Məhkəmə qərarları › İş №2(078)-246/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-246/2025

02.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-246/2025 02.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı daşınmaz əmlakdan payların müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlak olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.69 kv.m ümumi, 47.12 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzildən paylarının dörddə bir hissədə müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.69 kv.m ümumi, 47.12 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə mərhum ataları Şirzadov Ziyad Məmməd oğluna məxsusdur. Mərhum ataları Şirzadov Ziyad Məmməd oğlunun ölümündən sonra həmin daşınmaz əmlak miras qalmışdır. Cavabdeh mirasın onun tərəfindən faktiki qəbulu ilə bağlı iddia tələbi ilə bağlı Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 1122/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-70/2024 nömrəli, 06 aprel 2024-cü il tarixli qətnaməsi ilə mərhum anaları Seyidova (Şirzadova) Aybəniz Cəlal qızının ölümündən sonra miras əmlak olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.69 kv.m ümumi, 47.12 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin onlar tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-70/2024 nömrəli, 06 aprel 2024-cü il tarixli qətnaməsi ilə mirasın onlar tərəfindən qəbul edilməsi faktı müəyyən olunsa da, həmin daşınmaz əmlakdan paylarının müəyyən olunmasında narazılıqlar yaranır ki, onlar da paylarının müəyyən olunmasını istəyirlər. Məhkəmə baxışı iclasında İddiaçı1 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, atasının vəfatından sonra anası mirası faktiki olaraq qəbul etmiş, anası 8 ay müddətində oğlu Nihadla birlikdə o evdə yaşamışdır. Mütəmadi olaraq onlar da onunla birgə yaşayıb qayğısına qalmıdılar. Valideynlərinin sağlığında da onların yanında olmayan hətta vəfatında belə yas mərasimində iştirak etməyən, məzar daşlarının götürülməsində də heç bir iştirakı olmayan cavabdehin zorakılıqla və hegemonluqla mirası qeyri rəsmi qəbul edib orada yaşaması insan hüquqlarına və qanuna ziddir. Ardınca bildirmişdir ki, onlar sosial hüquq dövlətində yaşayır, qanunun gücü hər şeydən alidir. 2 ilə yaxın davam edən mübahisəli məsələ xx.xx.2024-cü il tarixli Ali Məhkəmənin qərarı ilə yekunlaşmışdır. Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi qismən ləğv edilərək onlara düşən paya münasibətdə qətnamə ləğv olunmuşdur. Ali məhkəmənin hakimi Əli müəllimə yaxınlaşmışdılar və o ona qətnamənin şərhi izahını vermişdir. İzahında 50 faiz onların payının olduğunu bildirmişdir. Bildirmişdir ki, atasının vəfatından sonra mülkiyyət hüququ 4 deyil 5 hissədən ibarətdir. Anasının da o bölgüdə payı vardır. Cavabdehin kirayə müqaviləsini təqdim etmişdir. Cavabdeh orada necə hazırlıq keçib ki, qayınatasının şəkili də divarda olub. Hamısı yalan məlumatlardır. Onun başqa yaşadığı yer olub. O miras qəbul etməyib. Bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı3 iddianı müdafiə edərək izahatında atasının vəfatından sonra vərəsəliyi qəbul etdiyini, vərəsəlikdən qalan mirasın daşınmaz əmlakın əşyaları ilə birlikdə ona payın müəyyən olunmasını istədiyini, atasının 11 yanvar 2022-ci il tarixdə vəfat etdiyini, məhkəmə qətnamələrinin Naxçıvan Şəhər Məhkəməsinin qətnamələri olduğunu, işə Qabil Məmmədovun baxdığını, onlara heç bir pay bölmədiyini, onun da bu barədə Azərbaycan Respublikası Ədliyyə nazirliyinə müraciət etdiyini, onlarla görüntülü danışdığını, evin atası və anasının birgə nikah dövründə əldə olunduğunu, anasının 28 aprel 2023-cü ildə vəfat etdiyini, atasının onun evində vəfat etdiyini, anası və atası sağ olanda onların birgə tək yaşadıqlarını, onlara yaxın evdə qalan balaca qardaşları Azərin onlara nəzarət etdiyini, özlərinin də gedib onlarda qaldıqlarını, onlarla maraqlandıqlarını, lakin cavabdehin ayrı yaşadığını onlara da heç bir aidiyyatının olmadığını, atası vəfat etdikdən sonra anasının Nihadla yaşadığını, cavabdehin gəlib anasına o evdə yaşamaq istədiyini bildirdiyini, buna səbəb isə ailəsi ilə problemlərinin olduğunu söylədiyini, anasının razı olmadığını, lakin onların anasını razı saldıqlarını, analarına ev tikir qoy evi hazır olana qədər yaşasın dediklərini, evinin şəkillərinin də olduğunu, evə köçdükdən sonra üç balasının canına and içir ki, cavabdehin oğlunun anasının qızıllarını oğurladığını, aparıb satanda polislərin tutduğunu, bu hadisədən bir həftə sonra anasının infakt keçirib vəfat etdiyini, anasının və atasının başına açmadığı oyunun qalmadığını, içib dəfələrlə atasını döydüyünü, atasının vəfat etdikdə anasının qardaşının oğlu Nihadla davamlı yaşadığını, anası da öldükdən sonra cavabdehin girib orada yaşadığını, onları qoymadığını, cavabdehin anasının yasının ortasında balaca bacısını döydüyünü, evdən çıxmadığını, onların üstünə polis çağırdığını, anasını xəstəxanaya Bakıya apararkən xərci çəkənin özü olduğunu, hətta cavabdehin də xərcini onun çəkdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında İddiaçı2 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, bacısı Zülfiyyə və qardaşı Azərin izahatlarını təsdiq edir. Qanuni qərar verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh izahatında 3 məhkəmənin olduğunu, üçündə də qətnamənin çıxarıldığını, anasına münasibətdə mirasın onun qəbul etdiyini, mənzilin 47.12 kvadrat metr olduğunu və bu ölçünün naturada bölgüyə düşmədiyini, Mülki Məcəllənin maddələrinə əməl edilməsini xahiş etdiyini, onların birbaşa ondan pay istəyə bilməyəcəklərini, birinci instansiya məhkəməsində 84 yaşlı bibisinin şahid olduğunu, qonşularının gəlib şahid olduqlarını, Zülfiyyə və Azərin ataya münasibətdə heç bir mülkiyyətləri olmadığını, bunu məhkəməyə təqdim etdiyi sübutlarda göstərdiyini, hər birinin arxivdə olduğunu, 23.56 kvadrat metri 4 hissəyə böldükdə hərəyə 5.89 kvadrat metr pay düşür və bu naturada bölgüyə düşmədiyini, ailəli olduğunu, 2 oğlunun olduğunu, rahat yaşamaq istədiyini, ondan əl çəkmələrini istədiyini, atası vəfat etməzdən əvvəl də sonra da özünün o evdə yaşadığını, qonşularının və yoldaşı Vəfanın buna şahid olduğunu, onun o evdə yaşadığı müddətdə iddiaçıların onlara qonaq kimi gəldiyini, onun yoldaşının da onlara yemək hazırladığını, qonaq kimi qəbul edib qulluq etdiklərini, atlarının yaşlı olduğunu, huşu getdiyini, özü özünü idarə edə bilmədiyini, nə danışdığını bilmədiyini, atasına qarşı iddiaçıların dediyi halların heç birinin yaşanmadığını, Zülfiyyə və Azərin anası ölənədək onunla küsülü olduqlarını, kirayədə sadəcə şagird hazırlaşdırmaq üçün ev tutduğunu, evi maklerin sadəcə ailəlilərə verdiyini, o səbəbdən evi götürməyə ailəsi ilə getdiyini, miras məsələsindən qabaq hamısının onu çox istədiyini, and içəndə onun adını çəkdiklərini, miras məsələsi çıxandan sonra ona qarşı birləşdiklərini, evinə basqın elədiklərini, əllərində benzinlə evi yandırmağa cəhd göstərdiklərini, özünün də polis çağırdığını, əsəbdən şəkər xəstəliyi tutduğunu, xəstəliyə görə iddiaçıları məhkəməyə verib təzminat istəyəcəyin bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən MH ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın surətindən və 19 oktyabr 2010-cu il tarixdə verilmiş 14574 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun təsdiqlənmiş surətindən aydın olur ki, Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.69 kv.m ümumi, 47.12 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Şirzadov Ziyad Məmməd oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 12/5 nömrəli reyestr kitabının 858 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********15-05101-093017, qeydiyyat nömrəsi: **********, xx.xx.2010). İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1122/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsinin surətinə əsasən, ilkin iddianın qismən təmin edilməsi, mərhum Şirzadov Ziyad Məmməd oğlunun mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq Seyidova (Şirzadova) Aybəniz Cəlal qızı tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən olunması, mərhum Seyidova (Şirzadova) Aybəniz Cəlal qızının ölümündən sonra isə həmin əmlakın İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və X5 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması tələbinin rədd olunması, qarşılıqlı iddianın təmin edilməsi, mərhum Şirzadov Ziyad Məmməd oğlunun mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha toıpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq Şirzadov Ziyad Məmməd oğlunun ölümündən sonra həmin əmlakın Cavabdeh tərəfindən qəbul edilməsi faktının müəyyən olunması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(108)-70/2024 nömrəli, 06 aprel 2024-cü il tarixli qətnaməsinin surətinə əsasən, iddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətinin qismən təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122/2023 nömrəli qətnaməsinin qismən “iddia qismən təmin edilsin mərhum Seyidova (Şirzadova) Aybəniz Cəlal qızının ölümündən sonra isə həmin əmlakın İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və İddiaçı3 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması tələbi rədd olunsun” sözləri göstərilən hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilməsi, iddianın həmin hissədə əsaslı olduğundan təmin edilməsinin, mərhum Seyidova (Şirzadova) Aybəniz Cəlal qızının ölümündən sonra miras əmlak olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və İddiaçı3 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2(102)-2627/2024 nömrəli qərarının surətinə əsasən, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 06 aprel 2024-cü il tarixli, 2(108)-70/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş notarial təsdiqli ərizənin surətinə əsasən, İddiaçı1, İddiaçı3 və İddiaçı2 mərhum ata və analarından qalan mirasdan onlara çatan payı qəbul etdiklərini bildirmişlər. İş materiallarına əlavə edilmiş İ-JQ 399375 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən, Şirzadov Ziyad Məmməd oğlu ilə X7 arasında 20 oktyabr 1977-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Şirzadova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş notarial təsdiqli ərizənin surətinə əsasən, Cavabdeh mərhum ata və anasından qalan mirasdan ona çatan payı qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bu maddəni və Konstitusiya Məhkəməsinin qərarını qeyd etməkdə məqsəd ondan ibarətdir ki, hazırki işə baxılan zaman tərəflər arasında miras əmlakla bağlı hüquq mübahisəsinə baxılaraq müvafiq aktlar qəbul edilmiş Naxçıvan Şəhər Məhkəməsininin qətnaməsi dəyişdirilməyən hissədə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının qərarı məcburidir. İşin hallarından aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək mərhum ataları Şirzadov Ziyad Məmməd oğlunun mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq X7 tərəfindən faktiki qəbul edilməsi, mərhum anaları X4 ölümündən sonra isə həmin əmlakın İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və X5 tərəfindən qəbul edilməsinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmin tələbə baxılan zaman Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş və mərhum atası Şirzadov Ziyad Məmməd oğlunun mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq onun tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 23 noyabr 2023-cü il tarixli 2(078)-1122/2023 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, mərhum Şirzadov Ziyad Məmməd oğlunun mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq Seyidova (Şirzadova) Aybəniz Cəlal qızı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən olunmuş, mərhum Seyidova (Şirzadova) Aybəniz Cəlal qızının ölümündən sonra isə həmin əmlakın İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və X5 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması tələbi rədd olunmuş, qarşılıqlı iddia təmin edilmiş, mərhum Şirzadov Ziyad Məmməd oğlunun mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha toıpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq Şirzadov Ziyad Məmməd oğlunun ölümündən sonra həmin əmlakın Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuşdur. Məhkəmənin sözügedən qətnaməsi onunla əsaslandırılmışdır ki, iş üzrə toplanılmış sübutlarla təsdiq olunur ki, miras əmlak vərəsələrdən Cavabdeh və Seyidova (Şirzadova) Aybəniz Cəlal qızı tərəfindən yuxarıda sadalanan hərəkətlər həyata keçirməklə, faktiki olaraq qəbul olunmuşdur. Bu fakt iş üzrə izahatlar, şahid ifadələri və iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Belə ki, Şirzadov Ziyad Məmməd oğlu 11 yanvar 2022-ci il tarixdə vəfat etdikdən sonra həyat yoldaşı X7 və oğlu Cavabdeh mərhum Şirzadov Ziyad Məmməd oğlunun mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində 0.072 ha torpaq sahəsində 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən, 70.69 kv.m ümumi, 47.12 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzili sahiblənərək miras əmlakı qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirmişdir. X7 28 aprel 2023-cü il tarixdə vəfat etdikdən sonra övladı Şirzadov X8 şəhəri, Əlincə məhəlləsində 0.072 ha torpaq sahəsində 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən, 70.69 kv.m ümumi, 47.12 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzili sahiblənərək miras əmlakı qəbul etmək niyyətlərini açıq-aşkar nümayiş etdirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, digər vərəsələr İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızının və İddiaçı3 isə miras əmlakı faktiki qəbul etmələri iş üzrə tərəflərin izahatları, şahid ifadələri və iş üzrə təqdim olunmuş sübutlar ilə sübuta yetmir. Beləki iş üzrə izahatlardan, şahid ifadələrindən həmçinin iddiaçı cavabdehlərin izahatından görünür ki, İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı, İddiaçı3 ailə quraraq başqa ünvanlarda yaşamış, miras əmlakın faktiki qəbulu üçün real hərəkətlər etməmişlər. Miras əmlakda mərhum Seyidova (Şirzadova) Aybəniz Cəlal qızının və Cavabdeh yaşayaraq əmlakı idarə etmələri və Cavabdeh təmir işləri görmələri isə tam olaraq sübut olunmuşdür. Məhkəmə qeyd edir ki, Cavabdeh miras əmlakda yaşaması, miras əmlakı idarə etməsi, təmir etməsi və mərhumların yas mərasimlərini təşkil etməsi iş üzrə tərəflərin izahatı və şahidlərin ifadəsi ilə öz təsdiqini tapır. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə iddiaçı cavabdehlər İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı, İddiaçı3 mərhum analarından sonra mirasın qəbulu faktı ilə əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməklə, mərhum Şirzadov Ziyad Məmməd oğlunun mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha toıpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4- cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq X7 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən olunmalı, X2 ölümündən sonra isə həmin əmlakın İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və X5 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması tələbi rədd olunmalı, qarşılıqlı iddia təmin edilməklə, mərhum Şirzadov Ziyad Məmməd oğlunun mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin miras əmlak olaraq Şirzadov Ziyad Məmməd oğlunun ölümündən sonra isə həmin əmlakın Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalıdır. Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122/2023 nömrəli qətnaməsindən iddiaçı-cavabdeh İddiaçı1, İddiaçı2 və İddiaçı3 verdiyi apellyasiya şikayətinə əsasən Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi qismən ləğv edilmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, istər iddiaçı-cavabdehlər İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və İddiaçı3, istərsə də qarşılıqlı iddia üzrə iddiaçı-Cavabdeh qanunun yuxarıda sadalanan normasında müəyyən olunmuş qaydada mirasın qəbulundan imtina etməmişlər. Əksinə işin araşdırılmış halları və apellyasiya şikayətlərinə əlavə olunmuş İddiaçı1, İddiaçı2 və İddiaçı3 ataları Şirzadov Ziyad Məmməd oğlundan və anaları Seyidova (Şirzadova) Aybəniz Cəlal qızından irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın bizə çatan hissəsini qəbul edirik məzmunlu imzanın həqiqiliyini təsdiq edən ştrix kod nömrəsi **********193 olan ərizələri 5.05.2023-cü ildə Naxçıvan “ASAN XİDMƏT” mərkəzi notariat ofisində Reyestrdə 8İ- 193 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmişdir. Yəni işin yuxarıda sadalanan hallarından da göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi işin əhəmiyyət kəsb edən bu halını nəzərə almayaraq sonunculara münasibətdə əsassız olaraq iddianın rədd olunması nəticəsinə gəlmişdir. Kollegiya cavabdehiddiaçı Cavabdeh miras əmlakı qəbul etmədiyindən ona münasibətdə tələbinin rədd olunmasına dair iddiaçı-cavabdehlərin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə kı, işin araşdırılmış halları, iddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətləri, həmçinin kollegiyadakı izahatları ilə müəyyən edilmişdir ki, mərhum Aybəniz Seyidovanın sağlığından Cavabdeh ailə üzvləri ilə birlikdə hazırda miras əmlak kimi mübahisələndirdikləri həmin mənzildə yaşayır. İşin şərh olunmuş hallarına əsasən kollegiya belə nəticəyə gəlir ki, işə baxan birinci instansiya məhkəməsinin cavabdeh-iddiaçı Cavabdeh miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinin təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır. Kollegiya qeyd edir ki, iddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları qismən sübut etmişlər. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən apellyasiya şikayətinin dəlillərinə məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməklə Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122/2023 nömrəli qətnaməsi qismən, “iddia qismən təmin edilsin, mərhum Seyidova (Şirzadova) Aybəniz Cəlal qızının ölümündən sonra isə həmin əmlakın İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və İddiaçı3 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması tələbinin rədd olunmasına” dair sözləri göstərilən hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia həmin hissədə əsaslı olduğundan təmin edilməli və məhkəmənin qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 06 aprel 2024-cü il tarixli 2(108)-70/2024 nömrəli qətnaməsi ilə iddiaçı-cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 аpеllyаsiyа şikаyəti qismən təmin еdilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(078)-1122/2023 nömrəli qətnaməsi qismən “iddia qismən təmin edilsin mərhum Seyidova (Şirzadova) Aybəniz Cəlal qızının ölümündən sonra isə həmin əmlakın İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və İddiaçı3 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması tələbi rədd olunsun” sözləri göstərilən hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddia həmin hissədə əsaslı olduğundan təmin edilmiş, mərhum Seyidova (Şirzadova) Aybəniz Cəlal qızının ölümündən sonra miras əmlak olan Naxçıvan şəhəri, Əlincə məhəlləsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 2A nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 70.069 kv.metr ümumi, 47.12 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 nömrəli mənzilin İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və İddiaçı3 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının sözügedən qətnaməsindən cavabdeh-iddiaçı Cavabdeh (vəkili Həsənov Vüsal heydər oğlu) tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 17 oktyabr 2024-cü il tarixli 2(102)-2627/2024 nömrəli qərarı ilə təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə istər tərəflərin izahatları, istərsə də iş materiallarında olan mövcud qətnamələrə istinad edərək tərəflərin diqqətinə aşağıdakı halların çatdırmasını zəruri hesab edir. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, mübahisəli miras əmlak ər-arvadın birgə nikahı dövründə əldə edilmiş əmlakdır. Belə ki, daşınmaz əmlakın texniki pasportunun tərtib edilməsi tarixi 19 oktyabr 2010-cu il, əmlakın dövlət qeydiyyatından rəsmi reyestrdən keçirilmə tarixi-çıxarışın verilməsi tarixi xx.xx.2010cu il tarixdir. Nikahın bağlanması haqqında şəhadətnamədən Şirzadov Ziyad Məmməd oğlu ilə X4 1977-ci ilin 20 oktyabr tarixli 273 nömrəli nikah qeydi əsasında rəsmi nikaha daxil olduqları müəyyən edilir. Qüvvədə olan məhkəmə aktlarında müəyyən edilmiş hallarla Şirzadov Ziyad Məmməd oğlunun 11 yanvar 2022-ci il tarixdə, X4 28 aprel 2023-cü il tarixdə vəfat etməsi aydın olur. Yəni miras əmlakda pay hüquqları müəyyən edilən zaman hər bir miras qoyanın payının müəyyən edilməsini və onun payına münasibətdə vərəsələrin paylarının müəyyən edilməsini məhkəmə qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünəkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. Bununla yanaşı məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən mənzil mərhum miras qoyanlar Şirzadov Ziyad Məmməd oğluna ½ hissə, X6 ½ hissə mülkiyyət hüquqları ilə məxsus olmuşdur. Azırbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 05 oktyabr 2012-ci il tarixli Qərarında qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Plenum Qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq miras əmlakla bağlı bütün məsələlərin aydınlaşdırılmasını zəruri hesab edir və qeyd edir ki, bu halın müəyyən edilməsi iddia tələbindən kənara çıxarılma olaraq qiymətləndirilməməlidir. İlk olaraq məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və İddiaçı3 2023-cü ildə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən ataları Şirzadov Ziyad Məmməd oğlundan miras qalan əmlakın özləri tərəfindən qəbul edilməsi faktının tanınması barədə deyil, anaları X7 tərəfindən, onun vəfatından sonra isə özləri tərəfindən qəbul edilməsi faktının tanınması barədə tələb irəli sürmüşlər. Mövcud qətnamələrlə tələbin ilkin tələb həcmdə qalması, dəqiqləşdirilməməsi və işə baxılarkən hüquqi qiymətləndirmənin məhz tələb çərçivəsində aparılması müəyyən edilmişdir. Bunları tərəflərin diqqətinə çatdırmaqda məqsəd ondan ibarətdir ki, mərhum Şirzadov Ziyad Məmməd oğlundan qalan miras əmlakın övladları İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və İddiaçı3 tərəfindən qəbul edilib-edilməməsi məsələsi buna dair tələb olmadığından qanuni qüvvədə olan qətnamələrlə araşdırılmamışdır. Hazırki iddia tələbinin predmetini isə miras əmlakda payın müəyyən edilməsi təşkil etdiyindən araşdırma bu hissədə aparılmalıdır. Mərhum Şirzadov Ziyad Məmməd oğlundan qalan miras əmlakın digər vərəsələri-arvadı X7 və övladı Cavabdeh tərəfində faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə dair qanuni qüvvədə olan məhkəmə aktları mövcuddur. İddiaçı1, İddiaçı2 və İddiaçı3 ataları Şirzadov Ziyad Məmməd oğlundan və anaları Seyidova (Şirzadova) Aybəniz Cəlal qızından irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın bizə çatan hissəsini qəbul edirik məzmunlu imzanın həqiqiliyini təsdiq edən ştrix kod nömrəsi **********193 olan ərizələri xx.xx.2023-cü ildə Naxçıvan “ASAN XİDMƏT” mərkəzi notariat ofisində Reyestrdə 8İ-193 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Burada nəzərə alınmalıdır ki, bu öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin faktiki qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki qanunvericiliyə görə miras əmlak açıldığı andan vərəsənin mülkiyyəti hesab edilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə vərəsəliklə bağlı münasibətləri tənzimləyən maddi hüquq normaları miras əmlakın həm fomral, həm də qeyri-formal qəbul edilməsi qaydalarını tənzimləyir. Miras əmlakın formal şəkildə qəbulu məhz qanunvericiliklə müəyyən edilmiş müddətdə vərəsənin miras əmlakı qəbul etməsinə dair notariat orqanına ərizə verməsi hesab edilir və iddiaçı da mirası formal şəkildə qəbul etmişdir. Miras əmlakın qeyri-formal qəbul edilməsi ilə mirasın faktiki olaraq vərəsə tərəfindən qəbul edilməsini tənzimləyir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur: 1.Miras əmlaka sahiblik etmək üsulu. 2.Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə belə hesab edir ki, mərhum Şirzadov Ziyad Məmməd oğlunun vəfatında sonra iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qanunvericilikdə müəyyən edilmiş vaxtda-yəni miras qoyanın vəfatından sonra üç aylıq müddət ərzində notarial qaydada ərizə verərək miras əmlakı qəbul etməmişlər. Bununla bağlı notarial ofisinə ərizə miras qoyanın vəfatından təxminən 1 il 4 ay sonra (miras qoyan 11 yanvar 2022-ci il tarixdə vəfat etmiş, ərizə 05 may 2023-cü il tarixdə) verilmişdir ki, müddətin ötürülməsi ilə verilən həmin ərizənin üzürlü səbəblə bağlı müddətin uzadılması barədə məhkəmə aktı olmadığı halda hər hansı hüquqi əhəmiyyəti də olmamışdır. Mərhum Şirzadov Ziyad Məmməd oğlunun vəfatından sonra ondan qalan miras əmlakın (mübahisəli daşınmaz əmlakın ½ hissəsinin) faktiki olaraq iddiaçılar tərəfindən qəbul edilməsi mövcud qətnamələrlə müəyyən edilməmiş, hazırki işə baxılan zaman isə mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu halda isə mərhum Şirzadov Ziyad Məmməd oğlundan qalan ünvan 2 ünvanı üzrə daşınmaz əmlakın ½ hissəsinin miras qoyanın digər vərəsələri mərhum X7 və Cavabdeh tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qanuni qüvvədə olan məhkəmə aktları nəzərə alınmaqla hər birinin payı ¼ hissə (1/2 hissə miras əmlak iki vərəsə arasında bərabər bölünməklə) müəyyən edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin ümumi daşınmaz əmlakda iddiaçıların payının müəyyən edilməsi tələbini nəzərə alaraq X2 miras kütləsində vərəsələrinin payının müəyyən edilməsini iş materialları ilə əlaqəli şəkildə tədqiq edir və bununla bağlı aşağıdakıları qeyd edir. Məhkəmə mübahisəli daşınmaz əmlakın ½ hissəsinin X2 mülkiyyətində olması və mərhum əri Şirzadov Ziyad Məmməd oğlundan qalan miras əmlakda ¼ hissədə pay hüququnun olması nəzərə alındıqda ümumi daşınmaz əmlakda miras qoyanın mülkiyyətinin 4/3 hissədə (1/2+1/4=3/4) müəyyən edilməsini qanuni və əsaslı hesab edir. X2 vəfatından sonra ondan qalan miras əmlakın iddiaçılar İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və İddiaçı3 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının qanuni qüvvədə olan qətnaməsi ilə müəyyən edilmişdir. Lakin qarşılıqlı iddia tələbi mərhum Şirzadov Ziyad Məmməd oğlunun miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsi olaraq qeyd edildiyindən mərhum X3 qalan miras əmlakın Cavabdeh tərəfindən qəbul edilməsi faktı mövcud qətnamələrlə müəyyən edilməmişdir. İş materialları ilə X4 28 aprel 2023-cü il tarixdə vəfat etməsi və onun vəfatından sonra 21 iyun 2023-cü il tarixdə Cavabdeh tərəfindən anasının vəfatından sonra ondan qalan miras əmlakı qəbul etməsi barədə notarial qaydada ərizə verməsi müəyyən edilmişdir. Həmçinin qanuni qüvvədə olan qətnamələrlə Cavabdeh hələ anası X1 miras əmlakda yaşaması və faktiki mirası qəbul etməsi işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Cavabdehin həmin ərizəsi mülki qanunvericilikdə mirasın qəbul edilməsi üçün nəzərdə tutulan üç aylıq müddət ərzində verilmişdir və həmin dövrdə mirasın qəbulu müddətini nəzərdə tutan mülki hüquq norması qüvvədə olmuşdur. Sözügedən norma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 26 dekabr 2023-cü il tarixli Qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir. Buna görə də hazırki iddia tələbi üzrə payların müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 26 dekabr 2023-cü il tarixli Qərarına uyğun mövqe nümayiş etdirilməsi həmin Qərarın özündə hansı halda ona istinad edilməsi müəyyən edildiyindən yolverilməzdir. Bu halda isə X2 miras əmlakı üzrə (ümumi daşınmaz əmlakın ¾ hissəsi) onun hər bir vərəsəsinin (iddiaçılar İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və İddiaçı3 və Cavabdeh) bərabər pay hüququ müəyyən edilməli, hər birinin anadan qalan miras əmlakda payı 3/16 hissədə (3/4 hissə miras əmlak dörd vərəsə arasında bərabər bölünməklə) müəyyən edilməlidir. Bütün bunların nəticəsində məhkəmə mərhum Şirzadov Ziyad Məmməd oğlundan və X3 miras qalan ünvan 3 ünvanında yerləşən əmlakda iddiaçılar İddiaçı1, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızı və İddiaçı3 hər birinin 3/16 hissədə, Cavabdeh isə 7/16 hissədə (3/16 hissə anadan qalan pay, ¼ hissə atadan qalan payın cəmi) pay hüquqlarının müəyyən edilməsi qənaətinə gəlir. Bunun nəticəsində məhkəmə iddia tələbinin qalan hissədə rədd edilməsi nəticəsinə gəlir. Belə ki, tələb hər bir vərəsəyə ümumi daşınmaz əmlakda bərabər pay hüququnun müəyyən edilməsi təşkil etdir. Lakin işin məhkəmədə araşdırılmış hallarından aydın olur ki, iddiaçıların daşınmaz əmlakda bərabər payı olsa da cavabdehin həmin əmlakda qeyri-bərabər payı mövcuddur. Bu isə daşınmaz əmlakın ümumi olaraq dörd vərəsə arasında bərabər şəkildə bölünməsini istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Bununla da, vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3560/2024 nömrəli 3 ulduzlu qərarı). Nəticə: Məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməklə, mərhum Şirzadov Ziyad Məmməd oğlundan və X3 miras qalan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakda iddiaçılar İddiaçı1 3/16 hissə, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızının 3/16 hissə, İddiaçı3 3/16 hissə, həmçinin Cavabdeh 7/16 hissə pay hüquqları müəyyən edilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia qismən təmin edildiyindən İddiaçı1 tərəfindən xx.xx.2024-cü il tarixdə “Kapital Bank”ın Naxçıvan Filialına 16562 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 50 (əlli) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Mərhum Şirzadov Ziyad Məmməd oğlundan və mərhum X3 miras qalan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakda iddiaçılar İddiaçı1 3/16 hissə, Ruşanova (Şirzadova) Ülviyyə Ziyad qızının 3/16 hissə, İddiaçı3 3/16 hissə, həmçinin Cavabdeh 7/16 hissə pay hüquqları müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçı1 tərəfindən xx.xx.2024-cü il tarixdə “Kapital Bank”ın Naxçıvan Filialına 16562 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 50 (əlli) manat hissəsi Cavabdeh tutularaq İddiaçı1 qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar