Məhkəmə qərarları › İş №2(078)-243/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-243/2025

26.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-243/2025 26.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X10 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən ümumi sahəsi 0.1364 ha olan torpaq sahəsində 3/5 hissədə olan payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən ümumi sahəsi 0.1364 ha olan torpaq sahəsi paylı mülkiyyət hüququ ilə hər birinə 1/5 hissə olmaqla mərhum atası X4, mərhum anası X7, mərhum qardaşı X5, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə verilmişdir. Mərhum atası X8 xx.xx.2012-ci il tarixdə, anası Həsənova (Novruzova) Səriyyə Əli qızı xx.xx.2010-cu il tarixdə və X9 xx.xx.2018-ci il tarixdə vəfat etmişdirlər. Miras onun tərəfindən qəbul olunmuşdur. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin çıxarışına əsasən, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən torpaq sahəsinin 1/5 hissəsi Cavabdeh1, 1/5 hissəsi Cavabdeh2 və 3/5 hissəsi onun mülkiyyətindədir. Naxçıvan Şəhər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli 2(078)-959/2024 nömrəli qətnaməsi ilə X2, mərhum X11 və mərhum X3 paylı mülkiyyət hüququ üzrə miras qalan Naxçıvan şəhəri Qaraxanbəyli kəndi 1-ci küçə, 1-də 0.1364 ha torpaq sahəsinin 3/5 hissəsinin ərizəçi İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Cavabdehlər naturada bölgüyə razılıq vermədiyindən istəyir ki, payları məhkəmə qaydasında naturada bölünsün. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək izahatında torpağın, həyətin natura bölünməsi tələbi barədə iddia verdiyini, ekspertiza nəticəsi ilə razılaşdığını, yekun məhkəmə aktının çıxmasını bildirmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə iclası iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı olmadan keçirilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-959/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli qətnaməsi ilə, X2, mərhum X11 və mərhum X3 paylı mülkiyyət hüququ üzrə miras qalan Naxçıvan şəhəri Qaraxanbəyli kəndi 1-ci küçə, 1-də 0.1364 ha torpaq sahəsinin 3/5 hissəsinin ərizəçi İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndi, 1-ci küçə, 1-də yerləşən 0.1364 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında 1/5 hissə olmaqla Cavabdeh1, 1/5 hissə olmaqla Cavabdeh2 və 3/5 hissə olmaqla X1 adına daşınmaz əmlakın dövlət reyestrində 16/30 nömrəli reyestr kitabının 5678 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********54, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2024). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 aprel 2025-ci il tarixli, 203 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri baxış zamanı və mülki iş materiallarında olan zəruri məlumatlara əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.1364 ha olan həyətyanı torpaq sahəsindən iddiaçının 3/5 hissə payına mütənasib surətdə naturada bölünərək verilməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Tədqiq olunan həyətyanı torpaq sahəsindən ayrı-ayrılıqda 1/5 və 3/5 hissələrinin payın ayrılması (bölünməsi) zamanı, həmin torpaq sahələri üzrə hansı dəyişikliklərin aparılması, tərəflərin sərəncamına düşən hansı sahələrdən ibarət olması, eləcə də onların paylarına nə qədər sahənin düşdüyü rəyin tədqiqat hissəsində, həmçinin rəyə əlavə olunmuş bölgü variantının plan-sxemdə ətraflı göstərilmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş mаteriаllаrını аrаşdırıb iş üzrə tоplаnmış sübutlаrа оbyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 125-ci mаddəsinin Vİİ bəndinə əsаsən, məhkəmə icrааtı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyası”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinin tələbinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında müəyyən edilmişdir ki, “Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılımasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməinin mümkünlüyü müəyyən edilməlidir. Yuxarıda sadalanan işin hallarından da göründüyü kimi, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən mövqeyinə uyğun olaraq mübahisəyə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsinə əməl olunmuşdur. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlaqı nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndi, 1-ci küçə, 1-də yerləşən 0.1364 ha torpaq sahəsindən İddiaçı 3/5 hissədə payı naturada bölünməlidir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 aprel 2025-ci il tarixli, 203 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri baxış zamanı və mülki iş materiallarında olan zəruri məlumatlara əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.1364 ha olan həyətyanı torpaq sahəsindən iddiaçının 3/5 hissə payına mütənasib surətdə naturada bölünərək verilməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Tədqiq olunan həyətyanı torpaq sahəsindən ayrı-ayrılıqda 1/5 və 3/5 hissələrinin payın ayrılması (bölünməsi) zamanı, həmin torpaq sahələri üzrə hansı dəyişikliklərin aparılması, tərəflərin sərəncamına düşən hansı sahələrdən ibarət olması, eləcə də onların paylarına nə qədər sahənin düşdüyü rəyin tədqiqat hissəsində, həmçinin rəyə əlavə olunmuş bölgü variantının plan-sxemdə ətraflı göstərilmişdir. Ekspert rəyinə əlavə olunmuş torpaq sahəsinin plan sxem üzrə torpaq sahəsinin aşağı hissəsində mövcud olan alaqapı istiqamətindən həyətin yuxarısına doğru təqribən 16.19 metr məsafə verməklə həmin istiqamətdən həyətin eni boyu təqribən 18.09 metr.kv onun son istiqamətindən həyətin yuxarı istiqamətinə (sol istiqamətə) doğru isə təqribən 23.76 metr sərhəd hasarı çəkilməklə 1364 kv.m həyətyanı torpaq sahəsi üzrə İddiaçı 3/5 hissədə payı-818.40 kv.metr torpaq sahəsi olaraq naturada bölünməsinin mümkün olması qeyd edilmişdir. Məhkəmə sözügedən ekspert rəyi və ona əlavə edilən bğlgü plan sxemi üzrə payın naturada bölünməsinin mümkün olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərini ilə bağlı məsələni müzakirə edən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 09 dekabr 2024-cü il tarixdə 29076 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı qaytarılmalıdır. Məhkəmə ekspert xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq büdcə təsnifat kodu: 142330, X15 MR İdarəsi kodu 502906, VÖEN: **********, müxbir hesab: AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN: **********, hesab: AZ21NABZ******************** olan hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair iddia təmin olunsun. Naxçıvan şəhəri, Qaraxanbəyli kəndi, 1-ci küçə, 1-də yerləşən 0.1364 ha torpaq sahəsindən İddiaçı 3/5 hissədə payı naturada bölünsün. Ekspert rəyinə əlavə olunmuş torpaq sahəsinin plan sxem üzrə torpaq sahəsinin aşağı hissəsində mövcud olan alaqapı istiqamətindən həyətin yuxarısına doğru təqribən 16.19 metr məsafə verməklə həmin istiqamətdən həyətin eni boyu təqribən 18.09 metr onun son istiqamətindən həyətin yuxarı istiqamətinə (sol istiqamətə) doğru isə təqribən 23.76 metr sərhəd hasarı çəkilməklə 1364 kv.m həyətyanı torpaq sahəsi üzrə İddiaçı 3/5 hissədə payı- 818.40 kv.metr torpaq sahəsi olaraq naturada bölünsün. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 09 dekabr 2024-cü il tarixdə 29076 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı qaytarılsın. Məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq büdcə təsnifat kodu: 142330, X15 MR İdarəsi kodu 502906, VÖEN: **********, müxbir hesab: AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN: **********, hesab: AZ21NABZ******************** olan hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar