Məhkəmə qərarları › İş №2(078)-237/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-237/2025

14.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-237/2025 14.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Məmmədova (Hacıyeva) Aygün Əsəd qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Məmmədova (Hacıyeva) Aygün Əsəd qızına qarşı miras əmlaka dair payların müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı və vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum babası X7 miras qalmış N.Naxçıvani küçəsi, döngə 3, ev 11 ünvanında yerləşən 0.0788 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən 1-(2) mərtəbəli 7 otaqlı 103.53 kv.m fərdi yaşayış (kv.m qeyri-yaşayış 140.47 kv.m köməkçi sahədən) ibarət 11 nömrəli fərdi yaşayış mənzilindən (əmlakdan) mərhum atası X34 tərəfindən qəbul olunması və payın müəyyən olunması, mərtum atası X19 qəbul etdiyi miras payının onun tərəfindən qəbul edilməsi və payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının razılığı ilə Cavabdeh4 və Cavabdeh5 cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək vəsiyyətnamə nəzərə alınmadan payların müəyyən edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum nənəsi X20 02 yanvar 2008 ci il tarixdə vafat edib, mərhum babası X27 isə 08 fevral 2018-ci il tarixdə vəfat etmişdir. Babasından miras qalmış ünvan 1 ünvanında yerləşən, mülkiyyətində olan 0.0788 ha torpaq sahəsinin və üzərində yerləşən 1-(2) mərtəbəli 7 otaqlı 103,53 kv.m fərdi yaşayış ---kv.m qeyri-yaşayış, 140,47 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi miras qalmışdır. Mərhum babası X12 aşağıda adları qeyd olunan vərəsələri var:

1. X32 oğlu xx.xx.1921-ci il tarixində vəfat edib; 2.Oğlu-Cavabdeh3; 3.Oğlu-Cavabdeh1; 4.Oğlu Cavabdeh2; 5.X10. Mərhum babası X12 vəfatından sonra həmin mirası qəbul etmə müddətini hüquqi savadsızlıq səbəbindən buraxmışdır. Miras hüquqlarını dövlət qeydiyyatına sala bilmir. Mirasa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün 02 sentyabr 2024-cü il tarixdə Naxçıvan şəhər 3 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Naxçıvan Şəhər 3 saylı Notariat Ofisinin 03 sentyabr 2024-cü il tarixli 218 saylı məktubunda müddət buraxıldığına və tələb olunan sənədlərin təqdim olunmadığına görə mirasa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Həmin miras əmlak payların bölüşdürülməsinin müəyyən olunması əmlak paylarının kimə nə qədər çatması ilə bağlı əmiləri və bibisi ilə arasında narazılıqlar yaranmışdır. Buna görə hər birinin miras paylarının müəyyən olunmasını istəyir. Məhkəmə iclası zamanı iş üzrə İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, bu əmlak babadan qalan mirasdır. Həmin həyətdə iki ev vardır. Birində atası, birində Yadulla əmisi yaşayıb. Hazırda atası vəfat edəndən sonra o və anası həmin evdə yaşayır. Yadulla əmisi isə özünə aid evdə yaşayır. Onlar bir bacı, bir qardaşdır. Anası xəstədir. O atasına düşən payı adına keçirtmək istəyir. Babası 2018-ci ildə vəfat edib, vəfat edənə qədər o həyətdə yaşayıb. Həyətdə 3 ev var. Biri atasının evi, biri Yadulla əmisinin evi və digərini isə babası Fikrət əmisinin evi kimi saxlamışdı. Babasına atası baxıb. 2 otaqlı evdə heç kim yaşamır və həmin otaqlar qeydiyyata alınmamışdır. Atası 2021-ci ildə vəfat edib. Ata vəfat edəndən sonra yoldaşı, o və anası həmin evdə yaşayır. Bacısı 23-24 il olar evlənmişdir və evdən ayrılmışdır. Ev 3 otaq və 1 salondan ibarətdir. Düzdür babası vəsiyyətnamə qoyub və əmlakını atası Məmmədə vəsiyyət edibdir. Ancaq o bölgünün vəsiyyətnamə nəzərə alınmadan aparılmasını istəyir. Çünki o həyətdə atası Məmməd və əmisi Yadulla yaşayıb, və mirasın da haqq və ədalətlə iki yerə bölünməsini istəyir. Məhkəmə iclası zamanı iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Ziyadın babası cavabdehlərin atası olubdur. Birinci növbəli vərəsələr 4 qardaş və 1 bacı olub. Fikrət razı olmadı ki, notariat qaydasında vərəsəlik rəsmiləşdirilsin. X50 rəhmətə getməmişdən qabaq vəsiyyət qoyub, ancaq onlar iddia tələbini dəqiqləşdiriblər, iddiaçı əmisi ilə arasında halallıq olsun deyə mirasın yarı olaraq bölünməsini istəyir. Ataları rəhmətə getdikdən sonra Yadulla və Məmməd mirasa sahib çıxıb. Məmməd rəhmətə getdikdən sonra Ziyad və Yadulla mirasa sahib çıxıb, qanuni olaraq mirasın bölünməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən iş üzrə Cavabdeh1 izahatında bildirmişdir ki, 1988-ci ildə həmin həyətdən çıxmışdır, öz evi var. Atasının vəfatından sonra orda yaşamamışdır. Rəhəmətlik qardaşı Məmməd və Ziyad orada yaşayıbdır. Mirasın qanuni bölünməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən iş üzrə cavabdeh Məmmədova (Hacıyeva) Aygün Əsəd qızı izahatında bildirmişdir ki, 20 yaşına qədər orda yaşayıb, sonra evlənərək evdən çıxıbdır. Həyətdə Yadulla ilə Ziyadın atası yaşayıb. Miras əmlak nənəsindən atasına qalıbdır. Mirasın qanuni bölünməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən iş üzrə Cavabdeh2 izahatında bildirmişdir ki, ata vəfat edəndən əvvəl və sonra orada yaşayır. Başqa evi yoxdur. Mirasın qanuni bölünməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən iş üzrə Cavabdeh3 izahatında bildirmişdir ki, həmin həyətdə doğulmuşdur. 2003-cü ildə oradan çıxmışdır, öz evi var. Ata payından payını istəyir. Həmin həyətdə atası vəfat edəndən sonra heç bir iş görməmişdir, notariusa getməyib. 2 otaqlı evi gözünü açandan görmüşdü, 2 otaqlı evin ona verələcəyinə dair anası ona demişdir. Məhkəmə iclası zamanı izahat verən iş üzrə Cavabdeh5 izahatında bildirmişdir ki, qayınana və qayınatasının vaxtından orada yaşayır. Yoldaşı Məmməd vəfat edəndən sonra da orda yaşayır. O payını oğluna verir. Məhkəmə iclası zamanı ifadə verən iş üzrə şahid X39 bildirmişdir ki, qonşudur. Həmin həyətdə Ziyadın babası yaşayıb. Babadan sonra da Ziyadın atası, indi özü, yoldaşı, anası, Yadulla yaşayır. Ziyadın atası o evdə yaşayıb. Fikrət çoxdan başqa evdə yaşayır. Həyətdə 2 ev var. Məhkəmə iclası zamanı ifadə verən iş üzrə şahid X42 bildirmişdir ki, qonşudur. Anadan olandan orada yaşayır. Həmin həyətdə Məmməd və qardaşı Yadulla yaşayıb. Əsəd vəfat edəndən sonra Yadulla və Məmməd orada yaşadı. Məmməd vəfat edəndən sonra Ziyad və anası Məmmədin evində yaşayır. Məhkəmə iclası zamanı ifadə verən iş üzrə şahid X28 bildirmişdir ki, qonşudur. Ev Əsədin olub. Əsəd vəfat edəndən sonra Yadulla və Məmməd yaşadı. Digərlərini görməyib. 2004-cü ildə həmin məhəlləyə köçmüşdür. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, onları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışa, əsasən, Hacıyev X25 şəhəri, X45 küçəsi, döngə 4, ev 8 ünvanında qeydiyyatdadır. İş materiallarına Cavabdeh3, Cavabdeh2, İddiaçı, X13, Cavabdeh1 şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. Naxçıvan Şəhər 3 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubuna, əsasən, İddiaçı mirasın qəbulu üçün müəyyən edilmiş müddət buraxıldığından və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün tələb olunan sənədlər ofisə təqdim olunmadığından məhkəməyə müraciət etməyiniz tövsiyə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, ünvan 1 ünvanında yerləşən 0.0788 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən 1-(2) mərtəbəli 7 otaqlı 103.53 kv.m fərdi yaşayış ----kv.m qeyri-yaşayış 140.47 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X12 adına daşınmaz əmlakın dövlət reyestrində 18/7 nömrəli reyestr kitabının 1338 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2011-ci ildə tərtib olunmuş 770 inventar nömrəli Daşənmaz əmlakın (fərdi yaşayış evi) texniki pasportunun surətindən məlum olur ki, ünvan 1 X12 adına qeydiyyata alınmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 631 nömrəli arayışdan aydın olur ki, Hacıyev X22 şəhəri, N.Naxçıvani küçəsi, döngə 3, ev 11 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 624 nömrəli arayışdan aydın olur ki, X3 şəhəri, N.Naxçıvani küçəsi, döngə 3, ev 11 ünvanında yaşayıb. Aşağıdakı tərkibdə vərəsələri vardır:

1. Həyat yoldaşı-X14, vəfat edib,

2. Oğlu-Cavabdeh1-1961,

3. Oğlu-Cavabdeh2-1962,

4. Qızı-Cavabdeh6-1965,

5. Oğlu-Cavabdeh3-1969,

6. X32 oğlu, vəfat edib. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İl seriyalı 165126 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X34 xx.xx.2021-ci il tarixdə xroniki qaraciyər çatmamazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabında 189 nömrə ilə qeydiyyat aparılmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 630 nömrəli arayışdan aydın olur ki, Məmmədova (Hacıyeva) X29 şəhəri, N.Naxçıvani küçəsi, döngə 3, ev 11 ünvanında qeydiyyatdadır. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İl seriyalı 672827 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X27 xx.xx.2018-ci il tarixdə ürəyin ateroskleroz diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabında 55 nömrə ilə qeydiyyat aparılmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 629 nömrəli arayışdan aydın olur ki, Hacıyev X26 şəhəri, N.Naxçıvani küçəsi, döngə 3, ev 11 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 622 nömrəli arayışdan aydın olur ki, Hacıyev X30 şəhəri, N.Naxçıvani küçəsi, döngə 3, ev 11 ünvanında qeydiyyatdadır. Naxçıvan şəhər Nikah Evi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışdan aydın olur ki, X20 xx.xx.2008-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli vəsiyyətnaməyə, əsasən, X8 bildirmişdir ki, ölən gündə ona məxsus bütün daşınar və daşınmaz əmlakını o, cümlədən ünvan 6 ünvanda yerləşən, 0.0788 hya torpaq sahəsinin və üzərində yerləşən 7 otaqlı fərdi yaşayış evini oğlu X24 vəsiyyət etmişdir. xx.xx.2025-ci il tarixli vəsatətə, əsasən, Vəkil X15 və Cavabdeh5 cavabdeh qismində dəvət olunmasını xahiş etmişdir. Cavabdeh4 xx.xx.2025-ci il tarixdə **********424 nömrəli ərizəyə, əsasən, X19 xx.xx.2021-ci il tarixdə vəfatından sonra vərəsəliyə dair 6 (altı) aylıq müddəti buraxdığını, məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə Vəkil tərəfindən tələbin dəqiqləşdirilməsi barədə ərizə verilmişdir. Vəsiyyətnaməni nəzərə almadan payların müyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddianı təmin edərkən gəldiyi nəticəni yuxarıda qeyd olunan işin faktiki halları ilə əlaqəli şəkildə əsaslandırmaqla iddia tələbinin mirasın qəbul edilməsi və payın müəyyən edilməsi tələbinin hər bir hissəsinə ayrı-ayrılıqda qiymət verir. Belə ki, iddiaçının tələbi miras əmlakda payların müəyyən olunması tələbidir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən qeyd edir ki, aydınlaşdırılmalı halların birincisi iddiaçının miras əmlakı qəbul edib-etməməsidir. Belə ki, qəbul edilməyən miras barəsində pay müəyyən edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır. Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən vərəsəlik münasibətlərinin yaranmasında əsas kimi miras qoyanın vəsiyyəti qanun üzrə vərəsəlikdən daha üstün tutulur. Lakin miras qoyan vəsiyyətnamə qoymadığı halda, qanun üzrə vərəsəlik qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə iddia tələbinin ikinci hissəsinə-miras əmlakdan payın müəyyən olunması tələbinə hüquqi qiymət verərək aşağıdakılı halların zəruriliyini qeyd edir. Belə ki, işin yuxarıda şərh olunmuş hallarından aydın olduğu kimi mərhum X16 miras qalan ünvan 1 ünvanında yerləşən 0.0788 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən 1-(2) mərtəbəli 7 otaqlı 103.53 kv.m fərdi yaşayış ----kv.m qeyri-yaşayış 140.47 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin iddiaçının payının hansı hissədə müəyyən edilməsi məsələsi araşdırılarkən miras qoyanın qoyanın bütün vərəsələri tam araşdırılmalı və mirası qəbul etmiş şəxslərə münasibətdə paylar müəyyən edilməli, iddiaçının payı da həmçinin bu araşdırma nəticəsində müəyyənləşdirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Plenum Qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq miras əmlakla bağlı bütün məsələlərin aydınlaşdırılmasını zəruri hesab edir və qeyd edir ki, bu halın müəyyən edilməsi iddia tələbindən kənara çıxarılma olaraq qiymətləndirilməməlidir. Ona görə ki, hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla miras əmlakın hüquqi taleyi ilə vərəslər arasında olan bütün məsələlərin bir iddia çərçivəsində həll edilməsi prosessual qənaət prinsipinə də uyğun hesab edilir. Belə ki, işin yuxarıda şərh olunmuş hallarından aydın olduğu kimi X2 miras qalan ünvan 1 ünvanında yerləşən miras əmlakda iddiaçının payının hansı hissədə müəyyən edilməsi məsələsi araşdırılarkən miras qoyanın qoyanın bütün vərəsələri tam araşdırılmalı və mirası qəbul etmiş şəxslərə münasibətdə paylar müəyyən edilməli, iddiaçının payı da həmçinin bu araşdırma nəticəsində müəyyənləşdirilməlidir. Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir (N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarları) Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Tərəflərin izahatları, şahid ifadələri ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 0.0788 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən 1-(2) mərtəbəli 7 otaqlı 103.53 kv.m fərdi yaşayış ----kv.m qeyri-yaşayış 140.47 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi miras əmlak olaraq X17 tərəfindən X21 miras olaraq keçmişdir. Belə ki, daşınmaz əmlakın texniki pasportunda X5 adından xətt çəkilərək X12 adı qeyd edilmişdir. X1 Əsəd Yadulla oğlunun anasıdır. Buradan aydın olur ki, ünvan 1 ünvanında yerləşən 0.0788 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən 1-(2) mərtəbəli 7 otaqlı 103.53 kv.m fərdi yaşayış ----kv.m qeyri-yaşayış 140.47 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi X27 və X6 nikah dövründə əldə edilmiş birgə mülkiyyəti deyil. X12 Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, X34 adlı 5 övladı vardır. X27 8 fevral 2018-ci ildə vəfat edib. xx.xx.2017-ci il tarixli vəsiyyətnamə ilə X27 anadan qalan miras əmlakını oğlu X24 vəsiyyət edir. X11 vəfat etdikdən sonra həmin əmlakda iki qardaş Cavabdeh2 və X34 yaşayaraq miras əmlakı faktiki olaraq qəbul etmişdirlər. 2021-ci ildə X34 vəfat etmişdir. Onun vəfatından sonra və hal-hazırda da miras əmlakda Cavabdeh2 və İddiaçı ailəsi, anası ilə birlikdə yaşayırlar. Cavabdeh3 əmlakda 2003-cü ilə kimi yaşadığını və atasının vəfatından sonra mirası qəbul etmə kimi hər hansı fəaliyyət göstərmədiyini öz ifadəsində qeyd etmişdir. Cavabdeh6 evləndikdən sonra həmin əmlakda yaşamadığını bildirmişdir. Cavabdeh1da həmin əmlakda yaşamadığını, özünə aid evi olduğunu, 1988-ci ildən həmin evdən çıxdığını öz izahatında bildirmişdir. Cavabdeh4 miras əmlakı qəbul etmə müddətinin buraxdığını və əmlaka dair məhkəməyə müraciət etməyəcəyinə dair ərizə vermişdir. İddiaçı anası Cavabdeh5 yoldaşı X2 qalan mirası əmlakdan oğlu İddiaçı xeyrinə imtina etdiyini bildirmişdir. Məmməd İddiaçı miras əmlak üzrə vəsiyyətnamə nəzərə alınmadan əmlakı bərbaər hissəyə atasına və əmisi Cavabdeh2 verilməsini xahiş etmiş, atasından qalan miras əmlakda isə öz payının müəyyən edilməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə X2 qalan ünvan 1 ünvanında yerləşən 0.0788 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən 1-(2) mərtəbəli 7 otaqlı 103.53 kv.m fərdi yaşayış ----kv.m qeyri-yaşayış 140.47 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin-əmlakın mərhum X34 tərəfindən sağlığında qəbul olunması faktı müəyyən edilməlidir. Eləcə də X2 miras qalan əmlakın Cavabdeh2 tərəfindən faktiki qəbul edilməsi də işə baxılan zaman sübuta yetirilmişdir. Lakin digər vərəsələr-cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Məmmədova (Hacıyeva) Aygün Əsəd qızının atadan qalan miras əmlakı faktiki qəbul edilməsi işə baxılan zaman sübut olunmadığından miras əmlakda pay müəyyən edilən zaman həmin vərəsələr nəzərə alına bilməz. Beləliklə X2 qalan ünvan 1 ünvanında yerləşən 0.0788 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən 1-(2) mərtəbəli 7 otaqlı 103.53 kv.m fərdi yaşayış ----kv.m qeyri-yaşayış 140.47 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin-əmlakda X4 payı ½ hissədə, Cavabdeh2 payı ½ hissədə müəyyən edilməlidir. Məhkəmə payları bərabər müəyyən edərkən iddiaçının izahatı, vəkil və nümayəndəsinin ərizəsi nəzərə alınaraq iddia tələbini dəqiqləşdirərək pay müəyyən edilən zaman vəsiyyətnaməni nəzərə almamışdır. Çünki vəsiyyətnamə nəzərə alınmadan payın müəyyən edilməsi iddiaçı tərəfin tələbi olmuşdur. Məhkəmə qanun üzrə vərəsəlik əsasında miras əmlakda pay bölgüsünü aparmışdır. Bununla yanaşı məhkəmə X4 ½ hissədə payının kim tərəfindən qəbul edilməsini araşdıran zaman müəyyən etmişdir ki, X4 vərəsələrindən Cavabdeh4 miras əmlakı qəbul etməsi sübuta yetirilmədiyindən atadan qalan payı müəyyən edilə bilməz. Bununla belə Cavabdeh4 atadan qalan miras əmlakı qəbul etməməsinə dair 24 yanvar 2025-ci il tarixli ərizənin heç bir hüquqi əhəmiyyəti olmadığını məhkəmə qeyd edir. Belə ki, mirasın qəbulu və mirasdan imtina mülki qanunvericilikdə həmin vaxt qüvvədə olan normaya uyğun olaraq nəzərdə tutulan müddət ərzində münasibət bildirildikdə müəyyən hüquqi nəticə yarada bilər. Müddət keçdikdən sonra isə mirasın qəbulu və ya ondan imtina barədə verilmiş ərizə vərəsəliklə bağlı məsələnin həlli üçün hər hansı hüquqi nəticə yaratmır. Digər vərəsə Cavabdeh5 isə mərhum əri Məmməd Hacıyevdən qalan miras əmlakı qəbul etməsinə baxmayaraq həmin miras əmlakdakı payını oğlu Ziya Hacıyevin xeyrinə imtina etməsini bildirməsi nəzərə alınmasını məhkəmə əsaslı hesab edir. Ona görə ki, vərəsə Cavabdeh5 mərhum ərinin vəfatından sonra ondan qalan mirası qəbul etmiş, yaşamış, faktiki olaraq idarə etmişdir. Lakin həmin əmlakdakı payından oğlunun xeyrinə imtina etdiyini məhkəmə iclasında bildirmişdir. Bu halda məhkəmə onun imtinasının hüquqi nəticə yaratması əsası ilə qəbuledilən hesab edir. Bütün bu qeyd edilənlərin nəticəsində məhkəmə X4 qəbul etdiyi miras payının İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməklə ümumi miras əmlakda İddiaçı atasının vəfatından sonra ondan qalan miras əmlak üzrə payı ½ hissədə müəyyən edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 24462 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) dövlət rüsum cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Məmmədova (Hacıyeva) Aygün Əsəd qızından tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia təmin edilsin. X2 qalan ünvan 1 ünvanında yerləşən miras əmlakın mərhum X34 tərəfindən sağlığında qəbul olunması faktı müəyyən edilməklə həmin əmlakda ½ hissədə payı müəyyən edilsin. Eləcə də Cavabdeh2 həmin miras əmlakda payı ½ hissədə müəyyən edilsin. X4 vəfatından sonra ondan qalan ünvan 1 ünvanında yerləşən miras əmlakın ½ hissəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməklə miras əmlakda payı ½ hissədə müəyyən edilsin. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 24462 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) dövlət rüsum cavabdehlər Cavabdeh1, X9, Cavabdeh2 və Məmmədova (Hacıyeva) Aygün Əsəd qızından tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar