Məhkəmə qərarları › İş №2(078)-251/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-251/2025

05.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-251/2025 05.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi ölüm faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X4 vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X12 08 yanvar 1960-cı il tarixində Naxçıvan şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında şəhadətnamədə 18№ ilə qeydiyyat aparılmışdır. Mərhum qardaşı Allahverdiyev doğulduqdan səkkiz ay sonra, 12 avqust 1960-cı il tarixində vəfat etmişdir və bu barədə doğum haqqında şəhadətnamənin arxa hissəsində qeyd aparılmışdır. Lakin, valideynləri tərəfindən onun ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə müraciət etdiyi zaman ünvanlanmış "Arxiv Arayışı”nda “Naxçıvan MR Xəstəxanasının 1960-cı ilə dair sənədləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən mərhum X4 xəstəxanada vəfat etməsi haqqında məlumat mövcud deyil" ifadəsi qeyd olunmuşdur. Bundan əlavə Naxçıvan “ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsindən alınmış arayışda da “vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək ölüm akt qeydi aşkar olunmadığı yazılmışdır. Digər ailə üzvləri, qohumları mərhum qardaşına ölüm haqqında şəhadətnamənin çıxarılmadığını əminliklə ifadə edirlər. Əlavə olaraq qeyd edir ki, Naxçıvan Muxtar Respublika X27 Şəxsindən alınmış 17 dekabr 2024-cü il tarixli məktub da mərhum qardaşının ölüm faktını təsdiq edən sənədin mövcud olmadığını göstərməkdədir. O, valideynlərindən qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etdiyi zaman X4 ölüm faktını təsdiq edən sənəd tələb olunduğundan məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəsini müdafiə edərək ərizə ilə eyni məzmunlu izahatında qardaşı dekabr 18-də anadan olduğunu, uşağın xəstəlikdən rəhmətə getdiyini, uşağın o vaxt sənədinin alınmadığını bilmədiyini, 5 qardaşı olduğunu, digər qardaşlarının burada qeydiyyatda olmadığını, 1964-cü ildən indiki Sovedabad məhəlləsində yaşadıqlarını,heç bir yerdə sənədinin olmadığını bildirmiş və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X15 ifadəsində göstərmişdir ki, ərizəçi onun tanışıdır. xx.xx.1955-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, orta təhsilli, Nərgiz xanımla bir sinifdə oxuduğunu, bir məhəllədə böyüdüklərini böyük qardaşı ilə onun böyük qardaşının dost olduğunu, danışılanda eşitdiyini, qardaşının ölməsi barədə məlumatı olduğunu bildirmişdir. Məhkəmə iclasında maraqlı şəxs-Naxçıvan Şəhər Nikah Evi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Texniki Pasportundan aydın olur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi **********07 reyestr nömrəsi, xx.xx.2023cü il tarixli, 21991 inventar nömrəsi ilə X2 mülkiyyətindədir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” 18/56 nömrəli reyestr kitabının 11028 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışdan aydın olur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X2 xüsusi mülkiyyətindədir. xx.xx.2024-cü il tarixdə Ərizəçi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisinin notariusu X31 ərizə vermişdir. Ərizəçi xx.xx.1955-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnaməyə, əsasən, Ərizəçi atası X16 və anası X3r. Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-658/2024 nömrəli məktubuna, əsasən, X4 xx.xx.1960-cı il tarixdə öldüyünə dair Naxçıvan Şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışa, əsasən, Ərizəçi ünvan 3 ünvanında xx.xx.2004-cü il tarixdən qeydiyyatdadır. Azərbaycan Respublikası Naxçıvan MR Dövlət Arxivinin 13\1611 nömrəli xx.xx.2024-cü il tarixli arayışına, əsasən, Naxçıvan MR Xəstəxanasının 1960-cı illərə dair sənədləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən X4 xəstəxanada vəfat etməsi ilə bağlı məlumat mövcud deyildir. İş materiallarına əlavə edilmiş 734781 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X12 08 yanvar 1960-cı ildə anadan olmuşdur. Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2024-cü il tarixli, 05/09İS/096783-24 nömrəli arayışından aydın olur ki, X2 aşağıdakı ailə üzvləri vardır:

1. Əri-X17 (vəfat edib)

2. X9 qızı-qızı,

3. X6 oğlu,

4. X10 oğlu,

5. X11 oğlu. Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublika X27 Şəxsin xx.xx.2024-cü il tarixli, 1806 nömrəli məktubundan aydın olunur ki, Naxçıvan Muxtar Respublika X27 Şəxs 2012-ci ilədək olan sənədləri Dövlət Arxiv İdarəsinə təhvil verdiyindən mərhum X8 aid sənədlərin alınması üçün Dövlət Arxiv İdarəsinə müraciət etmək xahiş olunmuşdur. Naxçıvan “ASAN Xidmət” X22 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixl, 3543 nömrəli arayışa, əsasən, X4 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün aktlar üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2024-cü il tarixli, 1391 nömrəli çıxarışından aydın olur ki, X4 barəsində xx.xx.2024-cü ilədək ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin verdiyi xx.xx.2024-cü il tarixli, 1029 nömrəli arayışa, əsasən, X1 şəhəri, Xətai məhəlləsi, ev 17/30 ünvanına yaşayıb və aşağıdakı vərəsələri vardır:

1. Əri-X17 (vəfat edib)

2. X9 qızı-qızı,

3. X6 oğlu,

4. X10 oğlu,

5. X11 oğlu. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X4 12 avqust 1960-cı ildə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi oğlunun ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi: Ərizə təmin edilsin. X4 12 avqust 1960-cı ildə Naxçıvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar