Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-293/2025 10.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh4 Allahvedi oğluna qarşı mirasın faktiki qəbulu və əmlakda payın müəyyən olunması barədə tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatıan qəbul edilməsi məsələsinə baxaraq müəyyənetdim: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh4 Allahvedi oğluna qarşı mirasın faktiki qəbulu və əmlakda payın müəyyən olunması barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mərhum həyat yoldaşım X1 vəfatından sonra Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0.21 ha torpaq sahəsində olan fərdi yaşayış evi və torpaq sahəsinin mənim tərəfimdən faktiki qəbul edilərək payımın müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin məzmununa əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. Maddənin də məzmunundan göründüyü kimi iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi konkret tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı və ya ərizəçi tərəfindən məhkəməyə müraciət olunarkən hər bir halda tələb iddia ərizəsində konkret ifadə olunmalıdır. Lakin İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsində məhkəmə qarşısında qoyulmuş tələb üzrə pretenziya qaydasına riayət edilməmişdir. Belə ki, təqdim edilən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən aydın olur ki, həmin torpaq sahəsi X3, X5 və Cavabdeh4 ümumi paylı mülkiyyətinə verilmişdir. Lakin həmin şəhadətnamədə hər bir mülkiyyətçinin payı qeyd olunmamışdır. Bununla bağlı iddiaçı ilkin olaraq payın müəyyən edilməsi məsələsini həll etməli, daha sonra miras qoyanın payının dəqiq hansı hissədə müəyyən edilməsinə dair hüquqmüəyyənedici sənəd olduğu halda hazırki iddia tələbi ilə müraciət etmək hüququ vardır. Göstərilən Məcəllənin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixli 1400 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh4 Allahvedi oğluna qarşı mirasın faktiki qəbulu və əmlakda payın müəyyən olunması barədə tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixli 1400 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim:Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-293/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-293/2025
10.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver