Məhkəmə qərarları › İş №2(078)-260/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-260/2025

19.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-260/2025 19.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Axundova (Həsənova) Elmira Müzəffər qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Axundova (Həsənova) Elmira Müzəffər qızına qarşı mirasın faktiki qəbulu və əmlakda payların müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: xx.xx.2024-cü ildə Naxçıvan Şəhər Məhkəməsinə İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Axundova (Həsənova) Elmira Müzəffər qızına qarşı mirasın faktiki qəbulu və əmlakda payların müəyyən olunması tələbi barədə iddia ərizəsi daxil olmuşdur. İddiaçı mərhum atası X2 vəfatından sonra ünvan 1 ünvanında 0.0686 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 117,86 kv.m olan fərdi yaşayış evinin, qeyri-yaşayış və 106.11 kv.m köməkçi sahədən atasına aid hissəsinin (ümumilikdə əmlakın ½ hissəsinin) onun tərəfindən faktiki qəbul edilərək payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında təqdim edilən notariat işindən, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən və daşınmaz əmlaka dair çıxarışların surətindən müəyyən edilmişdir ki, iddia tələbi üzrə tələb edilən əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərək miras əmlakın hüquqi taleyi həll edilmişdir. İddiaçı ərizə təqdim edərək hazırda mübahisənin məhkəmədənkənar həllini tapdığını qeyd edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı ərizəsini nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, həmin maddənin məzmununa əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də iddia ərizəsinə əlavə olunmuş İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2014-cü il tarixdə 24386 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Axundova (Həsənova) Elmira Müzəffər qızına qarşı mirasın faktiki qəbulu və əmlakda payların müəyyən olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2014-cü il tarixdə 24386 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar