Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-257/2025 05.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mirasda payının müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı nümayəndə vasitəsilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ölümündən sonra Naxçıvan şəhəri, X22 küçəsi döngə 3, ev 21 ünvanında yerləşən miras əmlakda onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X7 19 noyabr 2004-cü il tarixdə vəfat edib, ölümündən sonra Naxçıvan şəhəri, X22 küçəsi döngə 3, ev 21 ünvanında ev və torpaq sahəsi miras qalmışdır. X2 ölümündən sonra mirası özü qəbul etmişdir. X3 aşağıdakı vərəsələri var: 1. Həyat yoldaşı-X8 vəfat edib; 2. Həyat yoldaşı- Cavabdeh1; 3. Qızı-Cavabdeh2; 4. Oğlu-İddiaçı; 5. Oğlu-Cavabdeh3; 6. X14 qızı və 7. X15 qızı. Mərhum X7 15 fevral 2002-ci il tarixdə vəsiyətnamə qoyaraq evin bir qismini ona vəsiyyət etmişdir. Ev bölünmüş, ona məxsus ərazi (ev və torpaq sahəsi) məlumdur. Evin qaz savğacı onun adına rəsmiləşdirilmişdir. X3 ölümündən sonra mirası özünün qəbul etdiyini bildirir. Vərəsəlik şəhadətnaməsinin alınması üçün Naxçıvan şəhər “ASAN Xidmət” notariat ofisinin notariusuna müraçiəl etmişdir. Naxçıvan şəhər “ASAN Xidmət” notariat ofisinin notariusu xx.xx.2024-cü il tarixdə vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ərizə ilə mirasın qəbul faktının müəyyən edilməsi tələbi barədə iddia qaldırılmış, mübahisə olduğundan ərizə baxılmamış saxlanılmış, Bu barədə Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-1556/2024 nömrəli qərardadı qəbul edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 iyun 2025-ci il tarixli sorğusuna cavab olaraq Naxçıvan "Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinin göndərdiyi Cavabdeh1 adına tərtib olunmuş xx.xx.2025-ci il tarixli 09 saylı ölüm akt qeydinin surətindən aydın olur ki, Cavabdeh1 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mirasda payının müəyyən olunması tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 dair hissədə xitam verilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə və vəkil vasitəsilə təmsil olunmuşdur. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclası zamanı iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında bildirmişdir ki, tərəfin özü Bakıda yaşayır. İddiaçının mərhum X7 19 noyabr 2004-cü il tarixdə vəfat edib, ölümündən sonra Naxçıvan şəhəri, X22 küçəsi döngə 3, ev 21 ünvanında ev və torpaq sahəsi miras qalmışdır. X3 ölümündən sonra mirası özü qəbul etmişdir, iddiaçının atasının ölümündən sonra o əmlaka su da çəkilmiş, əmlak 2 hissəyə bölünmüşdür. Atasının ölümündən sonra İddiaçı özünə aid olan hissəni istifadə etmiş, digər tərəf Samirindir. Atası bununla bağlı vəsiyyətnamə qoymuşdur. Atası vəsiyyətində göstərmişdir ki, mərhum yoldaşına kim baxarsa ona aid mirası da ona verəcək. Əbülfəz mərhum analığına baxıbdır. Əmisi qızına evə baxması üçün tapşırıbdır, evin açarını ona veribdir. Həyətə qulluq etməyi ona tapşırıbır, hal hazırda da həyətin açarı ondadır. Əbülfəz su idarəsi ilə öz adına müqavilə bağlayıb ora su çəkdiribdir. Digər ğvladların özlərinin də bildirdikləri kimi ataları öləndən sonra evin hansı hissəsinin kimə veriləcəyini biliblər. Əbülfəzə aid olan hissəni özü qəbul edib, evə baxıbdır. Bakıda olduğundan Əbülfəz açarı əmisi qızına-Tünzaləyə verib, həyətə baxmağı ona tapşırıbdır. Mirası Əbülfəz qəbul etmiş və bunları nəzərə alıb, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 15 aprel 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh5 verdiyi izahatında Cavabdeh4 və Cavabdeh2 ona etibarnamə verdiyini, ancaq təqdim edə bilmədiyini, atasının 40 mərasimi olmamış Əbülfəzin çıxıb getdiyini, qardaşının heç anasına baxmadığını, Əbülfəzin 90-cı ilin sonunda Bakıya köçdüyünü, atasının 2004-cü ildə öldüyünü, atası və anasının 50-ci illərin sonunda evləndiklərini, əvvəllər Hüseyn Cavidin arxasında evlərinin olduğunu, sonra oranın plana düşdüyünə görə indiki evlərinə köçdüklərini, anasının 1992-ci ilin yanvarında vəfat etdiyini, ana vəfat etdikdən sonra Əbülfəzin özünün evinin olduğunu, özünün ayrı yaşadığını, anası vəfat edəndən sonra 8 il keçdikdən sonra atasının yenidən evləndiyini, 2004-cü ildə vəfat etdiyini, evin sənəddə yox atası tərəfindən qeyri rəsmi bölgü olduğunu, rəsmi olaraq evin yerində qaldığını, evin hal hazırda atasının adına olduğunu, Samir orada yaşadıqdan sonra köçdüyünü, Samirin açarı ona verdiyini, həyətə baxmasını istədiyini, indi əmisi qızının və özünün o həyətə baxdığını, meyvələri yığdığını, ağaclara baxdığını, evin 2 girişinin olduğunu, bir girişi balaca qardaşının olduğunu, digərinin evin girişinin altından olduğunu, evin açarını Əbülfəzin əmisi qızına verməsini bilmədiyini, vəkilin elə dediyini, bu barədə məlumatının olmadığını, suyun çəkilməsi və suyun müqaviləsinin Əbülfəzin adına olduğundan məlumatının olmadığını, bacısı Samirənin yoldaşının vəfat etdiyini, 20 ildən çoxdur orada qaldığını, digər bacısının gəldiyini evi həyəti təmizlədiyini, evə baxdığını, lakin böyük qardaşı Əbülfəzin heç bir iş görmədiyini, illərdir həyətə baxmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclası zamanı Whatsapp video görüntü vasitəsilə iclasa qoşulan Cavabdeh4 izahatında bildirmişdir ki, 5 övlad olmuşlar, Əbülfəz onların böyük qardaşıdır. Özünün 25 ildir Bakıda yaşadığını, kirayədə yaşadığını, 25 ildir evsiz olduğunu, yoldaşının vəfat etdiyini, atasının 2004-cü ildə vəfat etdiyini, anasının 90-cı illərdə vəfat etdiyini, atasının anasından sonra öldüyünü, atası və anasının birgə nikah zamanı evin tikildiyini, o zamanlar özünün uşaq olduğunu, lakin xatırladığını, anası və atasının o evdə çox əziyyətlər çəkdiklərini, evin bir giriş qapısı olduğunu, iki ayrı evin olduğunu, atasının vəfat edərkəndə Samirgilin orada yaşadığını, Samirin 2012-ci ildə Bakıya köçdüyünü, Əbülfəzin orada bir iş görmədiyini, mirasdan payını istədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclası zamanı Whatsapp video görüntü vasitəsilə iclasa qoşulan Cavabdeh3 izahatında 2012-ci ildə Bakıya köçdüyünü, atasının öldüyü zamana qədər onunla birlikdə yaşadığını, Əbülfəzin atasından ayrı yaşadığını, suyun sayğacının 1-nin özünün, 1-nin də qardaşı Əbülfəzin adına bağlı olduğunu, suyun həm onun həm qardaşının adına olduğunu, evin iki hissədən ibarət olduğu üçün suyun hərəsinin iki su sayğacı olduğunu, qazın bir xətt olduğunu, atası və qardaşıgil tərəfdə suyun olmadığını, hamam tualetin olmadığını, suyun işığın və qazın kart sistemi ilə olduğunu, özünün də pul ödədiyini, o evdə hal hazırda heçnə olmadığını, içində az əşyanın olduğunu, piltə, divan, kreslo və stoldan ibarət olduğunu, atası ilə analığının birgə qaldığı hissənin açarının onda olduğunu, digər qapının açarının Naxçıvandakı bacısında olduğunu, Əbülfəzdə olan açarın çoxdan uzun müddətdi onda olduğunu, texniki pasportda evin vəsiyyətnamədə qeyd olunan hissələrin olmadığını, lakin hal hazırda evdə olduğunu, aşağıda olan evin yaşanılacaq vəziyyətdə olmadığını, bugünkü gün o evdə heçkimin yaşamadığını, bacılarının da özünün də bir ata ananın uşaqları olduğunu onların da ata payının olduğunu bildirmişdir. Cavabdehlər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə izahatı dinləyib, iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş: İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və torpaq məsələləri üzrə dövlət xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilir ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində ünvan 2 ünvanında 737 m² torpaq sahəsində yerləşən, ümumi sahəsi 60,60 m² olan fərdi yaşayış evi 12 fevral 2007-ci il tarixdə X10 adına qeydiyyata alınmışdır. Naxçıvan şəhər Nikah Evi tərəfindən 10 iyul 2024-cü il tarixdə verilmiş çıxarışdan aydın olur ki, X21 ilə X8 27 iyun 1958-ci il tarixdə nikah bağlamış, bu barədə nikah kitabının 157-ci səhifəsində qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra qadına “Babayeva” soyadı verilmişdir. Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən 01 mart 2002-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, X21 ilə Cavabdeh1 01 mart 2002-ci il tarixdə nikah bağlamış, bu barədə 35 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra qadına “Quliyeva” soyadı verilmişdir Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 09 sentyabr 2023-cü il tarixli, 3 nömrəli arayışdan aydın olur ki, İddiaçı H.Əliyev küçəsi bina 32, mənzil 15 ünvanında qeydiyyatdadır. Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən 24 noyabr 2004-cü il tarixdə verilımiş AZ-İ seriyalı, 115224 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən aydın olur ki, X21 19 noyabr 2004-cü il tarixdə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabında 340 nömrə ilə qeydiyyat aparılmışdır. Naxçıvan şəhər Nikah Evi tərəfindən 10 iyul 2024-cü il tarixdə verilımiş çıxarışdan aydın olur ki, X8 29 yanvar 1994-cü il tarixdə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabında 12 nömrə ilə qeydiyyat aparılmışdır. 15 fevral 2002-ci il tarixli vəsiyyətnamənin surətinə əsasən, X4 şəhəri, Şahtaxtınski küçəsi döngə 3, ev 21 ünvanında yerləşən evdən İddiaçı, Cavabdeh3 və Cavabdeh1 vəsiyyət etmişdir. Naxçıvan şəhər Nikah Evi tərəfindən 21 may 2024-cü il tarixdə verilmiş çıxarışdan aydın olur ki, X17 xx.xx.1968-ci ildə anadan olmuşdur. X7, anası X6r. Naxçıvan şəhər Nikah Evi tərəfindən 21 may 2024-cü il tarixdə verilmiş çıxarışdan aydın olur ki, İddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur. X7, anası X6r. Naxçıvan şəhər Nikah Evi tərəfindən 21 may 2024-cü il tarixdə verilmiş çıxarışdan aydın olur ki, Cavabdeh5 xx.xx.1969-cu ildə anadan olmuşdur. X7, anası X6r. Naxçıvan şəhər Nikah Evi tərəfindən 21 may 2024-cü il tarixdə verilmiş çıxarışdan aydın olur ki, Cavabdeh2 xx.xx.1960-ci ildə anadan olmuşdur. X7, anası X6r. Naxçıvan şəhər Nikah Evi tərəfindən 21 may 2024-cü il tarixdə verilmiş çıxarışdan aydın olur ki, Cavabdeh3 xx.xx.1965-ci ildə anadan olmuşdur. X7, anası X6r. Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı ünvanlanmış 19 oktyabr 2024-cü il tarixli, 1551 nömrəli məktubuna əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şərtsiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil- istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olmadıqda mirasın faktiki qəbulu və payların müəyyən edilməsi məhkəmə tərəfindən təyin olunur. Müvafiq məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 02 avqust 2024-cü il tarixli, 1192 nömrəli arayışdan aydın olur ki, X10 aşağıdakı vərəsələri bunlardır:
1. Həyat yoldaşı-X8 vəfat edib;
2. Həyat yoldaşı-Cavabdeh1 1957-ci il təvəllüdlü;
3. Qızı-Cavabdeh2 1960-cı il təvəllüdlü;
4. Oğlu-İddiaçı 1962-ci il təvəllüdlü;
5. Oğlu-Cavabdeh3 1965-ci il təvəllüdlü;
6. X14 qızı 1968-ci il təvəllüdlü;
7. X15 qızı 1969-cu il təvəllüdlü. İş materiallarında olan Naxçıvan Regional "ASAN xidmət” mərkəzi. Kommunal (Qaz) Xidməti tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışda göstərilir ki, ünvan 6 ünvanındakı sayğacın, nömrəsi 26013070 olan smart tipli qaz sayğacı müqaviləsi xx.xx.2016-cı il tarixdə İddiaçı adına bağlanmışdır, həmin ildən qaz ödənişləri İddiaçı oğlu tərəfindən ödənilir. Naxçıvan şəhər Məhkəməsinin sorğusuna cavab olaraq Naxçıvan "Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinin göndərdiyi Cavabdeh1 adına tərtib olunmuş xx.xx.2025-ci il tarixli 09 saylı ölüm akt qeydinin surətindən aydın olur ki, Cavabdeh1 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Naxçıvan şəhər Məhkəməsinin sorğusuna cavab olaraq Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən göndərilən məktubda bildirilir ki, qeyd olunan ünvanda haliyədə yaşayış yoxdur. Qonşulardan və qohumlarından öyrəndiyimiz məlumata əsasən qeyd ołunan ünvana 10 ildən artıq Bakı şəhərində yaşayan Cavabdeh3 bəzən baş çəkir. Cavabdeh3 ilə telefon əlaqəsi yaratdıq lakin bizə məlumat verməkdən imtina etdi. Həyətdə 2 ev olduğunu qonşular və qohumlardan müəyyənləşdirdik. Kommunalları kimin ödədiyi ilə bağlı məlumat nümayəndəliyə məlum deyil. Məhkəmə iddianı təmin edərkən gəldiyi nəticəni yuxarıda qeyd olunan işin faktiki halları ilə əlaqəli şəkildə əsaslandırmaqla iddia tələbinə hüquqi qiymət verərkən qeyd edir ki, aydınlaşdırılmalı halların birincisi iddiaçının miras əmlakı qəbul edib-etməməsidir. Belə ki, qəbul edilməyən miras barəsində pay müəyyən edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır. Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən vərəsəlik münasibətlərinin yaranmasında əsas kimi miras qoyanın vəsiyyəti qanun üzrə vərəsəlikdən daha üstün tutulur. Lakin miras qoyan vəsiyyətnamə qoymadığı halda, qanun üzrə vərəsəlik qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə miras əmlakdan payın müəyyən olunması tələbinə hüquqi qiymət verərək aşağıdakılı halların zəruriliyini qeyd edir. Belə ki, işin yuxarıda şərh olunmuş hallarından aydın olduğu kimi mərhum X9 miras qalan Naxçıvan şəhəri, X22 küçəsi döngə 3, ev 21 ünvanında yerləşən fərdi yaşayış evindən iddiaçının payının hansı hissədə müəyyən edilməsi məsələsi araşdırılarkən miras qoyanın qoyanın bütün vərəsələri tam araşdırılmalı və mirası qəbul etmiş şəxslərə münasibətdə paylar müəyyən edilməli, iddiaçının payı da həmçinin bu araşdırma nəticəsində müəyyənləşdirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Plenum Qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq miras əmlakla bağlı bütün məsələlərin aydınlaşdırılmasını zəruri hesab edir və qeyd edir ki, bu halın müəyyən edilməsi iddia tələbindən kənara çıxarılma olaraq qiymətləndirilməməlidir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. Məhkəmə hesab edir ki, İddiaçı X3 vəfatından sonra miras əmlakı faktiki qəbul edərək idarə etmişdir. Kommunal xərclərin ödənilməsi də bilavasitə iddiaçı tərəfindən həyata keçirilməkdədir. İstər tərəflərin izahatları, istər iş materiallarında olan sənədlər, istərsə də məhkəmə tərəfindən yerində müayinə zamanı mövcud olan hallar onu deməyə əsasə verir ki, hələ miras qoyan X1 mirasının bölgüsünü aparmış, iki övladı Cavabdeh3 və İddiaçı üçün miras əmlakın bölgüsünə dair vəsiyyətnamə vermişdir. Həmçinin miras qoyan X21 ikinci arvadı Cavabdeh1 üçün vəsiyyətnamədə əmlak qeyd etmişdir, lakin həmin əmlak ümumiyyətlə daşınmaz əmlakda qeydə alınmamışdır. Eyni zamanda övladlarından hansı tərəfindən ikinci arvadına baxılarsa göstərilən iki otaq bir dəhliz həmin oğluna çatması barədə vəsiyyətnamədə qeyd edilənlərin hər hansı hüquqi əhəmiyyəti müəyyən edilməmişdir. Belə ki, sözügedən iki otaq və bir dəhliz tam yararsız tikili olub, qeydiyyata alınmamışdır. Vəsiyyətnamədə qeyd edilmişdir ki, Şahtaxtınski küçəsi ev 21-də yerləşən 8 m uzunluğunda 1 otaq, 9 m uzunluğunda bir aynabənd, altında olan zirzəmi qarası ilə qonşu olan sahəni böyük oğlu İddiaçı, 12 m uzunluğunda bir aynabənd, 6 m uzunluğunda 1 otaq, 4 m uzunluğunda 1 yataq otağı və həyətin sol tərəfində olan sahəni kiçik oğlu Cavabdeh3 və həyətin aşağı hissəsində yerləşən iki otaq, bir dəhlizi isə birlikdə yaşadığı həyat yoldaşı Cavabdeh1 vəsiyyət edir. Həyətdə olan bir su quyusu, bir krant, bir novdandan ibarət biriş yolundan hər üç evdə yaşayanlar istifadə edə bilər. Əgər gələcəkdə göstərilən ev satılarsa evdən əldə edilənlərin 40% böyük oğlu Əbülfəzə, 60% xırda oğlu Samirə çatacaq. Vəfat etdikdən sonra hansı oğlu həyat yoldaşı Cavabdeh1 baxarsa göstərilən iki otaq bir dəhliz ona çatır. İşə baxılan zaman mübahisə predmeti olan daşınmaz əmlaka məhkəmə tərəfindən baxış keçirilmişdir. Baxış keçirilən zaman iddiaçının vəkili və nümayəndəsi, Cavabdeh5 iştirak etmişdir. Müəyyən edilmişdir ki, miras əmlak vahid formada çıxarış və texniki pasportda olsa da faktiki olaraq iki ayrı giriş-çıxış hissəsi mövcuddur. Həyətə daxil olan zaman bir hissənin girişi həyətə açılır, həmin hissə təmirli vəziyyətdə olmaqla Cavabdeh3 tərəfindən istifadə olunmaqdadır. Həmin hissənin ayrı kommunal xətləri-işıq, su, qaz xətti mövcuddur. Miras əmlakın digər giriş hissəsinə daxil olmaq üçün evin padval hesab edilən hissəsindən dəhliz kimi istifadə edilir, qeyd edilən yer təmirsizdir, lakin işıq xətti çəkilmişdir. Dəhlizdən keçib evin digər hissənə daxil olmaq olur. Evin qapısı bağlıdır və Cavabdeh5 açarın qırıldığını, qıfılda qaldığını bildirmişdir. Qeyd edilən hissə təmirsizdir, baxımsızdır. Torpaq sahəsi həmin hissəyə daxildir, həyətin aşağı hissəsində iki tikili vardır, tikililər yaşayış üçün yararlı deyil və texniki pasportda qeyd edilməmişdir. Həyətdə meyvə ağacları vardır, qonşu suvarır. Cavabdeh5 həyətdə olan meyvələri bəzən özünün yığdığını, bəzən də heç kimin yığmadığını, üstündə qaldığını bildirmişdir. Qaz Xidməti tərəfindən verilən arayışdan görünür ki, ünvanda olan qaz sayğacı İddiaçı adına bağlanmışdır və kommunal qaz ödənişləri onun tərəfindən ödənilməkdədir. Məhkəmə iş üzrə miras qoyan tərəfindən verilən vəsiyyətnaməyə qiymət verərək belə hesab edib ki, vəsiyyətnamə nəzərə alınmadan mirasda paylar müəyyən edilməlidir. Belə ki, vəsiyyətnamə fiziki bölgü əsasında aparılmış, torpaq sahəsi üzrə bölgü aparılmamış, qeydiyyata alınmayan əmlaklar bölgüyə daxil edilmiş, bölgü üçün şərt müəyyən edilmişdir ki, bu vəziyyətnamə üzrə bölgü müəyyən edilməsi vərəsələrin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər. Eləcə də miras qoyanın digər vərəsələri övladları Nəsibə, Xanım və Samirənin atadan qalan mirası qəbul etmələri işə baxılan zaman müəyyən edilməmişdir. Belə ki, miras əmlakın qəbulu üçün qanunvericilikdə həmin vaxt 3 ay müddət müəyyən edilmişdir ki, işə baxılan zaman miras qoyanın qız övladları atadan qalan mirası qəbul etdiklərinə dair mötəbər sübutlar təqdim etməmişdir. Əlavə olaraq miras əmlak üzrə idarəçiliyin Samir və İddiaçı tərəfindən həyata keçirilməsi həm əmlaka yerində baxış zamanı, həm də iş materialları ilə təsdiq edilmişdir. Mirası idarə edən həmin şəxslərin Cavabdeh5 açarı təqdim edərək əmlaka ara-sıra baxması barədə tapşırıq müqaviləsindən irəli gələn hallar kimi nəzərə alınmalıdır. Bu halda Cavabdeh5 atadan qalan mirası özü üçün, öz idarəçiliyi üçün qəbul etmiş hesab edilmir, o sadəcə qardaşlarının tapşırığı əsasında evə ara-sıra baxır. Bu hal mirası qəbulu hesab edilmədiyindən Cavabdeh5 əmlakdan pay hüququ müəyyən edilə bilməz. Eyni zamanda Cavabdeh2 və X12 atadan qalan miras əmlakı faktiki və ya formal qaydada qəbul etməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Belə ki, miras qoyanın vəfatından sonra digər vərəsələr həmin miras əmlakın onlar tərəfindən qəbul edilməsini nəzərdə tutan hər hansı hərəkəti həyata keçirməmiş, eləcə də notariat orqanına miras əmlakın qəbul edilməsinə dair yazılı qaydada müraciət etməmişlər. Digər vərəsələr tərəfindən miras əmlakın qəbul edilməsi öz təsdiqini tapmadığından payın müəyyən edilməsində nəzərə alına bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin məhz miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə şərtləndirilmir, həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsə İddiaçı atasının vəfatından sonra mirasın qorunması üçün həyata keçirdiyi hərəkətləri məhkəmə tərəfindən həmin mirasın onun tərəfindən qorunması, mirasa sahiblik etməklə faktiki idarə etməsi kimi qiymətləndirilir və onun miras əmlakda payı digər vərəsələrincavabdehlərin miras əmlakı qəbul edib-etməməsi aydınlaşdırıldıqdan sonra müəyyən edilməlidir. İddiaçı mərhum X9 miras qalan Naxçıvan şəhəri, X22 küçəsi döngə 3, ev 21 ünvanında yerləşən 737 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 60.60 kv.m olan fərdi yaşayış evində payı ½ hissədə, həmçinin Cavabdeh3 ½ hissədə pay hüququ müəyyən olunmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, miras əmlakın bütövlüyü heç bir vərəsə tərəfindən mübahisələndirilmədiyindən tam olaraq miras qoyanın əmlakı kimi qiymətləndirilmə aparılaraq pay bölgüsü dəyərləndirilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə İddiaçı miras əmlakdakı payının ½ hissədə müəyyən olunmasını düzgün hesab edir. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 18 dekabr 2024-cü il tarixdə 31611 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia təmin edilsin. İddiaçı mərhum X9 miras qalan Naxçıvan şəhəri, X22 küçəsi döngə 3, ev 21 ünvanında yerləşən 737 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 60.60 kv.m olan fərdi yaşayış evində payı ½ hissədə, həmçinin Cavabdeh3 payı ½ hissədə müəyyən olunsun. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 18 dekabr 2024-cü il tarixdə 31611 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva.