Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-253/2021 08.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan qızıl-zinət əşyalarının və ya onların dəyəri olan 4630 manat məbləğində pulun, onun adına olan “xxxx” ASC-yə məxsus plastik kartın və 360 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən İddiaçı iddia tələbini müdafiə edərək, 2017ci ilin aprel ayında rəsmi nikah qeydiyyatından keçməklə X3 ilə evləndiklərini, toyda ona qızıl-zinət əşyalarının hədiyyə olunduğunu, Toğrul Məhərrəmovun 2018-ci ilin yay ayında vəfat etdiyini, Naxçıvan Şəhər Prokurorluğunun onların yaşadıqları evə baxış keçirərkən ona məxsus əşyaların- 1. komplekt (1 ədəd üzərində gül şəklində klon olan qızıl bilərzik, 1 ədəd üzərində gül şəkilli klon olan qızıl sep, 1 ədəd üzərində gül şəkilli klon olan qızıl üzük və 1 cüt üzərində gül şəkilli klon olan qızıl sırğa), ümumi çəkisi 22.9 qram, 585 əyar, ümumi qiyməti 2400 manat; 2. 1 ədəd 5 qaşlı qızıl üzük, 585 əyar, 3 qram, 280 manat; 3. 1 ədəd üzərində ürək fiquru olan qızıl bilərzik, 585 əyar, 9.2 qram, 600 manat; 4. 1 ədəd tək qaşlı qızıl üzük, 585 əyar, 5 qram, 1350 manat, 5. onun adına verilmiş “xxxx” ASC-yə məxsus plastik kart və 360 manat pul aşkar edildiyini, həmin əşyaların Naxçıvan Şəhər Prokurorluğunun böyük müstəntiqi X5 xx xxxxxx 2018-ci il tarixdə tərtib etdiyi akta əsasən Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, bina 14 A, mənzil 27-də yaşayan Cavabdeh təhvil verildiyini,bir dəst komplektin ailə qurarkən oğlan tərəfin hədiyyə etdiyini, 1 ədəd beş qaşlı üzüyü toydan sonra Qibləli adlı əmisinin qonaq çağırıb hədiyyə etdiyini, 1 ədəd üzərində ürək fiquru olan bilərziki toydan sonra atasının qonaq çağırıb hədiyyə etdiyini, 1 ədəd tək qaşlı qızıl üzüyün isə nişan üzüyü olduğunu, həmin əşyaların dəyərini bildiyinə görə yazdığını, 360 manat pulun evə aid olduğunu göstərərək, Cavabdeh ona məxsus olan qızıl-zinət əşyalarının və ya onların dəyəri olan 4630 manat məbləğində pulun, onun adına olan “xxxx” ASC-yə məxsus plastik kartın və 360 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi izahat verən X7 iddianı müdafiə etdiyini, iddiaçının izahatına əlavəsinin olmadığını, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədiyini, iddiaçının cinayət törətdiyindən hədiyyələrini tələb etmək hüququnun olmadığını, 360 manatla bağlı avqustun 29-na kimi yoldaşı ilə orada yaşadıqlarını, özünün də pullarının orada olduğunu, 360 manatın iddiaçının olmadığını, uşağın ad günündə yığılan pul olduğunu, müstəntiqin mənzilə baxış keçirərək həmin protokolda yazılan əşyaları ona təhvil verdiyini, həmin əşyaların onda olduğunu, qızılların bəzilərini ailə üzvləri tərəfindən alındığından dəyərini bilmədiyini, iddiaçın cinayət törətdiyindən həmin əşyaların ona çatmadığını, bu səbəbdən iddianın rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Prokurorluğunun müstəntiqi X8 tərəfindən tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli akta əsasən, bir ədəd üzərində gül şəklində klon olan bilərzik, bir ədəd üzərində gül şəkilli klon olan sep, bir ədəd üzərində gül şəkilli klon olan üzük, bir ədəd tək qaşlı üzük, bir ədəd beş qaşlı üzük, bir cüt üzərində gül şəkilli klon olan sırğa, bir ədəd sarı rəngli üzərində ürək fiquru olan bilərzik, bir ədəd beş qaşlı kişi üzüyü, 360 (üç yüz altmış) manat pul, dörd manat altmış qəpik dəyərində qəpiklər, İddiaçı adına “xxxx”a məxsus plastik kart, bir ədəd Toshiba markalı notbook, evə və digər qapılara məxsus on ədəd açar Cavabdeh təhvil verilmişdir. Məhkəmə izahatları və iş mаteriаllаrını аrаşdırıb iş üzrə tоplаnmış sübutlаrа оbyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 125-ci mаddəsinin Vİİ bəndinə əsаsən, məhkəmə icrааtı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyası”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Аzərbаycаn Respublikаsı Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş materiallarına və tərəflərin izahatlarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, Cavabdeh İddiaçı məxsus olan qızıl-zinət əşyaları və ya onların dəyəri olan 4630 (dörd min altı yüz otuz) manat məbləğində pul, İddiaçı adına olan “xxxx” ASC-yə məxsus plastik kart və 360 (üç yüz altmış) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Belə ki, Naxçıvan Şəhər Prokurorluğunun müstəntiqi X8 tərəfindən tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli akta əsasən, bir ədəd üzərində gül şəklində klon olan bilərzik, bir ədəd üzərində gül şəkilli klon olan sep, bir ədəd üzərində gül şəkilli klon olan üzük, bir ədəd tək qaşlı üzük, bir ədəd beş qaşlı üzük, bir cüt üzərində gül şəkilli klon olan sırğa, bir ədəd sarı rəngli üzərində ürək fiquru olan bilərzik, bir ədəd beş qaşlı kişi üzüyü, 360 (üç yüz altmış) manat pul, dörd manat altmış qəpik dəyərində qəpiklər, İddiaçı adına “xxxx”a məxsus plastik kart, bir ədəd Toshiba markalı notebook, evə və digər qapılara məxsus on ədəd açar Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iş üzrə cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Beləliklə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia təmin edilsin. Cavabdeh 1 ədəd üzərində gül şəklində klon olan qızıl bilərzik, 1 ədəd üzərində gül şəkilli klon olan qızıl sep, 1 ədəd üzərində gül şəkilli klon olan qızıl üzük və 1 cüt üzərində gül şəkilli klon olan qızıl sırğa, ümumi çəkisi 22.9 qram, 585 əyar olan komplekt dəsti, və ya onun ümumi dəyəri olan 2400 manat, 1 ədəd 5 qaşlı qızıl üzük, 585 əyar, 3 qram, və ya dəyəri olan 280 manat, 1 ədəd üzərində ürək fiquru olan qızıl bilərzik, 585 əyar, 9.2 qram, və ya dəyəri olan 600 manat, 1 ədəd tək qaşlı qızıl üzük, 585 əyar, 5 qram, və ya dəyəri 1350 manat, İddiaçı adına olan “xxxx” ASC-yə məxsus plastik kart və 360 (üç yüz altmış) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iş üzrə Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-253/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-253/2021
08.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver