Məhkəmə qərarları › İş №2(078)-266/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-266/2025

27.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-266/2025 27.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi və ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi ölüm faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri, Qaraçuq kəndində anadan olmuş X2 15 iyul 1996-cı ildə Rusiya Federasiyasının Saratov şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X20 15 iyul 1996-cı ildə Rusiya Federasiyasının Saratov şəhərində vəfat etmiş və orada dəfn olunmuşdur. Qardaşı vəfat edəndən bir neçə gün sonra xəbəri olmuşdur. X2 ölümü ilə bağlı Rusiya Federasiyasının Saratov şəhərində olmuş və qəbrini ziyarət edib qayıtmışdır. Daha sonra X2 ölümü ilə bağlı Naxçıvan şəhəri, Qaraçuq kəndində ailəsi ilə birlikdə yeddi gün yas mərasimi təşkil etmişlər və onları tanıyan hər kəs yas mərasimində iştirak etmişdilər. Naxçıvan şəhər Nikah Evinin xx.xx.2024-cü il tarixli çıxarışına əsasən X20 xx.xx.1969-cu il tarixdə Naxçıvan şəhəri Qaraçuq kəndində anadan olmuşdur. Bu barədə doğum kitabında xx.xx.1969-cu il tarixdə, 79-cu səhifəsində qeydiyyat aparılmışdır. Naxçıvan şəhər Nikah Evinin xx.xx.2024-cü il tarixli, 1536 saylı arayışına əsasən ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılması və ölüm aktı qeydinin aşkar olunmadığı bildirilmişdir. Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X34 xx.xx.2024-cü il tarixli arayışda X8 adına ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi göstərilir. Qardaşı, X3 Federasiyasının Saratov şəhərində ölmüş, ölümü ilə bağlı hər hansı sənəd müvafiq icra hakimiyyətinə təqdim etməmişik. Bu səbəbdən də qardaşının ölüm haqqında qeydi qeydiyyat şöbəsində aparılmamışdır. Qardaşını, X8 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilməmişdir. Ərizəçi mərhum atası X24 adına olan Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən torpaq sahəsini sənədləşdirilməsi üçtin mərhum X2 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan vərəsəlik hüququ haqqında şəhadətnaməni ala bilməmişdir. Bu əsasla da, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəsini müdafiə edərək ərizə ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X23 ifadəsində göstərmişdir ki, ərizəçi onun tanışıdır. Ərizəçinin qardaşını görmədiyini, onun yasında iştirak etdiyini, ərizəçinin evlərində 3 gün yas saxladığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X29 ifadəsində göstərmişdir ki, ərizəçi onun tanışıdır. Ərizəçinin qardaşını görmədiyini, 1996-cı ildə yasında iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında izahat verən ərizəçinin vəkili Vəkil ərizənin təmin olunmasını məhkəmmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Azərbaycan Respubliksaı Naxçıvan X19 Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X34 xx.xx.2024-cü il tarixli, 175/4 nömrəli məktubundan aydın olunur ki, xx.xx.1969-cu ildə Naxçıvan şəhəri, Qaraçuq kəndində anadan olmuş X8 adına ölüm haqqında şəhadətnamənin verilməsi haqqında məlumat yoxdur. Naxçıvan Şəhər Nikah Evininxx.xx.2024-cü il tarixli, 496069 nömrəli arayışına, əsasən, xx.xx.2017-ci il tarixdə X13 xx.xx.2017-ci il tarixdə qaraciyər çatışmazlığından vəfat etmişdir. Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qaraçuq Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2024-cü il tarixli, 1308 nömrəli arayışından aydın olur ki, həqiqətən də X20 xx.xx.1996-cı ildə Rusiya Federasiyasının Saratov şəhərində vəfat etmiş və orada dəfn edilmişdir. Naxçıvan şəhəri Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə xx.xx.2024-cü il tarixli, 982 nömrəli arayışdan aydın olur ki, X4 aşağıdakı adlarda ailə üzvləri vardır:

1. Həyat yoldaşı-X13 (vəfat edib)

2. Oğlu-Ərizəçi

3. X12 oğlu

4. X6 qızı

5. X17 oğlu (vəfat edib)

6. X15 qızı

7. X18 oğlu

8. X7 qızı Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2024-cü il tarixli, 378400 nömrəli çıxarışından aydın olur ki, X1 şəhərində qara ciyər serrozundan xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2024-cü il tarixli, 1536 nömrəli X8 barəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2024-cü il tarixli, ******* nömrəli çıxarışından aydın olur ki, X20 xx.xx.1969-cu ildə Naxçıvan şəhəri Qaraçuq kəndində anadan olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X8 15 iyul 1996-cı ildə Rusiya Federasiyasının Saratov şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi oğlunun ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi: Ərizə təmin edilsin. X8 15 iyul 1996-cı ildə Rusiya Federasiyasının Saratov şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar