Məhkəmə qərarları › İş №2(078)-220/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-220/2025

04.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-220/2025 04.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi ölüm faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri, Bulqan kəndində yaşamış mərhum qızı X3 xx.xx.2009-cu il tarixdə Naxçıvan şəhəri, Bulqan kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X9 onun qızıdır. O, 26 oktyabr 2009-cu il tarixdə Naxçıvan şəhəri, Bulqan kəndində vəfat etmiş və Bulqan kənd qəbristanlığında dəfn olunmuşdur. Naxçıvan şəhəri, Qaraçuq kənd İƏDÜN-nin 11 oktyabr 2024-cü il tarixli, 1280 nömrəli arayışına əsasən X9 26 oktyabr 2009-cu il tarixdə Bulqan kənd qəbristanlığmda adları göstərilən qəbirlərin yanında dəfn olunduğu qeyd olunur: 1 .X10-1937-2011,

2. X7-1946-2016. Naxçıvan Muxtar Respublikam Ədliyyə Nazirliyinin Naxçıvan şəhər Nikah evinin 18 oktyabr 2024-cü il tarixli, 3-16-5/8-15-607/2024 nömrəli məktubuna, əsasən, X3 26 oktyabr 2009-cu il tarixdə öldüyünə dair Naxçıvan Şəhər Nikah Evinin arxivində heç bir məlumatın tapılmadığını, ölüm haqqında qeydin aparılmasının mümkün olmadığını və ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi qeyd olunmuşdur. Z.Əliyeva adına X4 X18 11 oktyabr 2024-cü il tarixli 67 nömrəli arayışında X3 adına ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi göstərilir. Onlar müvafiq dövlət orqanlarına müraciət edib onun ölüm haqqında şəhadətnaməsini indiyədək almamışıq. Bu səbəbdən də qızımın ölüm haqqında qeyd qeydiyyat şöbəsində aparılmamışdır. O, qızı X3 ölüm haqqındın şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Haliyədə aillə üzvlərindən oğlum öz ailəsinə sosial müavinət alınması zərurəti yaranmışdır ki, sistemdə onun ailə üzvlərinin sayı mərhumla birlikdə 5 nəfərdən ibarət olması göstərilmişdir. Mərhum qızının X3 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan ünvanlı dövlət sosial müavinətin təyin olunmasında çətinlik yaranır. Buna görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəsini müdafiə edərək ərizə ilə eyni məzmunlu izahatında oğlunun sosial müavinət üçün müraciət etdiyini, sənədlərdə problem çıxdığını, qızının sağ kimi qeyd olunduğunu, qızının ölüm sənədini vaxtında almadıqlarını və bunun üçün məhkəməyə müraciət etdiyini, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində bildirmişdir ki, ərizəçi onun tanışıdır. xx.xx.1959-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, işləmədiyini, bir kəndli olduğunu, qızının qəbirinin qazılmağında iştirak elədiyini, xəstəlikdən vəfat etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X12 ifadəsində xx.xx.1958-ci ildə Naxçıvan şəhəri, Bulqan kəndində anadan olduğunu, tibb bacısı olduğunu, Onkoloji mərkəzdən təqaüdə çıxıdığını, Rasimin onun həmkəndlisi olduğunu, əvvəllər Türkiyədə işlədiklərini, uşaq xəstələndikdən sonra buraya gəldiklərini, xəstəxanaya gətirdiklərini, Vilayət həkimin artıq xəstə üçün gec olduğunu dediyini, oktyabrda qızın vəfat etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində bildirmişdir ki, Rasim əridir, Şəlalə övladı olub. Şəlalə onkolji xəstə olmuş və xəstəlikdən vəfat etmişdir. Məhkəmə iclasında maraqlı şəxs-Naxçıvan Şəhər Nikah Evi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə ərizənin mahiyyəti ilə əlaqədar iş materiallarına əlavə edilmiş aşağıdakı sənədləri nəzərdən keçirmişdir: Naxçıvan Şəhər Nikah Evininxx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-607/2024 nömrəli məktubuna, əsasən, X3 xx.xx.2009-cu il tarixdə öldüyünə dair Naxçıvan Şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılmasının mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X14 xx.xx.2024-cü il tarixli, 67 nömrəli arayışa, əsasən, X3 ölümü haqqında tibbi şəhadətnamənin verilməsinə dair Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X15 heç bir məlumat tapılmamışdır. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X9 xx.xx.1993-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2024-cü il tarixli, 1280 nömrəli arayışına, əsasən, X1 MR Naxçıvan Şəhəri, Bulqan kəndində qeydiyyatdadır. xx.xx.2009-cu ildə Bulqan kənd qəbiristanlığında dəfn edilmişdir. Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 782 nömrəli arayışına, əsasən, xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi Naxçıvan MR Naxçıvan Şəhər Qaraxanbəyli kəndində qeydiyyatındadır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X3 xx.xx.2009-cu ildə Naxçıvan şəhəri, Bulqan kəndində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi oğlunun ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi: Ərizə təmin edilsin. X3 xx.xx.2009-cü ildə Naxçıvan şəhəri, Bulqan kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar