırmaq şəklində, əlində də üzündə gözündə də qan olduğunu, o zaman bu şəkildə məktəbdə olmağın ayıb olduğunu söylədiyini, şagirdlərin digər işçilərin qarşısında bu cür məktəbə gəlib-getməyin düzgün olmadığını dediyini, oranın bazar olmadığını, təhsil müəssisəsi olduğunu bildirdiyini, ozünün o mənada söylədiyini, onun zəng etməsə belə müəlliməni işə getməli olduğunu, Səriyyə müəllimənin işi olduğunu, bu qədər problemi gətirib Təhminə xanımın o sözünə görə işə çıxmamalı olduğunu bildirməsinin düzgün olmadığını, sənin məsuliyyətin varsa müəllimə kimi, dərsə gəlməli olduğunu, özü sadəcə orda gördüklərini dediyini, bu gün 50 yaşı olsa belə bu cür hadisənin heç vaxt görmədiyini, gedib məruzə etdiyini, bunun bağışlanmaz hal olduğunu, elə şey ola bilməyəcəyini, məktəbdə müəllimin direktoru döydüyünü, direktorun müəllimə nəsə edəcəyini elə şey ola bilməyəcəyini, hansı sözü hansı məqamda işlətdiyini bildiyini, sadəcə bu proseslərin hamısının məruzə etməli olduğunu dediyini, bu halda işləmək olmadığını, hər dəfə təhsil işçilərinin və şagirdlərin önündə bu proseslər getdikdə onun bunu necə qəbul edəcəyini, özünün də həyacan təbili çaldığını, onun kimin kimə əl qaldırdığını görmədiyini, gördüklərini dediyini, təhsil müəssisəsində bu hadisələrin olmasının bağışlanılmaz olduğunu, Azərbaycanın heç bir yerində belə bir şeyin olmadığını, Səriyyə müəllimənin qorxduğunu onu təhdid etdiklərini dediyini, onun bu məsələni tərəfli qarşılamadığını, Asudə xanıma da ona da günahının olduğunu belə olmamalı olduğunu dediyini, sonra yenidən Asudənin özünə döndüyünü onun haqqında da məruzə etdiyini, necə ki deyirdi Səriyyə müəllimə Asudəni vurmusan, o deyirdi vurmamışam, ona da təhdid etmisən dediyini, o da etmədiyini dediyini, onun gözünün önündə olmadığını, bilmədiyini, hər ikisini birlikdə dəvət etməyin o anda düz olmadığını, az qala bir-birlərini öldürə biləcəklərini, dövlət orqanlarının Səriyyə müəllimənin müəllimləri otağa salıb qapını kilidləməsini araşdırmalı olduğunu, onu Asudə xanımın təhdid edib-etmədiyini bilmədiyini, hirslənib söz göndərdiyini, oranın təhsil müəssisəsi olduğunu, problemin və ya sözün varsa başqa yerdə görüşüb danışmalı olduğunu, məhkəmədə danışmalı olduğunu, təhsil müəssisəsində etməməli olduğunu, Səriyyə xanımın özünə-ailəsinə qarşı necə humanist davrandığını, bunun onun vəzifə borcu olduğunu, hansının problemi varsa hansında nöqsan varsa onu da cəzalanacağını, dəfələrlə danışdıqda ona qızım balam deyə müraciət etdiyini, barışmalarını, bu şeyi kənara atmalarına belə olmamalı olduğunu, şagirdlərinin olduğunu, onlara nümunə olduqlarını, bu cür o qədər söhbətlər etdiyini, onun heç kimə dəli demədiyini, hər iki tərəfə hirsləndiyini, Asudəyə bağlı qapını açmağa ixtiyarı olmadığını dediyini, dəfələrlə Asudə xanıma bəlkə müəllimənin əşyası var orda, özü də deyirdi, o da Asudəyə Səriyyənin düz dediyini, oranı açmamalı olduğunu, onun digər məsələlərdən xəbəri olmadığını, onu ora nazirliyin göndərdiyini, ona zəng gəldiyini, təcili məktəbə gedib nə problem olduğuna baxmalı olduğunu, araşdırmalı olduğunu, elə bir hadisəyə şahid olduğunu, kimsəyə tərəf çıxa bilmədiyini, onun Səriyyə müəlliməyə dərsə gəlmə demədiyini, onun elə bir səlahiyyətinin olmadığını, həmin vaxt müvəqqəti şöbə müdiri işlədiyini, hadisə zamanı Səriyyə müəllimə ilə danışmaq olmadığını, onun atası ilə danışmamalı olduğunu, onun işçisinin Səriyyə olduğunu, atasına sadəcə Səriyyənin vəziyyətinin pis olduğunu onu gəlib götürməli olduğunu dediyini, təhsil şöbəsinin özünün həmkarlar ittifaqı olduğunu, növbədənkənar pedeqoji şuraların keçirilə biləcəyini, həm şagird həm də müəllimlə bağlı hal olduqda növbədənkənar iclas keçirildiyini, bu məsələlər olduqda o müvəqqəti və 5 gün içində təyin olunduğunu, nazirlik səviyyəsidə məsələnin həll ediləcəyini düşündüyünü, məsələnin sülh yolu ilə həll olunacağını düşündüyünü, gələn məktubun kitaba işləndiyini, güman ki qarşısının açıq qaldığını, onun ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını, qırğın qiyamətin içindən Səriyyəni çıxardığını, Səriyyənin bədəninin əsdiyini, o zaman Cəlil müəllimə o qızın da yazıq olduğunu dediyini, başqa bir şey demədiyini, onun üstünə şər atıla bilməyəcəyini, onlara hər hansı məktub gəldikdə hansısa məktəb barədə, onlar o məktubu aidiyyatı olan məktəbə göndərdiyini, özlərinin bir cavab yazmadığını, həmin məktəbin cavab yazıb göndərdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X6 ifadəsində Naxçıvan Şəhər təhsil şöbəsinə, Cavabdeh direktoru tərəfindən yazılan təqdimat əsasında məktub ünvanlandığını, 3 oktyabr tarixində keçiriləcək iclasda Təhsil şöbəsindən də bir nümayəndənin iştirakı nəzərdə tutulduğunu, həmin dövr ərzində də 1 nömrəli məktəbdə kadr nəzarət vəzifəsinin onun yerinə yetirdiyini, Təhminə xanımın onun iştirak etməsini məsləhət bildiyini, 3 oktyabr 2024-cü ildə həmin iclasda iştirak etdiyini, iclasın saat 3-ün yarısı başladığını, ilk olaraq şuranın katibi Fatma müəllimə tərəfindən şura sədrinə ünvanlanmış təqdimatın oxunduğunu, məqsədin aydınlaşdırıldığını, Səriyyə müəlliməyə teleqramın vurulmasını, hansı nömrələrlə əlaqə saxlandığını, cavabın alınıb-alınmaması haqda məlumat verildiyini, sonra Səriyyə müəllimənin 2 sentyabr tarixindən həmin tarixədək işdə olmaması ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70.ci baddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasının müzakirə olunduğunu, şuranın razılığının olub-olmamasının müzakirə olunduğunu, iştirak edən kollektivdən narazılıq əks etdirən heç bir şəxsin olmadığını, razılığın əldə olunduğunu, həmin qərarın verildiyini, iclasın 1-ci mərtəbədə keçirildiyini, iclasın müəllimlər otağında keçirildiyini, 40-50 aralığında iştirakçı sayının olduğunu, artıq dərs prosesinin yekunlaşdığını, iclası katib Fatma xanımın açdığını, ilk olaraq məktəb rəhbərliyinin şuraya ünvanladığı təqdimatın oxunduğunu, sonra xidməti yazının oxunduğunu, müəllimlərə müraciət olunduğunu, etiraz olub olmamasının soruşulduğunu, ola bilər ki, Səriyyə müəllimənin hər hansı bir səbəbi məktəb rəhbərliyinə yox hər hansı bir müəllimə bildirə biləcəyini, səhhəti ilə bağlı problem olub-olmamasını soruşulduğunu, müəllimlərin də heç bir problem olmadığını söylədiklərini, həmkarların sədri Səfurə müəllimənin də iştirak etdiyini, direktorun orada olmadığını, sualları müəllimlərin nəzərinə katibin çatdırdığını, direktorun iclasda iştirak etmədiyini, özünün, şuranın işçilərinin və digər müəllim kollektivinin iclasda olduğunu, ayaq üstə duran kimsənin olmadığını, hər kəsin oturduğunu, həmkarlar ittifaqının funksiyasının, Əmək məcəlləsinin 80-ci maddəsinə əsasən işə götürənin, işçini həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etdikdə həmkarlar ittifaqının buna razılığını almaq şərti ilə azad edə biləcəyini, hər bir qurumun özünün həmkarlar ittifaqı olduğunu, möhürü həmin qurumun həmkarlar ittifaqının sədrinin vurduğunu, möhürü orada kimin vurduğu barədə məlumatının olmadığını, məktəb direktoru öz möhürü ilə təsdiqləyə bilməyəcəyini, iclasda təsdiq məsələsinin müzakirə olunmadığını bu barədə fikir bildirə bilməyəcəyini, Ceyran müəllimənin iclasda iştirak etmədiyini, Ceyran müəllimənin hal hazırda işdən azad olunduğunu, şöbədə işləmədiyini, Səriyyə müəllimənin sosial şəbəkədə çıxışı barədə məsələ müzakirə olunmadığını, təqdimatın müzakirə olunduğunu, bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində həmkarlar iclasından əvvəl 30 sentyabrda pedeqoji şuranın iclasının keçirildiyini, Asudə müəllimənin müəllimənin işə gəlməməsi ilə bağlı həmkarlara təqdimat göndəriləcəyini, 1 oktyabr tarixdə onlara təqdimat ünvanlandığını, onlar da 3 oktyabrda saat 14:30 da iclas təşkil etdiklərini, şöbəyə də məktubla müraciət etdiklərini nümayəndə göndərmələrini istədiklərini, onların da Həmidə xanımı göndərdiklərini, iclası katibin açdığını, təqdimatla tanış etdiyini, Səriyyə müəllimənin ünvanına zənglər olduğu hansı nömrələrlə əlaqə saxlanıldığını, cavab olmadığını bildirdiyini, cari məsələnin Səriyyə müəllimənin intizamsızlığı olduğunu, iclas başladıqda dərsin bitdiyini, iclasın birinci mərtəbənin müəllimlər otağında keçirildiyini, iclasda təxminən 5-10 nəfərin iştirak etmədiyini, digər bütün kollektivin iştirak etdiyini, ayaq üstə duranların olmadığını, başda özünün oturduğunu yanında isə katib Fatma müəllimənin və Həmidə müəllimənin oturduğunu, Asudə müəllimənin həmkarlar iclasında iştirak etmədiyini, kollektivdən Səriyyə müəllimənin hansısa səbəbdən dərsə gəlmədiyini, kiməsə məlumat verib vermədiyini soruşduqlarını, kimsənin xəbəri olmadığını, iclasın təxminən yarım saat müddət keçirildiyini, həmkarların möhürü olmadığını, sənədləri məktəb müdirinə verdiklərini, müdirin təsdiqlədiyini, başqa bir şey bilmədiyini, bu barədə maraqlanmadığını, möhürlərinin olmadığını, onların qərar vermədiyini, sadəcə rəy verdiklərini, müzakirə olunan məsələnin Səriyyə müəllimənin 20 gündən çox işə gəlməməsi olduğunu, iclasda kollektivdən kimsənin məlumatı olub- olmamasını və ya işə gəldiyini görməsi və digər səbəbləri bilib-bilməməsi məsələsinin müzakirə olunduğunu, qarşı tərəfə iclasın zamanı barədə məlumat üçün zəng vurduqlarını, əlaqə saxlaya bilmədiklərini, başqa rəsmi qaydada məlumat vermədiklərini, həmkarların qərar qəbul etmədiyini sadəcə rəy verdiyini, protokolda komitə üzvlərinin 5 nəfər olduğunu, rəyin təsdiqi üçün yetərli qədər say olduğunu, həmin vaxt təhsil şöbəsindən həmkarların sədri Həlimə xanımının olduğunu, Ceyran müəllimənin olmadığını, səhhəti ilə bağlı iştirak etməyən bəzi az sayda müəllimələrin olduğunu, özünün kimsəylə qərəzi olmadığını, müəllimənin özünün də bunu yaxşı bildiyini, onun sadəcə təqdimat əsasında rəyi işə davamsızlığa görə verdiklərini, özünün şəxsən iclas barədə məlumat vermək üçün Səriyyə müəlliməyə zəng etmədiyini, katibin zəng etdiyini, cavab ala bilmədiyini, həmkarların qovluğunun olduğunu, müqavilələrinin və gələn sənədlərin orada olduğunu, möhürlərinin və ştamplarının olmadığını bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, təqdim edilmiş sənədləri işin faktiki və hüquqi halları ilə qarşılıqlı şəkildə tədqiq edib iddia tələbin rədd edilməsi nəticəsinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Məhkəmə qeyd edir ki, iddia tələbi iki hissədən ibarətdir, əmrin ləğv edilməsi, işə bərpa və dərs saatlarının azaldılması nəticəsində vurulmuş ziyanın ödənilməsi. İşə baxılan zaman müəyyən edilmişdir ki, hər iki tələb müstəqil tələbdir və ikinci tələb birinci tələbdən asılı deyildir. Belə ki, dərs saatlarının azaldılması nəticəsində vurulmuş ziyanın ödənilməsini iddiaçı barışıq sazişinin şərtlərinin pozulmasının nəticəsi kimi məktəbdə 2020-ci ildən sonra azaldılmış dərs saatlarına uyğun vurulmuş ziyanı tələb etmişdir. Məhkəmə ilk olaraq tələbin ilkin hissəsi-iddiaçının işdən azad edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa edilməsi barədə tələbinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: 14 sentyabr 2007-ci il tarixli 683 nömrəli əmrdən çıxarışa əsasən, İddiaçı Cavabdeh fiziki tərbiyə müəllimi vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmışdır. İddiaçı fiziki tərbiyə və idman müəllimi vəzifəsində işə başlamışdır. 02 sentyabr 2024-cü il tarixdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə 1 nömrəli akt tərtib olunmuşdur. 04 sentyabr 2024-cü il tarixdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə 2 nömrəli akt tərtib olunmuşdur. 05 sentyabr 2024-cü il tarixdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə 3 nömrəli akt tərtib olunmuşdur. 06 sentyabr 2024-cü il tarixdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə 4 nömrəli akt tərtib olunmuşdur. 09 sentyabr 2024-cü il tarixdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə 5 nömrəli akt tərtib olunmuşdur. 10 sentyabr 2024-cü il tarixdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə 6 nömrəli akt tərtib olunmuşdur. 11 sentyabr 2024-cü il tarixdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə 7 nömrəli akt tərtib olunmuşdur. 12 sentyabr 2024-cü il tarixdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə 8 nömrəli akt tərtib olunmuşdur. 13 sentyabr 2024-cü il tarixdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə 9 nömrəli akt tərtib olunmuşdur. 16 sentyabr 2024-cü il tarixdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə 10 nömrəli akt tərtib olunmuşdur. 17 sentyabr 2024-cü il tarixdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə 11 nömrəli akt tərtib olunmuşdur. 18 sentyabr 2024-cü il tarixdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə 12 nömrəli akt tərtib olunmuşdur. 20 sentyabr 2024-cü il tarixdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə 14 nömrəli akt tərtib olunmuşdur. 23 sentyabr 2024-cü il tarixdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə 15 nömrəli akt tərtib olunmuşdur. 24 sentyabr 2024-cü il tarixdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə 17 nömrəli akt tərtib olunmuşdur. 25 sentyabr 2024-cü il tarixdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə 18 nömrəli akt tərtib olunmuşdur. 26 sentyabr 2024-cü il tarixdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə 19 nömrəli akt tərtib olunmuşdur. 27 sentyabr 2024-cü il tarixdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə 20 nömrəli akt tərtib olunmuşdur. 30 sentyabr 2024-cü il tarixdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə 22 nömrəli akt tərtib olunmuşdur. 01 oktyabr 2024-cü il tarixdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə 24 nömrəli akt tərtib olunmuşdur. 02 oktyabr 2024-cü il tarixdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə 26 nömrəli akt tərtib olunmuşdur. 03 oktyabr 2024-cü il tarixdə İddiaçı barəsində daxili nizam-intizam qaydalarına əməl etmədiyinə görə 29 nömrəli akt tərtib olunmuşdur. Cavabdeh 355 nömrəli 20 noyabr 2024-cü il tarixli arayışına əsasən, 30 sentyabr 2024-cü il tarixdə məktəbdə növbədənkənar pedaqoji şura keçirilmişdir. Həmin pedaqoji şurada İddiaçı iştirak etməsi barədə məktub ünvanlanmışdır. 30 sentyabr 2024-cü il tarixdə növbədənkənar pedaqoji şurada İddiaçı Nurəddin qızının heç bir əsaslı səbəb göstərmədən işə gəlməməsi məsələsi müzakirə edilmişdir. Məlum olmuşdur ki, İddiaçı 02,04,05,06,09,10,11,12,13,16 17,18,19,20,23,24,25,26,27,30 sentyabr 01,02 və 03 oktyabr tarixlərdə işə çıxmamış və barəsində 1,2,3,4,5,6,7,8,9,10,11,12,13,14,15,17,18,19,20,22,24,26,29 nömrəli aktlar tertib olunmuşdur. Bu məsələ barədə çıxışlar dinlənilmiş və qəbul edilmişdir və həmin qərarda İddiaçı xəbərdarlıq verilmişdir. İntizam məsuliyyətinə cəlb olunmayıb. 30 sentyabr 2024-cü il tarixli növbədənkənar pedaqoji şuradan çıxarışa əsasən, İddiaçı intizam məsuliyyətinə cəlb olunması və xəbərdarlıq edilməsi bildirilmişdir. Cavabdeh Həmkarlar İttifaqına ünvanlanmış 10 nömrəli 01 oktyabr 2024-cü il tarixli təqdimatına əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. 03 oktyabr 2024-cü il tarixli xidməti yazıya əsasən, İddiaçı üzrlü səbəb olmadan işə gəlməmiş, onunla əlaqə saxlamaq mümkün olmamışdır. 03 oktyabr 2024-cü il tarixli, 01 saylı protokola əsasən, İddiaçı qanunun tələblərinə və Cavabdeh nizamnaməsinə əməl etməmişdir. Cavabdeh 03 oktyabr 2024-cü il tarixli 153 nömrəli əmri ilə, Cavabdeh fiziki tərbiyə müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi 03 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilmişdir. Əmək kitabçasının surətindən aydın olur ki, Cavabdeh fiziki tərbiyə müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi 03 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilmişdir. Cavabdeh 03 oktyabr 2024-cü il tarixli 153 nömrəli əmrdən çıxarışına əsasən, Naxçıvan qızı şəhər 1 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi İddiaçı müəllimlərin etik davranış qaydalarını kobud şəkildə pozaraq 18 sentyabr 2024-cü il tarixdə məktəbdə tədris prosesinin gedişatına mane olacaq hərəkətlər nümayiş etdirmişdir. Eyni zamanda İddiaçı 02,04,05,06,09,10,11,12,13,16,17,18,19,20,23,24,25,26,27,30 sentyabr və 01,02 və 03 oktyabr tarixlərdə işə çıxmamış və barəsində 1,2,3,4,5,6,7,8,9,10,11,12,13,14,15,17,18,19,20,22,24,26,29 nömrəli aktlar tərtib olunmuşdur. Müəllimə dəfələrlə yazılı və şifahi müraciətlər olunsa da, işə çıxmamışdır. Fiziki tərbiyə müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Respublikası Məcəlləsinin 10-cu maddəsinin "a" və "b" bəndlərinin, "Ümumi təhsil haqqında Azərbaycan Qanunu"nun 23.3.5 və 23.3.8-ci maddələrinin, "Təhsilverənlərin etik davranış Qaydaları"nın 2.3.1-ci və 2.3.2-ci, 3.5, 4.3-cü və 4.4-cü bəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. İddiaçı özünün əmək funksiyasının və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin və məktəbin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Cavabdeh fiziki tərbiyə müəllimi İddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən 03 oktyabr 2024-cü il tarixdən ləğv edilsin. İddiaçı ilə son haqq-hesabın aparılması təmin edilsin. İ.Səfərli adına Cavabdeh İddiaçı ünvanlanmış 03 oktyabr 2024-cü il tarixli, 13 nömrəli məktubda qeyd edilmişdir. Siz məktəbdə nizam-intizam qaydalarına əməl etməmiş, 4 sentyabr 2024-cü il tarixdən 03 oktyabr 2024- cü il tarixədək heç bir əsas gətirmədən işdə olmamısınız. 2023-cü ilin sentyabr ayından 2024-cü ilin iyun ayına qədər 30 saat dərs yükü və dərsdənkənar məşğələ ilə 2024-2025-ci tədris ilində isə 26 saat dərs yükü və sinif rəhbərliyi ilə təmin olunmusunuz. 2023-2024-cü tədris ilində Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə yaranan fiziki tərbiyə müəlliminə olan ehtiyac nəzərə alınaraq Cavabdeh fiziki tərbiyə müəllimi Surə Məmmədovanın 15 sentyabr 2023-cü il tarixdən 14 iyun 2024-cü il tarixədək müddətli əmək müqaviləsi ilə qeyd olunan ixtisas üzrə dərs tədris etməsinə icazə verilmişdir. Müqavilənin müddəti bitdikdən sonra Surə Məmmədova Cavabdeh, əsas iş yerinə qayıtmışdır. Bütün bunları nəzərə alaraq 03 oktyabr 2024-cü il tarixdən sizinlə bağlanmış əmək müqaviləniz ləğv edilmişdir. “Naxçıvan MR X34 Xidməti” phş-nin 155 nömrəli, 22 noyabr 2024-cü il tarixli məktubuna əsasən, "Naxçıvan MR X34 Xidməti" publik hüquqi şəxsin həmin xidmətin Babək rayonu üzrə X34 xidmətinə 18 sentyabr 2024-cü il tarixdə saat 10:56 radələrində ünvan 3 ünvanında yaşayan İddiaçı ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə çağırış verilmişdir. Briqada ünvana gedərək İddiaçı sefalgiya diaqnozu qoyaraq 2.0 qr analqin, 1.0 qr dimedrol vena daxili vurulmuşdur. Çağırışa gedən briqada: paramedik X10, kiçik tibb işçisi X27, sürücü X11 ibarətdir. İddiaçı müraciəti əsasında Naxçıvan Şəhər Prokurorluğu tərəfindən 05 oktyabr 2024-cü il tarixli qərarla Nümayəndə3 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Naxçıvan MR X8 25 aprel 2025-ci il tarixli 37 nömrəli məktubuna əsasən, muxtar respublikanın ümumi təhsil məktəblərində ilk həmkarlar ittifaqı komitələri mövcuddur. Bu komitələr Naxçıvan şəhər Təhsil X9 Komitəsinin nəzdində birləşərək fəaliyyət göstərirlər və komitə müstəqil surətdə qərar qəbul edir. İlk həmkarlar ittifaqı komitələrində kollegial orqan kimi komitələr fəaliyyət göstərir. Komitələr üzvlərin sayından asılı olaraq formalaşır. 1 N-li Naxçıvan şəhər tam orta məktəbin həmkarlar ittifaqı komitəsinin də seçilmiş 5 komitə üzvü var. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə işdən azad olunarkən Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci hissəsinə uyğun olaraq işəgötürən həmkarlar təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Həmkarlar ittifaqı təşkilatı ən geci 10 gün müddətinə özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim edir. Müəssisənin həmkarlar ittifaqı təşkilatının müvafiq kollegial orqanının iclası (yığıncağı) o vaxt səlahiyyətli hesab edilir ki, onun tərkibinə seçilmiş üzvlərinin iclasda yetərsay normaları təmin edilmiş olsun. Cavabdeh təşkilat Cavabdeh məhkəməyə ərizə təqdim etmişdir. Həmin ərizədə göstərilmişdir ki, İddiaçı Naxçıvan Şəhər Məhkəməsinə Naxçıvan şəhəri, İ Səfərli adına 1 saylı tam orta məktəbin 03 oktyabr 2024-cü il tarixli 153 saylı əmrin ləğv olunması, əvvəlki vəzifəsinə bərpa olunması, azaldılmış dərs saatlarının bərpa olunması və dərs saatlarının azaldılması nəticəsində ona dəymiş 10000 manat maddi ziyanın ödənilməsi tələbi ilə bağlı iddia qaldırmışdır. Qeyd edim ki, İddiaçı 03 oktyabr 2024-cü il tarixdə 153 nömrəli əmrlə işdən azad olunmuşdur. İşdən azad olunduqdan 12 gün sonra yəni, 15 oktyabr 2024-cü il tarixdə İddiaçı mübahisə ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və 15 noyabr 2024cü il tarixdə mediasiya arayışı əldə etmişdir. Mediasiya arayışını 15 noyabr 2024-cü il tarixində əldə etməyinə baxmayaraq iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki iddiaçının məhkəməyə müraciət etmək üçün sonuncu tarix 03 dekabr 2024-cü il tarixidir. Bununla da iddiaçı qanunla müəyyən olunmuş bir aylıq iddia müddətinə riayət etmədən iddia irəli surmüşdür. Bu hal iddia müddətinin keçməsi deməkdir. İddiaçı 03 dekabr 2024-cü il tarixdəiddia ilə məhkəməyə müraciət etməməklə məhkəməyə müraciət etmək hüququndan müddət bitmədən istifadə etməmiş, iddia vermək üçün nəzərdə tutulan iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən qaldırılmış iddia tələbinə iddia müddətinin keçməsini nəzərə alaraq iddia müddətini tətbiq etməklə iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə tərəflərə izah edir ki, məhkəməyə müraciət etmək hüququnun məzmununa, mənasına görə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilibverilməməsindən asılı olmayaraq məhkəmə iddiaya mahiyyəti üzrə baxmalıdır. Yəni məhkəmə işin hallarını araşdırıb, sübutları qiymətləndirməklə hərtərəfli proses aparmalıdır. Araşdırmalar nəticəsində müəyyən edilsə ki, iddia müddəti üzrlü səbəblərdən ötürülmüşdür, məhkəmə həmin müddəti bərpa edir və iddia tələbinin təmin edilməsi və yaxud rədd edilməsi barədə qətnamə qəbul edir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanı, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə a) tərəflərdən birinin təşəbbüsü, b) əmək müqaviləsinin müddətinin qurtarması, c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), d) tərəflərin iradəsindən asılı olmayan hallar, e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələblərinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən işçidən yazılı izahat verilməsini tələb etməlidir. İşçinin yazılı izahat verməkdən imtina etməsi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini istisna etmir. Əmək qanunvericiliyinə görə əgər işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verirsə onun zəruriliyini əsaslandırmalı, faktlar lazımi sənədlərlə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “k” bəndində işçinin həmkarla təşkilatının yığıncağında iştirak etmək hüququ nəzərə tutulmuşdur. Ona görə də işçi üzvü olduğu həmkarlar təşkilatının yığıncağına dəvət edilməlidir. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu halda əmək münasibətlərinə xitam verilə bilər. Tərəflər arasında bağlanmış əmək müqaviləsindən aydın olur ki, Cavabdeh ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmışdır. İddiaçı fiziki tərbiyə müəllimi vəzifəsində işə başlamışdır. İş materiallarında olan əmək kitabçasının surətindən aydın olur ki, Cavabdeh fiziki tərbiyə müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi 03 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilmişdir. Cavabdeh 03 oktyabr 2024-cü il tarixli 153 nömrəli əmri ilə, Cavabdeh fiziki tərbiyə müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi 03 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilmişdir. Cavabdeh 03 oktyabr 2024-cü il tarixli 153 nömrəli əmrdən çıxarışına əsasən, Naxçıvan qızı şəhər 1 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi İddiaçı müəllimlərin etik davranış qaydalarını kobud şəkildə pozaraq 18 sentyabr 2024-cü il tarixdə məktəbdə tədris prosesinin gedişatına mane olacaq hərəkətlər nümayiş etdirmişdir. Eyni zamanda İddiaçı 02,04,05,06,09,10,11,12,13,16,17,18,19,20,23,24,25,26,27,30 sentyabr və 01,02 və 03 oktyabr tarixlərdə işə çıxmamış və barəsində 1,2,3,4,5,6,7,8,9,10,11,12,13,14,15,17,18,19,20,22,24,26,29 nömrəli aktlar tərtib olunmuşdur. Müəllimə dəfələrlə yazılı və şifahi müraciətlər olunsa da, işə çıxmamışdır. Fiziki tərbiyə müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Respublikası Məcəlləsinin 10-cu maddəsinin "a" və "b" bəndlərinin, "Ümumi təhsil haqqında Azərbaycan Qanunu"nun 23.3.5 və 23.3.8-ci maddələrinin, "Təhsilverənlərin etik davranış Qaydaları"nın 2.3.1-ci və 2.3.2-ci, 3.5, 4.3-cü və 4.4-cü bəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. İddiaçı özünün əmək funksiyasının və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin və məktəbin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Cavabdeh fiziki tərbiyə müəllimi İddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən 03 oktyabr 2024-cü il tarixdən ləğv edilmiş, İddiaçı ilə son haqq-hesabın aparılması təmin edilməsi müəyyən edilmişdir. Məhkəmə iddiaçının işdən azad edilməsi barədə işəgötürən tərəfindən verilmiş əmri mülki işin materialları ilə əlaqəli araşdıraraq belə hesab edir ki, əmr əsaslandırılmışdır. Belə ki, iş materiallarında olan aktlardan, həmin aktlardan əlavə iddiaçının, cavabdeh təşkilatın direktorunun izahatlarından, şahid ifadələrindən, təqdim edilmiş davamiyyət jurnalından çıxarışlardan aydın olur ki, İddiaçı müəllim olaraq vəzifəsini 2024-cü ilin sentyabr ayında lazımi qaydada icra etməmiş, davamlı və mütəmadi olaraq dərsə gəlməmiş, məktəbdə öhdəliyində olan dərsin tədrisinin həyata keçirilməsində iştirak etməmiş, vəzifəsini icra etməmişdir. İddiaçı həmin müddətdə məktəbdə olmamasını sentyabr ayının 18-nə qədər bir neçə gün məktəbə gəlməsi istisna olmaqla qalan günlərdə müxtəlif orqanlara müraciətləri əsasında çağırışlarla əlaqədar həmin orqanlarda olması, sentyabr ayının 18-dən sonra isə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri tərəfindən işə gəlməməsi, onun xəbər etdiyi vaxt işə gəlməsini bildirməsinə əsasən dərsdə iştirak etməməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının bildirdiyi bu arqumentlər onun dərsi icra etmək vəzifəsini istisna edən üzürlü hal deyildir. İddiaçı çağırılan dövlət orqanlarına dərs vaxtından sonra da gedə bilərdi ki, bu halda məktəbdə dərsin tədrisi həyata keçirilə, eləcə də iddiaçı həmin müraciətləri üçün hüquqlarından istifadə edə bilərdi. İddiaçının sentyabr ayının 18-nə qədər qeyd etdiyi əsasla məktəbə gəlməməsi heç bir halda üzürlü əsas hesab edilə bilməz. Digər tərəfdən isə iddiaçı sentyabr ayının 18-dən sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdirinin sözü əsasında işə çıxmadığını bildirməsi həmin şəxsin şahid ifadəsi ilə təkzib edilməklə yanaşı təsdiq edildiyi halda belə bir müəllim olaraq dərsi icra etmək vəzifəsini üzürlü səbəbdən icra etməməsi kimi qiymətləndirilə bilməz. Çünki iddiaçı ilə əmək müqaviləsi bağlayan, onu işə götürmək səlahiyyətinə malik olan, onun nizam-intizam qaydalarına riayət etməsinə nəzarət etməli olan, ona intizam tənbehləri tətbiq etməli olan və sonda onu işdən azad etməli olan orqan Naxçıvan Şəhər Təhsil Şöbəsi və ya həmin şöbəsinin müdiri olmamışdır. İddiaçı ilə əmək münasibətlərində olan orqan Cavabdeh olmuş, bu hal iş materiallarında olan məktəbin nizamnaməsi ilə təsdiqini tapmaqdadır. İddiaçı isə həmin müddətlərdə dərsin tədrisində iştirak etməməsinin üzürlü səbəbləri barədə Cavabdeh məlumat verməmiş, bununla yanaşı həmin üzürlü hallarını təsdiq edən sübutlarını məhkəməyə də təqdim edə bilmir. İş materiallarında iddiaçının 30 sentyabr 2024-cü il tarixli məktəb direktoruna yazılmış məlumatı təqdim edilmişdir. Həmin məlumatda hansı vaxtlarda harada olması barədə iddiaçı məlumat vermiş, növbədənkənar pedaqoji şuradan məlumatlı olduğunu bildirən qeydlər etmiş, sonra ərizə verdiyini qeyd etmişdir. Həmin müddətlərdə iddiaçının dərsin tədrisində iştirak etməməsi işin mübahisəsiz halıdır və bu halın üzürlü olmasına dair mötəbər sübut mövcud deyil. İş materiallarında işəgötürən cavabdeh təşkilatın direktoru tərəfindən dəfələrlə iddiaçıya işə gəlməməsinin səbəbləri barədə teleqram vurulmuş, lakin iddiaçı həmin teleqramların qarşılığında verdiyi məlumat üzürlü deyildir. Bundan əlavə iddiaçı onun işdən azad edilməsi barədə həmkarlar iclasının keçirilmədiyini, ümumiyyətlə həmin həmkarlar iclasının qanuni təşkil edilmədiyini, iclasın keçirilməsinə səlahiyyəti olmadığını, qanunvericiliyə uyğun yaradılmadığını bildirmişdir. Məhkəmə iddiaçı tərəfin bu arqumentini iş materiallarında olan sənədlərlə hərtərəfli şəkildə yoxlayıb hesab edir ki, həmin arqumentlər də əsassızdır. Ona görə ki, iş materiallarına Naxçıvan Muxtar Respublikası X8 Nizamnaməsi və Təhsil işçiləri X13 Muxtar Respublika Komitəsinin Əsasnaməsi əlavə edilmişdir. Sözügedən Əsasnamənin 7.1-ci maddəsinə görə Həmkarlar ittifaqının əsası ilk təşkilatlardır. İlk həmkarlar ittifaqı təşkilatı bir müəssisədə, təşkilatda işləyən və ya tədris müəssisələrində təhsil alan ən azı 7 nəfərdən ibarət təşkil edilir. 7.4-cü bəndə görə həmkarlar ittifaqı komitəsi əmək mübahisələrinə baxır və ona əsasən qərar qəbul edir. İş materiallarında olan Cavabdeh nizamnaməsinin 1.17-ci bəndinə görə məktəb mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir. Həmin nizamnamənin 5.4.10-cu bəndinə görə məktəb fəaliyyətinin tənzimlənməsinə istiqamətlənmiş müvafiq əmrlər vermək səlahiyyəti məktəbin direktoruna verilmişdir. İddiaçı ilə əmək müqaviləsi Cavabdeh direktoru X18 ilə bağlanmış, əmək müqaviləsində işəgötürən həmin şəxs olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.1-ci maddəsinə görə işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İstər cavabdeh təşkilatın nizamnaməsi ilə məktəb direktorunun səlahiyyətlərinin nəzərdə tutan normalardan, istər əmək qanunvericiliyinin normalarından, istərsə də iş materiallarında olan əmr, əmək müqaviləsi, əmək müqaviləsi bildirişindən də göründüyü kimi iddiaçının işəgötürəni Cavabdehin direktorudur, işəgötürən olaraq iddiaçını intizam tənbehi olaraq əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək də onun səlahiyyəti çərivəsindədir. Buna görə də iddiaçının işdən azad edilməsi əmrinin cavabdeh təşkilatın direktoru tərəfindən verilməsi yuxarıda qeyd edilən həmin hallara istinadən əsaslı və qanunidir. Həmçinin iş materiallarında olan kollektiv müqavilədən aydın olur ki, Cavabdeh ilə Təhsil İşçiləri X13 Muxtar Respublikası Komitəsi Naxçıvan şəhəri 1 nömrəli tam orta məktəbi müəssisənin həmkarlar komitəsi arasında 2024-2027-ci il müddətinə kollektiv müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.17-ci bəndinə görə işçilərin intizam qaydalarına əməl etməsi məqsədilə yoxlamaların aparılmasını və nəticələrin müzakirə edilməsini təmin etməyi həmkarlar ittifaqı komitəsi üzərinə götürmüşdür. Həmçinin iş materiallarına Naxçıvan Muxtar Respublikası X8 Nizamnaməsi və təhsil işçiləri X13 Muxtar Respublika Komitəsinin Əsasnaməsi əlavə edilmişdir. Sözügedən əsasnaməyə görə Həmkarlar ittifaqının əsası ilk təşkilatlardır. İlk həmkarlar ittifaqı təşkilatı bir müəssisədə, təşkilatda işləyən və ya tədris müəssisələrində təhsil alan ən azı 7 nəfərdən ibarət təşkil edilir. 7.4-cü bəndə görə həmkarlar ittifaqı komitəsi əmək mübahisələrinə baxır və ona əsasən qərar qəbul edir. Qeyd edilənlər iş üzrə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsi barədə işəgötürənin-Cavabdeh direktorunun həmin məktəbdə fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsinə təqdimatla müraciət etmək, eləcə də sözügedən həmkarlar ittifaqı komitəsinin qeyd edilən təqdimata baxmaq və bunun üçün iclas keçirmək, qərar qəbul etmək səlahiyyəti olmuşdur. Məhkəmənin gəldiyi bu nəticə yuxarıda qeyd edilən kollektiv müqavilə, əsasnamə ilə yanaşı məhkəmənin sorğusuna Naxçıvan Muxtar Respublikası X3 25 aprel 2025-ci il tarixli cavab məktubu ilə təsdiqini tapmaqdadır. Belə ki, həmin məktubda muxtar respublikanın ümumi təhsil məktəblərində ilk həmkarlar ittifaqı komitələrinin mövcud olması, bu komitələrin Naxçıvan Şəhər Təhsil X9 Komitəsinin nəzdində birləşərək fəaliyyət göstərməsi və komitənin müstəqil surətdə qərar qəbul etməsi qeyd edilir. İlk həmkarlar ittifaqı komitələrində kollegial orqan kimi komitələr fəaliyyət göstərir. Komitələr üzvlərin sayından asılı olaraq formalaşır. 1 nömrəli Naxçıvan şəhər tam orta məktəbin həmkarlar ittifaqı komitəsinin də seçilmiş 5 komitə üzvü var. Müəssisənin həmkarlar ittifaqı təşkilatının müvafiq kollegial orqanının iclası (yığıncağı) o vaxt səlahiyyətli hesab edilir ki, onun tərkibinə seçilmiş üzvlərinin iclasda yetərsay normaları təmin edilmiş olsun. Naxçıvan şəhər İ.Səfərli adına 1 nömrəli tam orta məktəbdə həmkarlar ittifaqı komitəsinin 1 mart 2024-cü il tarixli iclasında 39 nəfər iştirak etməsi qeyd edilməklə komitə sədri və komitə sədrinin müavini seçilməsi üçün yığıncaq keçirilmiş və X1 sədri, X14 isə komitə sədrinin müavini seçilmişdir. Hazırki məhkəmə iclasında iddiaçı tərəf həmin həmkarlar iclasının yığıncağını da mübahisələndirərək orada dəvət edilən şəxslərin şahid qismində çağırılması barədə şifahi vəsatət vermiş, 39 nəfər iştirak edən şəxslərin siyahının qeyd edilmədiyini, həmin məktəbdə işlədiyi halda onun iclasda iştirak etmədiyini bildirmişdir. Məhkəmə iddia predmetinin əsasını iddiaçı tərəfə xatırlatmaqla işdən azad edilməsi barədə əmrin verilməsinin qanunsuzluğu ilə bağlı tələbinin əsasının mübahisələndirildiyini, həmin iclasın düzgün keçirilib-keçirilməməsinin, iddiaçının iştirak etməməsinin səbəbinin iddia tələbinə heç bir aidiyyəti olmadığını nəzərə alır və ona görə də həmin iclasda iştirak edən dəvət edilən şəxslərin Qərənfil Cəmiyeva və Nəzakət Nəbiyevanın şahid qismində dindirilməsi barədə vəsatətin əsassız olduğundan rədd edilməsi barədə protokol qaydasında qərardad qəbul etmişdir. Belə ki, iddia predmeti işdən azad edilmə əmrinin ləğvi barədədir ki, keçirilmiş iclasın qanuniliyinin yoxlanılması bu əmrin əsası olan ilk həmkarlar ittifaqı komitəsinin iclasının 03 oktyabr 2024-cü il tarixli 01 saylı protokolu təşkil edir. İlk həmkarlar iitifaqı komitəsinin 03 oktyabr 2024-cü il tarixində iclasının keçirilməsi işə baxılarkən şahidlərin ifadələri ilə təsdiqini tapır. Məhkəmə iclasında ilk həmkarlar ittifaqı komitəsinin sədri X7, sədrin müavini-katibi X14, üzvləri X4, X19, Təhsil Şöbəsinin nümayəndəsi kimi dəvət olunmuş X6, şahid qismində dindirilmişdir. Dindirilmiş şahidlərin ifadələrində iclasın günün ilk yoxsa ikinci yarısında keçirilməsi və iclasda məktəbin direktoru Nümayəndə3 iştirak etməsi barədə bir-birini təkzib edən ifadələr olsa da bütün şahidlər iclasın keçirildiyini, keçirilmiş iclasın məktəbin birinci mərtəbəsində yerləşən müəllimlər otağında təşkil edildiyini, iclasda məktəbin əksəriyyət müəlliminin iştirak etdiyini, gündəlikdə olan məsələnin məktəbin müəllimi İddiaçı işə davamiyyəti ilə bağlı olduğunu, həmin məsələnin iclasda iştirak edən müəllimlərlə müzakirə edildiyini və nəticədə təqdim edilən sənədlər nəzərə alınmaqla iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəçinin “ç” bəndi ilə işdən azad edilməsinə razılıq verildiyi bildirmişlər. Məhkəmə həmin şahid ifadələrində bir-birini təkzib edən iki hal üzrə iclasın günün ilk yoxsa ikinci yarısında keçirilməsi və iclasda məktəbin direktoru Nümayəndə3 iştirak etməsi barədə hüquqi dəyərləndirmə apararaq qeyd edir ki, bu iki halın mövcud olması yəni iclasın günün hansı hissəsində keçirilməsi, məktəb direktorunun iclasda iştirak etdiyini nəzərə aldıqda belə həmkarlar iclasının qeyri-qanuni keçirilməsi kimi birmənalı nəticəyə gəlməyə əsas vermir. İddiaçı məktəb direktoru tərəfindən göndərilmiş məktubda həmkarlar ittifaqının şura iclasının 03 oktyabr 2024-cü il tarixdə saat 14:00-da keçiriləcəyi qeyd edilir. İddiaçıya məktəb rəhbərliyi tərəfindən göndərilən məktub iclasın reallıqda keçirildiyini təsdiq edir və keçirilmə yeri və vaxtı barədə iddiaçını xəbərdar edir. İclasın həmkarlar komitəsinin sədri tərəfindən açılması, iclasın katibinin müvafiq məlumatları təqdim etməsi şahid ifadələri ilə təsdiqini tapır. İddiaçının həmkarlar komitəsinin iclasına çağırılması barədə iş materiallarında məktub və xidməti yazı təqdim edilmişdir. Məktub məktəbin direktoru tərəfindən iddiaçıya göndərilmiş, 03 oktyabr tarixinə saat 14:00-a təyin edilən həmkarlar iclasına dəvət edilmişdir. Xidməti yazı ilk həmkarlar komitəsinin müavini Fatma Cəfərova tərəfindən verilmiş, gün ərzində işçinin mobil telefon ilə əlaqə yaratmaq cəhdlərinin uğursuz olması qeyd edilmişdir. X32 ifadəsində iddiaçıya hətta vatsapp proqramı vasitəsilə mesaj göndərdiyini və mesajın oxunması işarəsi qeyd edildiyini, onu hətta özü mesaj yazaraq çağırdığını, telefonlarına isə zəng çatmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, göndərilmiş məktub məktəb direktoru tərəfindən göndərilməsi qanunvericiliyə uyğun olmamışdır. Belə ki, işçinin həmkarlar iclasına dəvət etmək səlahiyyəti həmkarlar komitəsinə aiddir. Lakin həmin işçinin 03 oktyabr 2024-cü il tarixdə həmkarlar komitəsinin iclasının keçirilməsi barədə məlumatının olması da bu halda realdır. Çünki iddiaçı ona göndərilən məktubu alaraq onu həmkarların iclasına dəvət edilməsi barədə məlumat alır, lakin iştirak etmir. Bu halda məhkəmə X32nın ifadəsinin ifadənin düzgünlük, mötəbərlik və təkzibolunmazlıq xüsusiyyətləri ilə uzlaşdığı nəticəsinə gəlir. Belə ki, iclasa çağırılmaq barədə rəsmi məktubu göndərilməsi səlahiyyətində mübahisə olsa da məzmun düzgündür və iddiaçı həm məktəb rəhbərliyi, həm də həmkarlar komitəsi tərəfindən iclasa dəvət olunur. Lakin iddiaçı iclasda iştirak etmir və hər hansı məlumat vermir. Bu halda isə onun həmkarlar komitəsinin iclasının keçirilməməsi barədə qeyd etdiyi hallar şahid ifadələri ilə təkzib edilir. Bundan əlavə iddiaçının həmkarlar komitəsinin sənədlərinə məktəbin möhürünün vurulmasının qeyri-qanuni olmasına və hüquqi əhəmiyyəti olmaması barədə arqumentlərinə münasibətdə cavabdeh təşkilatın direktorunun izahatı, həmkarlar komitəsinin sədrinin ifadəsi ilə müəyyən edilmişdir ki, ilk həmkarlar komitəsinin möhürü olmamışdır və məhkəbdə ilk həmkarlar komitəsi kollektiv müqavilə əsasında yaradılmışdır. Müqavilənin bir tərəfi məktəb direktoru, bir tərəfi ilk həmkarlar ittifaqı komitəsi olmuşdur. Məktəbdə “əsli ilə düzdür” ştampı olmadığından sənədlərin surəti təsdiq edilərkən məktəbin möhüründən istifadə edilir. Bu gün iddiaçının işdən azad edilməsi barədə ilk həmkarlar ittifaqı komitəsinin iclasının keçirilməsi, iclasda cari məsələnin gündəlikdə olması və müzakirə olunaraq müvafiq razılıq verilməsi öz təsdiqini müvafiq sənədlərlə tapır. Bu halda isə ilk həmkarlar ittifaqı komitəsinin möhürünün olmamasının, onun sənədinin surətinin əsli ilə düzgünlüyünü təsdi qetmək üçün məktəbin möhürü ilə təsdiq edilməsinin işin halı üçün hər hansı zəruri əhəmiyyəti də olmur. Möhürün olmaması komitənin mövcud olmaması demək deyil. Komitə kollektiv müqavilə əsasında yaradılmışdır və hər bir tam orta məktəbdə fəaliyyət göstərir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası X8 Təhsil işçiləri X13 Muxtar Respublikası Komitəsininin Əsasnaməsi təqdim edilmişdir. Əsasnamə Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin möhürü ilə təsdiq edilmişdir. Həmin əsasnamədə Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq hüququ nəzərdə tutulmuşdur. Əsasnamədə qeyd edilmişdir ki, müəssisə və təşkilatlarda işləyən və ya təhsil alan şəxslər birləşərək ilk həmkarlar ittifaqı təşkilatı yaradırlar. Əsasnamənin 7.2-ci bəndində qeyd edilmişdir ki, ilk həmkarlar ittifaqı təşkilatının yaradılması barədə məsələ həmkarlara ittifaqı üzvlərinin ümumi yığıncağında həll edilir. Ümumi yığıncaqda həmkarlar ittifaqı komitəsi (həmkarlar ittifaqı təşkilatçısı) seçilir və qeydiyyata götürülmək üçün müvafiq həmkarlar ittifaqı orqanına təqdim olunur. İlk həmkarlar ittifaqı təşkilatları öz təşkilat quruluşunu Naxçıvan MR X8 Nizamnaməsinə, Təhsil İşçiləri X13 Muxtar Respublika Komitəsinin Əsasnaməsinə əsasən həll edir, fəaliyyət istiqamətlərini müəyyənləşdirir, yığılan üzvlük haqlarını ərazi həmkarlar ittifaqı tərəfindən təsdiq olunmuş smeta üzrə xərclənməsini təmin edirlər. Naxçıvan Muxtar Respublikası X3 25 aprel 2025-ci il tarixli 37 nömrəli məktubundan da aydın olur ki, ümumi təhsil məktəblərində ilk həmkarlar ittifaqı komitələri Naxçıvan şəhər Təhsil X9 Komitəsinin nəzdində birləşərək fəaliyyət göstərirlər və komitə müstəqil surətdə qərar qəbul edir. Bu isə onu deməyə əsas verir ki, ilk həmkarlar ittifaqı komitəsinin müstəqil surətdə iddiaçının işdən azad edilməsinə dair razılıq bildirməsi barədə qəbul etdiyi qərarın surətinin əsli ilə düzgünlüyünü təsdiq etmək üçün məktəbin möhürü ilə təsdiq edilməsi onun özünəməxsus möhürünün olmaması nəticəsində olmuşdur və bu iddiaçının işdən azad edilməsi barədə komitə üzvlərinin, həmkarlar iclasında iştirak edən üzvlərinin səs verdikləri və qəbul etdikləri qərarın qanunsuzluğu kimi qiymətləndirilə bilməz. Bundan əlavə məhkəmə iddiaçının işdən azad edilməsi barədə 16 sentyabr 2024-cü il tarixdə ərizə verməsinə baxmayaraq onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinin qanunsuz olmasına dair bildirdiyi hallarla əlaqədar aşağıdakıları qeyd edir. İş materiallarında İddiaçı ərizəsi təqdim edilmişdir. İddiaçı Naxçıvan şəhər Təhsil şöbəsinə və Cavabdeh ünvanlanmış 16 sentyabr 2024-cü il tarixli ərizəsində qeyd edilmişdir. “Məni cinayət əməllərinizə şərik etməyinizə etiraz etdiyimə görə şantaj və təzyiqlərə məruz qalmışam. Bunun şahidi sizlərsiz. 19 may 2023-cü il tarixli NQ-634 qeydiyyatlı öhdəliyə əməl etməmisiniz. Bu sazişi birtərəfli şəkildə pozmusuz. Dərs yükümü 30 saatdan 6 saata endirmisiz. Təbii olaraq bunu məqbul hesab edə bilmərəm. Madam ki, sazişə əməl etməyəcekdiniz, Surə Məmmədovanın yerini niyə dəyişdiz və niyə göndərib, niyə geri gətirdiz?! Bu mənim aksiyada iştirakımın cavab gedişi idi. Bu, şərtlərdə öhdəmdə xəstə uşaq ola-ola 6 saat işlə dolanmaq qeyri-mümkündür. Bu işlər onsuz da məhkəmə də aydınlaşacaq. Şah qanun deyil, qanun şahdır. Əmək məcəlləsinin 74.1 B maddəsi ilə müəllimənin işinə xitam verilməlidir. Bu şərtlərlə işləmək qeyri-mümkündür. Mənə belə təhsil sistemi lazım deyil. Məni işdən azad edin”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə görə əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Həmin Məcəllənin 69.1-ci maddəsinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə görə ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsində tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verildiyi hallar qeyd edilmişdir. İddiaçı sözügedən ərizəsində həmin hallardan B bəndini qeyd edir ki, bu hal b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda. Məhkəmə qeyd edir ki, təqdim edilən ərizə işçinin işdən azad edilməsi barədə ərizə kimi qiymətləndirilə bilməz. Belə ki, ərizə işəgötürənlə yanaşı digər təşkilata Naxçıvan Şəhər Təhsil Şöbəsinə ünvanlanıb. Əlavə olaraq ərizə sadəcə sonuncu cümlədə işdən azad edilmə qeydi kimi yazılıb. Məzmunu şikayət xarakterlidir. Ərizədə əlavə olaraq başqa müəllimin işinə xitam verilməli olması qeyd edilir və bunun əsasını nəzərdə tutan əmək qanunvericiyinin maddəsi göstərilir. Hətta iddiaçı həmin ərizəni işdən azad edilmə kimi özü qiymətləndirmişdirsə bir təqvim ayı müddətində işə gəlməyə davam etməli idi və bu əmək qanunvericiliyinin tələbidir. İddiaçının işdən azad edilmə kimi özünün qiymətləndirdiyi bu ərizə işəgötürəni xəbərdar etmək vəzifəsi daşımaqla birdəfəlik işə çıxmamaq və son haqqhesab aparılmasını tələb etmək hüququ işçiyə vermirdi. Bununla yanaşı məktəb tərəfindən dəfələrlə iddiaçıya işə çıxmaması barədə teleqram göndərildiyi halda iddiaçı işəgötürəni göndərdiyi ərizəyə işdən azad edilmə ərizəsi kimi hüquqi qiymət verilməsini tələb etməmişdir, məktubunda “sizə ərizə vermişəm” qeyd etmişdir. Verilən ərizənin məzmunu isə yuxarıda nəzərə çatdırılmışdır. Həmin ərizə məktəb tərəfindən düzgün olaraq işçinin əmək qanunvericiliyinə uyğun olaraq işdən azad edilməsi barədə müraciəti kimi qiymətləndirilməmişdir. Bundan əlavə iddiaçı tərəfin növbədənkənar pedaqoji şuranın keçirilməsinin qanuni olmaması, orada iddiaçıya xəbərdarlıq edilməməsi və ona təqdim edilməməsi barədə bildirdiyi halları əsassız hesab edir. Belə ki, məktəb direktoru tərəfindən pedaqoji şuranın qərarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməklə yanaşı, pedaqoji şuranın qərarlarına dair kitab təqdim edilmiş və baxış keçirilmişdir. Nöbədənkənar pedaqoji şuranın iclasının keçirilməsi barədə cavabdeh təşklatın direktoru elanlar lövhəsinə məlumat vurulduğunu qeyd etmiş, iddiaçıya hətta teleqram göndərilmişdir. İddiaçı teleqramla növbədənkənar pedaqoji şuranın iclasına dəvət edilmişdir. İddiaçı işə çıxmadığı üçün pedaqoji şuranın iclasının məlumat lövhəsində yerləşdirilib-yerləşdirilməməsindən məlumatlı olmamışdır. Lakin məhkəməyə göndərdiyi məktubda pedaqoji şuranın iclasından məlumatlı olduğu aydın olur. Bu isə həmin məlumatın elanlar lövhəsində yerləşdirilməməsi kimi qiymətləndirilə bilməz. Növbədənkənar pedaqoji şüarının qərarı ilə iddiaçıya xəbərdarlıq edilmiş və intizam məsuliyyətinə cəlb edilməsi qeyd edilmişdir. Əmək qanunvericiliyinə görə xəbərdarlıq intizam məsuliyyəti hesab edilmir. Əmək qanunvericiliyində qeyd olunan digər intizam məsuliyyətlərindən hər hansı biri iddiaçıya tətbiq edilməmiş və bu pedaqoji şuranın qərarı ilə müəyyən edilmişdir. Növbədənkənar pedaqoji şuranın iclasının keçirilməsi, həmin iclasda gündəlikdə duran hansı məsələlərin müzakirə edilməsi şahid ifadələri ilə təsdiqini tapmaqdadır. Məhkəmə iddia tələbinin ilk hissəsinə-yəni iddiaçının işdən azad edilməsi barədə əmrin ləğvi və işinə bərpa edilməsi tələbinə işin yuxarıda qeyd edilən halları ilə hərtərəfli qiymət verərək tələbinin əsassız olduğundan təmin edilməməsi nəticəsinə gəlir və bununla yanaşı iddia tələbi üzrə qanunla müəyyən edilmiş müddətin də ötürüldüyünü iddiaçının diqqətinə çatdırır. Belə ki, məhkəmə cavabdeh təşkilat tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən iddia müddətinin ötürülməsi barədə ərizəsinə münasibət bildirərək hesab edir ki, iddiaçı işə bərpa tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnu pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.5-ci maddəsinə görə işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. 296.6-cı maddəsinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə qeyd edir ki, iddia müddətinin tətbiqi heç də həmişə iddianın rədd edilməsinə səbəb olmur. Yuxarıda əmək qanunvericiliyində qeyd edilən üzrlü səbəblər olduqda ötürülmüş müddət bərpa edilə bilər. Buraya iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı hallar aid edilir. İddia müddətinin bərpası ilə əlaqədar bu müddətin ötürülməsi səbəblərinin baş verdiyi müddət nəzərə alınmalıdır. Məhkmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçının əmək qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hüququnun pozulduğunu aşkar etdiyi gün 04 oktyabr 2024cü il tarix kimi nəzərə alınmalıdır. Belə ki, təqdim edilən sənədlərdən aydın olur ki, işəgötürən tərəfindən işçinin-iddiaçının işdən azad edilməsinə dair 03 oktyabr 2024-cü il tarixdə əmr verilmişdir. İddiaçı bununla bağlı 04 oktyabr 2024-cü il tarixdə məlumat əldə etmiş, 15 oktyabr 2024-cü il tarixdə mediasiya təşkilatına müraciət edərək əmri mübahisələndirmişdir. İddiaçı cavabdeh təşkilata qarşı əmrin mübahisələndirilməsinə dair iddia ərizəsi 09 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsinin sonunda tərtib edilmə tarixi 09 dekabr 2024-cü il tarix olaraq qeyd edilmişdir. 15 oktyabr 2024-cü il tarixdə İddiaçı mübahisə ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və 15 noyabr 2024-cü il tarixdə mediasiya arayışı əldə etmişdir. Mediasiya arayışını 15 noyabr 2024-cü il tarixində əldə etməyinə baxmayaraq iddiaçı 09 dekabr 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı qanunun ona verdiyi bir aylıq müddəti keçirmişdir. İddiaçı məhkəmə iclaslarında müddət məsələsinə münasibət bildirərkən ümumiyyətlə müddəti ötürmədiyini qeyd etmiş, müddəti ötürdüyünü bildirməmiş və onun bərpa edilməsi barədə ərizə ilə müraciət etməmişdir. İddiaçı müddəti ötürmədiyini onunla əsaslandırır ki, 09 dekabr tarixindən əvvəl bir dəfə məhkəməyə müraciət etmiş, 02 dekabr 2024-cü il tarixində qərardadla iddia ərizəsi geri qaytarılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1739/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh rəhbərliyinə qarşı 153 saylı əmrin ləğv edilməsi, işə bərpa, 30 saat dərs saatının bərpası, işləmədiyi 3 ay ərzində 3180 (üç min yüz səksən) manat əmək haqqının ödənilməsi, keçirdiyi mənəvi sarsıntılara görə 10000 (on min) manat mənəvi zərərin ödənilməsi, qanunsuz vakansiyanın ləğv olunması, dərs saatının qanunsuz olaraq kəsildiyi 2 il ərzində ona dəymiş maddi ziyanın, yəni qanunsuz olaraq azalmış 8 saatın pulunun hesablanaraq ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması müəyyən edilmişdir. Məhkəmə geri qaytarılmanın əsasını “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər tələbi olaraq qeyd etmişdir. Daha sonra iddiaçı 09 dekabr 2024-cü il tarixdə yenidən məhkəməyə müraciət etmişdir. Bu müddət ərzində isə artıq iddiaçı qanunla müəyyən edilmiş bir aylıq müddəti keçirmişdir. İddiaçı müddətin keçməsinin üzürlü hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə hesab edir ki, bu halda iddiaçıya bununla bağlı hər hansı izah verilməsinin, işə baxılmasının mülki mühakimə icraatı qaydasında çəkişmə prinsipinə riayət edilməsinə əsaslanaraq prosessual cəhətdən düzgün olmaması nəzərə alınmalı və müddətin üzrlü və ya üzrsüz buraxılması məsələsi buna dair iddiaçı tərəfindən ərizə təqdim edilmədiyindən hər hansı qiymətləndirmə aparılmamalıdır. Belə ki, iddiaçı peşəkar vəkillə məhkəmə iclaslarında təmsil edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə əsassız olmaqla yanaşı, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni 04 oktyabr 2024-cü il tarixdən sonra qanunla ona verilən bir aylıq müddətdə işdən azad edilməsinə dair əmri mübahisələndirmədiyindən işə bərpa tələbi üzrə iddia müddətini də ötürmüşdür. İddiaçı tələbində iddia qaldırmaq üçün ödədiyi 121 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Lakin mübahisənin xarakteri nəzərə alınaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə həmin rüsumun dövlət büdcəsindən qaytarılaraq iddiaçıya ödənilməsi barədə 29 may 2025-ci il tarixdə qərardad qəbul edilmişdir. Məhkəmə iddia tələbinin digər hissəsinə azadılmış dərs saatlarının bərpa olunması, dərs saatlarının azalması nəticəsində ona dəyən 10000 (on min) manat maddi ziyanın ödənilməsi tələbinə dair hissəsini iş materiallarında olan sənədlərlə əlaqəli şəkildə yoxlayıb hesab edir ki, həmin tələb də əsassızdır və rədd edilməlidir. İddiaçı Naxçıvan şəhər Təhsil şöbəsinə və Cavabdeh ünvanlanmış 27 mart 2023-cü il tarixli ərizəsində qeyd edilir: 2019-cu ildə Naxçıvan şəhər 1 saylı tam orta məktəbdə fiziki tərbiyə fənni üzrə çıxarılan qanunsuz vakansiyanı ləğv edib, mənim 28 (iyirmi səkkiz) saat dərsimi bərpa edib. Mənə dəyən maddi ziyanı qarşılıyasınız. Naxçıvan şəhər Təhsil şöbəsinin İddiaçı ünvanlanmış 31 mart 2023-cü il tarixli, 4/147 nömrəli məktubda qeyd edilir: Cavabdeh 4 fiziki tərbiyə müəllimi var. Məktəbdə fiziki tərbiyə fənni üzrə 58 saat dərs mövcuddur (İ-İV siniflərdə 16 saat, V-Xİ siniflərdə 42 saat). 58 saat dərs yükünün 20 saatını İddiaçı, 12 saatını Əliyev Coşqun (hərbi rəhbər), 12 saatını Məmmədova Surə, 14 saatını isə Abbasova İlhamə tədris edir. Fiziki tərbiyə, eləcə də tədris planındakı digər fənlərlə bağlı dərs bölgüsünə 2023-2024-cü tədris ilində baxılacaq. Ərizənizdə bir digər məsələ isə 2019-cu ildə fiziki tərbiyə fənni üzrə çıxarılan vakant yerlə bağlı iddianızdır. Məktəbin direktoru Nümayəndə3 verdiyi məlumata görə 2019-cu ildə məktəbdə fiziki tərbiyə dərsini 4 nəfər müəllim tədris edib. Həmin dövrdə məktəb üzrə 54 saat fiziki tərbiyə dərsi mövcud olub (İddiaçı 24 saat, Əliyev Coşqun 12 saat, Abbasova İlhamə 12 saat, Bağırova Səbinə 6 saat). 2020-ci ilin may ayında məktəbin hərbi rəhbəri Əliyev Coşqun işdən azad edilib, həmin ilin avqustunda işə bərpa edilib. Məktəbin sabiq direktoru X18 məktəbin hərbi rəhbəri Əliyev Coşqunun məhkəmə qərarı ilə avqust ayında işə bərpa edilməsini bilmədiyinə görə 2020-2021-ci tədris ili üçün fiziki tərbiyə fənni üzrə vakant çıxarılıb. Mülki işin materiallarına əlavə edilən 19 may 2023-cü il tarixli Q-634 nömrəli barışıq sazişi İddiaçı ilə Naxçıvan şəhər Təhsil Şöbəsinin müdiri X24 arasında bağlanmışdır. Həmin sazişə əsasən -Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Əliyev Baba Əİəfsər oğlu 2023-cü ilin iyun ayı ərzində və ya 2023-2024-cü tədris ilinin əvvəlində İ.Səfərli adına Naxçıvan şəhər 1 saylı tam orta məktəbin fiziki tərbiyə fənni üzrə müəllimi İddiaçı 2020-ci ildə məktəbin rəhbərliyinin fiziki tərbiyə fənni üzrə vakansiya çıxarması nəticəsində azalmış 8 saat dərs yükünün bərpa olunmasını öhdəsinə götürür:-İ.Səfərli adına Naxçıvan şəhər 1 saylı tam orta məktəbin fiziki tərbiyə fənni üzrə müəllimi İddiaçı göstərilən müddətdə 2020ci ildə məktəb rəhbərliyinin fiziki tərbiyə fənni üzrə vakansiya çıxarması nəticəsində azalmış 8 saat dərs yükünün bərpa olunacağı təqdirdə məlum vakansiyanın ləğv olunması və 2020-ci ilin sentyabr ayından bu günə kimi ona dəymiş maddi ziyanın qaytarılması iddiasından imtina edəcəyini bildirir. İddia tələbinin bu hissəsinə uyğun Naxçıvan Şəhər Təhsil Şöbəsindən mütəxəssis dəvət edilmiş, müvafiq hesablama aparılmış və məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş cədvəllə müəyyən edilmişdir ki, İddiaçı 2020-2024-cü ilə qədər olan əmək haqqının hesablanması və tələb etdiyi 28 saat dərs yükünün hesablanması göstərilmişdir. Eyni zamanda mübahisə olunan dövrdə iddiaçının müvafiq dərs yükü ilə təmin edilməsinə dair cavabdeh təşkilatın direktoru tərəfindən əmrlər təqdim edilmişdir. Aydın olmuşdur ki, İddiaçı 2020-ci ilin yanvar-15 sentyabr tarixləri ərzində 24 saat, 2020-ci ilin 16 sentyabr tarixindən 2022-ci ilin 15 sentyabr tarixləri ərzində 22 saat, 2022-ci ilin 16 sentyabr tarixindən 2022-ci ilin noyabr ayı tarixləri ərzində 26 saat, 2022-ci ilin dekabr ayından 2023-cü ilin 15 sentyabr tarixləri ərzində 20 saat, 2023-cü ilin 16 sentyabr tarixindən 2024cü ilin 15 sentyabr tarixləri ərzində 30 saat, 2024-cü ilin 16 sentyabr tarixində 26 saat dərs yükü ilə təmin edilmişdir. İddiaçının tələb etdiyi azaldılmış 8 saat dərs yükü hər ildə tədris etdiyi dərs yükünə mütənasib olaraq hesablanaraq ümumi 8 saat azaldılmış dərs yükü 2020-2024-cü il üzrə 7607.15 manat müəyyən edilmişdir. Məhkəmə medasiya prosesində bağlanmış barışıq sazişinə münasibət bildirərək qeyd edilən barışıq sazişinin əqd olduğunu tərəflərin diqqətinə çatdırır və onun etibarlı olubolmaması məsələsinə qiymət verərək bununla bağlı aşağıdakıları qeyd edir. Barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Mediasiya haqqında” Qanun) 1.0.7-ci maddəsində nəzərdə tutulmuşdur. Barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Mülki qanunvericiliyin məqsədi mülki dövriyyə azadlığını təmin etmək, yəni subyektlərin öz şəxsi mənafelərini həyata keçirməyə hüquqi şəraiti yaratmaqdır (Mülki Məcəllə, maddə 1.1). İstər bu məqsəddən irəli gələn iradə sərbəstliyi (Mülki Məcəllə, maddə 6.1.2) və müqavilə azadlığı prinsipləri (Mülki Məcəllə, maddə 6.1.5 və 390), istərsə də Mülki Məcəllənin 12.2-ci maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər” müddəası onu deməyə əsas verir ki, barışıq razılaşması da mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Başqa sözlə, şəxslər ifadə etdikləri iradələri ilə özlərinin mülki hüquq və vəzifələrini əmələ gətirir, dəyişdirir və ya xitam edirlər. İradə bəyanı şifahi, sadə yazılı və ya rəsmi (notarial) formada, birtərəfli və ya müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (Mülki Məcəllə, maddə 324.1, 324.2, 389.1, 406). Qanunvericilikdə tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi yazılı formada bağlanır (“Mediasiya haqqında” Qanun, maddə 33.1). Tərəflərin öz aralarında sadə yazılı və ya notarial formada bağladıqları, yaxud mediasiya prosesi nəticəsində və ya məhkəmədə əldə etdikləri barışıq sazişlərinin ortaq cəhəti ondan ibarətdir ki, həmin iradə bəyanları məhkəmədə olan mülki prosesin (yaxud məhkəməyə getmə potensialı olan mübahisənin) tamamlanmasını təmin edir. Göründüyü kimi, barışıq sazişi mübahisədə olan tərəflər arasında həm məhkəmədən kənar, həm də məhkəmə təsdiqi ilə bağlana bilər. Eyni zamanda, mediasiya prosesində bağlanan barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.1). Belə ki, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər (MPM, maddə 52.3). Bu halda da məhkəmə yuxarıda qeyd olunan prosessual şərtləri yoxlayaraq barışığı təsdiqləyir və ya bundan imtina edir. Belə ki, MPM-in 52.5-ci maddəsinə görə, tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Eyni yanaşma “Mediasiya haqqında” Qanunun 34.5-ci və MPM-in 355-26.1-ci maddələrində əks olunmuşdur. Bu normalarda göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Barışığın daxili tərəfini təşkil edən razılaşma (saziş) ancaq maddi hüquq əsasında yoxlanıla bilər. Belə iddiaya məhkəmə tərəfindən ümumi qaydada baxılmaqla barışıq razılaşmasının etibarsız sayılıb-sayılmamasına hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqdin etibarsız sayılmasına əsas olan hallar Mülki Məcəllənin 339-347-ci və digər maddələrində göstərilmişdir. Həmin əsaslardan biri olduqda, qanunverici hər hansı meyara görə fərq qoymadan, hüququ pozulan şəxsin bütün əqdlərin etibarsızlığına dair iddia qaldırmaq hüququnu nəzərdə tutmuşdur. Mülki işin materiallarına əlavə edilən 19 may 2023-cü il tarixli Q-634 nömrəli barışıq sazişi İddiaçı ilə Naxçıvan şəhər Təhsil Şöbəsinin müdiri X24 arasında bağlanmışdır. Həmin sazişə əsasən -Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Əliyev Baba Əİəfsər oğlu 2023-cü ilin iyun ayı ərzində və ya 2023-2024-cü tədris ilinin əvvəlində İ.Səfərli adına Naxçıvan şəhər 1 saylı tam orta məktəbin fiziki tərbiyə fənni üzrə müəllimi İddiaçı 2020-ci ildə məktəbin rəhbərliyinin fiziki tərbiyə fənni üzrə vakansiya çıxarması nəticəsində azalmış 8 saat dərs yükünün bərpa olunmasını öhdəsinə götürür:-İ.Səfərli adına Naxçıvan şəhər 1 saylı tam orta məktəbin fiziki tərbiyə fənni üzrə müəllimi İddiaçı göstərilən müddətdə 2020ci ildə məktəb rəhbərliyinin fiziki tərbiyə fənni üzrə vakansiya çıxarması nəticəsində azalmış 8 saat dərs yükünün bərpa olunacağı təqdirdə məlum vakansiyanın ləğv olunması və 2020-ci ilin sentyabr ayından bu günə kimi ona dəymiş maddi ziyanın qaytarılması iddiasından imtina edəcəyini bildirir. İşə baxılan zaman müəyyən edilmişdir ki, Naxçıvan şəhər İ.Səfərli adına 1 nömrəli tam orta məktəbində müəllimlərin dərs yükü ilə təmin edilməsi bilavasitə məktəb rəhbərliyinin səlahiyyətindədir və bu iddiaçının hər il dərs yükü ilə təmin edilməsinə dair cavabdeh təşkilatın direktoru tərəfindən təqdim edilən əmrlərlə təsdiq edilir. Cavabdeh təşkilatın direktoru tərəfindən 16 sentyabr 2024-cü il tarixdə təsdiq edilmiş 2024-2025-ci il üçün məktəbin tarifləşmə cədvəli təqdim edilmişdir. Həmin cədvəllə məktəbdə işləyən bütün müəllimlərin dərs yükü qeyd edilmişdir. Bundan əlavə 14 sentyabr 2020-ci il tarixli 83 nömrəli əmrdən çıxarışla İddiaçı 22 saat dərs bölgüsü, 14 sentyabr 2021-ci il tarixli 249 nömrəli əmrdən çıxarışla İddiaçı 22 saat dərs bölgüsü, 14 sentyabr 2022-ci il tarixli 166 nömrəli əmrdən çıxarışla İddiaçı 20 saat dərs bölgüsü, 14 sentyabr 2023-cü il tarixli 132 nömrəli əmrdən çıxarışla İddiaçı 30 saat dərs bölgüsü, 13 sentyabr 2024-cü il tarixli 127 nömrəli əmrdən çıxarışla İddiaçı 26 saat dərs bölgüsü ilə təmin edilməsi aydın olur. Həmin əmrlərin verilməsi əsas tədris planı qeyd olunmuşdur. Təqdim edilən əmrlərdən də göründüyü kimi iddiaçının dərs yükü ilə təmin etmək Naxçıvan Şəhər Təhsil Şöbəsinin səlahiyyətində olmamışdır və bu halda barışıq sazişinin tərəfi olması qanunauyğun olmamışdır. Sözügedən barışıq sazişi iddiaçı ilə onu dərs yükü ilə təmin etmək cavabdehliyi daşıyan Naxçıvan şəhər İ.Səfərli adına tam orta məktəb rəhbərliyi ilə bağlanmadığından həmin saziş ümumilikdə etibarsızdır və hər hansı hüquqi nəticə yaratmır. Barışıq sazişinə istinad edilmədən iddiaçının azaldılmış dərs saatlarının nəticəsində ona vurulmuş ziyanı tələb etməsinin isə hər hansı hüquqi əsası müəyyən edilməmişdir. Belə ki, iddiaçıya dərs bölgüsü tədris planına uyğun olaraq verilmişdir. İddiaçının qanunsuz vakansiya elan edilməsi və əlavə müəllimin əmri verilərək onun dərs saatlarının azaldığını bildirməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı sözügedən vakansiyanı qanunla müəyyən edilmiş qaydada mübahisələndirməmiş, bununla bağlı hər hansı məhkəmə aktı təqdim etməmişdir. Təqdim etdiyi barışıq sazişi isə etibarsız əqd olduğundan buna münasibətdə hər hansı hüquqi qiymətləndirmə aparılması mümkün olmamışdır. Bütün bunları nəzərə alaraq məhkəmə iddia tələbinin həmin hissəsinin də əsassız olduğundan rədd edilməsi nəticəsinə gəlir. Bundan əlavə İddiaçı vəkili Vəkil1 vəsatət təqdim edərək Naxçıvan şəhər İ.Səfərli adına 1 saylı tam orta məktəbin direktoru Nümayəndə3 əməllərində Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin xuliqanlıq, 308.1-ci maddəsinin vəzifə səlahiyyətindən sui-istifadə etmə, 309.1-ci maddəsinin vəzifə səlahiyyətini aşma və 311-ci maddəsinin rüşvət alma cinayətlərinin tərkibi olması əsası ilə barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini xahiş edərək vəsatətə videogörüntü və 90 manat hər ay köçürülən pulların qəbzlərini əlavə etmişdir. Məhkəmə qeyd edilən vəsatət üzrə Naxçıvan şəhər İ.Səfərli adına 1 saylı tam orta məktəbin direktoru Nümayəndə3 əməllərində cinayət tərkibi olması əsası ilə barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi üçün işdə əsas görmür. Belə ki, İddiaçı müraciəti əsasında Naxçıvan Şəhər Prokurorluğundan qeyd edilən qəbzlər üzrə müvafiq araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan İddiaçı verdiyi şikayət məhkəmə nəzarəti qaydasında birinci instansiya məhkəməsində qərarın qanuni və əsaslılığı yoxlanılaraq təmin edilməmiş, eləcə də apellyasiya instansiya məhkəməsində birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılaraq İddiaçı şikayəti təmin edilməmişdir. Bununla yanaşı təqdim edilən bir ədəd videogörüntülərlə bağlı hazırda məhkəmənin icraatında İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair baxılan cinayət işi baxılmaqdadır və sözügedən videgörüntülər həmin cinayət işinin materiallarına əlavə edilən sübut kimi tədqiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə işin hüquqi və faktiki hallarını araşdırıb onlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehə qarşı Naxçıvan şəhəri İ.Səfərli adına 1 saylı tam orta məktəbin 03 oktyabr 2024-cü il tarixli 153 saylı əmrin ləğv olunması, onun əvvəlki fiziki tərbiyə fənni üzrə müəllim vəzifəsinə bərpa edilməsi, eləcə də azadılmış dərs saatlarının bərpa olunması, dərs saatlarının azalması nəticəsində ona dəyən 10000 (on min) manat maddi ziyanın ödənilməsi tələbi əsassız olduğundan rədd edilməlidir. Beləliklə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdehə qarşı Naxçıvan şəhəri İ.Səfərli adına 1 saylı tam orta məktəbin 03 oktyabr 2024-cü il tarixli 153 saylı əmrin ləğv olunması, onun əvvəlki fiziki tərbiyə fənni üzrə müəllim vəzifəsinə bərpa edilməsi, eləcə də azadılmış dərs saatlarının bərpa olunması, dərs saatlarının azalması nəticəsində ona dəyən 10000 (on min) manat maddi ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-209/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-209/2025
29.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver