Məhkəmə qərarları › İş №2(078)-286/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-286/2025

30.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-286/2025 30.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdehlər Rüstəmova (Məhərrəmova) Xavər İslam qızı, Cavabdeh2, Abbasova (Məhərrəmova) Sona İslam qızı, Cavabdeh4, X6, Cavabdeh5 və Cavabdeh6 qarşı miras əmlakdan paylarının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Rüstəmova (Məhərrəmova) Xavər İslam qızı, Cavabdeh2, Abbasova (Məhərrəmova) Sona İslam qızı, Cavabdeh4, X6, Cavabdeh5 və Cavabdeh6 qarşı miras əmlakdan paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu il tarixdə vəfat etmiş X3 və xx.xx.2006-cı il tarixdə vəfat etmiş X7 miras qalmış əmlakdan paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, mərhum atası X8 xx.xx.1999-cu il tarixdə, mərhumə anası X12 isə xx.xx.2006-cı il tarixdə vəfat etmişdirlər. Onların Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində 1-ci küçə 17 ünvanında yerləşən 0.0669 ha birgə mülkiyyətdə olmuş torpaq sahəsi, 2024-cü ildən ½ hissədə mərhum atası X4 payı və ½ hissədə isə mərhumə anası X9 payı kimi Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-982/2024 nömrəli qətnaməsi ilə müəyyən olunmuşdur. Bu barədə onlara xx.xx.2024-cü il tarixli A 041548 nömrəli torpaq sahəsinin plan və ölçüsü, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Mərhum atası X8 və mərhumə anası X1 ehtiyaclarını və onların dəfn xərcləri özü tərəfindən çəkilmişdir. Onlardan 0.0669 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş 120 m² sahəsi olan üç otaq, bir zaldan ibarət fərdi yaşayış evi miras qalmışdır. X2 və mərhumə X9 oğlu İddiaçı, oğlu Cavabdeh6, qızı Cavabdeh5, qızı Rüstəmova (Məhərrəmova) Zəkiyyə İslam qızı, qızı Abbasova (Məhərrəmova) Sona İslam qızı, oğlu Cavabdeh4, qızı Cavabdeh2, qızı Cavabdeh1 adlı varisləri vardır. Həmin miras əmlak, mərhum atası X8 və mərhumə anası X9 ölümündən sonra varisləri tərəfindən rəsmi olaraq qəbul olunmamışdır. O, mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Naxçıvan şəhər 3 saylı Notariat Ofisinə müraciət etmişdir. Naxçıvan şəhər 3 saylı Notariat Ofisinin 20 dekabr 2024-cü il tarixli, 314 nömrəli məktublarında vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından şəhadətnamənin verilməsi təmin olunmamışdır. Mülki iş üzrə 30 sentyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Rüstəmova (Məhərrəmova) Xavər İslam qızı, Cavabdeh2, Abbasova (Məhərrəmova) Sona İslam qızı, Cavabdeh4, X6, Cavabdeh5 və Cavabdeh6 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxış iclasında iştirak etməmiş, məhkəmə baxış iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə iddiaçının, iddiaçının vəkili və nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil 30 sentyabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə İddiaçı X10 və digərlərinə qarşı miras əmlakda payların müəyyən edilməsi tələbi ilə məhkəmədə iddia qaldırdığını, iş üzrə iddiasından imtina etdiyini, iddiasından imtinasının nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" ASC-nin Naxçıvan filialına 26 dekabr 2024-cü il tarixli, 25251 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı cavabdehlər Rüstəmova (Məhərrəmova) Xavər İslam qızı, Cavabdeh2, Abbasova (Məhərrəmova) Sona İslam qızı, Cavabdeh4, X6, Cavabdeh5 və Cavabdeh6 qarşı miras əmlakdan paylarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. "xxxx" ASC-nin Naxçıvan filialına 26 dekabr 2024-cü il tarixli, 25251 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar