Məhkəmə qərarları › İş №2(078)-296/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-296/2025

18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-296/2025 18.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi və ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yaşamış X4 xx.xx.1981-ci il tarixdə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini vəkili və nümayəndəsi Vəkil onunla əsaslandırmışdır ki, mərhum atası X21 və mərhum babası Ərizəçi Cəfər oğlundan miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini vərəsəlik qaydasında sənədləşdirərək öz adına miras əmlakı qəbul etmək və daşınmaz əmlakı öz adına qeydiyyata aldırmaq istəyir. Vərəsələrdən biri olan 20 mart 1925-ci ildə anadan olmuş və ünvan 3 ünvanında pasport qeydiyyatında olmuş X13 təxminən 1981-ci ildə aprel ayının 15-i vəfat etmiş və Naxçıvan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Lakin həmin şəxsə ölüm haqqında şəhadətnamə verilməmiş və məlumata görə onun ölümü müvafiq reyestrdə qeydiyyata alınmamışdır. Bu ölüm sənədi isə qeyd olunan vərəsəlik işinin aparılması və həll olunması üçün hüquqi əhəmiyyətə malikdir və vacibdir. Həmin şəxs barədə vəkili və nümayəndəsi Vəkil tərəfindən müvafiq sorğular verilmiş və sənədlər toplanılmışdır. Bunun üçün də Naxçıvan Şəhər Nikah Evinə də yazılı ərizə ilə müraciət olunmuş, həmin qurumun rəsmi cavab məktubunda məhkəməyə müraciət olunması qeyd edilmişdir. Həmin şəxs Naxçıvan Şəhər Qəbiristanlığında dəfn olunmuş (arayış və fotoşəkillər əlavə edilir), lakin ölüm müvafiq qeydiyyat şöbəsində qeydiyyata alınmamışdır. Yuxarıda qeyd olunduğu kimi miras əmlakın taleyinin həll olunması üçün qeyd edilən şəxsin ölümünü təsdiq edən hüquqmüəyyənedici sənəd tələb olunur. Bunun üçün də məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəsini müdafiə edərək ərizə izahatında babasından qalmış mülkü öz adına keçirmək üçün nənəsinin ölüm haqqında şəhadətnaməsinin alınması lazımlı olduğunu, iş materiallarına fotoşəkillər əlavə edilmiş, xx.xx.1981-ci X13 vəfat etmişdir. Məhkəmədən ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında izahat verən ərizəçinin vəkili və nümayəndəsi Vəkil məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşının oğludur, anası Budaqova Güllü 1981-ci il aprel 15-də xəstəlikdən vəfat etmiş, evdə vəfat etmişdir. Anasının 3 qız və 3 oğlan övladı olubdur, üç övladı rəhmətə gedib, üçü sağdır. Kazım, Güllər, Kərim vəfat edibdir. Yaşadıqları ev miras əmlakdır, özünün evi vardır, həmin evdən çıxmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində həm qonşu, həm qohum olduğunu, uzaq qohumluğunun olduğunu, Güllüyə əmicanı dediklərini, xəstələnəndə anası ilə xəstəxanaya apardıqlarını, yasında iştirak etdiyini, Güllünün Kazım, Kərim, Güllər, Gülzar, Rəhim adlı övladı olduğunu, xəstəxanada və ya evdə rəhmətə getməsi ilə bağlı həmin vaxtdan 45 il keçdiyinə görə xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında maraqlı şəxs-Naxçıvan Şəhər Nikah Evinə rəsmi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2024-cü il tarixli çıxarışından aydın olur ki, X13 və Ərizəçi Cəfər oğlu xx.xx.1954-cü ildə nikah bağlamışdırlar. İş materiallarına əlavə edilmiş 492502 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X21 18 yanvar 2012-ci ildə vəfat etmişdir. Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin verdiyi xx.xx.2024-cü il tarixli, 1891 nömrəli arayışa, əsasən, X21 , Naxçıvan şəhəri, M.C.Mirişli küçəsi, ev 44 ünvanına yaşayıb və aşağıdakı vərəsələri vardır:

1. Həyat yoldaşı-X2,

2. X8 qızı,

3. X11 qızı,

4. X12 oğlu,

5. Oğlu-Ərizəçi. Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin verdiyi xx.xx.2024-cü il tarixli, 1915 nömrəli arayışa, əsasən, Ərizəçi M.C.Mirişli küçəsi, ev 44 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2024-cü il tarixli, 1281 nömrəli çıxarışından aydın olur ki, X3 barəsində xx.xx.2024-cü ilədək ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Vətəndaşlara Dəfn Xidmət Bürosunun xx.xx.2024-cü il tarixli arayışına, əsasən, X13 1981-ci ildə Naxçıvan Şəhər Qəbiristanlığında dəfn olunmuşdur. X5 məxsus olan qəbirin fotoşəkilləri əlavə edilmişdir. Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2024-cü il tarixli, 361888 nömrəli çıxarışına, əsasən, X25 xx.xx.1988-ci il tarixdə “hipertomiya”dan Naxçıvan Şəhərində vəfat etmişdir. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində “Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri” X36 “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan aydın olur ki, Naxçıvan şəhəri, M.C.Mirişli küçəsi, ev 44 ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi və xx.xx.2024-cü il qeydiyyat tarixi ilə Ərizəçi Cəfər oğlunun tam paylı xüsusi mülkiyyətindədir. Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin verdiyi xx.xx.2024-cü il tarixli, 1948 nömrəli arayışa, əsasən, Naxçıvan şəhəri, M.C.Mirişli küçəsi, ev 44 ünvanında aşağıdakılar pasaport qeydiyyatındadırlar:

1. X2,

2. X14,

3. X15,

4. Ərizəçi,

5. X19,

6. X16,

7. X17,

8. X18. Azərbaycan Respublikası Naxçıvan MR Dövlət Arxivinin 02\1203 nömrəli xx.xx.2024-cü il tarixli arayışına, əsasən, X3 və X6 1999-cu ildə vəfat etməsi ilə bağlı Naxçıvan MR Dövlət Arxivində məlumat mövcud deyildir. Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin verdiyi xx.xx.2024-cü il tarixli, 02/313 nömrəli məktuba, əsasən, X3 vəfat etməsi ilə bağlı məlumat yoxdur. Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin verdiyi xx.xx.2024-cü il tarixli, 02/312 nömrəli məktuba, əsasən, Ərizəçi ünvan 6 ünvanında qeydiyyatda olması barədə arayış verilmişdir. Naxçıvan MR X1 X23 X24 Respublika Xəstəxanası X36inin verdiyi 554 nömrəli, xx.xx.2024-cü il tarixli məktuba, əsasən, X3 1981-ci ildə vəfat etməsi ilə bağlı məlumatın əldə edilməsi üçün Naxçıvan MR Dövlət Arxiv İdarəsinə müraciət edilməlidir. Naxçıvan MR Ədliyyə Nazirliyindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba, əsasən, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X10 aid ölüm haqqnda akt qeydi aşkar olunmamışdır. "Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası" X36in xx.xx.2024-cü il tarixli 166 nömrəli məktubuna əsasən ünvan 8 ünvanında pasport qeydiyyatında olmuş və 20 mart 1925-ci ildə anadan olmuş X4 1981-ci ildə vəfat etməsi ilə bağlı, həmçinin həmin şəxsin ölümünə dair hər hansı bir sənəd aşkar edilməmişdir. Naxçıvan Şəhər Nikah Evindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba, əsasən, Naxçıvan şəhər Nikah Evinin arxivindən 1925-ci ildə doğulmuş X4 nikahin pozulması barədə heçbir məlumat tapılmadı. Naxçıvan Şəhər Nikah Evindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba, əsasən, Naxçıvan şəhəri üzrə arxiv sənədləri 1948-ci ildən saxlanıldığından 1925-ci ildə doğulmuş X4 doğumhaqqında akt qeydi Naxçıvan şəhər Nikah Evinin arxivindən tapılmadı. Naxçıvan Şəhər Nikah Evindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba, əsasən, X3 1981-ci ildə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmamışdır. Vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün deyil. Bu səbəbdən sizə izah olunur ki, ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi qeyd olunmuşdur. Naxçıvan Şəhər Nikah Evindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba, əsasən, xx.xx.2024-cü il tarixli, 2/1042 saylı sorğunuza əsasən bildirirəm ki, Naxçıvan şəhər Nikah Evinin arxivindən 1925-ci ildə doğulmuş X4 ölümü barədə heç bir məlumat tapılmadı. xx.xx.2024-cü il tarixdə ərizəçinin vəkili və nümayəndəsi Vəkil tərəfindən ölümün qeydə alınması və şəhadətnamənin verilməsi barədə Naxçıvan Şəhər Nikah Evinə ərizə verilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024cü il tarixli məktubuna, əsasən, X3 dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən mümkün olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan X3 xx.xx.1981-ci ildə Naxçıvan şəhərində ölməsi faktı təsdiq edilir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi X3 ölüm haqqında şəhadətnaməsini alması üçün lazımdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Nəticə: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

Ərizə təmin edilsin. X7 15 aprel 1981-ci ildə Naxçıvan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar