Məhkəmə qərarları › İş №2(078)-258/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-258/2025

04.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-258/2025 04.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə vəfat etmiş mərhum anası X4 vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 19 avqust 1967-ci il tarixdə Qərbi Azərbaycanda anadan olmuşdur. Həmin vaxt valideynləri tərəfindən bu faktı təsdiq edən müvafiq sənəd alınmadığından bu günki tarixədək doğum haqqında şəhadətnaməsi olmasa da, “mövcudiyyətini” şəxsiyyət vəsiqəsi və 19 dekabr 2024-cü il tarixli Naxçıvan şəhər İcra Hakimiyyətinin 5 saylı mənzil-istismar idarəsinin ailə tərkibi barədə arayış təsdiq edir. Mərhum anası X4 da Qərbi Azərbaycanın Masis rayonunda anadan olması faktını təsdiq edən şəhadətnamənin mövcud olmaması ilə bərabər, mərhum anasının 12 yanvar 2018-ci il tarixində vəfat etməsini təsdiq edən müvafiq sənədləri də mövcud deyil. Belə ki ölüm faktının dövlət qeydiyyatına alınması üçün zəruri sənəd hesab olunan tibbi şəhadətnaməni almaq üçün Naxçıvan Şəhər Poliklinikasına etdiyi müraciətinin nəticəsi kimi 29 iyun 2024-cü il tarixində ünvanlanmış arayışda 2018-ci ildə vəfat etmiş X7 barədə Poliklinikada məlumat olmadığı qeyd olunmuşdur. Daha sonra mərhum anasının ölüm faktının təsdiq olunması üçün Naxçıvan Şəhər Nikah Evinə müraciət etsəm də, tibbi şəhadətnamənin mövcud olmaması səbəbindən ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilməklə bərabər, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd etmək zəruridir ki, X4 ölüm faktının təsdiq olunması üçün məhkəməyə müraciət etmə səbəbi hələ mərhum anasının sağlığında yaşadığı və onun adına rəsmiləşmiş Naxçıvan şəhər ünvanında yerləşən mənzilin alqı-satqı müqaviləsi əsasında xx.xx.2004-cü il tarixdə X1 baxmayaraq qanunvericiliyin tələbini bilməyərək vaxtında evin qeydiyyatından çıxmadıqları üçün sözügedən şəxsə hazırkı əmlakı barədə sərbəst şəkildə sərəncam hüququna maneəçilik törədir. Başqa qeydiyyata alınacaq daimi yaşayış yeri olmadığı üçün ərizə yazmaqla qeydiyyatdan çıxarılmağın mümkün olmadığından, X3 çarə kimi Naxçıvan MR İnzibati məhkəməyə müraciət etməsindən sonra bu hala heç bir etiraz etmədiyini də qeyd etməklə, ünvan 1 ünvanında yerləşən mənzildən məhkəmə qaydasında qeydiyyatdan çıxarılmış olsa da, anası X4 vəfat etmə faktını sübut edən rəsmi sənəd olmadığına görə o, hələ də evin qeydiyyatında dayanmaqdadır və bu hal bəhs edilən mənzilin indiki mülkiyyətçisinin əmlak üzrə mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməsinə maneə olmağa davam etməkdədir. Bu əsasla da, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəsini müdafiə edərək ərizə ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X9 ifadəsində göstərmişdir ki, Naxçıvan şəhərində doğulmuş və Naxçıvan şəhərində yaşayır. Ərizəçi onun tanışıdır. Anasını gördüyünü, qış vaxtları vəfat etdiyini, Əlilabad qəbiristanlığında dəfn olunduğunu, anasının bacı və qardaşlarını tanıdığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, ərizəçi onun tanışıdır. xx.xx.1972-ci il tarixdə Naxçıvan şəhərində andan olmuş və Naxçıvan şəhərində yaşayır, anasını elə də tanımır, dəfnində iştirak etdiyini, 7-8 il olar ki, vəfat etdiyini qeyd etmişdir. Məhkəmənin qiymətləndirməsi: Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X14 xx.xx.2024-cü il tarixli, 39 nömrəli məktubundan aydın olunur ki, 2018-ci ildə vəfat etmiş X4 adına ölüm haqqında şəhadətnamənin verilməsi haqqında məlumat yoxdur. Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-336/2024 nömrəli məktubuna, əsasən, X4 xx.xx.2018-ci il tarixdə öldüyünə dair Naxçıvan Şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyətinin 5 saylı Mənzil İstismar İdarəsinin xx.xx.2024-cü il tarixli, 455 nömrəli arayışından aydın olur ki, həqiqətən də X2 Şəhəri, İstiqlal 71 küçəsi, 39 nömrəli evdə yaşayıb və xx.xx.2018-ci il tarixdə vəfat edib. Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti vətəndaşlara Dəfn Xidməti Bürosu xx.xx.2024-cü il tarixli, 101 nömrəli arayışa, əsasən, X7 xx.xx.2018-ci il tarixdə Naxçıvan Şəhər Qəbiristanlığında dəfn olunub. Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyətinin 5 saylı Mənzil İstismar İdarəsinin xx.xx.2024-cü il tarixli, 883 nömrəli arayışdan aydın olur ki, X2 Şəhəri, İstiqlal 71 küçəsi, 39 nömrəli yaşayıb və aşağıdakı adda ailə üzvü vardır:

1. Oğlu- Ərizəçi Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2024-cü il tarixli, 703 nömrəli çıxarışından aydın olur ki, Ərizəçi doğum haqqında akt qeydi aşkar olunmamışdır. Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2024-cü il tarixli, 493 nömrəli çıxarışından aydın olur ki, X4 barəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” 12/30 nömrəli reyestr kitabının 5904 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışdan aydın olur ki, Naxçıvan şəhəri, İstiqlal 71 küçəsi, 39 nömrəli ev X6 xüsusi mülkiyyətindədir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X4 12 yanvar 2018-ci ildə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi oğlunun ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

Ərizə təmin edilsin. X4 oğlunun 12 yanvar 2018-ci ildə Naxçıvan Şəhərində şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar