Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-279/2025 14.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh11 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına, X16, Cavabdeh11, Cavabdeh5, X25, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı ünvan 1 ünvanında yerləşən əmlak birgə nikah dövründə qazanılmış əmlak hesab olunmaqla ½ hissə iddiaçının mərhum X5, ½ hissə isə mərhum nənəsi X7 mülkiyyət hüququnun müəyyən olunması, iddiaçının mərhum X5 vəfatından sonra ondan qalan miras əmlakda mərhum nənəsi X17 və X15 tərəfindən qəbul faktının tanınmaqla paylarının müəyyən olunması, iddiaçının nənəsi X7 vəfatından sonra ondan qalan mirasın X15 tərəfindən sağlığında qəbul edilməsi faktının tanımaqla payının müəyyən olunması, iddiaçının mərhum X15nun vəfatından sonra isə ondan qalan miras əmlakın iddiaçı tərəfindən qəbul edilməklə payının müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına, X16, Cavabdeh11, Cavabdeh5, X25, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın X15 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, miras əmlakda payının bütün miras kütləsinə şamil edilməklə payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X9 01 mart 1985-ci il tarixində vəfat etmiş, babasının ölümündən sonra ünvan 1 ünvanında yerləşən əmlak miras qalmışdır. Babasının ölümündən sonra qeyd olunan miras əmlakı X15 qəbul etmiş, X15 04 fevral 2019-cu ildə vəfat etmiş, ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakı özü qəbul etmişdir. Mərhum X5 aşağıdakı vərəsələri var: 1. X17; 2. Cavabdeh1; 3. Cavabdeh2;
4. X32; 5. X30; 6. Cavabdeh3 qızı; 7. X23 və 8. Cavabdeh11. X32 10 oktyabr 2008-ci ildə vəfat etmiş, aşağıdakı vərəsələri var: 1. X27; 2. Cavabdeh8; 3. Cavabdeh9 və 4. Cavabdeh10. X30 04 fevral 2019-cu ildə vəfat etmiş, aşağıdakı vərəsələri var: 1. Cavabdeh5; 2. X33; 3. İddiaçı və 4. Cavabdeh7. X5 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakı X15 qəbul etmiş, X15 04 fevral 2019-cu ildə vəfat etmiş, ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakı özü faktiki olaraq qəbul etmiş və özü idarə edir. Mərhum atasının ölümündən sonra həmin evdə heç kim yaşamamış və mirasa sahiblik etməmişlər. X5 ölümündən sonra atası İlham həmin əmlakda qalıb yaşamaqla şərtsiz nümayiş etdirmiş və atasının ölümündən sonra özü qəbul elmişdir. Əlavə olaraq evin bütün kommunal xərcləri onun tərəfindən ödənilmişdir. Vərəsəlik şəhadətnaməsinin alınması üçün Naxçıvan şəhər üç saylı notariat ofisinə müraciət etmişdir. Üç saylı notariat ofisi 29 avqust 2023-cü il tarixli məktubunda vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Babası X6 Xədicə Abdulla qızı ilə ailə həyatı qurmuş, Cavabdeh1 dünyaya gəlmişdir. Xədicə ilə Bəbrin nikah akt qeydindən çıxarışı tapılmamışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən əmlak birgə nikah dövründə qazanılmış əmlak hesab olunmaqla ½ hissə mərhum X5, ½ hissə isə mərhum nənəsi X7 mülkiyyət hüququnun müəyyən olunması, mərhum X5 vəfatından sonra ondan qalan miras əmlakda mərhum nənəsi X17 və X15 tərəfindən qəbul faktının tanınmaqla paylarının müəyyən olunması, nənəsi X7 vəfatından sonra ondan qalan mirasın X15 tərəfindən sağlığında qəbul edilməsi faktının tanımaqla payının müəyyən olunması, mərhum X15nun vəfatından sonra isə ondan qalan miras əmlakın onun tərəfimdən qəbul edilməklə payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 22 aprel 2025-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına, X16, Cavabdeh11, Cavabdeh5 və X25, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı miras əmlakda payın müəyyən edilməsinin qəbul edilməsi tələbinə dair mülki iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin olunmaqla, mülki işə “ünvan 1 ünvanında yerləşən əmlak birgə nikah dövründə qazanılmış əmlak hesab olunmaqla ½ hissə iddiaçının mərhum X5, ½ hissə isə mərhum nənəsi X7 mülkiyyət hüququnun müəyyən olunması, iddiaçının mərhum X5 vəfatından sonra ondan qalan miras əmlakda mərhum nənəsi X17 və X15 tərəfindən qəbul faktının tanınmaqla paylarının müəyyən olunması, iddiaçının nənəsi X7 vəfatından sonra ondan qalan mirasın X15 tərəfindən sağlığında qəbul edilməsi faktının tanımaqla payının müəyyən olunması, iddiaçının mərhum X15nun vəfatından sonra isə ondan qalan miras əmlakın iddiaçı tərəfindən qəbul edilməklə payının müəyyən olunması" tələbi çərçivəsində baxılması qərara alınmışdır. Məhkəmə iclası zamanı izahat verən iş üzrə İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında mirasın nənəsinin mirası olduğunu, hal hazırda orada özünün anasının və bacısı Gülayın yaşadığını, atasının 2019-cu ildə vəfat etdiyini, mirası özünün qəbul etdiyini bildirmişdir. Məhkəmə iclası zamanı izahat verən iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək verdiyi izahatında mirasının qəbulunu bütövlükdə Jalə xanımın edəcəyini, cavabdehlərin məhkəmədə mirasdan imtina edəcəyini, sonra mirasın bütöv Jalə xanıma keçəcəyini, təqdim edə biləcəyi başqa sübutların olmadığını, şahidlərin dəvət olunacağını bildirmişdir. 17 mart 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 izahatında atasınınvəfatından sonra orada anasının qardaşı İntiqam və İlhamın yaşadığını, 1985-ci ildən sonra anasının mirası qəbul etdiyini, özünün orada yaşamadığını, o evdən çoxdan çıxdığını bildirmişdir. 17 mart 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh7 izahatında bacısı Saranın 2014-cü ildə ailə qurduqdan sonra evi tərk etdiyini, anası, bacısı Jalə ilə birlikdə həmin ünvanda yaşadığını bildirmişdir. 17 mart 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh5 izahatında İlhamın yoldaşı olduğunu, İlham vəfat etdikdən sonra qızları ilə orada yaşadığını bildirmişdir. Məhkəmə iclası zamanı iş üzrə cavabdeh X23 verdiyi izahatında atası vəfat edəndən 1985-ci ildə tələbə olduğunu, Bakıda təhsil aldığını, təhsil müddətində Bakıda olub, tətillərdə qayıtdıqlarını, 2009-cu ilə qədər orada yaşadığını, ailə həyatı qurduqdan sonra 2009-cu ildə oradan çıxdığını, bacısı Cavabdeh3 də orada yaşadığını, bacısı Mətanətin də 1991-ci ildə ailə həyatı qurduqdan sonra oradan çıxdığını, qardaşı Allahverdiyev İlhamın ailə qurduqdan sonra orada yaşadığını, uşaqlarının da orada doğulduğunu, İntiqamın da 1995-1997-ci illərə qədər orada yaşadığını, sonra evdən çıxdığını bildirmişdir. Məhkəmə iclası zamanı dindirilən iş üzrə Cavabdeh11 izahatında atası rəhmətə getdikdən sonra evin atasın üstündə qaldığını, babası Şükürün torpaq çox olduğuna görə oğulları arasında böldüyünü və hər birinin ayrı ev tikdiyini, atasının 1985-ci ildə vəfat etdiyini, evin atası ilə anasının birgə nikahda olduğu dövrdə tikildiyini, anasının 2015-ci ildə vəfat etdiyini, atası vəfat edən zaman Cavabdeh1 və Cavabdeh2 2-ci mikrorayonda evinin olduğunu, Allahverdiyev Səfərin 3-cü mikrorayonda evinin olduğunu, Cavabdeh3 və Allahverdiyeva Sədaqətin tələbəlik dövrlərində o evdə qaldıqlarını, ərə getdikdən sonra uçotdan çıxdıqlarını, atası vəfat etdikdən sonra orada anası özü və qardaşı İlhamın yaşadığını, 1991 və ya 1992-ci ildə Mətanətin ailə qurub getdiyini, özünün o evdən 1998-ci ilden çıxdığını lakin əşyalarının orada olduğunu, 2000-ci ildə evdən tam çıxdığını, sonra evdə anası və qardaşı İlhamın yaşadığını, qardaşı İlhamın təxminən 4-5 il əvvəl vəfat etdiyini, orada İlhamın vəfat edənə qədər anası və ailəsi ilə yaşadığını, anası vəfat edəndə 2015-ci ildə notariusa yaxınlaşdığını lakin soruşub çıxdığını, mirasın qəbulu barədə müraciət etmədiyini, ürəyinin gəlmədiyini, özünə mirasda payını istədiyini, gətirdiyi şahidlərin əmisi oğlu əmisiqızı və əmisinin nəvəsi olduğunu bildirmişdir. Cavabdehlər Cavabdeh1 məhkəmə icasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, məhkəmə iclasında iştirak etməmiş telefon vasitəsilə fikrini bildirmiş, onun narahat etməmələrini, 1980-ci ildən həmin evdən çıxdığını bildirmişdir. Cavabdeh3 qızına məhkəmə icasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, məhkəmə iclasında iştirak etməmiş və vatsapp vasitəsilə məhkəmə iclasına qoşulmuş, izahatında bildirmişdir ki, ev atasının və anasının nikahları dövründə tikilib. O ailə qurandan sonra evdən çıxıb. 1991-ci ildə ailə qurub.O ailə quranda həmin evdə qardaşları İlham, İntiqam, bacısı Sədaqət və anası orada yaşayırdı. 1996-cı ildə qardaşı İntiqam evləndi, lakin sonra Bakıya köçdü. Orada ondan sonra Sədaqət və İlham anası ilə yaşadı. Sədaqət ailə qurandan sonra isə İlham və anası yaşadı. Anası vəfat edəndən İlham ailəsi ilə orada yaşayır. İlhamın vəfatından sonra isə yoldaşı və qızları həmin evdə yaşayırlar. Cavabdehlər X25, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 məhkəmə icasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X18 bildirmişdir ki, İntiqam onun əmisi oğludur. Əmisi vəfat edəndə İntiqam, İlham, qızlar Mətanət və Sədaqət orada yaşayırdı. Və əmisi yoldaşı. İntiqam İlham vəfat edəndən sonra o evə gedib-gəlmədi. Onları narahat etmədi. Ancaq qlan vaxt gedib-gəlirdi, maraqlanırdı. Məhkəmə iclasında şahid qismində ifadə verən X26 bildirmişdir ki, o 1970-ci ildə doğulmuşdur. Həmin ev əmisindən qalıb. Evin tikintisini xatırlamır. Əvvəl tikilmişdir. Əmisi rəhmətə gedəndə 15 yaşı olub. Əmisi rəhmətə gedəndə evdə əmisi yoldaşı, əmisi uşaqları İntiqam, İlham, Mətanət, Sədaqət yaşayırdı. Digər uşaqlar ailə qurub ayrılmışdı. Qızlardan Mətanə Universiteti qurtardıqdan sonra ailə qurdu, Şıxmahmud kəndinə gəlin getdi. Sədaqət 12-13 il olar ailə qurub. İntiqaməni nə vaxt köçüb getdiyini xatırlamır. Ancaq həmişə gedib-gəlirdi. Evin bir otağında İntiqam ailəsi, iki oğlu və özü yaşayırdı. Birində İlham ailəsi üç qızı və özü ilə qalırdı. Qabaqda şüşəbənd var idi. Ancaq evin ayrı giriş çıxışı, ayrı açarı yox idi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, onları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş: Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən aydın olur ki, ünvan 1 ünvanında torpaq sahəsi 0.0614 ha, ümumi sahəsi 108.8 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X21 adına daşınmaz əmlakın dövlət reyestrində 18/56 nömrəli reyestr kitabının 10953 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********44-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023). Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh1 xx.xx.1953cü il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. X13, anası X11r. Naxçıvan şəhər Nikah Evi tərəfindən 23 avqust 2023-cü il tarixdə verilmiş 578 nömrəli arayışa əsasən, X28 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. Naxçıvan şəhər Nikah Evi tərəfindən 23 avqust 2023-cü il tarixdə verilmiş 577 nömrəli arayışa əsasən, X28 nikah haqqında məlumatının müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və nikah akt qeydi aşkar olunmamışdır. Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş Çıxarışdan aydın olur ki, X31 ilə X37 arasında 25 aprel 1955-ci il tarixdə nikah bağlanmış və bu barədə 81 nömrəli akt qeydi icra edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh2 xx.xx.1957ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. X14, anası X8r. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X30 20 mart 1962-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. X14, anası X8r. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X32 xx.xx.1959-cu il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. X14, anası X8r. Doğum akt qeydindən çıxarışdan aydın olur ki, Cavabdeh11 xx.xx.1970-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. X14, anası X8r. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh3 qızı xx.xx.1965-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. X13, anası X8r. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X23 xx.xx.1967-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. X13, anası X8r. Naxçıvan şəhər Nikah Evi tərəfindən 08 avqust 2023-cü il tarixdə verilmiş 399122 nömrəli çıxarışdan aydın olur ki, X32 ilə X27 arasında 30 oktyabr 1980-ci il tarixdə nikah bağlanmış, bu haqda 376 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra qadına “Allahverdiyeva” soyadı verilmişdir. Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən 12 mart 1985-ci il tarixdə verilmiş İİİ-JQ 309623 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən aydın olur ki, X31 01 mart 1985-ci il tarixdə vəfat etmiş, bu haqda 55 nömrəli akt qeydi tərtib olunmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 2528 nömrəli, 29 avqust 2023-cü il tarixli arayışa əsasən, mərhum X21 aşağıdakı vərəsələri var:
1. X17 arvadı vəfat edib;
2. Cavabdeh1 oğlu 1953-cü il təvəllüdlü;
3. Cavabdeh2 oğlu 1957-ci il təvəllüdlü;
4. X32 oğlu vəfat edib;
5. X30 oğlu vəfat edib;
6. Cavabdeh3 qızı qızı 1965-ci il təvəllüdlü;
7. X23 qızı 1967-ci il təvəllüdlü;
8. Cavabdeh11 oğlu 1970-ci il təvəllüdlü. Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən 12 sentyabr 1991-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən aydın olur ki, X30 ilə Cavabdeh5 arasında 12 sentyabr 1991-ci il tarixdə nikah bağlanmış, bu haqda 226 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra qadına “Bağırova” soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh7 xx.xx.1999cu il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. X15, anası Cavabdeh5dır. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı xx.xx.1999-cu il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. X15, anası Cavabdeh5dır. Naxçıvan şəhər Nikah Evi tərəfindən 25 oktyabr 2023-cü il tarixdə verilmiş AZ-İİ 515811 nömrəli nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh11 ilə X54 arasında 08 noyabr 1996-cı il tarixdə nikah bağlanmış, bu haqda 344 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra qadına “Allahverdiyeva” soyadı verilmişdir. Naxçıvan şəhər Nikah Evi tərəfindən 08 avqust 2023-cü il tarixdə verilmiş 332184 nömrəli çıxarışdan aydın olur ki, X32 21 sentyabr 2008-ci il tarixdə vəfat etmiş, bu haqda 295 nömrəli akt qeydi tərtib olunmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti 6 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 01/1034 nömrəli, 29 avqust 2023-cü il tarixli arayışa əsasən, X10nun aşağıdakı vərəsələri var:
1. X31 atası;
2. X37 anası;
3. X27 həyat yoldaşı;
4. Cavabdeh8 oğlu 1981-ci il təvəllüdlü;
5. Təranə Səfər qızı qızı 1983-cü il təvəllüdlü;
6. Fərqanə Səfər qızı qızı 1985-ci il təvəllüdlü. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 14 dekabr 2010-cu il tarixdə verilmiş AZ-İ 433833 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən aydın olur ki, X37 02 dekabr 2010-cu il tarixdə vəfat etmiş, bu haqda 34 nömrəli akt qeydi tərtib olunmuşdur. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 07 fevral 2019-cu il tarixdə verilmiş AZ-İ 699782 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən aydın olur ki, X30 04 fevral 2019-cu il tarixdə vəfat etmiş, bu haqda 54 nömrəli akt qeydi tərtib olunmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 2529 nömrəli, 29 avqust 2023-cü il tarixli arayışa əsasən, mərhum X22 aşağıdakı vərəsələri var:
1. Cavabdeh5 arvadı 1966-cı il təvəllüdlü;
2. X33 qızı 1992-ci il təvəllüdlü;
3. İddiaçı qızı 1993-cü il təvəllüdlü;
4. Cavabdeh7 qızı 1999-cu il təvəllüdlü. Naxçıvan şəhər Nikah Evi tərəfindən 08 avqust 2023-cü il tarixdə verilmiş 496295 nömrəli çıxarışdan aydın olur ki, X27 31 dekabr 2017-ci il tarixdə vəfat etmiş, bu haqda 09 nömrəli akt qeydi tərtib olunmuşdur. Naxçıvan Şəhər 3 saylı Notariat Ofisinin 331 nömrəli, 19 avqust 2023-cü il tarixli İddiaçı ünvanlanmış cavab məktubuna əsasən, Sizin xx.xx.2023-cü il tarixli ərizənizə cavab olaraq bildirilir ki, xx.xx.1985-ci il tarixdə vəfat etmiş babanız X19 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmisiniz. Azərbaycan Respublikası Mülki məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Müddət qurtardıqdan sonra digər vərəsələr razıdırlarsa miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Sizin sənədlərə baxıldıqda mirasın qəbulu üçün müəyyən edilmiş müddət buraxıldığından və vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət etməyiniz Sizdən xahiş olunur. .Məhkəmə iddianı təmin edərkən gəldiyi nəticəni yuxarıda qeyd olunan işin faktiki halları ilə əlaqəli şəkildə əsaslandırmaqla iddia tələbinin mirasın qəbul edilməsi və payların müəyyən edilməsi tələbinin hər bir hissəsinə ayrı-ayrılıqda qiymət verir. Belə ki, iddiaçının tələbi miras əmlakın onun tərəfindən qəbul edilməklə payların müəyyən edilməsi tələbidir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən qeyd edir ki, aydınlaşdırılmalı halların birincisi sözügedən əmlakın ər-arvadın birgə nikahı dövründə əldə edilən əmlak olunolmaması məsələsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. Mülki prosessual qanunvericiliyin bu normasını rəhbər tutaraq məhkəmə belə hesab edir ki, hazırki iddia tələbinə həm qüvvədə olan, həm də qüvvədən düşmüş mülki qanunvericiliyin əmlak və vərəsəlik hüquq normalarına əsaslanmaqla hüquqi qiymətləndirmə aparılmalıdır. Məhkəmə bu halın qiymətləndirilməsi üçün qeyd edir ki, iddia tələbinin əmlakın ərarvadın nikahı dövründə əldə edilən əmlak olub-olmaması hissəsində əsasını həmin vaxt qüvvədə olan Azərbaycan SSRİ Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsi təşkil edir. Azərbaycan SSRİ Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsinə görə ər-arvadın nikah müddətində qazandıqları əmlak, o cümlədən mənzil tikintisi və bağ tikintisi kooperativlərinə verdikləri paylar onların ümumi birgə mülkiyyətidir. əmlakın ər və ya arvadın qazancı (gəliri) hesabına əldə edilib-edilməməsindən asılı olmayaraq ər-arvad bu əmlaka bərbaər sahiblik, istifadə və sərəncam hüququna malikdir. Azərbaycan SSRİ Mülki Məcəlləsinin 101-ci maddəsinə görə bir yerdə yaşayan ərarvadın və onların yetkinlik yaşına çatmayan uşaqlarının şəxsi mülkiyyətində şəxsi mülkiyyət hüququ və onların birinə məxsus və ya onların ümumi mülkiyyətində olan bir yaşayış evi (və ya evin bir hissəsi) ola bilər. İş materiallarında olan sənədlərdən aydın olur ki, mərhum X31 ilə mərhum X17 arasında 25 aprel 1955-ci il tarixdə nikah bağlanmışdır. Hazırda mübahisə predmeti olan daşınmaz əmlakın texniki pasportundan aydın olur ki, həmin texniki pasport 1977-cü ilin dekabr ayında təsdiq edilmişdir. Texniki pasportda tikilinin inşa edildiyi il 1964-cü il olaraq qeyd edilmişdir. Buna görə də məhkəmə iddiaçının iddia tələbinin ilk hissəsinə qiymət verərək belə hesab edir ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak mərhum X31 ilə mərhum X7 birgə nikahı dövründə əldə edilmiş əmlakdır və həmin əmlak üzrə vərəsəlik hüququ müəyyən edilərkən hər birinin bərabər paylarına ½ hissədə payına münasibətdə hüquqi qiymətləndirmə aparılmalıdır. Mülki qanunvericilikdə vərəsəliyin açılması anı miras qoyan şəxsin ölümü ilə şərtləndirilmişdir. Miras qoyan X31 01 mart 1985-ci il tarixdə vəfat etmişdir. Belə olan halda hazırki tələb üzrə mərhum X21 ½ hissədə miras əmlakına münasibətdə 01 sentyabr 2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının qüvvədən düşmüş Mülki Məcəlləsinin 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 529-cu maddəsinə görə vərəsəliyin açıldığı yer miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirası yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 556-cı maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsə vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə şəhadətnamə verilməsinə dair ərizə verdikdə mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Həmin Məcəllənin 561-ci maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Həmin Məcəllənin 562-ci maddəsinə görə vərəsələrə miras hüququ haqqında şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay küçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə almaq istədiyini bildirən şəxslərdən əlavə digər vərəsələrin olmaması barədə məlumat olduqda da istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, mərhum X31 1985-ci il tarixdə vəfat etdikdən sonra ondan qalan mirası birinci növbəli vərəsələri mərhum X17, mərhum X30, eləcə də cavabdehlər Cavabdeh11, Cavabdeh3 qızı və X23 həmin miras əmlakı faktiki olaraq qəbul etmişlər. Belə ki, tərəflərin izahatları, şahid ifadələri ilə miras qoyan vəfat etdiyi vaxt X17, mərhum X30, Cavabdeh11 həmin ünvanda yaşadıqları, Cavabdeh3 qızı və X12 Bakı şəhərində təhsil aldıqları, tətil müddətində miras evdə olduqları, tələbəlik illəri başa çatdıqdan sonra ailə qurub evdən gedənə qədər miras evdə yaşadıqları müəyyən edilmişdir. Miras əmlakda adları qeyd edilən birinci növbəli vərəsələrin məhrum X21 vəfatından sonra yaşamasını tərəflərin hər hansı biri mübahisələndirmir. Digər şəxslərin-birinci növbəli vərəsələr-Cavabdeh1, Cavabdeh2 və X10nun isə sağlığında atasının vəfatından sonra ondan qalan miras əmlakı qəbul etmələri işə baxılan zaman müəyyən edilməmişdir. Belə olan halda mərhum X21 vəfatından sonra ondan qalan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsində mirası qəbul edən vərəsələri- mərhum X17, mərhum X30, eləcə də cavabdehlər Cavabdeh11, Cavabdeh3 qızı və X12 hər birinin payı 1/10 hissə (1/2 hissə miras əmlak 5 vərəsə arasında bərabər bölünməklə) pay hüququ müəyyən edilməlidir. İşin arasıdırılmış halları ilə müəyyən edilir ki, mərhum Bağırova (Allahverdiyeva) Sarabəyim Bağır qızı 02 dekabr 2010-cu il tarixdə vəfat etmişdir. Bu hissədə isə miras əmlakla bağlı hüquqi məsələlər qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüquq normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən vərəsəlik münasibətlərinin yaranmasında əsas kimi miras qoyanın vəsiyyəti qanun üzrə vərəsəlikdən daha üstün tutulur. Lakin miras qoyan vəsiyyətnamə qoymadığı halda, qanun üzrə vərəsəlik qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə miras əmlakdan payın müəyyən olunması tələbinə hüquqi qiymət verərək aşağıdakı halların zəruriliyini qeyd edir. Belə ki, işin yuxarıda şərh olunmuş hallarından aydın olduğu kimi ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən iddiaçının payının hansı hissədə müəyyən edilməsi məsələsi araşdırılarkən miras qoyanın qoyanın bütün vərəsələri tam araşdırılmalı və mirası qəbul etmiş şəxslərə münasibətdə paylar müəyyən edilməli, iddiaçının payı da həmçinin bu araşdırma nəticəsində müəyyənləşdirilməlidir. Miras qoyan Allahverdiyeva (Bağırova) Sarabəyim Bağır qızının ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakda ümumi mülkiyyət hüququ 1/2+1/10=6/10 (1/2 hissə öz mülkiyyəti 1/10 hissə ər mərhum Bəbir Allahverdiyevdən qalan miras əmlak kimi) hissə olması nəzərə alınaraq həmin vaxt mirası qəbul edən vərəsələr arasıdılmış və müəyyən edilmişdir ki, ana Allahverdiyeva (Bağırova) Sarabəyim Bağır qızından qalan miras əmlakı oğlu mərhum X2 həmin əmlakda yaşayaraq qəbul etmişdir. Digər vərəsələr Cavabdeh11 ananın vəfatından xeyli müddət əvvəl həmin fərdi yaşayış evindən çıxaraq Bakı şəhərinə köçməsi həm öz izahatı, həm də digər bacı-qardaşının izahatı ilə təsdiq olnur. Eləcə də digər vərəsələrin hələ ananın sağlığından özlərinə daimi yaşayış yeri seçməsi və sözügedən miras əmlakdan getməsi öz izahatları ilə təsdiq olunur. X10 isə anadan əvvəl vəfat etmişdir və onun mirası qəbul etməsi kimi hüquqi qiymətləndirmə aparıla bilməz. Həmçinin cavabdehlər izahatlarında anadan qalan mirasın qəbulu ilə bağlı notarial qaydada ərizə vermədiklərini bildirirlər. Bu halda isə mərhum Allahverdiyeva (Bağırova) Sarabəyim Bağır qızından miras qalan daşınmaz əmlakın 6/10 hissəsində mərhum X22 tam hissədə payı müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin digər hissəsinə-X4 qalan miras əmlakda iddiaçının payının müəyyən edilməsinə münasibətdə aşağıdakıları qeyd edir. İş üzrə araşdırılmış hallardan, tərəflərin izahatlarından müəyyən edilmişdir ki, mərhum X22 miras payı mübahisəli daşınmaz əmlakda 7/10 hissə (1/10 hissə atadan qalan, 6/10 hissə anadan qalan miras payın cəmi-1/10+6/10=7/10) təşkil etmişdir. Miras qoyanın vəfatından sonra ondan qalan miras əmlakda həyat yoldaşı Cavabdeh5, övladları İddiaçı və Cavabdeh7 yaşamış və miras əmlakı faktiki qəbul etmişlər. Bu hal işə baxılarkən bütün tərəflərin izahatları ilə təsdiq edilmişdir. Tərəflərin izahatları ilə həmçinin müəyyən edilir ki, miras qoyanın digər birinci növbəli vərəsəsi X33 hələ miras qoyanın sağlığında 2014-cü ildə ailə qurub evdən getmişdir. Hazırki məhkəmə iclasında isə cavabdeh X33 X15ndan qalan miras əmlakın faktiki və ya formal qaydada qəbul etməsini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş üzrə izahatlardan, mülki işin materiallarından və şahid ifadələrindən aydın olur ki, İddiaçı, anası Cavabdeh5 və bacısı Cavabdeh7 miras qoyanın ölümündən sonra miras əmlakı faktiki olaraq qəbul edib ünvan 4 ünvanında yaşamışdır. Məhkəmə işin bu halını mübahisəsiz hal hesab edir və qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin məhz miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə şərtləndirilmir, həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsə İddiaçı, anası Cavabdeh5 və bacısı Cavabdeh7 mərhum X22 vəfatından sonra mirasın qorunması üçün həyata keçirdiyi hərəkətləri məhkəmə tərəfindən həmin mirasın onun tərəfindən qorunması, mirasa sahiblik etməklə faktiki idarə etməsi kimi qiymətləndirilir. Belə olan halda həmin miras əmlakda onların- İddiaçı, anası- Cavabdeh5 və bacısı-Cavabdeh7 hər birinin payı 7/30 hissə (7/10 hissə miras pay 3 vərəsə arasında bərabər bölünməklə) müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir (N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarları) Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərar). Məhkəmə Konstitusiya Məhkəməsinin adları yuxarıda qeyd edilmiş Qərarlarında formalaşmış mövqeyini qeyd etməkdə məqsədi ondan ibarətdir ki, sözügedən daşınmaz əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olmaqla daşınmaz əmlak üzərində payların müəyyən edilməsi kimi iddia tələbi irəli sürlümüşdür. Məhkəmənin yuxarıda gəldiyi nəticədə sözügedən əmlakın birgə nikah dövründə əldə edilməsi hüquqmüəyyənedici sənədlə öz təsdiqini tapması qeyd edilmişdir. Həmin əmlakın hər iki ½ hissə mülkiyyətçisinin əmlakı barədə vərəsələrin payının müəyyən edilməsi iddia tələbindən kənara çıxılması hesab edilməməlidir. Ona görə ki, hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla miras əmlakın hüquqi taleyi ilə vərəslər arasında olan bütün məsələlərin bir iddia çərçivəsində həll edilməsi prosessual qənaət prinsipinə də uyğun hesab edilir. Məhkəmə miras şərikliyinə son qoyulması ilə nəticələnən məhkəmə aktı qəbul etməklə yekunda belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən əmlak birgə nikah dövründə qazanılmış əmlak hesab olunmaqla ½ hissədə mərhum X21, ½ hissədə isə mərhum X7 mülkiyyət hüququ müəyyən olunmalı, mərhum X21 vəfatından sonra ondan qalan ünvan 1 ünvanında yerləşən ½ hissədə miras əmlakın mərhum X17, mərhum X30 tərəfindən sağlıqlarında qəbul edilməsi faktı tanınmalı, eləcə də Cavabdeh11, Cavabdeh3 qızı və X23 tərəfindən həmin miras əmlakın qəbulu faktı tanınmalı, mirası qəbul edən vərəsələrin hər birinin payı 1/10 hissə (1/2 hissə miras əmlak 5 vərəsə arasında bərabər bölünməklə) müəyyən olunmalı, mərhum X7 vəfatından sonra ondan qalan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 6/10 hissəsinin mərhum X30 tərəfindən sağlığında qəbul edilməsi faktı tanınmaqla həmin miras əmlak üzrə onun tam hissədə payı müəyyən edilməli, mərhum X22 mübahisəli daşınmaz əmlak üzrə miras kütləsinin 7/10 hissə olması nəzərə alınmalı, həmin miras əmlakın İddiaçı, Cavabdeh5 və bacısı-Cavabdeh7 tərəfindən faktiki olaraq qəbul edilməsi müəyyən edilməklə hər birinin payı 7/30 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 27 dekabr 2024-cü il tarixdə 22465 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, X23, Cavabdeh11, Cavabdeh5, X33, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada tutularaq İddiaçı qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən əmlak birgə nikah dövründə qazanılmış əmlak hesab olunmaqla ½ hissədə mərhum X21, ½ hissədə isə mərhum X7 mülkiyyət hüququ müəyyən olunsun. X3 miras qalan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsində mərhum X17, mərhum X30, cavabdehlər Cavabdeh11, Cavabdeh3 qızı və X12 hər birinin 1/10 hissə pay hüququ müəyyən edilsin. Mərhum Allahverdiyeva (Bağırova) Sarabəyim Bağır qızından miras qalan ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın 6/10 hissənin mərhum X1 qəbul edilməsi faktı müəyyən edilməklə həmin əmlakda tam hissədə pay hüququ müəyyən edilsin. X4 miras qalan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 7/10 hissəsinin İddiaçı, Cavabdeh5 və Cavabdeh7 tərəfindən qəbul edlməsi faktı müəyyən edilsin və hər birinin payı 7/30 hissədə pay hüququ müəyyən edilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 27 dekabr 2024-cü il tarixdə 22465 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, X23, Cavabdeh11, Cavabdeh5, X33, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada tutularaq İddiaçı qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva.